İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə91/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   87   88   89   90   91   92   93   94   ...   142

gətirəcəksən, sabah da deyəcəklər, get, rus atından əminin qisasını al! Sən də ala-səfeh Biloya
qoşulub gedəcəksən! Sən Rusiyətdə ölüb itib-batmayana qədər bunlar sakitləşən deyillər!” “ Bunları
hardan çıxarırsan? O da bir işdi. Nə məni, nə də başqasını Rusiyətə qan davasına göndərməyəcəklər.
Əmin ola bilərsən!” “Bilmərəm! – Səmoş dediyini deyirdi. – Göndərəcəklər! Heç kimi də
göndərməsələr, sən malbaşı göndərəcəklər!”
Arvadı çox danışdı, axırda qəti sözünü dedi: “Bax işinə, bir halda hökmən getməlisən, get. Amma
unutma, yeddi gün vaxtın var. Yeddi gündən bir saat da gec gəlsən, gəlib məni görməyəcəksən”.
Ağzı açıla qalmışdı. Səmoş, sən nə danışırsan? Gör sənə nə deyirəm, bir dəfə güzəşt elədim, bir də
eləmərəm! Gəlib səni görməsəm, bir avtomat tapıb kəndinizə gələcəyəm, əvvəlcə bacını, sonra səni
öldürəcək, qəlyançəkənlərin hamısını yer üzündən siləcəyəm! Millətə, vətənə bir xeyrim dəymədi,
amma bununla insanlığa xidmət eləmiş olacağam.
Səmoş isə onun hədəsini ciddiyə almırdı. Coni, xəyallar qurma, sən heç qəlyançəkənlərin cücəsini də
öldürə bilməzsən. Sənin nə xeyrin dəyibsə, millətə, vətənə dəyib. Duzəkənlər Rusiyətdə heyvanların
quyruqlarını yuxarı qaldırıb şərəfsiz işlərlə məşğul olanda, sən vətən torpaqları uğrunda döyüşürdün,
qanını axıdırdın. İki qram ağlın var idi, onu da orda itirdin, olub-qalan başın-beynin də orda pozuldu.
Yaxşı, yolundan qalma, get, duzəkənlər səni gözləyirlər. Sən getməsən, ruslar meyiti onlara
verməyəcəklər. Deyəcəklər, sizin o hörmətli, izzətli Coniniz hardadır? O niyə gəlməyib? O gəlməsə,
meyiti vermərik. Get, amma dediklərimi unutma. Cəmisi yeddi gün vaxtın var.
Conigil çıxıb getdilər, çayxanada tək qalan Pori darıxırdı, tərs kimi Əfi də evdə deyildi, əmisi qızının
toyuna getmişdi, dünən gəlib aparmışdılar və azından hələ bir həftə orda qalmalıydı. Gəlini
köçürməli, ona üç aparmalıydılar, yalnız bundan sonra gələcəkdi. Arada zəng eləyib danışır, oğlunu
soruşurdu, əslinə qalarsa elə oğluna görə də zəng eləyirdi. Səmoşla aralarındakı münasibətdən sonra
Əfi onun üçün yad adam olmuşdu, orda bir həftə yox, lap bir il də qalsaydı, darıxan deyildi. Əfi isə
az qala hər gün zəng eləyir, evdə nəyi necə eləmək haqda göstərişlər verirdi.
Coni gedən gün gecədən bir qədər keçmiş Pori qapının astaca döyüldüyünü eşidib qapını açdı,
qapının ağzında dayanan Səmoşu görəndə özünü itirdi, ayaq üstəcə donub qalmışdı. Coni gedəndə
əmisi arvadına onlarda qalmağı tapşırmışdı ki, gecələr Səmoş tək qalmasın. Səmoş bura necə gələ
bilmişdi, arvad şübhəyə düşməzdimi?
Səmoş onu kənara itələyib qapını arxasınca çəkərək bağladı,səssizcə gülürdü. Pori, sən bir saat
ağzını ayırıb baxacaqsan? Narahat olma, arvad fil yuxusuna gedib, top da atsan, oyanmaz. Nə qədər
Coni ordadır, hər gün gələcəyəm! Sən gərək dua eləyəsən ki, o orda çox yubansın!
Qadın ona sıxıldıqca, döşlərinin, isti qarnının təmasını hiss elədikcə, isti dodaqlarına toxunduqca
Pori hər şeyi unudurdu. Qadını qucağına götürüb yataq otağına apardı, qadını öpə-öpə soyundururdu.
Həmişə haqqında düşündüyü, həmişə sahib olmağa can atdığı qadın indi onun qucağındaydı, onundu,
ona təslim olmağa hazırdı. Onu soyunduran əllərin bədəninin hər yerinə toxunmasına etiraz eləmir,
müqavimət göstərmir, onun sevgisinə coşqun ehtirasla, nəvazişlə cavab verirdi.
Səmoşun xəbərdarlığını xatırlayıb bu dəfə təşəkkür eləməyi unutmadı, coşqun həzzdən və həyəcandan
yorğun düşərək, gözlərini yumub arxası üstə yatağa uzanmış qadın isə yalnız razılıqla gülümsəyirdi.
Qadının yanında uzanıb başını yuxarı qaldıraraq qadına baxırdı. Qızılı saçları qar kimi ağappaq
balışın üzərinə səpələnmiş, arxası üstı yatağa uzanmış çılpaq qadın necə də gözəl görünürdü.
Qadına deyirdi. Səmoş, bir dəfə canımızı qurtardıq, uşaq mənə oxşamadı, amma yenə də qorunmuruq.
Bəlkə bu dəfə uşaq mənə oxşayacaq, başında üç ağ zolaq olacaq, onda necə olar? Nə deyərik?
Səmoş gözlərini açdı, onun çiyinlərindən yapışıb ayağa qalxdı. Gur saçlarını əliylə arxaya verib


bağlayaraq onu məzəmmətlədi. Kim deyir, uşaq sənə oxşamadı? O sənin oğlundur, gözlərindən eynilə
sənə oxşayır, çənəsindən, hətta qulaqlarından da. Həyatda qorxa-qorxa, həyəcan və təşviş içində
yaşamaq olmaz. Həyat qısadır, ondan zövq alaraq yaşamaq lazımdır. Səncə, necə olmalıdır? Əgər
mənim ikinci uşağımın başında üç ağ zolaq olacaqsa, demək, səndən iki uşağım olacaq. Sən də
qorxmaq əvəzinə, mənim kimi qadından uşağın olur deyə sevinməlisən. Pori, çox sevinməlisən! Mən
gedim, qarıya etibar eləmək olmaz. Oyanıb məni görməz, aləmi ayağa qaldırar.
Səmoş geyinən kimi də çıxıb getdi. Bu gündən başlayaraq hər gecə gəlirdi, Pori elə alışmışdı ki,
qadın bir az gecikən kimi narahat olur, pəncərədən çölə, onun gələcəyi cığıra baxır, cığırda qadının
Ay işığına bürünən kölgəsini görənə kimi gözlərini çöldən çəkmirdi. Qadın cığırda görünəndə ürəyi
şiddətlə çırpınır, az qala köksünü yarıb çıxmaq istəyirdi.
İndi, bir qayda olaraq, adi kağız dəsmallardan istifadə eləyirdilər, Əfi duyuq düşməsin deyə Pori
yataq otağına onların öz istifadə elədikləri ətirdən çiləyir, Səmoş gedəndən sonra hamamı qızdırıb,
ətirli sabunla möhkəmcə yuyunur, yalnız bundan sonra alt paltarlarını geyinirdi. Bununla da
kifayətlənmir, evə gələn kimi yataq otağının pəncərəsini açıq qoyur, tozsoranla çarpayının üstünü,
ətrafını təmizləyirdi.
Səmoş ona gülürdü, nə qədər yuyunsan da, xeyri yoxdur, mənim qoxumu yuyub apara bilməyəcəksən.
Onun gülərək dediyi bu sözlər Porini qorxudurdu. Birdən Əfi nəsə hiss elədi, evdən Səmoşun istifadə
elədiyi ətirlərin qoxusunun gəldiyini dedi, onda necə olardı?
Conigil yeddinci gün gəldilər. Meyiti əmisinin evində artırmaya qoydular. Qabaqcadan xəbər
vermişdilər deyə kənddəki qohum-əqrəba da gəlmişdi. Qadınlar oxşama deyir, ağlaşırdılar. Dəfnin
təşkilatçılığını öz üzərinə götürən Bilo şəhərin axundunun arxasınca adam göndərmişdi, kənddən
duzəkənlər tayfasının öz mollası da gəlmişdi. Həyətdə çadır qurur, ölünü yumaq üçün yer düzəldir, su
qızdırmaq üçün ocaq qalayırdılar. Coni isə fürsətdən istifadə eləyib evə qaçdı. Yeddi gündü
arvadından uzaqdı, bu yeddi günü arvadının xəyalı ilə yaşamışdı.
Arvadının getmədiyini bilsə də, evə gəlib arvadını öz gözləriylə görəndə xeyli sevindi, ondan fərqli
olaraq, arvadı elə də sevinmirdi. Bəxtin var imiş, soyuq-soyuq dedi, yoxsa mən artıq getmək üçün
hazırlıqlara başlamışdım.
Coni hirslə dilləndi, əsl sənin bəxtin var imiş, gəlib səni görməsəydim, bu sənin harasa getməyə son
hazırlığın olacaqdı.
Oğlu yatmışdı, oğlunun koppuş yanağından öpdü, saçlarını sığallayıb, arvadının yanına getdi.
Arvadını qucaqladı, ancaq qadın sivişib qollarının arasından çıxdı.
– Əlin meyitə dəyib, yuyunub qüsl verməsən, mənə yaxın düşə bilməzsən.
– Səmoş, ağlın çaşıb? Əmim qalıb ortalıqda, sənsə deyirsən, hamam yandırım, qüsl verim? Adamlar
orda, əmimin meyiti üstə ağlayıb baş-gözlərinə döysünlər, mənsə burda təmizlik işləriylə məşğul
olum? Əmim arvadına söz vermişəm, hamıdan çox ağlayacaq, hamıdan çox baş-gözümə döyəcəyəm!
– Söz veribsənsə, get, hamıdan çox ağla, hamıdan da çox baş-gözünə döy! Salavat de, əmini dəfn elə.
Yoxsa əmin qalsın ortalıqda, sənin də iştahandan arvadınla yatağa girmək keçsin. Əslinə qalarsa,
mənim üçün fərqi yoxdur, əmindən mənə nə? Mənim duzəkənlərə heç vaxt xüsusi simpatiyam olmayıb.
Belə çox istəyirsənsə, hamamlan, qüsl ver. Ya da get, əmini o tərəflərə yola salmaqda duzəkənlərə
yardım elə!
Arvadının açıq sinəsinə, ehtiras yağan süzgün gözlərinə baxdıqca Coninin bədəninə od düşürdü, di
gəl, əmisinin həyətindən gələn ağlamaq səsləri onu hamam yandırmaq fikrindən daşındırırdı. Onsuz
da əskisi tüstülüydü, lağa qoyar, haqqında şəbədələr bəzəyərdilər, əmisinin meyiti qalmışdı


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə