İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə92/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   88   89   90   91   92   93   94   95   ...   142

ortalıqda, bu isə hamam yandırır, qüsl verirdi!
Qəlyançəkənləri lənətləyərək çıxıb getdi. Səmoş möhkəm hirslənmişdi. Demək, bu duzəkən üçün
özünü ora beş-on dəqiqə tez yetirmək mənimlə olmaqdan daha vacibmiş. İş-işə gələndə, həmişə
olduğu kimi, yenə də duzəkənləri seçdin, məni yox. Sənə neyləyirəmsə, yerində eləyirəm!
Əmisini dəfn elədilər. Qonaqları yola saldılar. Qoca da burdaydı, qalıb ehsan yedi. Coni, deyirdi,
artıq duzəkənlərə keçdim, lap yaxınlarda sənə də növbə çatacağına əminəm. Coni də su dolçasına
işarə elədi, yəni çox danışma, yoxsa saqqalını isladaram. Qoca səsini xırp kəsdi, indi ehsanını qorxa-
qorxa yeyirdi, bir gözü də Conidəydi.
Coni evə gələn kimi də hamamı yandırdı, hamamlandı, amma qüsl verməyi lazım bilmədi. Səmoş
başının üzərində dayanıb baxmırdı, nəyə görə də qüsl verməliydi? Ərinə baxan Səmoş şübhə ilə
soruşdu:
– Qüsl verdin?
– Hə.
– Aldatmırsan ki?
– Yox.
– Coni, aldadırsan. Get, qüsl ver!
Coni hamama gedib təzədən soyundu, qüsl verib geyindi və Səmoş bu dəfə ərinə etiraz eləmədi.
Uşağı yatızdırdım, dedi, indi də növbə sənindir.
Coni məəttəl qalmışdı, qüsl vermədiyimi hardan bildin?
Səmoş gülürdü, deyirəm, inanmırsan, duzəkənlər hamısı səydirlər, içi sən qarışıq. Qüsl vermişdinsə,
hamama niyə gedirdin?
Əmisinin qırxında qonaqlar dağılışandan sonra əmisi arvadı Conini, Bilonu və oğlanlarını evə
çağırdı, onlara çay gətirib oturdu və dedi: “Mən əminizin qırxının çıxmasını gözləyirdim, dedim,
əvvəlcə kişinin qırxını verək, sonra bu haqda danışaram. Kişini erkək at qoşa təpiklə vurub öldürüb.
Əgər dişi at vurub öldürsəydi, heç bu haqda söz salmazdım, amma erkək at vurubsa, demək,
qisasçılıq məqsədiylə vurub. Niyə vurub, bilmirəm, bəlkə də madyanlarının arasında ondan başqa bir
erkəyin gəzməsini istəməyib. Hər nə isə, kişini öldürüb. Siz Rusiyətə getməli, o erkək atı öldürüb,
kişinin qisasını almalısınız”.
Beləcə deyib ayağa qalxdı, bir bağlama pul gətirib qoydu ortalığa. “Nə qədər lazımdırsa, götürün, –
dedi, – günü sabah yola düşün. Duzəkənlərin şərəfinə düşən ləkəni təmizləyin. O at sağ olduğu sürəcə
əminiz qəbirdə rahat yata bilməz”.
Coninin ağzı açıla qalmışdı, dili söz tutmurdu. Bilo isə barmağıyla havada məlum qövsünü cızıb
dedi, erkək at alçaq hərəkətiylə nəslimizin adına yekə bir ləkə salıb. Getməli, atı öldürüb, ləkəni
təmizləməliyik.
Belə deyirdi, bir gözü isə puldaydı, haçan pulları səbirsizliklə ciblərinə təpişdirəcəyini gözləyirdi.
Bilo çoxdandı Rusiyətə getmək, orda rus qızları ilə kef çəkmək üçün bəhanə gəzirdi, bəhanə isə öz
ayağıyla hüzuruna gəlmişdi.
Coni qəti etiraz elədi: “Bəsdir milləti özümüzə güldürdük! Siz nə düşünürsüz, iki-üç azərbaycanlı
burdan Rusiyətə gedəcək, onların atını öldürəcək, ruslar da durub baxacaqlar? Ya öldürəcək, ya da
tutub içəri atacaqlar, ordan da meyitimiz çıxacaq! At öldürüldü, nə olasıdır? Əmim dirilib gələcək,
ya inkir-minkir cənnətin qapısını açıb əmimi sorğusuz-sualsız ora buraxacaq?” “ Sən danışma, –
əmisi arvadı hirslə ona iradını bildirdi, – arvadı atıb gedən kişi əmisinin, tayfasının namusunu
çəkməz! Gözlərini bərəltmə, həqiqəti deyirəm. Çəksəydin, oğluna qəlyançəkənlər yox, duzəkənlər ad


qoyardılar. Dirilməyəcək, cənnətə də getməyəcək! Duzəkənlərin kişiləri özlərini tanıyandan cənnət
haqda yox, qadınlar haqda düşünürlər. Cavanlar ordan salamat qayıdacaq, qayıtmayacaq, əsas deyil,
əsas nəslinizin şərəfinə düşən ləkənin təmizlənməsidir!”
Coni dediklərinin heç kimin xoşuna gəlmədiyini hiss eləyib, daha bu mövzuda danışmamağı qərara
aldı. Onsuz da ona qulaq asan, onunla razılaşan yox idi. Qoy axşam bir də fikirləşim, dedi, sabah
qərarımı deyərəm.
Evdə Səmoşa dedi: “ Əmim uşaqları elə düşünürlər ki, at əmimi bilərəkdən, qisasçılıq zəminində
öldürüb”. “Coni, təkcə onlar yox, mən də elə düşünürəm. Əminin onu öldürməsi üçün erkək ata
kifayət qədər əsaslar verdiyi qənaətindəyəm”. “Nə kimi əsaslar verdiyi qənaətindəsən? – arvadı
tikanlı atmacalarla danışanda Conini od götürürdü. – Sən onsuz da bizimkilər haqda ağıllı-başlı söz
deməzsən!” “Coni, mən nəyə görə ağıllı-başlı olmayanlar haqda ağıllı-başlı sözlər deməliyəm? Guya
hansı əsaslar verdiyini sən bilmirsən? Bilmirsənsə, deyim. Olmaya madyanlar əminin qarşısında
quyruqlarını boşuna qaldırırdılar? Madyanlar quyruqlarını qaldıranda əmin durub baxırdı? Baxmırdı,
erkək at da bunu qəbul eləməyib. Bunca sadə!” “Nə isə, belə qərara gəldilər ki, biz Rusiyətə getməli,
şərəfimizə düşən ləkəni təmizləməliyik”. “Nə oldu, – Səmoş alov püskürürdü, – heç vaxt elə şey ola
bilməzdi? O da bir işdi, bir kimsə sizə gedin atdan qisas alın deyə bilməzdi? Bəs niyə dedilər? Onlar
dedi, sən də getmək istəyirsən? Aç qulaqlarını, mənə diqqətlə qulaq as, əgər Rusiyətə atdan qisas
almağa getsən, heç Biləcəridən o tərəfə keçməmiş, gözüm tutan birisinə qoşulub gedəcəyəm. Olub-
qalan şərəfiniz də iki paralıq olacaq!”
Səhərisi Coni əmisi uşaqlarına öz qərarını dedi, onu bir az danlayıb, məzəmmətləyib getdilər. Bilo
üç-dörd addım gedəndən sonra geri dönüb şəhadət barmağını ona tuşladı və kinayə dolu səslə dedi:
– Coni, sən duzəkənlərin üz qarasısan!
İşə gedəndə Coni şikayətlənirdi, Rusiyətə rus atından qisas almağa gedə bilmədim, heç yaxşı olmadı.
İndi tayfamızda hər kəs kölgəmi qılınclayır.
“Coni, sizin tayfanızda bircə dənə də ağlı başında olan yoxdur? – Pori hiddətlə səsləndi. – Atdan da
qisas alarlar? İnsanlar yer üzünə ayaq basandan indiyə kimi bir millət, bir tayfa heyvanlarla qan
davası aparıbmı? Onlara müharibə elan eləyibmi? Əmin niyə ata qarşı qeyri-etik hərəkət eləməliydi
ki, erkək at da onu öldürə?” “Sənə əmimin ata qarşı qeyri-etik hərəkət elədiyini kim dedi?” “Heç kim,
hər şey ortalıqdadırsa, gün kimi aydındırsa, nəyə görə də bunu mənə kimsə deməlidir? Yoxsa ayğır
əmini niyə öldürməliydi?” “Pori, sənə halal olsun! – Səmoş Əfinin arxasından əlini uzadaraq onun
çiyninə vurdu. – Ürəyimdən tikan çıxartdın. Bir də deyirlər, sən onsuz da Porinin hər dediyini
bəyənirsən. Adam, bir qayda olaraq, sözün düzünü deyirsə, niyə də bəyənməyim? Coni, qaraqışqırıq
salma, ən yaxın dostun yanında oturub, ondan soruş, gör arvadını burda qoyub Rusiyətə şir, at
öldürməyə gedərmi?” “Niyə də getsin? – Coni pərt halda mızıldandı. – Şir, ya da at onun yox, mənim
əmilərimi öldürürlər”. “Coni, nə qədər mənasız, məntiqsiz danışırsan? – Pori özünü saxlaya bilmədi.
– Rusiyətdə heyvanlar təkcə əmilərimi yox, bütün qohum-əqrəbamı da öldürsələr, mən burdan
Rusiyətə heyvan öldürüb, qisas almağa getmərəm! Bu barbarlıqdır, vəhşilikdir! Hansı zamandır, hansı
dövrdür? Adamlar arasında qan davası çoxdan geridə qalıb, sizsə heyvanlarla qan davası aparırsız”.
“Aldınmı cavabını? – Səmoş razı qalmışdı. – Mən haqsızdım, amma kimin haqlı olduğunu dostun
aydın dedi”.
Coni daha dinmədi, əslinə qalarsa, heç o özü də heyvanlarla qan davası aparmağa haqq
qazandırmırdı, sadəcə olaraq əmisi arvadı, uşaqları onu pis vəziyyətdə qoyurdular.
Coninin əmisi uşaqları Rusiyətdən bir aydan sonra qayıdıb gəldilər. Sağ-salamat qayıtmışdılar, ən


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə