İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə94/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   90   91   92   93   94   95   96   97   ...   142

XXII. Vanya
 
 
Molla rus çayının sahilində, şam meşəsinin kənarındakı təpənin üstündə dayanmışdı. Gözlərini
təpədəki müsəlmanın qəbrinə dikib ərəb dilində “Yasin” surəsini oxuyurdu. Burda yeganə müsəlman
o və qəbirdə yatan idi. Təpənin ətəyində səssizcə dayananlar isə xristianlar idilər. Çay boyunca əsən
külək mollanın pambıq kimi ağappaq olan uzun saqqalını yelləyir, kədərli səsini xristianların başı
üzərindən qovub çay boyunca aparır, yad kəlmələri yad meşəyə səpələyirdi.
 
***
Vanya göz önündəcə dəyişirdi, xoşbəxt görünür, üst-başına, geyim-keciminə, araq içməsinə belə ciddi
fikir verirdi. Məclislərdə əvvəlki tək içib sərxoşluq eləmir, açıq-saçıq lətifələr danışmırdı. Hətta
hardasa Tanyanı yamsılamaq, onun kimi ciddi olmaq, özünü çəkmək istəyirdi. Nə eləyirdisə, Tanyaya
xoş gəlmək üçün eləyirdi, nə danışırdısa, Tanyaya xoş gəlmək üçün danışırdı. Hərəkətlərini,
danışığını Tanyaya görə nizamlayırdı. Tanya isə dəyişməmişdi, bu qız Vanyadan nəsə götürməyi özünə
sığışdırmırdı, yenə də özünü ciddi aparır, ədalarıyla onun zəhləsini tökürdü. Sanki qarşısındakılar
ölümün hər üzünü görmüş keçmiş döyüşçülər yox, məktəb şagirdləri idi.
Qobi bir şey başa düşə bilmirdi, amma Tanyanın dostunun ağlını başından elədiyi göz qabağındaydı.
Münasibətlərinin vaxt keçirməkdən daha irəlilərə getdiyi aydın hiss olunsa da, Qobi hələ də ümidli
idi. Vanyaya bələddi, iradəli, möhkəm adamdı, lap sonda bu yoldan qayıdacaqdı. Hər halda dünənə
qədər dostuyla gəzən, yatan, sevişən qızla evlənəsi deyildi.
Yanılırmış, Vanya anbara onun yanına gəldi. Stul çəkib oturdu, stulda fırlanır, boğazını arıtlayır, ancaq
sözünü deyə bilmirdi. Qobi dözə bilmədi:
– Vanya, burcutma, sözünü de.
– Biz evlənmək istəyirik, – nəhayət, Vanya dilləndi.
– Biz, yəni kim? – Qobi qulaqlarını şəklədi.
– Tanya ilə mən.
– Vanya, ciddimisən?
– Hə, – Vanya qətiyyətlə dedi, – həyatımda heç vaxt belə ciddi olmamışam.
Qobi qəti etiraz elədi. Vanya, dedi, sən mənim o qızla yatdığımı, sevişdiyimi bilə-bilə onunla necə
evlənmək istəyərsən? Əgər evlənsən, biz bir-birimizə necə dost deyə, bir-birimizin evinə necə gedib-
gələ bilərik? Sən Tanya ilə evlənsən, hər ikimiz oğraş olarıq. Vanya, mən oğraşları öldürdüyüm
halda, dostumun oğraş olmasına razı ola bilmərəm! Siz yalnız mən öləndən, qəbrimin üstündə bir
qarış ot bitəndən sonra evlənə bilərsiz!
Vanya pərt oldu, belə sevinclə verdiyi xəbərə dostunun kəskin reaksiyası onu incitdi. Tanyaya bu
xəbəri necə verəcəyini düşündükcə özünə heç yerdə yer tapa bilmirdi. Bu həftə Qobiylə söhbət
eləyəcəyini, evlilik məsələsini yoluna qoyacağına söz vermişdi.
Tanya hirslənmişdi: “Sən onunla niyə söhbət eləməlisən, ondan niyə razılıq almalısan? Sənin atandır,
ya mənim atam? Ruslar evlənəndə öz ata-analarından icazə almırlar, sənsə dostundan icazə istəyirsən!
Qaraların elə adətləri var, evlənəndə yığışırlar, böyüklərindən, valideynlərindən icazə alırlar. Biz isə
rusuq, öz adətlərimiz var. Birdən söhbət elədin, o da razı olmadı. Onda necə olacaq?
Evlənməyəcəyik? Dostlarımıza, tanışlarımıza nə deyərik? Deyərik, məsələ qəlizdir, Azərbaycandan


bir qara gəlib, icazə vermir, biz də evlənə bilmirik? Onun icazə verməsini gözləyirik!” “Niyə də razı
olmasın? – Vanya demişdi. – Razı olacaq”. “Nə bilim, – qız çiyinlərini çəkmişdi, – sən onunla
oturub-dursan, dostluq eləsən də, onu, bu adamları mənim kimi tanımırsan. Razı olacağına
inanmıram”.
Vanya qızı arxayın eləyib yola salmışdı. Ürəyini buz kimi elə, demişdi, Qobi etiraz eləməyəcək. Qobi
isə etiraz eləmiş, onu pis vəziyyətdə qoymuşdu.
Tanya gəldi və Vanyaya baxan kimi hər şeyi başa düşdü, demək, razı olmadı?
– Olmadı,– Vanya pərt halda dilləndi.
– İndi necə olacaq? – hirsindən qızın yanaqları allandı.
– Hələlik evlənə bilmərik.
Qız eşitdiklərinə inana bilmirdi. Bilmərik? Sən nə danışdığının fərqindəsən? Niyə evlənə bilmərik? O
kim olur ki, bizə evlənməyi qadağan eləyir? Sənə dedim, amma qulaq asmadın. Bunlar vəhşi
tayfadırlar, işləri-peşələri öldürmək, baş kəsmək, cahillik qanunları ilə yaşamaqdır. Sivilizasiya
onların evlərindən içəriyə ayaq basmayıb. Sən ondan niyə icazə istəməliydin ki, o da verməyə? Sən
özündən başqa evlənmək üçün gedib bir qaradan icazə istəyən rus gördünmü? Vanya, qoy bu qara
cəhənnəm olsun, icazəsi də dəysin təpəsinə! Günü sabah gedib nigahımızı kəsdirir, toya hazırlaşırıq!
Vanya isə başını yırğalayırdı, yox, Nadya, Qobi mənə təkcə dost yox, qardaş olub, sözündən çıxa
bilmərəm. Gərək çalışıb onu razı salam.
Tanyanı od götürmüşdü. Necə razı salacaqsan? Rüşvət verəcəksən? Dilə tutacaqsan? Vanya, əslində
öz fikri olmayan, başqasının sözüylə oturub-duran sənin kimi birisiylə evlənmək istəməzdim. Çünki
səni belə görürəm, sabah mənimlə yatağa girmək üçün də ondan icazə istəyəcəksən. Amma mən bunu
bir qaranın qarşısında acizliyim, geri çəkilməyim kimi qəbul eləyir və bunu özümə sığışdıra
bilmirəm. Rus insanı öz torpağında, öz şəhərində, öz evində cəhənnəm kimi qaynayan isti torpaqdan
gəlmiş qaranın sözüylə oturub-durur, qaradan icazə alır.
Birdən Vanya Qobiylə söhbətini yada salıb dedi, sən çox da ruhdan düşmə, Qobi öləndən və qəbrinin
üstündə bir qarış ot bitəndən sonra evlənə bilərik.
Tanya ona baxıb, təəssüflə başını yırğaladı. Vanya, sənə inana bilmirəm. Səndə ağıldan əsər-əlamət
yoxdur, yerli-dibli yoxdur. Ay Allah, necə də sevindirdin məni! Demək, öləndən, qəbrinin üstündə bir
qarış ot bitəndən sonra evlənə bilərmişik? Vanya, sənə onun öləcəyini kim dedi? Bəlkə elə biz ondan
əvvəl öləcəyik? Qaralara bələdəm, canları pişik canından möhkəm olur! Bu adam səni də, məni də o
dünyaya yola salar, özü isə heç yerə getməz! Heç otuz yaşı yoxdur, azından bir altmış il də bundan
sonra yaşayacaq. İndi biz də altmış il oturub onun ölməsini, qəbrinin üstündə ot bitməsini
gözləyəcəyik? Vanya, onda biz özümüzə toy paltarları yox, tabut sifariş vermək haqda düşünəcəyik.
Hirsindən əsəb topuna dönən Tanya anbara getdi, fəhlələrə əhəmiyyət vermədən qışqırırdı. “
Deyirdim, qaralar vəhşidirlər, xətrinə dəyirdi. İndi gördün, mən deyəndir! Sənə pislik eləmişəm?
Birlikdə əyləndik, kef çəkdik, sənə nə qədər xoş anlar yaşatdım, əvəzini beləmi verirsən? Niyə bizə
mane olursan? Niyə qabağımızı kəsirsən? Niyə bizim xoşbəxtliyimizi gözün götürmür? Nə
düşünürsən, olmaya evlənməyimizə icazə verməsən, gəlib səninlə evlənəcəyəm?”
Qobi başını qaldırıb ona baxmırdı. “Qaraqışqırıq salıb adamları bura yığma, – astadan dedi. –
Evlənməyinizə razı ola bilmərəm. Bu, namus məsələsidir. Dünənə qədər mənimlə yatağa girən bir qız
bu gün dostumla evlənə bilməz. Evlənmək istəyirsən, xoşbəxt olmaq istəyirsən, başqasıyla evlən,
başqasıyla xoşbəxt ol. Şəhərdə kişilərin kökü kəsilib?” “Axı sən kimsən, – Tanya səsini bir az da
qaldırdı, – əxlaq polisisən? Heç kimsən! Sənin acığına evlənəcəyik! Bir sürü uşaqlarımız olacaq. Sən


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə