İSTİ VƏ soyuq torpaqlarda


XXIII. Rus itlərinə təlim keçən duzəkən



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə97/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   93   94   95   96   97   98   99   100   ...   142

XXIII. Rus itlərinə təlim keçən duzəkən
 
 
Eşit və yadında saxla. Gedib gördün duzəkən yatıb, vurub öldürdün, yenə də günah duzəkəndədir.
 
***
Coninin Rusiyətdə itlərə təlim keçən əmisinin maraqlı tarixçəsi var idi. Əmisi Gülmayə adlı qızla bir
sinifdə oxuyurmuş. Gülmayə dalaşqan, öcəşkən, dildən acı imiş, sinifdəki bütün oğlanların gözünün
odunu alıbmış. Onu görəndə siçan dəliyini satın alarmışlar. Ondan uzaq gəzər, Gülmayənin qəzəbinə
tuş olmamaq üçün ona səbəb verməzmişlər. Gülmayə ən çox əmisini incidərmiş, müəllimə cavab
vermək üçün ayağa qalxanda arxasına peronu batırar, çantasına arı qoyar, ya da papağını gözünün
üstünə basıb, arxasından təpiklə vurarmış. Əvvəllər əmisi qızın basqılarına, həmlələrinə cavab
verərmiş, sonralar isə qız onun müqavimətini qırır, onunla istədiyi kimi rəftar eləyr, zavallı duzəkən
gözüqıpıq olur.
Əmisi məktəbi qurtarıb əsgər gedir, əsgərlikdən qayıdıb bir illik mühasibatlıq kursunu qurtarır və
kolxozda mühasib işləməyə başlayır. Bu zaman yenidən Gülmayə yolunun üstünə çıxır. İşə gedən,
işdən qayıdan əmisinə söz atır, onu acılayırmış. Duzəkən də qızdan yaxasını qurtarmaq haqda çox
fikirləşir, amma bir yolunu tapa bilmirmiş. Qız ona him-cim eləyirmiş, amma nə faydası, adam
görməzlikdən gəlirmiş. Daha doğrusu görürmüş, amma əhəmiyyət vermirmiş, hər qızı görəndə arxası
ağrıyırmış, ona elə gəlirmiş qız hardansa yenə də əlini uzadıb o lənətə gəlmiş peronu arxasına batırır.
Hələ bir özünü unudub ufuldayırmış da. Hər şeydən göründüyü kimi vəziyyət him-cimlik deyilmiş.
Bir gün yenə Gülmayə onun qabağını kəsib deyir: “Beyinsiz duzəkən, bir ildir səni başa salmağa
çalışıram, amma sən qanmırsan. Səndən xoşum gəlir, sənə aşiq olmuşam, göndər elçilərini, al məni”.
Əmisi də gözlərini bərəldir: “Nə? Ay qız, mənim səndən zəhləm gedir! İti görüm, qurdu görüm, bircə
səni yox. Sənin hesabına məktəbdə oxuduğum o on il yadımda kabuslarla dolu qorxunc illər kimi
qalıb. Sənsə utanmırsan, elçilikdən dəm vurursan. Xəyal qurma, elçi-filan göndərə bilmərəm, mən
səni sevmirəm”. “Qələt eləyirsən, sevmirsən, – Gülmayə də onun başına qışqırır, – indi sevmirsən,
sonra sevərsən!” Qız çox deyir, amma duzəkən yaxın qoymur, deyir, iti sevərəm, qurdu sevərəm,
amma səni yox. Axırda qız hirslənir: “Yaxşı, – deyir, – beyinsiz duzəkən, səni xoşla başa sala
bilmədim, zorla başa salaram. Qalsan, mənimsən, ölsən, qara torpağın”.
Kolxoz idarəsi qonşu kənddəymiş, əmisi ora işə gedib-gəlirmiş. Bir gün Gülmayə oturur atasının
“Jiqulisi”nə, gedib yolda kəsir işdən qayıdan duzəkənin qabağını. Deyir: “De görüm, elçilərini
göndərirsən, ya yox?” “Göndərmirəm, – duzəkən deyir, – göndərmərəm də. Sən məktəbdə mənim
günümü qara eləmişdin, göz verirdin, işıq vermirdin. Hələ yanıma batırdığın peroların yeri
sağalmayıb. Stulda oturanda yanpörtü otururam. Nəyə görə təzədən səni gətirib boğazıma
keçirtməliyəm?” “Son sözündür?” – Gülmayə soruşur. “Son sözümdür!” – duzəkən deyir. “Onda
günah məndən getdi. Keç otur maşına!” Duzəkən ayağını verir yerə, deyir, oturmaram. Bu zaman
olmayan bir hadisə baş verir. Azərbaycan, o cümlədən dünya tarixində oğlanların qız qaçırtmaları
haqda minlərlə faktlar var, amma qızların oğlan qaçırtması haqda bircə fakt da yoxdur. Bu fakt yalnız
həmən gün, həmən saatda olur. Gülmayə düşür maşından, duzəkəni salır şillə-təpik altına, sonra da
atır maşının arxa oturacağına, qol-qıçını evdən götürdüyü sicimlə sarıyır. Duzəkən qızı polislə
hədələyir, deyir: “Burax məni, yoxsa polisə şikayət eləyəcəyəm”. Qız da deyir: “Polisə şikayət eləyib


nə deyəcəksən, deyəcəksən, məni qız qaçırdıb? Kim sənə inanar? Özünü lağa qoyarlar. Çox da
üzülmə, çətini oğlanlığını itirənə kimidir, sonra quzuya dönəcəksən. Nə qabiliyyətlərim olduğunu
görüb beşəlli yapışacaqsan məndən, qovsam da, getməyəcəksən. Günah özündə oldu. Mən sənə xoşla
dedim, razılaşmadın. Razılaşsaydın, məcbur qalıb zor işlətməzdim”.
Aparır duzəkəni böyük bacısıgilə. Orda bundan soruşurlar, bu kimdir, bunu niyə gətiribsən? Deyir, gic
duzəkəndir, qaçırtmışam. Deyirlər, ay qız, sən nə danışırsan, tarixdə belə şey görülməyib, qızlar
oğlanları yox, oğlanlar qızları qaçırdarlar. Gülmayə də deyir: “Tarixdə görülməyibsə, bu o demək
deyil ki, mən oğlan qaçırda bilmərəm. Özünü naza qoymazdı, razılaşardı, mən də qaçırtmazdım. Üç
ildir elçiləri qapıdan qaytarıram, bunu gözləyirəm, bu isə əl-ayağını dağıdır. Görürsən nə olub,
yanına pero batırmışam! Fərasətin olardı, batırmazdım!”
Gülmayə əmisinin gözünün yaşına baxmır, evdə bunu iki-üç dəfə zorlayır, nə qabiliyyətləri varsa,
hamısını göstərir, əmisi də bakirliyini, oğlanlığını itirəndən sonra daha özünü mazata qoymur. Çünki
nazdan keçdiyini anlayır, o yan-bu yan eləyən kimi Gülmayə təpəsinə-təpəsinə vururmuş.
Duzəkənlər bunu eşidib pərt olurlar, Gülmayəgilə sifariş göndərib onları hədələyirlər: “Namusumuza
sataşıbsınız, namusu da ancaq qan yuyar”. Gülmayənin atası sifarişi gətirənə deyir: “Sən get o səy
duzəkənlərə de, qoy abırlarına qısılıb səslərini çıxartmasınlar. Eşidib-bilən olsa, rüsvay olarlar. Bu
işin bircə çarəsi var, heç kim duyuq düşməmiş, toylarını eləyib bunları evləndirək”. Duzəkənlər nə
qədər səy olsalar da, görürlər, kişi düz deyir, başqa yolu yoxdur. Beləcə Gülmayə ilə Coninin əmisini
evləndirirlər. Duzəkənlər bu əhvalatı gizlin saxlamağa çalışsalar da, hər yerə yayılır, hamı xəbər
tutur. Hətta günlərin birində Moskvadan “İzvestiya” qəzetindən bir müxbir gəlib çıxır kəndə. Deyir:
“Mən Azərbaycanda baş verən bu nadir hadisəni, qızın oğlan qaçırtması xəbərini eşidən kimi durub o
qədər yolu gəlmişəm. Siz mənə ətraflı danışın, necə olub, qız oğlanı necə qaçırdıb?” Duzəkənlər
baxıb görürlər işlər şuluqdur, şərəfləri təhlükədədir, tayfanın ağsaqqalı deyir: “Əgər paytaxt qəzeti bu
haqda yazsa, bütün ölkəyə rəzil olarıq. Bu rüsvayçılıqdan qurtarmaq üçün hamı əlini daşın altına
qoysun”. Bu məsələdə duzəkənlər əsl həmrəylik göstərirlər, hamısı hərəkətə gəlir, kimi atını, eşşəyini,
kimi qoyun-keçisini, kimi danasını, xalçasını satır, verirlər müxbirə. Müxbir bu haqda yazmayacağına
söz verir. Əclaf adammış. Pulu alsa da, yazır, düzdür, söhbətin hansı tayfadan getdiyini yazmır, lakin
onsuz da hamı bu nadir hadisənin hansı tayfada baş verdiyini bilirmiş. Duzəkənlər müxbiri öldürmək
üçün Moskvaya adam da göndərmək istəyirmişlər, yalnız sonda fikirlərindən daşınırlar. “Müxbiri
öldürmək asandır, – tayfanın ağsaqqalı deyir, – amma onu nədən ötrü öldürdüyümüzü biləcəklər. Yəni
dolayısıyla başımızı yerə soxan bu hadisədən hamının xəbər tutmasına kömək eləmiş olarıq”.
Səmoş bunu öyrənmiş və möhkəm hirslənmişdi. Alçaq Coni, demək məndən gizlin saxlayırsan, elə
zənn eləyirsən xəbər tutmayacağam. Amma xəbər tutdum. Hər şeyi cikinə-bikinə kimi öyrəndim!
Axşam Səmoş eşitdiklərini danışıb, dedi, Coni, sən bunu bilməmiş olmazsan, bilirmişsən, amma
vicdansızcasına məndən gizlədirmişsən. Bunu nəinki bu bölgədə, Azərbaycanda, keçmiş sovetlərdə
hər kəs bilib. O vaxt axı hamı qəzet oxuyurmuş. Mərkəzi kitabxanaya gedib “İzvestiya”nın həmən
nömrəsini tapdım. Oxuyub, ay gülmüşəm ha! Sənsə gizlin saxlayıbsan, duzəkənlərin bu rüsvayçılığını
aləm bilir, heç nə olmur, mən biləndə şərəfləri zədələnəcəkdi? Adam, duzəkənlərdə şərəf qalıb ki,
zədələnə də?
– Səmoş, sən yenə qaşınırsan, neçə vaxtdır qulağının dibinə nallamıram, göylə gedirsən. Yazıq əmim
neyləyə bilərdi, Gülmayə onda bir Gülmayə imiş, iki cavan oğlan qolunu qatlaya bilmirmiş. Xoşu
gəlib əmimdən, qaçırdıb, bunun mənə nə dəxli? Kənddə ən mehriban ailə idilər. Bir-birlərinin başına
and içirdilər.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə