ĐSTĐQLAL VƏ SUVERENLĐK
1
Tofiq Köçərli, Akademik
“Respublika” qəzeti, 26 may və 3 iyun 1998-ci il.
əşəriyyət Azərbaycanı neft dünyasının paytaxtı kimi tanıyırdı. Azərbaycanın
qüdrətli poeziya vətəni olması da bəşəriyyətə bəlli idi. Bu da e’tiraf edilirdi
ki, “poeziya, musiqi və mahnının bəxtiyar vətəni olan Şuşa Zaqafqaziyanın
konservatoriyasıdır” (V.D.Karqanov. Kavkazskaə muzıka. Tiflis, 1908).
Azərbaycan xalqı bir sıra sahələrdə islam və türk dünyasının pioneri idi.
1920-ci ildə Lahıcda “qaçaq bir həyat yaşayan Əli Əhmədoğlunun” - Məhəm-
məd Əmin Rəsulzadənin elə oradaca, Lahıcda, özü də misilsiz çətinliklər
şəraitində, qısa bir müddət ərzində iste’dadla yazdığı “Əsrimizin Səyavuşu” əsə-
rini oxuyaq:
- Đlk türk dramaturqu azərbaycanlı, ilk türk bəstəkarı azərbaycanlı, Rusiya
türkləri arasında ilk qəzet yaradıcısı azərbaycanlı, məzhəb uzlaşmadığını ilk
olaraq ortadan qaldıran azərbaycanlı, əlifba islahını ilk düşünən azərbaycanlı...
Bütün islam dünyasında ilk Respublika yaratmaq şərəfi də Azərbaycan
xalqına qismət olmuşdur.
1918-ci il mayın 28-də Şimali Azərbaycanda müstəqil, dünyəvi,
demokratik, vahid mərkəzləşmiş milli dövlət - Azərbaycan Xalq Cümhuriyyəti
yaradıldı. “Azərbaycan Cümhuriyyəti aləmi-islamda təşəkkül edən ilk
Cümhuriyyətdir. Bu Cümhuriyyət eyni zamanda bir türk hökumətidir
1
Əlavələrlə çap olunur.
B
(dövlətidir, respublikasıdır - T.K.): tə’biri-digərlə kiçik Türkiyədir”.
(M.Ə.Rəsulzadə).
Azərbaycan Cümhuriyyəti parlamentin hakimi-mütləq olduğu “həqiqi bir
xalq cümhuriyyəti” idi. “Əsrimizin Səyavuşu”nda yazıldığı kimi, Azərbaycan
Cümhuriyyəti” söz azadlığı, mətbuat azadlığı ilə o dərəcəyə çatmışdı ki, sanki:
“Hər ki hahəd, kü biya və hərçi hahəd gu be gu gibro nazu hacibo, dərban
dərin dərgah nüst” - tə’rifi bunun haqqında söylənmişdir” (“Kim dilərsə, söylə
gəlsin, kim nə istərsə söyləsin. Yox bizim dərgahda qapısı, gərdası, kibr və paz”
- tərcümə M.Ə.Rəsulzadənindir).
Milli özünüdərk və özünütəsdiqlə, milli istiqlal ruhu və məfkurəsi ilə, milli
istiqlal uğrunda mübarizəsi və müstəqil Azərbaycan Respublikası qurması ilə
Azərbaycan xalqı ümumtürk əhəmiyyətli böyük bir rol oynadı: “türk şərqində
sağlam bir milliyyət hissi oyatdı, millət nə olduğunu milliyyətini unutmuş
türklərə bildirdi. Onlara sən əvvəl-əvvəl bir türksən, dedi və “türkəm” dedirtdi”
(Üzeyir bəy Hacıbəyov).
Azərbaycan dövlətinin yaranması və tarix səhnəsinə çıxması ilə
Azərbaycana beynəlxalq maraq son dərəcə artdı. Qonşu dövlətlərin və Qərbin
böyük dövlətlərinin hər birisinin o zaman neft səltənətinin tacı sayılan, Xəzər
dənizi sahilində ən böyük şəhərə və ən böyük limana malik olan Azərbaycanda
öz geosiyasi və iqtisadi marağı və Azərbaycanın istiqlalına həmin maraqdan
doğan münasibəti var idi. Bu maraq, “qüdrətli sehrbaz” xarici dövlətlərin
Azərbaycana münasibətini tə’yin və idarə edirdi: kimi Azərbaycanı qeyd-şərtsiz
həmişəlik “özününkü” sayaraq onun istiqlalını qəti rədd edir, kimi Azərbaycanı
özünə birləşdirmək, kimi onu parçalamaq, kimi onu öz nüfuz dairəsinə salmaq,
kimi də ona öz iradəsini qəbul etdirmək istəyirdi (burada knyaz
A.Çartorıyskinin Rusiya imperatoru Ι Aleksandr haqqında dediyi sözlər yada
düşür: çar “bütün dünyaya azadlıq bağışlayardı, ancaq bir şərtlə ki, hamı yalnız
onun iradəsinə tabe olsun”.
Əksər böyük dövlətlərin Azərbaycanın, digər yeni yaranmış dövlətlərin
azadlığına münasibəti bu paradoksa oxşar idi: “Azad ol, ancaq öz istədiyin kimi
yox, mən deyən kimi!”, yaxud “Müstəqil ol, ancaq mənim iradəmə tabe ol!” -
belə imperiya təfəkkürü, imperiya psixologiyası, imperiya praktikası o zaman
hakim mövqe tuturdu, indi də təəssüf, özünü gah orada, gah da burada
göstərməkdədir).
Azərbaycan hansısa yeni dövlətin itaətini, iradəsini qəbul etmək üçün,
yaxud kiminləsə birləşmək üçün ayrılıb müstəqil olmamışdı. Azərbaycan öz
suverenliyini heç kəslə və heç bir şəkildə bölüşdürmək fikrində deyildi.
Azərbaycan Cümhuriyyəti tə’sisçiləri üçün Azərbaycanın istiqlalı və suverenliyi
bölünməz və şəriksiz idi.
Tam əsasla deyə bilərik ki, Azərbaycan hökuməti xarici dövlətlərlə
münasibətlərdə Azərbaycanın istiqlalı və suverenliyi keşiyində mətanətlə
dayanmış, istiqlal və suverenlik yolunda bir çox maneələri və təzyiqləri dəf
etmiş, istiqlalı və suverenliyi qorumaqda ardıcıllıq və barışmazlıq göstərmişdir.
Müstəqil
Azərbaycanın
digər
dövlətlərlə
münasibətlərinə,
bu
münasibətlərdə Azərbaycanın yeritdiyi qətiyyətli siyasətə nəzər salaq.
Öncə Türkiyə ilə münasibətlər haqqında. Azərbaycan istiqlalını qəlbən
alqışlayan, onu öz doğma işi kimi qəbul edən, ona hərtərəfli yardım edən
yeganə dövlət və Azərbaycan istiqlalını tanıyan ilk dövlət Türkiyə olmuşdur.
Azərbaycan ilk beynəlxalq müqaviləni də Türkiyə ilə imzalamışdır: Đyunun 4-də
Batumda - Azərbaycanın istiqlalı e’lan ediləndən cəmi 6 gün sonra.
Bu müqaviləyə görə, Türkiyə lazım gələrsə, Azərbaycan Cümhuriyyətinə
hərbi yardım göstərməyi öhdəsinə almışdı (F.X.Xoyskinin dediyi kimi, “bizə
xaricdən qüvvə almaq üçün başqa millət və dövlətə müraciət etmək bə’zi
şəraitdən dolayı mümkün deyildi, müraciət etdikdə bir nəticə hasil olmazdı, ona
görədir ki, dindaş və millətdaşımız olan Türkiyəyə müraciət edildi”).
Türkiyə öhdəliyinə şərəflə əməl etdi. Azərbaycan hökumətinin rəsmi
müraciəti ilə Azərbaycana hərbi yardım göstərdi. Türk qoşunu təzəcə təşkil
Dostları ilə paylaş: |