İsveçrə Əməkdaşlıq Təşkilatının



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə1/7
tarix08.09.2018
ölçüsü4,34 Mb.
#67248
  1   2   3   4   5   6   7


 

 



 

 

 

İsveçrə Əməkdaşlıq Təşkilatının 

Cənubi Qafqaz üçün 2017-2020-ci 

illər üzrə Əməkdaşlıq Strategiyası 

 

 



 

 

 

 

 


 

 



 

 

 

Azat çay dərəsi - Ermənistanda yerləşən çoxsaylı dərələrdən biri. 

 

 



 

 



 

Giriş 

 

Tarix boyunca  Cənubi Qafqaz  Şərq və Qərbin 



kəsişməsində  yerləşdiyinə  görə  mürəkkəb  və 

strateji əhəmiyyət kəsb edən region olmuşdur. 

Cənubi  Qafqazın  üç  müasir  respublikası  - 

Ermənistan, Azərbaycan və Gürcüstan Avropa 

və Asiya arasındakı sərhəddə və Qara dənizlə 

Xəzər  dənizinin  arasında  yerləşir.  Həyati 

əhəmiyyət  kəsb  edən  enerji  marşrutlarının 

kəsişdiyi  region  Rusiya,  Türkiyə  və  İranla 

həmsərhəddir.    Hər  üç  ölkə  əhəmiyyətli 

geosiyasi  aktyorların  ziddiyyət  təşkil  edən 

maraqlarının  obyektidir.  Hər  üç  ölkənin  Sovet 

İttifaqından  çıxması  bir  sıra  həll  olunmamış 

mübahisələr, 

dondurulmuş 

münaqişələr 

meydana  gətirmişdir  ki,  bu  da  regionun 

inkişafına  mane  olur  və  ümumilikdə  regionun 

stabilliyini təhlükə altına salır. 

Sovet  İttifaqının  dağılmasından  sonra  İsveçrə 

Cənubi 


Qafqazdakı 

fəaliyyətini 

genişləndirmişdir. İsveçrənin bu ölkələrə yardım 

etməyə  fəal  şəkildə  can  atması  İsveçrənin 

həmrəylik ənənəsinə əsaslanır. Eyni zamanda, 

İsveçrə  yüksək  qloballaşan  bir  ölkə  kimi 

təhlükəsizliyi  və  firavanlığını  stabil  mühitə 

borcludur.  Bu səbəbdən, İsveçrə hər üç ölkə ilə 

güclü  diplomatik  əlaqələr  yaratmış  və  onların 

inkişafı,  o  cümlədən  münaqişələrin  qarşısının 

alınması  və  həll  edilməsində  əməyi  olmuşdur. 

İsveçrə  müxtəlif  münaqişələr  ilə  əlaqəli 

vasitəçilik  səyləri  və  humanitar,  texniki  və 

maliyyə məsələləri ilə bağlı göstərdiyi  yardıma 

görə  Ermənistan,  Azərbaycan  və  Gürcüstan 

hökumətləri  tərəfindən  etibarlı  tərəfdaş  hesab 

olunur.  Bundan  əlavə,  İsveçrə  Gürcüstanda 

müdafiə sahəsində mandata sahibdir və burada 

İsveçrə  Səfirliyi  Rusiyanın  maraqlarını  təmsil 

edir.   


İsveçrənin  Cənubi  Qafqazla  qarşılıqlı  əlaqəsi 

1988-ci ildə Ermənistanın şimal hissəsində baş 

verən dağıdıcı zəlzələdən sonra başlamışdır və 

həmin  tarixdən  etibarən  genişlənmiş  və 

intensivləşmişdir. 

1999-cu 


ildə 

İsveçrə 


Gürcüstanın paytaxtı Tbilisi şəhərində Regional 

Əməkdaşlıq 

Ofisini 

açmışdır. 

İsveçrə 

Əməkdaşlıq  Təşkilatının  Cənubi  Qafqaz  üçün 

2017-2020-ci  illər  üzrə  yeni  Əməkdaşlıq 

Strategiyası  İsveçrə  Əməkdaşlıq  Təşkilatının 

Cənubi  Qafqaz  üçün  2013-2016-cı  illər  üzrə 

Əməkdaşlıq  Strategiyasının  icrası  nəticəsində 

əldə  olunan  nəticələrə  əsaslanaraq  İsveçrə 

hökumətinin regionun stabilliyi və inkişafı üçün 

göstərdiyi  davamlı  öhdəliyini  doğrultmağa 

çalışır. 

 

İsveçrə Əməkdaşlıq Təşkilatının Cənubi Qafqaz 



üçün  2017-2020-ci  illər  üzrə  yeni  Əməkdaşlıq 

Strategiyası  İsveçrənin  İnkişaf  və  Əməkdaşlıq 

Agentliyi (İİƏA), İqtisadi Məsələlər üzrə Dövlət 

Katibliyi  (SECO),  Xarici  İşlər  üzrə  Federal 

Departamentin  İnsan  Təhlükəsizliyi  Bölməsi 

tərəfindən  birgə  hazırlanmışdır  və  İsveçrənin 

2017-2020-ci illər üzrə Beynəlxalq Əməkdaşlıq 

üzrə  çıxış  sənədində  müəyyən  olunduğu  kimi 

İsveçrənin  inkişaf  siyasətinin  prinsiplərinə 

uyğun  olaraq  tərəfdaş  ölkələrin  məqsədyönlü 

ehtiyaclarını diqqətli şəkildə təmin etmək üçün 

nəzərdə  tutulmuşdur.     

 

Strategiya  həmçinin 



sürətli inkişaf və yerlərdəki qeyri-stabil vəziyyəti 

nəzərə almaqla Davamlı İnkişaf üzrə Birləşmiş 

Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş 2030-

cu ilin gündəlikdə duran məsələlərinə köməklik 

göstərmək  məqsədi  daşıyır.    Bundan  əlavə, 

iqlim  dəyişikliyi  və  həll  edilməmiş  münaqişələr 

kimi  ümumi  problemləri  həll  etmək  məqsədilə 

regional  səviyyədə  aydın  şəkildə  əməkdaşlığa 

ehtiyac  vardır.  Bu  səbəbdən,  İsveçrə  diqqətini 

transsərhəd təşəbbüslərin təşviqinə yönəldəcək.  

Biz  inanırıq  ki,  İsveçrənin  Əməkdaşlıq 

Strategiyası  çərçivəsində  həyata  keçiriləcək 

fəaliyyətlər Cənubi Qafqazın gələcək inkişafına 

səmərəli və məqsədyönlü şəkildə töhfə verəcək 

və  biz  inkişaf  sahəsi  üzrə  digər  dörd  illik 

məhsuldar  tərəfdaşlığının  baş  tutmasına  çox 

ümid edirik. 

Gəlin  İsveçrənin  Cənubi  Qafqaz  üçün  2017-

2020-ci illər üzrə yeni Əməkdaşlıq Strategiyası 

ilə tanış olaq.  

 

Bern, dekabr 2016-cı il 



 

 

 


 

 



 

 

İxtisarların siyahısı 

 

 



 

 

AİA 



Avstriya İnkişaf Agentliyi 

AİB 


Asiya İnkişaf Bankı 

CHF 


İsveçrə frankı 

FRA 


Fəlakət Riskinin Azaldılması 

AYİB 


Avropa Yenidənqurma və İnkişaf Bankı 

AİB 


Avrasiya İqtisadi Birliyi 

AİB 


Avropa İnvestisiya Bankı 

Aİ 


Avropa İttifaqı 

FAO 


Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı 

XİFD 


Xarici İşlər üzrə Federal Departament 

QEF 


Qlobal Ekologiya Fondu 

GIZ 


Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti 

HY 


Humanitar Yardım 

İTB 


İnsan Təhlükəsizliyi Bölməsi 

BQXK 


Beynəlxalq Qızıl Xaç Komitəsi 

MK 


Məcburi köçkün 

KTİBF 


Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond 

BMK 


Beynəlxalq Maliyyə Korporasiyası 

BMT 


Beynəlxalq Maliyyə Təşkilatı 

BVF 


Beynəlxalq Valyuta Fondu 

QHT 


Qeyri-hökumət təşkilatı 

ATƏT 


Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı 

DXMH 


Dövlət Xərcləri və Maliyyə Hesabatlılığı  

DMİ 


Dövlət Maliyyəsinin İdarəedilməsi 

İƏT 


Cənubi Qafqazda İsveçrə Əməkdaşlıq Təşkilatı 

İƏİA 


İsveçrənin Əməkdaşlıq və İnkişaf Agentliyi 

SECO 


İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi 

KOM 


Kiçik və orta müəssisə 

BMTİP 


Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı 

BMT QAK 


Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı 

UNWOMEN 


BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumu 

USD 


ABŞ dolları 

DB 


Dünya Bankı 

ÜTT 


Ümumdünya Ticarət Təşkilatı 

 

 



 

   


 

 

 


Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə