İsveçrə Əməkdaşlıq Təşkilatının



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə4/7
tarix08.09.2018
ölçüsü4,34 Mb.
#67248
1   2   3   4   5   6   7

 

 



 

(KOM) kimi güclü sektorun yaradılmasına mane 

olur. Hər üç ölkədə təcili olaraq islahatlar həyata 

keçirilməsi  və  ələlxüsus  kənd  yerlərində 

iqtisadiyyatın  şaxələndirilməsi  üçün  daha  çox 

öhdəlik  götürülməlidir.  Kənd  təsərrüfatı,  turizm 

və  informasiya  texnologiyaları  kimi  sektorlar 

böyük inkişaf potensialına malikdir.  

 

Region  təbii  fəlakətlər  və  texnogen  qəzalara 



olduqca  həssasdir  və  bu  da  xüsusilə  dağlıq 

ərazilərdə  iqtisadi  inkişafa  mane  olur.    Bu 

həssaslıq  davamlı  iqlim  dəyişikliyi,  torpaqların 

deqredasiyası  və  meşələrin  qırılması  ilə  daha 

da pisləşir. İqlim dəyişikliyinin təsirləri xüsusilə 

ölkə 


sərhədlərdə 

koordinasiyalı 

cavab 

tədbirlərinin həyata keçirilməsini tələb edir, lakin 



regionda  hökm  sürən  siyasi  gərginliklər 

ucbatından bu tədbirləri maliyyələşdirmək hələ 

mümkün olmamamışdır. 

 

Hakimiyyət uğrunda mübarizələrin təsirlərini və 



popülist 

qanunverici 

orqanların 

risklərini 

azaltmaq  məqsədilə  icraçı  və  məhkəmə 

orqanları  üçün  əlavə  gücləndirmə  işləri 

aparılmalıdır.  Yaxşı  idarəçiliyi,  qanunun  aliliyi, 

səlahiyyətlərin  bölüşdürülməsi  və  şəffaflığı 

daha  da  təşviq  etmək  üçün  həlledici  tədbirlər 

görülməlidir.  Siyasi  rəhbərliklə  bağlı  ictimai 

narazılığın  artması  və  iqtisadi  imkanların 

məhdud  olması  çoxsaylı  küçə  etirazlarına 

səbəb olmuşdur.   Bununla belə, vətəndaşların 

iştirak  səviyyəsi  aşağı  olaraq  qalır  və  siyasi 

elitaya 

məhdud 


dəyişikliklər 

edilmişdir. 

Gürcüstan  və  Ermənistanda  fəal  vətəndaş 

cəmiyyəti  qrupları  mövcud  olsa  da,  onların 

hakimiyyət  orqanları  ilə  qarşılıqlı  əlaqəsi  daha 

güclü  ola  bilərdi.  Azərbaycanda  vətəndaş 

cəmiyyəti  hakimiyyət  tərəfindən  ciddi  şəkildə 

nəzarət  edilir.  Bununla  belə,  Azərbaycanda 

hökm sürən bariz iqtisadi böhran institusional və 

iqtisadi islahatlar üçün unikal imkanlar yaradır. 

Lakin insan hüquqları sahəsində əməkdaşlığın 

problemli olaraq qalması gözlənilir.  

 

2017-2020-ci  illər  ərzində  İsveçrə  Cənubi 



Qafqazda  məqsədyönlü  müsbət  irəliləyişlərə 

nail  olmağı  gözləyir.  Bununla  belə,  qlobal 

iqtisadi durğunluq çox güman ki, regiona mənfi 

təsir edəcək. Regionun geosiyasi mühiti əsasən 

gözlənilməz olaraq qalacaq, lakin hər üç ölkənin 

Qərb, Rusiya  və digər ölkələrlə müvafiq siyasi 

oriyentasiyaları  çətin  ki,  dəyişsin.  "Həssas 

stabillik" ərazi mübahisələri üçün ən çox ehtimal 

olunan ssenaridir, lakin Dağlıq Qarabağ ilə bağlı 

hərbi  münaqişələrin  müvəqqəti  alovlanması 

istisna edilə bilməz. 

 

 

Cənubi Qafqaz çox müxtəlif landşafların 

özəyidir və Gürcüstanın Acarıstan bölgəsində 

yerləşən bu kənd kimi dağlıq və təcrid edilmiş 

kənd ilə 

 

 

Azərbaycanın  paytaxtı  Bakı  şəhəri  arasındakı 

fərqlər artır. 

 

 



 


 

 



 

2. 

İsveçrə və Cənubi Qafqaz Regionu arasında Əməkdaşlıq üçün 

səbəblər  

 

İsveçrənin  1988-ci  ildən  etibarən  regionla 



əməkdaşlığa başlaması Cənubi Qafqazın bu üç 

ölkəsi 


ilə 

siyasi 


münasibətlərin 

gücləndirilməsinə 

töhfə 

vermişdir. 



Uzunmüddətli  humanitar,  inkişaf  və  maliyyə 

sahəsində  göstərdiyi  əməkdaşlıq  və  sülh 

quruculuğu təşəbbüslərinə görə İsveçrə hər üç 

ölkə  tərəfindən  qərəzsiz  və  etibarlı  tərəfdaş 

hesab  olunur.  İƏİA  kənd  yerlərinin  inkişafına 

investisiya  yatıran  inkişaf  məsələləri  üzrə  ilk 

tərəfdaşlardan biri olmuşdur və yerli idarəçiliklə 

bağlı  islahatlar,  fəlakətlə  əlaqəli  risklərin 

azaldılması  və  münasib  mənzillərin  təmin 

edilməsi  sahəsində  malik  olduğu  təcrübəyə 

görə böyük rəğbət qazanmışdır. Azərbaycanda 

SECO maliyyə və qeyri-neft sektorunun inkişafı 

sahəsində təcrübəsi, o cümlədən makroiqtisadi 

dəstək, daha şəffaf və cavabdeh dövlət maliyyə 

idarəçiliyini  təmin  etdiyinə  görə  tanınır.  İTB-in 

münaqişələrin 

transformasiyası 

və 


sülh 

quruculuğunda  iştirakı  İsveçrənin  regionda 

sülhlə  bağlı  vasitəçilik  işlərində  neytral  və 

vicdanlı  vasitəçi  kimi  nüfuz  qazanması  ilə 

nəticələnmişdir.  

 

Hər  üç  ölkə  İsveçrə  üçün  yüksək  siyasi  və 



iqtisadi  əhəmiyyət  kəsb  etmişdir.  2008-ci  ildə 

Gürcüstan  və  Rusiya  arasında  diplomatik 

münasibətlərin  kəsilməsindən  sonra  İsveçrə 

həm  Rusiya,  həm  də  Gürcüstanın  müdafiəçi 

qüvvəsi  kimi  çıxış  etməklə  bağlı  razılığa 

gəlmişdir:  Rusiya  Federasiyasının  Tbilisidəki 

maraqlar  payı  və  Gürcüstanın  Moskvadakı 

maraqlar  payı  hal-hazırda  İsveçrənin  hər  iki 

ölkədə yerləşən müvafiq səfirliklərinin işinin bir 

hissəsini  təşkil  edir.    2011-ci  ildə  İsveçrə 

Gürcüstan  və  Rusiya  arasında  Gömrük 

Monitorinqi 

haqqında 

Razılaşmanın 

imzalanmasına 

köməklik 

göstərmiş 

və 


Rusiyanın ÜTT-yə daxil edilməsinə yol açmışdır. 

Əlavə olaraq, İsveçrə diplomatına Aİ-nin 2008-

ci  il  münaqişəsinə  dair  faktların  araşdırılması 

üzrə  müstəqil  missiyasına  rəhbərlik  etmək 

həvalə edilmişdir. İsveçrənin həmçinin 2009-cu 

ildə  Sürix  Protokollarının  imzalanması  ilə 

Türkiyə-Ermənistan  münasibətlərində  irəliləyiş 

əldə  edilməsində  əməyi  olmuşdur;  bu 

protokolların 

icrasının 

dayandırılmasına 

baxmayaraq  bu  sənədlər  iki  ölkə  arasında 

istənilən yanaşma  üçün etalon rolunu oynayır. 

Ümumilikdə,  İsveçrə  həm  birbaşa,  həm  də 

Avropada 

Təhlükəsizlik 

və 

Əməkdaşlıq 



Təşkilatı  (ATƏT)  vasitəsilə  regionda  mövcud 

olan  münaqişələr  ilə  əlaqədar  çoxsaylı 

vasitəçilik fəaliyyətlərində iştirak etməyə davam 

edir. Cenevrə Beynəlxalq Müzakirələrinə dəstək 

göstərmək və münaqişə xətləri boyunca dialoq 

layihələrini 

həyata 

keçirməklə 



İsveçrə 

münaqişələrin  həll  edilməsi  ilə  bağlı  səylərə 

davamlı olaraq dəstək göstərmişdir.  

 

İsveçrənin Cənubi Qafqazın fəaliyyətlərinə cəlb 



olunması 2016-2019-cu illər üzrə Xarici Siyasət 

Strategiyaının  prioritet  məsələləri,  xüsusilə  də 

üçüncü  (sülh  və  təhlükəsizlik)  və  dördüncü 

(davamlı  inkişaf  və  firavanlıq)  prioritet 

məsələləri  ilə  uyğunluq  təşkil  edir.  İsveçrə 

fəaliyyətlərini  Cənubi  Qafqazda  fəaliyyət 

göstərən digər donor təşkiilatlarla koordinasiya 

edir və həyata keçirdiyi müdaxilələr hər ölkənin 

müvafiq  ehtiyaclarına  uyğundur.  Cənubi 

Qafqazın əsas fəal donor təşkilatlarına daxildir: 

Aİ, Amerika Birləşmiş Ştatları, Almaniya, İsveç, 

Böyük Britaniya, Yaponiya və Avstriya, eləcə də 

BMT-nin təşkilatları (BMTİP, UNWOMEN, FAO, 

KTİBF,  BMT  QAK),  beynəlxalq  maliyyə 

təşkilatları (Dünya Bankı Qrupu, BVF, AİB AİB, 

AYİB)  və  BQXK.  Azərbaycan  Dünya  Bankının 

(DB) İsveçrə seçki dairəsi, Beynəlxalq  Valyuta 

Fondu  (BVF)  və  Qlobal  Ekologiya  Fondunun 

(QEF)  üzvüdür;  Azərbaycan  həmçinin  enerji 

təchizatı  baxımından  İsveçrə  üçün  mühüm 

tərəfdaşdır.   

 

 

Fındıq  emalçısı  İsmayıl  başlanğıcda  çətinlik 

çəksə  də,  hal-hazırda  Azərbaycanın  Zaqatala 

şəhərinin ən uğurlu iş adamlarından biridir. 

 

 




Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə