İsveçrə Əməkdaşlıq Təşkilatının



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə5/7
tarix08.09.2018
ölçüsü4,34 Mb.
#67248
1   2   3   4   5   6   7

 

10 


 

 

3. 



Keçmiş nailiyyətlər və təcrübələr  

 

İsveçrənin  2013-2016-cı  illər  üzrə  111  milyon  isveçrə  frankı  təşkil  edən  Əməkdaşlıq  Strategiyası  



aşağıdakı üç müdaxilə sahəsi üçün hazırlanmışdır: (i) iqtisadi inkişaf və məşğulluq; (ii) idarəetmə və 

ictimai xidmətlər; və (iii) insanların təhlükəsizliyi və mühafizəsi. 



3.1.  İqtisadi inkişaf və məşğulluq 

 

Özəl  sektorda  çalışan  müxtəlif  aktyorların 



dəstək  göstərdiyi  kənd  təsərrüfatı  üzrə  dəyər 

zəncirlərinə  əsasən  kənd  yerlərində  iqtisadi 

inkişaf  fəaliyyətlərində  əhəmiyyətli  dərəcədə 

iştirak  (məs.,  süd,  ət  və  meyvə  kimi  dəyər 

zəncirləri  üzrə  mal  təchizatçıları,  xidmət 

təminatçıları, 

istehsalçılar). 

Nəticədə, 

təsərrüfata  dəstək  xidmətlərinin  keyfiyyəti  və 

həmin  xidmətlərə  (o  cümlədən,  baytarlıq 

aptekləri,  maliyyə  və  ixtisasartırma  xidmətləri) 

çıxış  imkanlarının  təmin  edilməsində  xeyli 

irəliləyiş  əldə  olunmuşdur  ki,  bu  da  məsələn, 

Gürcüstanda  ferma  təsərrüfatı  və  mal-qaranın 

məhsuldarlığını  artırmışdır,  53%-dən  çox 

markalı  pendir  (hər  il  üzrə  təxminən  1400  ton 

pendirə  bərabər)  layihə  iştirakçılarından  əldə 

edilmişdir. Ümumilikdə, 170,000-dən çox fermer 

və  onların  ailəsinin  gəliri  xeyli  artmış,  kənd 

təsərrüfatı ilə əlaqəli işgüzar dairələrdə bir neçə 

min iş  yeri açılmışdır. Qadınların  heyvandarlıq 

və ferma təsərrüfatının idarə edilməsində daha 

fəal  rola  malik  olması  sayəsində  onların 

investisiyalar  ilə  bağlı  qərarvermə  prosesində 

iştirakı  da  həmçinin  artmışdır.  Bu  nailiyyət 

miqrasiya təzyiqini azaltmağa köməklik etmişdir. 

Məsələn, Ermənistanda hədəf ərazilərdə digər 

regionlarla  müqayisədə  iki  dəfə  az  daxili 

miqrasiya 

baş 


vermişdir. 

Nəticədə, 

Azərbaycanda 

süd 


və 

süd 


məhsulları 

istehsalçısı  olan  fermerlərin  gəlirləri  artmış, 

baytarların  bacarıqları  inkişaf  etmiş,  təlim  və 

tədris  məktəbləri  gücləndirilmiş  və  süd 

məhsullarının  dəyər  zəncirində  məşğulluq 

imkanları  yaxşılaşdırılmışdır.  Təəssüf  ki,  İƏİA 

2015-ci  ildə  Azərbaycanda  kənd  təsərrüfatı  ilə 

bağlı layihələrinə xitam verməli olmuşdur, çünki 

İsveçrənin icraçı tərəfdaşının qeydiyyat müddəti 

Azərbaycan Respublikasının hökumət orqanları 

tərəfindən uzadılmamışdır. 

  

Azərbaycanda 



maliyyə 

sektoru 


İsveçrə 

hökumətinin 

səyləri 

nəticəsində 

müasirləşdirilmiş  və  diversifikasiya  edilmişdir. 

Onlayn  biznes  qeydiyyatı  kimi  yeni  elektron 

xidmətlərin  təqdimatı  xərclərin  əhəmiyyətli 

dərəcədə azalmasına səbəb olmuşdur (illik 13 

milyon  ABŞ  dolları).  Milli  poçt  ofisi  "Azərpoçt" 

yeni  maliyyə  xidmətləri,  o  cümlədən  pul 

köçürmələri,  valyuta  mübadiləsi  və  debit 

kartların verilməsi kimi xidmətlər təmin etməklə 

kənd  yerlərində  yaşayan  əhalinin  maliyyə 

vəsaitləri  və  xidmətlərə  çıxış  imkanını 

əhəmiyyətli dərəcədə artırmışdır. 

 

Gürcüstanda  İsveçrə  məcburi  köçkünlər, 



həssas əhali qrupları və təbii fəlakət qurbanları 

ilə  bağlı  siyasətin  hazırlanmasında  fəal  iştirak 

etmişdir.  Nəticə  etibarilə,  məcburi  köçkünlərin 

yaşayış  şəraiti  və  mənzillə  təmin  olunması  ilə 

bağlı  narahatlıq doğuran  məqamlar hökumətin 

Məcburi  Köçkünlərin  Yaşayış  Şəraitinə  dair 

Fəaliyyət  Planı  və  Məcburi  Köçkünlərin 

Fəaliyyət Planında öz əksini tapmışdır. 181 ailə 

üçün yeni yaradılan gəlir imkanları və 3700-dən 

çox  ailəyə  xidmət  göstərən  kiçik  icma 

infrastrukturunun (təcili yardım maşınları və ya 

bağçalar)  təmiri  sosial-iqtisadi  inkişafı  artırmış 

və  Gürcüstanda  həssas  əhali  qruplarının 

rifahını yaxşılaşdırmışdır.  



 

 

Baytarlıq  aptekləri  müxtəlif  dəyər  zəncirlərinin 



bütün hissələri boyunca yerli fermerlərə xidmət 

göstərmək məqsədilə yaxşı təchiz olunmuşdur. 

 

 

Müəssisələr  süd  istehsalı  texnologiyası,  ərzaq 



təhlükəsizliyi,  biznes  və  marketinq  üzrə 

biliklərini  artırdığına  görə  onların  istehsal 

göstəriciləri iki dəfə artmışdır. 

 



 

11 


 

 

 



Kənd  yerlərində  yaşayan  əhali  indi  "Azərpoçt" 

şirkəti  tərəfindən  təklif  edilən  yeni  maliyyə 

xidmətləri  və  məhsullar  sayəsində  pul  köçürə, 

mübadilə edə və ala bilər. 

 

 

 



 

12 


 

 

3.2.  İdarəetmə və İctimai Xidmətlər  

 

İdarəetmə  və  ictimai  xidmətlər  bölməsinə 



gəldikdə isə İsveçrə regional və yerli hakimiyyət 

orqanlarına  daha  böyük  səlahiyyətlər  vermək, 

vətəndaşların  planlaşdırma  və  qərarvermə 

proseslərində  daha  çox  iştirakını  təmin  etmək 

və dövlət resurslarının daha şəffaf və səmərəli 

şəkildə istifadə edilməsi üçün islahatlarla bağlı 

təşəbbüsləri  dəstəkləmişdir.  Ermənistan  və 

Gürcüstanda İsveçrənin dəstəyi sayəsində milli, 

regional  və  yeri  hakimiyyət  orqanları  hüquqi-

normativ bazaları yaratmağı daha yaxşı bacarır, 

eləcə də sosial və iqtisadi inkişaf strategiyaları 

və büdcələri hazırlaya bilirlər. "Vahid pəncərə" 

prinsipi  ilə  işləyən  ofislər  və  elektron  hökumət 

təsis  edilmiş  və  inzibati  xidmətlərin  təmin 

edilməsini  təkmilləşdirmişdir.  Ermənistanın 

İsveçrə  tərəfindən  dəstək  göstərilən  icma 

genişləndirmə prosesi indiyə kimi 165,000 sakin 

üçün  daha  az  xərcli  və  daha  yüksək  ictimai 

xidmətlərə  səbəb  olmuşdur.  Qadınların  siyasi 

qərarların  verilməsi  proseslərində  iştirakı 

güclənmişdir. 

Azərbaycanda 

ictimai 

infrastrukturla 

bağlı 

investisiyaların 



həmmaliyyələşdirilməsi və texniki yardım ictimai 

xidmətlərin  təkmilləşdirilməsi,  o  cümlədən 

kommunal 

xidmətlərin 

daha 

da 


yaxşılaşdırılması 

və 


daşınmaz 

əmlakın 


qeydiyyatının 

asanlaşdırılması 

ilə 

nəticələnmişdir. 



 

Ermənistan və Gürcüstanda İsveçrənin dəstəyi 

təbii fəlakətlərlə bağlı risklərin idarə edilməsi və 

davamlılığını  artırmışdır.    Ermənistanda  1.75 

milyon  sakin  (ölkə  əhalisinin  65%-i)  təbii 

fəlakətlərə  qarşı  cavab  tədbiri  görmək  üçün 

daha  peşəkar  imkanlardan  faydalanırlar.  İlk 

xilasedicilər 

üçün 

İsveçrə 


beynəlxalq 

standartlara  uyğun  olaraq  regional  xilasetmə 

komandaları yaratmış və onlara təlim keçilməsi, 

eləcə  də  onların  davamlı  peşəkar  inkişafını 

təmin  etmişdir.  İsveçrə  həmçinin  Ermənistana 

təcili  tibbi  yardım  qruplarının  yaradılması, 

onlara təlim keçirilməsi, onların təchiz edlməsi, 

o  cümlədən  bacarıqların  resertifikasiyası  üçün 

sistem  yaradılmasında  köməklik  göstərmişdir. 

İsveçrə  Gürcüstanda  təbii  fəlakətlər  ilə  bağlı 

risklərin  kompleks  idarə  edilməsi  ilə  əlaqədar 

milli 


və 

yerli 


hakimiyyət 

orqanlarının 

bacarıqlarını  artırmışdır  ki,  bu  da  insanlar  və 

onların  vəsaitlərinin  daha  yaxşı  mühafizə 

olunması  ilə  nəticələnmişdir.  Bundan  əlavə, 

İsveçrə 


dağlıq 

ərazilərdə 

ixtisaslaşmış 

xilasetmə qruplarına təlim keçirilməsi və onların 

təchiz  edilməsinə  dəstək  göstərməklə  ölkənin 

dağlıq 


ərazilərində 

xilasetmə 

sisteminin 

yaradılmasına  başlamaqda  milli  və  yerli 

hakimiyyət orqanlarına köməklik göstərmişdir.  

 

Eyni  zamanda,  İsveçrə  Gürcüstanda  münasib 



(sosial)  mənzillərin  təmin  olunması  kimi 

uzunmüddətli  fəaliyyətini  davam  etdirmişdir.   

Sosial  məkan  və  şəhər  inkişafı,  sosial  mənzil, 

sosial  iş  və  evsizlik  kimi  mövzuların  əks 

olunduğu  tədris  planı  ilk  dəfə  hazırlanmış  və 

Gürcüstanın  üç  aparıcı  universitetlərinin 

akademik  proqramlarına  daxil  edilmişdir. 

İqtisadiyyat  və  Davamlı  İnkişaf  Nazirliyi 

münasib  mənzillərin  təmin  olunması  üçün 

şəhərsalma normaları və memarlıq standartları 

qəbul etmişdir. 

 

Azərbaycanda  vətəndaş  cəmiyyəti  ilə  bağlı 



vəziyyətin  pisləşməsi  insan  hüquqları  və 

demokratiya  sahəsində  əhəmiyyətli  irəliləyişin 

əldə olunmasına mane olmuşdur. Bununla belə, 

Azərbaycanda 

dövlət 

maliyyəsinin 



idarəedilməsi 

sahəsində 

irəliləyiş 

əldə 


olunmuşdur.    İsveçrə  istifadə  olunan  audit 

növlərini diversifikasiya edərək və auditlə bağlı 

idarəetmə  imkanlarını  təkmilləşdirərək  xarici 

audit sisteminin gücləndirilməsində öz dəstəyini 

təmin  etmişdir.  Yaxşı  qəbul  edilmiş  elektron 

qeydiyyat  platformasına  start  verilmişdir  ki,  bu 

da  kadastr  və  daşınmaz  əmlakın  qeydiyyatı 

prosesini yaxşılaşdırmışdır. 



 

 

Ermənistanın  Alaverdi  şəhərində  təxminən 

20,000 sakin istifadəyə verilən "vahid pəncərə" 

prinsipi ilə təmin edilən xidmətlərdən faydalanır.  

 

 

Su  infrastrukturunun  bərpası  və  tikintisi  ilə 



Azərbaycanın  kənd  əhalisi  hazırda  müntəzəm 

qaydada içməli su əldə etmək imkanı var. 

 



Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə