14
3.3. İnsanların təhlükəsizliyi və mühafizəsi
İsveçrənin yardımı hər üç ölkədə münaqişə
nəticəsində təsirə məruz qalmış əhalinin həyat
şəraiti və mühafizəsini yaxşılaşdırmışdır.
İsveçrə Gürcüstan və separatçı Abxaziya
bölgəsi arasındakı inzibati sərhəd xəttinin hər iki
tərəfində
işlər
görməklə
qərəzsizliyini
gücləndirmişdir. İsveçrənin göstərdiyi dəstək
Abxaziya və Tsxinvali regionu/Cənubi Osetiya
ilə həmsərhəd olan Şida Kartli regionunda
münaqişə nəticəsində təsirə məruz qalmış və
qaçqın düşmüş 197 ailənin həyat şəraitini
əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır. 158
ailəyə verilən ayrı-ayrı qrantlar onların
sərbəstliyini artırmaqla və ya KOM-ların
inkişafını təmin etməklə onlar üçün daha yaxşı
həyat
şərtləri
yaratmışdır.
Münaqişə
nəticəsində hər iki ərazidə təsirə məruz qalmış
təqribən 4,000 ailə bağçalar, məktəblər və ya
suvarma sistemləri kimi icma infrastrukturunun
təmirindən faydalanmışdır. BMT QAK və
BQXK-in müvafiq illik müraciətlərinə cavab
olaraq İƏİA Ermənistan, Azərbaycan və
Gürcüstanda münaqişə nəticəsində təsirə
məruz qalan əhalinin daha çox qorunmasına
köməklik göstərmişdir.
İsveçrə
regionda
sülh
quruculuğu
fəaliyyətlərinin dəstəklənməsində mühüm rol
oynamağa davam etmişdir. ATƏT-in həmsədri
kimi 2014 və 2015-ci illərdə vəzifədə olan
İsveçrə və Serbiya nümayəndələri müvafiq
olaraq ATƏT-in Cənubi Qafqazda xüsusi
nümayəndəsi olaraq Cenevrə Beynəlxalq
Müzakirələrinə
həmsədrlik
etmiş
və
Gürcüstanda münaqişələr ilə əlaqəli problemlər
üçün "neytral status" əldə olunmasında
dəstəyini təmin etmişdir. İsveçrə həmçinin
Dağlıq Qarabağ münaqişəsi üçün hərtərəfli sülh
sazişinin
əldə
olunmasına
yönəlmiş
"strukturlaşdırılmış
və
intensivləşdirilmiş
danışıqlar" planını təqdim etmişdir. 2016-cı ildə
İsveçrənin Almaniyada sədrlik etdiyi müddətdə
ATƏT-in sədrinin Cənubi Qafqazdakı xüsusi
nümayəndəsini dəstəkləməyə davam etmişdir.
Həmsədrlərin fəaliyyəti nəticəsində Cenevrə
Müzakirələri konstruktiv atmosferdə davam
etmişdir və tərəflərə Erqneti və Qalidə keçirilən
aylıq görüşlər zamanı Hadisələrin Qarşısının
alınması və Cavab Mexanizmi (HQCM)
çərçivəsində
praqmatik
həll
yollarının
araşdırılmasında
köməklik
göstərilmişdir.
Regional proqram çərçivəsində İTB vətəndaş
cəmiyyəti ilə bağlı təşəbbüslərini dəstəkləmişdir
ki, bu dəstək sayəsində Cenevrə Müzakirələrinə
yerli və beynəlxalq tərəfdaşlar qoşulmuş və bu
dəstək
regionda
"bağlantı"
məsələsində
irəliləyiş əldə olunmasına köməklik göstərmişdir.
İrakli Kobalia və dostları Gürcüstanın Çaişi
regionunda istiliyin təmin olunması üçün təbii
ehtiyatlardan
istifadə
etməklə
istixananı
bölüşürlər. O, İsveçrə tərəfindən təmin edilən
kiçik qrantı istifadə etməklə öz biznesini
genişləndirə bilmiş və məhsuldarlığı 35%-ə
qədər qaldırmışdır.
2009-2014-cü illər ərzində İsveçrə Ermənistana
altı regiondakı xilasetmə komandalarına əlavə
köməklik etmək üçün 540 səhiyyə işçisi ilə
birlikdə 27 tibb müəssisəsi təsis etmişdir. Tibbi
yardım komandalarına hadisə yerində təcili tibbi
yardım göstərmək üçün təlim keçirilir.
Peşə təhsili və kompüter kursları Azərbaycanda
məcburi köçkün və qaçqın düşmüş qadınlar və
qızların həyat şəraitini yaxşılaşdırması üçün
faydalı fürsətdir.
15
4.
Gələcək Proqramın Nəticələri
Həll edilməmiş münaqişələr və cəlb olunmuş
tərəflər arasına etimadsızlığın olması regional
əməkdaşlığın gücləndirilməsi üçün müəyyən
məhdudiyyətlər yaratsa da, həm milli, həm də
beynəlxalq aktyorlar razılığa gəlir ki, regional
problemlərin əksəriyyəti yalnız əməkdaşlıq yolu
ilə əldə oluna bilər. Belə regional yanaşma
yalnız mövcud əməkdaşlıq mexanizmləri
vasitəsilə əldə oluna bilər (xüsusilə, ticarət,
nəqliyyat və ya enerji sahəsində) və müxtəlif
sahələrdə akademik və peşəkar şəbəkələr
yarada bilər (məs., dağlıq ərazilərin davamlı
inkişafı və gender bərabərliyi). Nəticə etibarilə,
İsveçrənin 2017-2020-ci illər üzrə Beynəlxalq
Əməkdaşlığa dair Çıxış Sənədi Cənubi
Qafqazda
regional
yanaşmanın
gücləndirilməsini nəzərə tutur. Kənd yerlərinin
iqtisadi inkişafı, fəlakətlə bağlı risklərin idarə
olunması və iqlim dəyişikliyinə adaptasiya;
idarəçiliklə
bağlı
islahatlar
(məs.,
desentralizasiya prosesləri) və münaqişələrin
transformasiyası kimi ilkin hədəf sahələr hələ də
İsveçrənin 2017-2020-ci illər üzrə Əməkdaşlıq
Strategiyasının əsasını təşkil edir, çünki bu
sahələr regional kontekstdə və hər üç ölkənin
siyasi prioritetləri baxımından olduqca aktual
qalmışdır.
Ölkələr arasında körpü yaratması nəzərdə
tutulan inteqrativ proseslər vasitəsilə aşağıdakı
işlər görülməlidir: (i) Cənubi Qafqazın hər üç
ölkəsinin xarici mənfi təsirlər və zərbələrin
öhdəsindən gəlmək bacarığının gücləndirilməsi;
(ii) müxtəlif siyasi oriyentasiyaya xidmət
etməklərinə baxmayaraq hər üç ölkə arasında
iqtisadi əməkdaşlığın gücləndirilməsi; və
mümkün dərəcədə (iii) Gürcüstan və Abxaziya
tərəfləri arasında etimadın qazanılmasına
dəstək
olmaq.
Daha
güclü
regional
əməkdaşlığın faydaları haqqında ictimai
agahlığın artırılmasına dair tədbirlər nəticəsində
ölkələr arasında siyasi gərginliyin azalması
gözlənilir. İsveçrə kənd təsərrüfatı, iqtisadi
inkişaf və fəlakətlə bağlı risklərin idarə edilməsi
sahəsində uzunmüddətli fəaliyyəti, inkişaf
məsələləri üzrə əməkdaşlıq sahəsində etibarlı
tərəfdaş kimi təcrübəsi, hər üç ölkədə
nümayəndəliyi vasitəsilə fiziki mövcudluğu və
rəğbət qazanılan neytrallığı sayəsində regional
inkişafı təşviq etmək üçün yaxşı imkanlara
malikdir.
Azərbaycan və Ermənistan arasında birbaşa
əməkdaşlığın olması ehtimal olunmadığına
görə Gürcüstan bütün regionda qarşılıqlı
əlaqələr və əməkdaşlığın təşviq edilməsində
baza rolunu oynayacaq. Görülən işlər hər üç
ölkənin qarşılıqlı maraq obyektində olan və
məqsədyönlü siyasi həssaslığa malik sahələrə
yönələcək. Bu sahələrə iqtisadi əməkdaşlıq
(xüsusilə, transsərhəd ticarət və müvafiq
əlverişli siyasət və hüquqi-normativ bazaların
yaradılması), qadınlara səlahiyyət verilməsi,
fəlakətlə bağlı risklərin idarəolunması və iqlim
dəyişikliyinə adaptasiya sahələri aiddir.
Kənd təsərrüfatına əsaslanan iqtisadi inkişaf
hər üç ölkənin xeyli kənd əhalisinin dolanışığı
üçün əhəmiyyətli imkanlar təklif edir. İsveçrənin
sistemli yanaşması seçilmiş dəyər zəncirlərinin
gücləndirilməsinə nail olmuşdur. Eyni zamanda,
iqtisadiyatın
şaxələndirilməsi
və
monopoliyaların
zəiflədilməsinə
yönəlmiş
islahatların həyata keçirilməsi təbliğ olunacaq.
KOM-lar üçün maliyyə mənbələrinə çıxış imkanı
yaratmaq və qadınlara xüsusi diqqət ayırmaqla
sahibkarlığın
gücləndirilməsi
ilə
çərçivə
şərtlərinin həyata keçirilməsinə daha da dəstək
göstərmək
üçün
unikal
imkanlar
mövcuddur.Qadınların səlahiyyətləndirilməsinə
dair məqsədyönlü proqramlar ümumilikdə
cəmiyyətlərin inkişaf etməsi nəticəsində gender
bərabərliyinin artmasını təmin edir. Yerli
hakimiyyət orqanlarının həm iqtisadi inkişaf,
həm də sosial rifah sahəsindəki rolunu nəzərə
alsaq,
effektiv
və
səmərəli
bələdiyyə
xidmətlərinin gələcəkdə gücləndirilməsi əvvəlki
kimi mühüm əhəmiyyət kəsb edir. Ümumilikdə,
nəticələrin
möhkəmləndirilməsi
və
dayanıqlılığının təmin olunması
üçün həm yerli,
həm də milli səviyyələrdə hakimiyyət orqanları
ilə siyasi dialoq və sıx əməkdaşlıq məsələsinə
daha çox diqqət yetirilməlidir.
İsveçrə
iqtisadi
inkişaf
üçün
yaxşı
şaxələndirilmiş, yaxşı idarə edilən maliyyə
infrastrukturunun böyük rol oynadığını nəzərə
alaraq, Azərbaycanda maliyyə bazarlarına
nəzarət və dövlət maliyyəsinin idarə edilməsi
sahəsində öz dəstəyini təmin edəcək.
İsveçrənin bu sahədə dəstəyi çox güman ki,
artacaq və İsveçrə Azərbaycanın iqtisadi
böhran nəticəsində ehtiyac duyulan cari
islahatlar təşəbbüsünü kapitallaşdırmağa səy
göstərəcək. Bundan başqa, iqtisadi inkişafı
gücləndirmək üçün özəl və dövlət sektoru
arasında dialoqların aparılması, o cümlədən
transsərhəd mübadilələrin həyata keçirilməsini
təşviq etmək üçün mexanizmlər yaradılmalıdır.
İqtisadi və idarəçiliklə bağlı islahatların daha
fəal şəkildə təbliğ edilməsi, o cümlədən
qadınların qərarvermə prosesində iştirakını
artırmaq üçün vətəndaş cəmiyyəti təşkilatları və
özəl sektora da həmçinin dəstək göstərilməlidir.
Region çoxsaylı dağıdıcı təbii fəlakətlərə əvvəlki
kimi meyllidir. Bu səbəbdən, xüsusilə, kənd
yerləri və dağlıq ərazilərdə dayanıqlı iqtisadi
inkişafa nail olmaq üçün risklərin şüurlu şəkildə
planlaşdırılması
və
təhlükə
zonalarının
xəritəsinin hazırlanması zəruridir. Risklərin
kompleks idarəedilməsi üçün milli və bələdiyyə
kadrlarının potensialı daha da artırılmalıdır.
Fəlakətlə
bağlı
risklərin
idarəedilməsi
sahəsində birgə səylərin görülməsi də həmçinin