İsveçrə Əməkdaşlıq Təşkilatının



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə7/7
tarix08.09.2018
ölçüsü4,34 Mb.
#67248
1   2   3   4   5   6   7

 

16 


 

 

regional inkişaf mexanizmlərini gücləndirə bilər. 



Planlaşdırmanın  davam  etdirilməsi  daha  əvvəl 

əldə  olunan  nəticələrə  əsaslanacaq  və  iqlim 

dəyişikliyinə  uyğunlaşmaq  üçün  görülən  işləri 

əlaqələndirəcək,  eyni  zamanda  təsis  edilmiş 

regional  akademik  şəbəkələrlə  əməkdaşlıq 

edəcək və hər üç ölkəni ən qabaqcıl təcrübələr 

bölüşməyə təşviq edəcək.  

 

 



 

Gürcüstan  hökuməti  separatçı  bölgə  olan 

Abxaziya  və  Tsxinvali  bölgəsi/Cənubi  Osetiya 

ilə  barışıq  səylərini  intensivləşdirməyə  konkret 

istəyinin 

olduğunu 

nümayiş 

etdirmişdir. 

Gürcüstan  hökuməti  tərəfindən  genişləndirilən 

belə təşəbbüslərə donor təşkilatlarla tərəfdaşlıq 

etmək  və  öz  resurslarını  etimad  qazanma 

fəaliyyətlərinə  sərf  etmək,  eləcə  də  inzibati 

sərhəd  xəttinin  hər  iki  tərəfində  barışıq 

fəaliyyətlərinin  aparılması  daxildir.  İnzibati 

sərhəd xətti boyunca kənd təsərrüfatı və ticarət 

fəaliyyətlərinin  həyata  keçirilməsi  nəzərdə 

tutulan təşəbbüslər siyahısına daxil edilə bilər. 

Əgər  bu  öhdəlik  davam  etsə,  İƏİA  üçün 

Abxaziya  ilə  regional  iqtisadi  əlaqələrini 

gücləndirmək 

məqsədilə 

fəaliyyətlərini 

genişləndirmək üçün unikal imkanlar yaranacaq 

və 


bu 

da 


İƏİA-nın 

münaqişələrin 

transformasiyasına  dair  göstərdiyi  səylər  üçün 

əlavə fəaliyyət rolunu oynayacaq. 

 

 

Acarıstan  bölgəsindəki  bu  kənd  daşqın 



nəticəsində  məhv  edilmişdir.  Daşqın  kimi  təbii 

fəlakətlər  yerli  infrastrukturu  məhv  edir, 

kəndlərin bazarlara gedən yollarını bağlayır və 

sahələri məhv edir. Mühafizə tədbirləri çayların 

sahilindəki  təsərrüfata  dəyən  zərəri  azaltmağa 

yönəlir. 

 

 

Strategiya  məsələn  heyvanların  müəyyən 



edilməsi  və  izlənilməsi  üzrə  regional  yanaşma 

vasitəsilə  üç  ölkə  arasında  körpü  rolunu 

oynamağı nəzərdə tutur. 

 

 



 

 

 




 

17 


 

 

5. 



2017-2020-ci illər üzrə Strateji Oriyentasiyalar və Prioritet 

Məsələlər  

 

5.1.  Ümumi məqsəd 

 

İsveçrənin  Cənubi  Qafqaz  üçün  2017-2020-ci 



illər üzrə Əməkdaşlıq Strategiyası İƏİA, SECO 

və  İTB-in  birgə  hazırladığı  strategiyadır.  Bu 

strategiyanın  İsveçrənin  fəaliyyəti  ilə  bağlı 

ümumi  məqsədinə  daxildir:  regional  dialoq  və 

əməkdaşlığın 

gücləndirilməsi 

ilə 

Cənubi 


Qafqazın hər üç ölkəsinin xarici iqtisadi, siyasi 

və  təbii  fəlakət  sarsıntılarının  öhdəsindən 

gəlməsi;  ölkələrin  əhalisinin  inklüziv  iqtisadi 

inkişaf, o cümlədən daha demokratik və legitim 

müəssisələrin  xidmətlərindən  faydalanması; 

münaqişələrlə  bağlı  siyasi  həll  yollarının 

tapılması  və  insan  təhlükəsizliyinin  artırılması 

üçün sülh quruculuğu fəaliyyətlərinin aparılması.  

Gender bərabərliyi və yaxşı idarəçilik bir-biri ilə 

üst-üstə 

düşən 

mövzulardır. 



İsveçrənin 

Əməkdaşlıq  Strategiyası  bu  mövzulara  xüsusi 

diqqət yetirməklə sülh və inkişafın qovşağında 

yerləşən  bir-biri  ilə  qarşılıqlı  asılı  olan 

problemləri  həll  etməyə  çalışır.    Məqsədyönlü 

və  inklüziv  daxili  inkişaf  etibarlı  idarəetmə 

strukturlarına  malik  etibarlı  və  təhlükəsiz 

mühitin  olmasını  tələb  edir;  Eyni  zamanda, 

gələcək  münaqişələrin  qarşısı  alınmalı  və 

ictimai  xidmətlər  daha  yaxşı  təmin  edilməlidir. 

Beləliklə,  İsveçrənin  2017-2020-ci  illər  üzrə 

Əməkdaşlıq  Strategiyası  iki  əlavə  sahə  üzrə 

fəaliyyət göstərir: (i) inklüziv və davamlı iqtisadi 

inkişaf  və  (ii)  effektiv  demokratik  müəssisələr, 

insanların təhlükəsizliyi və mühafizəsi 

 

Azərbaycan,  Naxçıvan  yolunda  becərilmiş 



təsərrüfat torpağı .

 

 




 

18 


 

 

5.2.  "İnklüziv və davamlı iqtisadi inkişaf" sahəsi 

 

Bu sahənin məqsədi aşağıdakı kimidir: Cənubi 



Qafqazın  qadınları  və  kişiləri  regionda  daha 

inklüziv  və  davamlı  iqtisadi  inkişafdan 

faydalanırlar.  Kənd  təsərrüfatına  əsaslanan 

inkişaf  kənd  yerlərində  yayılmış  yoxsulluqla 

mübarizə  aparılmasında  əsas  prioritet  olaraq 

qalmaqda  davam  edir.  Bu  məqsədlə,  İsveçrə 

əməkdaşlığın üç istiqaməti ilə məşğul olacaq.   

 

Birincisi,  kənd  yerlərində  sahibkarlığın  inkişaf 



etdirilməsi  və  üç  ölkədə  əlaqələr  və 

mübadilələrin  artırılması  ilə  kənd  təsərrüfatı 

üzrə dəyər  zənciri inkişaf etdiriləcək. Məsələn, 

Gürcüstanda heyvanların müəyyən edilməsi və 

izlənilməsi  sistemlərinin  yaradılmasına  dəstək 

göstəriləcək,  eyni  zamanda  Ermənistan  və 

Azərbaycanda  uyğun  sistemlərin  yaradılması 

niyyətilə  Cənubi  Qafqaz  ölkələri  arasında 

əməkdaşlıq 

gücləndiriləcək. 

Belə 

uyğunlaşdırılmış  sistemlərin  olması  canlı 



heyvanlar  və  heyvan  məhsullarının  regional 

ticarəti  üçün  dəstəkləyici  çərçivə  şərtləri 

yaradacaq. Həm qadınlar,  həm də əhalinin  ən 

yoxsul  təbəqəsi,  o  cümlədən  münaqişə 

nəticəsində 

təsirə 


məruz 

qalmış 


əhali 

qruplarının  iqtisadi  inklüziyasına  xüsusi  diqqət 

yetiriləcək. Dəyər zəncirlərinin strateji seçimi, o 

cümlədən seçilmiş dəyər zəncirlərində qadınlar 

və kişilərin qarşılaşdığı çətinliklər və maneələrin 

analizindən istifadə etməklə bu inklüziyaya nail 

olunacaq.  

 

İkincisi, transsərhəd təşəbbüsləri (məs., ticarət) 



asanlaşdırmaq  üçün  inteqrativ  proseslər  ilə 

bağlı çərçivə şərtləri və imkanlar araşdırılacaq. 

Böyük  regionda  cənub-şimal  və  şərq-qərb 

arasındakı əməkdaşlıq üçün mühüm və strateji 

əlaqələndirici  məntəqə  kimi  mümkün  iqtisadi 

inteqrasiya modelləri nəzərə alınacaq.  

 

Üçüncüsü, SECO İTB ilə birlikdə biznes mühitini 



yaxşılaşdırmağa və inkişaf potensialına malik, o 

cümlədən  kənd  yerlərində  yerləşən  KOM-ların 

maliyyə  mənbələrinə  çıxışını  artırmaq  üçün 

dəstək  göstərməyə  davam  edəcək.  Bununla 

əlaqədar, görülən işlər kənd təsərrüfatı və özəl 

sektorla bağlı siyasətlər, standartların müəyyən 

edilməsi  və  icrası,  o  cümlədən  maliyyə 

mənbələrinə çıxış imkanlarının təmin edilməsi,  

(kənd 

yerlərində 



yerləşən) 

KOM-ların 

bacarıqları 

və 


maliyyə 

savadlılığının 

artırılmasına 

yönələcək. 

SECO 

maliyyə 


infrastrukturunun  inkişafı  və  diversifikasiyası 

(məs.,  mobil  ödəniş  və  bank  xidmətlərinin 

inkişafına  dəstəyin  artırılması  və  qadınların 

maliyyə xidmətlərinə çıxış imkanının artırılması) 

ilə 

bağlı 


fəaliyyətlərdə 

iştirakını 

intensivləşdirəcək.  Əlavə  olaraq,  iqtisadi 

fəaliyyətlər  üzrə  etibarlı  və  institusional 

çərçivəni  fəal  şəkildə  təbliğ  etmək  üçün  özəl 

sektora dəstək göstəriləcək. 

  

 

Yerli fermerlər üçün yun ciddi ixrac imkanları təklif edir.  



 


 

19 


 

 

 



 

Süd  məhsulları  istehsal  edən  kiçik  zavodlar  yerli  bazara  pendirin  yeni  bərk  növünü  təqdim  etməklə 

istehsal məhsullarının həcmini və çeşidini artırmışdır.  

 

 



Acarıstanın  hündür  dağlarının  arıları  mehmanxananın  qonaqları  üçün  bal  hazırlamaq  məqsədilə 

Gürcüstanın Batumi şəhərindəki mehmanxanaların birinin terrasında yerləşdirilmişdir. 

 

 



 

20 


 

 

5.3.  "Effektiv demokratik müəssisələr, insanların təhlükəsizliyi və 



mühafizəsi" sahəsi 

 

Bu sahənin məqsədi aşağıdakı kimidir: Cənubi 



Qafqazda  yaşayan  əhali  daha  güclü  və  daha 

demokratik 

müəssisələrin, 



cümlədən 

insanların təhlükəsizliyi və  mühafizəsi ilə bağlı 

xidmətlərdən faydalanır. Funksional demokratik 

idarəçilik  mexanizmləri  və  müəssisələri,  insan 

hüquqlarına  hörmət,  eləcə  də  etibarlı  və 

təhlükəsiz  mühit  davamlı  və  inklüziv  inkişaf 

üçün ilkin şərtdir.  

 

Bu  sahə  iqtisadi  inkişaf  üçün  zəruri  olan 



idarəçilik prinsiplərini dəstəkləməklə "inklüziv və 

davamlı  iqtisadi  inkişaf"ın  digər  sahəsini 

tamamlayır.  Bu  sahə  çərçivəsində  İsveçrə 

aşağıdakı  əməkdaşlıq  sahələrində  selektiv 

şəkildə fəaliyyət göstərəcək.    

 

Xüsusilə,  Azərbaycanda  dövlət  xərcləri  və 



müəssisələrin 

səmərəliliyi 

və 

şəffaflığını 



artırmaq üçün davamlı institusional potensialın 

gücləndirilməsi yolu ilə dövlət maliyyəsinin idarə 

edilməsi  təkmilləşdiriləcək.  Konkret  sahələrə 

maliyyə bazarının tənzimlənməsi və nəzarəti, o 

cümlədən borcların idarə edilməsi aid olacaq.  

 

Yerli  iqtisadi  inkişafı  təşviq  etmək,  müvafiq 



ictimai  xidmətlər  göstərmək  və  vətəndaşların 

iştirakı  (məs.,  dövlət  və  özəl  sektor  arasında 

dialoq)  üçün  mexanizmlər  təmin  etmək 

məqsədilə  yerli  hakimiyyət  orqanlarının  kadr 

potensialı  gücləndiriləcək.  İsveçrə  qərarvermə 

prosesi barədə daha yaxşı məlumatlandırmanın 

aparılması  üçün  inkişafla  bağlı  kompleks 

yanaşmaların istifadə olunması və özəl sektorla 

daha  sıx  əməkdaşlığın  əldə  olunmasını 

dəstəkləyəcək.  Regional  iqtisadi  əməkdaşlığı 

gücləndirmək,  o  cümlədən  yerli  idarəetmə  və 

desentralizasiya  ilə  bağlı  təcrübə  və  qabaqcıl 

təcrübə  mübadiləsini  aparmaq  məqsədilə  yerli 

hakimiyyət 

orqanları 

arasında 

regional 

səviyyədə  transsərhəd  əməkdaşlıq  üçün  

imkanlar araşdırılacaq. 

 

İsveçrənin 

fəlakətlərlə 

bağlı 


risklərin 

institusional idarə olunmasına verdiyi töhfələrlə 

əlaqədar  əldə  olunan  müsbət  nəticələrə 

əsaslanaraq  iqlim  dəyişikliyinə  adaptasiya  və 

risklərin  kompleks  idarə  olunması  üzrə  strateji 

qarşılıqlı  əlaqələr  inkişaf  etdiriləcək.  Bu,  kənd 

yerləri  və  dağlıq  ərazilərə  yönləndiriləcək  və 

regional  əməkdaşlıq  və  maarifləndirmə  üzrə 

mövcud  transsərhəd  akademik  və  vətəndaş 

cəmiyyəti şəbəkələrinə dəstək göstəriləcək.  Bu 

təşəbbüs  insanlar  və  əhali  qruplarının 

təhlükəsizliyi,  o  cümlədən  investisiyalar  və 

iqtisadi inkişafın davamlılığını artıracaq.  

 

Başlıca  olaraq,  İTB  proqramı  və  İƏİA-nın 



Abxaziyada mümkün əlavə dəstəyi ilə regionda 

dialoqlar,  etimad  qazanma  və  əlaqələrin  

gücləndirilməsi  kimi  fəaliyyətlər,  o  cümlədən 

münaqişələrlə  bağlı  siyasi  həll  yollarının 

tapılmasına 

köməklik 

göstərmək 

üçün 


təşəbbüslər həyata keçiriləcək. 

 

 



Dövlət  maliyyəsinin  idarə  edilməsi  sahəsində 

təkmilləşdirilmə 

işlərinin 

aparılması 

Azərbaycanda  daha  səmərəli  və  cavabdeh 

dövlət  müəssisələrinin  təsis  edilməsinə  töhfə 

verəcək. 

 

 



"Vahid  pəncərə"  prinsipi  ilə  işləyən  ofis  sözün 

həqiqi mənasında çoxsaylı xidmətlər təklif edən 

ofisdir. 

Nəticədə, 

Ermənistanın 

əksər 


hissələrində  vətəndaşlar  əmlak  vergilərini 

ödəyə, arayış və ya icazə sənədləri əldə edə və 

yaxud bir məkanda bələdiyyə işçiləri ilə görüşə 

bilər. 


 


 

21 


 

 

 

Acarıstanın Coko bölgəsində sakinlərin 

təhlükəsiz keçidini təmin etmək üçün taxtadan 

hazırlanmış divar inşa edilmişdir. Daha əvvəl 

insanlar torpaq sürüşməsinə meylli asfalt 

döşənməmiş yamaclarla hərəkət edirdilər. 

 



 

22 


 

 

5.4.  İncəsənət və Mədəniyyət 

 

İƏİA-nın  mədəniyyət  və  inkişafla  bağlı 



siyasətinə  uyğun  olaraq  Cənubi  Qafqazın  hər 

üç  ölkəsində  incəsənət  və  mədəniyyətin 

təbliğatı  İsveçrənin  regiondakı  fəaliyyətinin 

mühüm  elementi  olacaq.  İncəsənət  və 

mədəniyyətin 

əlaqələndirici 

imkanları 

strategiyanın  regional  yanaşması  sayəsində 

daha  məqsədyönlü  şəkildə  istifadə  edilməklə 

daha  yaxşı  tədqiq  ediləcək.    İsveçrə  hər  üç 

ölkənin 

Cənubi 


Qafqaz 

üçün 


gələcək 

perspektivləri  formalaşdıra  və  nümayiş  etdirə 

bilən,  o  cümlədən  regionun  gələcəyi  ilə  bağlı 

geniş  müzakirələrə  töhfə  verə  bilən  incəsənət 

xadimləri üçün məkanlar və imkanlar yaratmağa 

səy  göstərir.  Eyni  zamanda,  hər  üç  ölkənin 

mədəniyyət hadisələrinə dəstək göstəriləcək.  

 

 



Tbilisidə baş tutan müasir rəqs festivalı region 

və  regionun  hüdudları  xaricindən  incəsənət 

xadimlərini  bir  araya  gətirmişdir  və  yaradıcı 

mübadilə  və  təlim  üçün  unikal  imkanlar 

yaratmışdır.   

 

 



 


 

23 


 

 

6. 



Proqramın İcrası və İdarə edilməsi 

 

İsveçrənin  2017-2020-ci  illər  üzrə  Əməkdaşlıq 



Strategiyası 

İsveçrənin 

Cənubi 

Qafqaz 


regionunda fəaliyyət göstərən müxtəlif hökumət 

orqanlarının  birgə  fəaliyyəti  üçün  əsas  rolunu 

oynayır.  Xüsusi  diqqət  aşağıdakı  fərziyyələrin 

yoxlanılmasına 

yönələcək: 

(i) 


inteqrativ 

proseslər vasitəsilə regionun xarici sarsıntılara 

müqavimətini  arta  bilər;  və  (ii)  mövcud 

şəbəkələr  daha  çox  regional  dialoqun 

keçirilməsi və əməkdaşlığı gücləndirə bilər. Bu 

məqsədlə, 



Deutsche 

Gesellschaft 

für 

Internationale  Zusammenarbeit  -  Almaniya 

Beynəlxalq  Əməkdaşlıq  Cəmiyyəti  (GIZ) 

təşkilatı və Avstriya İnkişaf Agentliyi (AİA) kimi 

inkişaf  məsələləri  üzrə  həmfikir  tərəfdaşlar,  o 

cümlədən  BMT,  Bretton  Vuds  müəssisələri  və 

Avropa  İnvestisiya  Bankı  kimi  çoxtərəfli 

təşkilatlar  ilə  regional  inkişaf  imkanlarına  dair 

intensiv dialoqlara start verilmişdir. 

 

Siyasi konteksti və hər üç ölkədə mövcud olan 



məhdudiyyətləri nəzərə alaraq, bu yanaşmanın 

əlaqə  məntəqəsi  Gürcüstan  olacaq.  İsveçrə 

riskləri minimuma endirmək, eləcə də effektivlik 

və  səmərəliliyi  artırmağa  yardım  etmək 

məqsədilə  müxtəlif  tərəfdaşlar,  alətlər  (məs., 

çoxtərəfli  agentliklərə  yardımlar,  ikitərəfli 

müdaxilələr,  vətəndaş  cəmiyyətinə  və  özəl 

sektora  dəstək)  və  yardım  metodları  (məs., 

ikitərəfli və regional layihələr, qlobal təşəbbüslər, 

çoxdonorlu və yerli etimad fondları) ilə işləyəcək. 

İsveçrə  neytral  mövqeyini  qorumaqla  siyasi 

dialoq  və  birgə  təşəbbüslər  ilə  islahatların 

həyata keçirilməsini təşviq etmək üçün həmfikir 

donor 


təşkilatlarla 

əməkdaşlıq 

edəcək. 

Davamlılığa nail olmaq məqsədilə müdaxilələrin 

institusionalizasiyası  və  ölkə  sistemlərinin 

istifadəsinə xüsusi diqqət yetiriləcək.  

 

İsveçrənin  iştirakını  daha  yığcam  etmək  və 



təsirlərini  daha  da  artırmaq  məqsədilə 

İsveçrənin  2017-2020-ci  illər  üzrə  Əməkdaşlıq 

Strategiyası  çərçivəsində  müdaxilə  sahələrinin 

sayı  ikiyə  endirilmişdir.  İƏİA-nın  humanitar 

yardımla  bağlı  fəaliyyətləri  2016-cı  ildə  başa 

çatsa da, fəlakətlə bağlı risklərin idarə edilməsi 

və  iqlim  dəyişikliyinə  adaptasiya,  o  cümlədən 

Abxaziya  bölgəsində  münaqişə  kimi  ayrı-ayrı 

fəaliyyətlərin  davamı  əldə  olunan  müsbət 

nəticələrə  əsaslanmağa  və  Cənubi  Qafqazın 

xeyrinə  olan  keçmiş  illərdə  əldə  olunan 

biliklərdən gələcəkdə istifadə etməyə köməklik 

göstərəcək. 

 

2017-ci  ildən  etibarən  İsveçrənin  Ermənistan, 



Azərbaycan və Gürcüstanda vahid regional ofis 

kimi  fəaliyyət  göstərən  əməkdaşlıq  ofisləri  hər 

üç  ölkədə  inzibati  cəhətdən  İsveçrənin 

səfirliklərinə  daxil  ediləcək.  Bu  konsolidasiya 

effektivlik və səmərəliliyi artıracaq və İsveçrənin 

müxtəlif  müəssisələrinin  müdaxilələri  arasında 

güclü  bağlılıq  yaradacaq.  Bakı  və  İrəvanda 

ümumi  məkanlar  artıq  mövcud  olsa  da,  Tbilisi 

üçün həll yolu növbəti illərdə reallaşdırılacaq. 

 

Təhlükəsizlik  mühüm  komponent  olaraq 



qalacaq.    Xüsusilə,  münaqişəyə  həssaslığa 

əsaslanan idarəetmə prosesinin bir hissəsi kimi 

ölkə  və  regionda  ümumi  vəziyyət  barədə 

anlayışın  artırılması  yolu  ilə  hər  üç  ölkənin 

səfirliyi  və  regional  əməkdaşlıq  ofisinin  işçiləri 

arasında  mədəniyyət  və  regional  müxtəliflik 

genişləndiriləcək.  Humanitar  Yardıma  tədricən 

keçid  və  portfelin  müvafiq  konsolidasiyası  və 

selektiv  genişləndirilməsi  əsasında  cari  işçi 

heyətinin  potensialı  yeni  proqram  tələblərinə 

uyğunlaşdırılacaq.  İsveçrənin  hər  üç  ölkədəki 

nümayəndəliklərində  xidmət  göstərən  tematik 

komandalar  proqramın  icrasına  rəhbərlik 

edəcək  və  müqayisəli  üstünlüklər  və  müvafiq 

təcrübələyə  uyğun  olaraq  ofislərin  işçiləri 

arasında 

təlimin 

keçirilməsinə 

köməklik 

göstərəcək.    İTB  İnsan  Təhlükəsizliyi  üzrə 

Məsləhətçinin  təyin  olunması  ilə  İsveçrənin 

regiondakı iştirakını artıracaq. 

 



 

24 


 

 

7. 



Rəhbərlik və Monitorinq  

 

Əməkdaşlıq  üzrə  Regional  Rəhbər  tərəfindən 



rəhbərlik edilən idarəetmə komandası Tbilisidə 

yerləşəcək və İrəvan və Bakının Səfirliklərində 

xidmət göstərən əməkdaşlıq üzrə komanda ilə 

birlikdə proqramın icrasına nəzarət edəcək. Hər 

ölkənin  inkişafı  həm  ümumi  proqram,  həm  də 

konkret  layihələr,  eləcə  də  əlavədə  təqdim 

edilmiş  planlar  (Əlavə  3)  əsasında  yaxından 

monitorinq ediləcək. Aşağıdakı sahələrə xüsusi 

diqqət  yetiriləcək:  (i)  islahatların  icrası  və 

əlverişli  mühitin  yaradılması;  (ii)  mübahisəli 

ərazilərin  və  həmsərhəd  bölgələrdə  etnik 

azlıqların  vəziyyəti;  və  (iii)  regional  dialoq  və 

əməkdaşlıqla 

bağlı 


vəziyyət. 

Nəticələrin 

davamlı 

monitorinqi 

milli 

və 


regional 

səviyyələrdə  həyata  keçiriləcək.  Proqramın 

monitorinqi  və  idarəedilməsi  müddətində 

gender boşluqlarını başa düşmək və azaltmaq 

üçün  təşəbbüslər  həyata  keçiriləcək.  Hər  üç 

ölkədə İƏİA, SECO və İTB-in işçi heyəti regional 

komanda  olaraq  işləməyə  davam  edəcək, 

birlikdə  ildə  iki  dəfə  planlaşdırma  və  yoxlama 

üzrə  seminarlar  keçirəcək,  eləcə  də  regional 

təlim  və  idarəetmə  ilə  bağlı  tapşırıqlar  icra 

olunacaq.  

 

İsveçrənin  Cənubi  Qafqaz  üçün  2017-2020-ci 



illər üzrə Əməkdaşlıq Strategiyası çərçivəsində 

proqramın  nəzərdə  tutulan  ödənişləri  67.2 

milyon İsveçrə Frankı təşkil edəcək, 2013-2016-

cı  illər  üzrə  Strategiyanın  ümumi  məbləği  isə 

103  milyon  İsveçrə  Frankı  (idarəetmə  xərcləri 

istisna  olmaqla)  təşkil  etmişdir  (-35%,  daha 

təfərrüatlı  məlumat  üçün  Əlavə    4-ə  baxın). 

Təklif olunan məbləğə idarəetmə xərcləri  daxil 

deyil.  Belə  ki,  idarəetmə  xərcləri  daha  Şərqlə 

Əməkdaşlıq  üzrə  çərçivə  kredit  sazişinin  bir 

hissəsi  olmayacaq,  lakin  ölkənin  təmsilçiliyi 

əsasında 

Xarici 

İşlər 


üzrə 

Federal 


Departamentin qlobal büdcəsinə daxil ediləcək. 

Ümumilikdə,  İƏİA-nın  yardımı  48.2  milyon 

İsveçrə  Frankı,  SECO-nun  yardımı  15  milyon 

İsveçrə  Frankı,  İTB-in  yardımı  isə  4  milyon 

milyon İsveçrə Frankı təşkil edəcək. 

 

Dörd illik müddət üçün planlaşdırılmış öhdəliklər 



və ödənişlər barədə məlumat indikativ xarakter 

daşıyacaq.  Aktual  ödənişlər  tərəfdaş  ölkənin 

çərçivə şərtləri, o cümlədən İsveçrə Parlamenti 

tərəfindən  icazə  verilən  mövcud  ödəniş 

kreditləri kimi müxtəlif faktorlardan asılı olacaq. 

 

 



 

(Maliyyə Planlaşdırması) 

 

 



 


 

25 


 

 

Kredit imkanlarına çıxışın olması özəl sektorun inkişafı, o cümlədən kənd yerlərində yaşayan və 



sərbəst şəkildə çalışan ailələr üçün aparıcı qüvvədir.

 

Əlavələr 

 

1.   Nəticələrin ümumi strukturu  



2.  Müdaxilə sahələri üzrə əldə olunan nəticələrin strukturu  

3.  Cənubi Qafqazla bağlı planlar və proqramın fəaliyyət planları ilə uyğunlaşdırılması  



4.  İndikativ maliyyə planlaşdırması 

Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə