Iv fəSİL İstehsal, onun amiLLƏRİ VƏ TƏkrar istehsal



Yüklə 40,61 Kb.
səhifə10/16
tarix13.01.2022
ölçüsü40,61 Kb.
#82846
1   ...   6   7   8   9   10   11   12   13   ...   16
4cu fesili iqtisa

Geniş təkrar istehsal şəraitinda hər bir sonrakı istehsal tsiklində istehsal olunan məhsulun həm həcmi artır, həm də keyfiyyəti yaxşılaşır. İstehsal amilləri də dəyişir. Geniş təkrar istehsalın baş verə bilməsi üçün cəmiyyətdə əlavə iş qüvvəsi, əlavə istehsal vasitələri və əlavə istehsala cəlb olunan işçilər üçün əlavə istehlak vasitələri tələb olunur.

Geniş təkrar istehsalın mənbəyi izafi məhsul hesab olunur. İzafi mahsulun hamısından şəxsi istehlak üçün istifadə oluna bilməz. Onun bir hissəsi şəxsi istehlaka, digər hissəsi isə yığım formasında istehsalın genişləndirilməsinə sərf edilir.

Bazar iqtisadiyyatından əvvəlki dövrdə, yəni natural təsərrüfatın hökmranlığı dövründə iqtisadi tərəqqi ləng baş verdiyinə va istehsalın genişləndirilməsi templəri son dərəcə aşağı olduğuna görə burada sadə təkrar istehsal üstünlük təşkil edirdi. Bazar iqtisadiyyat iqtisadi tərəqqini son derecə sürətləndirdiyi üçün ona geniş təkrar istehsal xasdır.

Lakin təkrar istehsal və iqtisadi artım həmişə fasiləsiz olaraq rəvan şəkildə, yüksələn xəttlə getmir. Bəzən iqtisadi artımı tənəzzül, durğunluq və böhranlar əvəz edir. Qabaqcıl Qərb ölkələrini iqtisadi inkişaf tarixi iqtisadi inkişafın tsiklik xarakterinin bir qanunauyğunluq olduğunu göstərir.

Ümumiyyətlə iqtisadi tsikl termini bir neçə il ərzində iqtisadi artım səviyyələrinin bir-birini əvəz edən yüksəliş və tənəzzülünü ifadə edir. Marksist iqtisadi ədəbiyyatında iqtisadi tsikl istehsalın bir böhranın başlanğıcından digər böhranın başlanğıcın qədərki hərəkətinə deyilir.

Iqtisadi tsikllər fəaliyyət müddətlərinə və intensivliklərinə görə bir-birindən fərqlənirlər. Lakin onların hamısının eyni fazalar vardır. Marksın fikrincə, hər bir tsikl dörd fazadan ibarətdir: böhran durğunluq, canlanma və yüksəliş. Bir sıra Qərb iqtisadçıları iqtisad tsiklin üç fazasını qeyd edirlər: yüksəliş (pik), tənəzzül, yaxud durğunluq və canlanma. Onlar bir qayda olaraq böhrandan yan keçməy üstünlük verirlər'.

İndi isə iqtisadi tsiklin fazalarını qesaca nəzərdən keçirək .

1) Bunu müəssisə və firmaların natamam istehsal gücləri ilə işləməsi 2) işsizliyin son dərəcə çoxalmas, 3) bazarda qiymətlərin sürətlə aşağı düşməsi 4) tədavül kanallarının satımamış mallarla dolması, 5) ban faizinin artması ilə xarakterizə olunan böhran fazasından başlayaq.

Marksın fikrincə iqtisadi böhranların baş verməsinin isa səbəbi kapitalizmin əsas ziddiyyətidir. Müxtəlif formalarda təzahür olunan bu ziddiyyət (əməkli kapital arasındakı, istehsaka istehla arasındakı və i.a.) istehsalın ictimai xarakteri ilə mənimsəməni xüsusi kapitalist forması arasındakı ziddiyyətdir.

Qərb iqtisadçıları isə ifrat istehsal böhranlarının səbəbini bir sıra başqa amillərdə görürlər. Bəzi konsepsiyaların müəllifləri bunu elmi-texniki yeniliklər ilə əlaqələndirirlər. Onlar iddia edirlər ki, dəmir yolları, avtomobillər, sintetik materiallar və s. kimi texniki yeniliklər investisiyalara və istehlak xərclərinə və deməli istehsala, məşğulluğa və qiymətlər səviyyəsinə çox böyük təsir göstərmişdir. Digərləri bunu siyasi, təsadüfi amillərlə izah edirlər. Məsələn, müharibələr iqtisadi baxımdan dağıdıcı ola bilər. Hərbi əməliyyatlar zamanı hərbi məhsullara olan tələb məşğulluğu son dərəcə artıra və inflyasiyanı kəskinləşdirə bilər ki, bundan sonra isə sülh bərqərar olanda hərbi məhsullara olan tələb birdən-birə azaldığına görə iqtisadi durğunluq və böhran başlaya bilər.

Bu barəda müxtəlif cür fikirlərin mövcud olmasına baxmayaraq, iqtisadçıların əksəriyyəti böhranlara bazardakı əmtəə və xidmətlərin həcminin onlara olan alıcılıq qabiliyyətli tələbdən qat-qat çox olması ilə əlaqələndirirlər. Belə ki, bazara istiqamətlənmiş jqtisadiyyat şəraitində müəssisələr və firmalar əmtəə və xidmətləri yalnız o harda istehsal edirlər ki, onları əlverişli qaydada, yani mənfəətlə sata bilsinlər. Bazarda belə imkan olmadıqda istehsalın, məşğulluğun və gəlirlərin səviyyəsi çox aşağı olur.


Yüklə 40,61 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə