Iv fəSİL İstehsal, onun amiLLƏRİ VƏ TƏkrar istehsal



Yüklə 40,61 Kb.
səhifə15/16
tarix13.01.2022
ölçüsü40,61 Kb.
#82846
1   ...   8   9   10   11   12   13   14   15   16
4cu fesili iqtisa

Tsiklik işsizlik. Bu işsizlik iqtisadiyyatın tsiklik inkişafı ilə Əlaqədardır. Belə ki, iqtisadi tsiklin durğunluq fazasında əmtəə və xidmətlərə olan məcmu tələb azaldığına görə iş yerləri azalır və işsizlik artır. Canlanma və yüksəliş fazalarında isə iş yerləri artdığına görə işsizlik xeyli azalır. Buna görə bu işsizliyə bəzən tələbin qıtlığı ilə bağlı işsizlik də deyilir. Məsələn, hazırda ölkəmizin iqtisadiyyatı durgunluq vəziyyətində olduğuna görə və iş axtaranlara nisbətən yerləri az olduğu üçün işsizlərin sayı xeyli yüksəkdir.

Gizli işsizlik. Buraya kənd yerlərində yaşayan rəsmi statistikada torpaq sahibləri, mülkiyyətçilər kimi qeyd olunan, lakin öz təsərrüfatlarından əldə etdikləri gəlir çox cüzi olduğu üçün mövsümdən sonra şəhərlərə gedib iş axtaranlar daxildir.

İş axtaranlarla boş iş yerlərinin sayı bir-birinə uyğun gəldik da buna işsizliyin təbii səviyyəsi deyilir. İşsizliyin təbii səviyyəsi müəyyən mənada müsbət hal hesab olunur. Çünki məsələn friksion işsizlərə istədikləri işə düzəlmələri üçün boş iş yerləri tapmaqdan ötrü vaxt lazımdır. Struktur işsizlərə de ixtisasını dəyişmək, hazırlıq səviyyəsini yüksəltmək, lazım gəldikdə işə düzəlmək ötrü başqa yaşayış yerinə köçmək üçün yenə də vaxt lazımdır. Əgər iş axtaranların sayı boş iş yerlərinin sayından çoxdursa, deməli iş qüvvəsi bazarları müvazinət voziyyətində deyillər.



Ölkədə əmək qabiliyyətli əhalinin işsizlik səviyyəsini müəyyən etmək üçün işsizlərin sayını, mövcud jş qüvvəsinin sayına bölüb, 100-a vurmaq lazımdır.


Yüklə 40,61 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə