Iv fəSİL İstehsal, onun amiLLƏRİ VƏ TƏkrar istehsal



Yüklə 40,61 Kb.
səhifə16/16
tarix13.01.2022
ölçüsü40,61 Kb.
#82846
1   ...   8   9   10   11   12   13   14   15   16
4cu fesili iqtisa

Qismən işsizlər. Bəzən işçilər tam iş günü ərzində işləmək istəsələr də, belə işi tapa bilmirlər. Buna görə onlar ya həftənin müəyyən günləri işləyib müəyyən günləri boş qalmağa, ya da is gününün müəyyən saatlarını işləyib qalan vaxtı işi tərk etməyə məcbur olurlar. Buna səbəb həmin müəssisələrin məhsul və xidmətlərinə olan tələbin müvəqqəti olaraq azalmasıdır. Statistik məlumatlarında belə işçilər də tam işlə təmin olmuş işçilər kimi qələmə verilməklə həqiqi işsizlərin sayı az göstərilir.

İş tapmaq ümidini itirmiş fəhlələr. İşsiz sayılmaqdan ötrü adətən fəal surətdə iş axtarmaq tələb olunur. Lakin elə fəhlələr da vardır ki, xeyli müddət ərzində iş axtarıblar və tapa bilməyiblər. Belələri işə düzəlmək ümidlərini itirirlər. Durğunluq vaxtlarında belə işçilərin sayı xüsusilə çox olur.

Hazırda Azərbaycanda işsizlik problemi xüsusilə kəskin xarakter almışdır. Məlum olduğu kimi SSRİ dağılandan sonra müəsisələrin əksəriyəti fəaliyyətlərini dayandırmağa, yaxud natamam istehsal gücləri ilə işləməyə məcbur olmuş və işçiləri tamamilə, yaxud qismən işdən azad etmişlər. Milyondan çox soydaşımızı məcburi qaydada Ermənistandan və işğal olunmuş rayonlarda köçürülməsi və respublika ərazisinin 20 faizdən çox hissəsinit Ermənistan tərofindon işğal edilməsi nəticəsində çoxlu iş yerlərini: itirilməsi bu problemi daha da kəskinləşdirmişdir.



Doğrudur, respublikamızın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əhalinin Məşğulluq Mərkəzi bu problemi həll etmək üçün müxtəlif tədbirləri həyata keçirirlər. Lakin belə tədbirlərin köməyi ilə bu problemi tam həll etmək qeyri-mümkündür. Bunun üçün çoxlu iş yerləri yaradılmalı, xarici investorları respublika iqtisadiyyatina cəlb etməli və iqtisadi islahatları sürətlendirməklə, özəlləşdirməni həyata keçirməklə xeyli yeni iş yerlerinin açılması üçün şərait yaradılmalıdır. Dövlət həmçinin işçilərin yeni peşələrə yiyələnmis ixtisasların təkmilləşdirilməsi və müasir istehsalın tələblərinə cavab verən işçilərin hazırlanması üçün ciddi tədbirlər görməlidir.
Yüklə 40,61 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə