Iv fəSİL İstehsal, onun amiLLƏRİ VƏ TƏkrar istehsal


İstehsalın əsas amilləri dedikdə



Yüklə 40,61 Kb.
səhifə4/16
tarix13.01.2022
ölçüsü40,61 Kb.
#82846
1   2   3   4   5   6   7   8   9   ...   16
4cu fesili iqtisa

İstehsalın əsas amilləri dedikdə, iqtisadi, yaxud maddi nemətlərin istehsalında istifadə olunan resurslar nəzərdə tutulur. Ümumiyyətlə, iqtisadi resurslar - əmtəə və xidmətlərin, yəni maddi nemətlərin istehsalında istifadə edilən bütün təbii, insan, insan əməyi ilə istehsal olunan resurslardır.

Resursları aşağıdakı kimi təsnifləşdirmək olar:

a) maddi resurslar:

b) insan resursları;

v) maliyyə resursları;

Maddi resurslara torpaq, xammal, materiallar və kapital daxildir.

Torpaq dedikdə, əkin sahələri, yerin təkindəki faydalı qazıntılar, meşələr, sular və bu sulardakı resurslar nəzərdə tutulur. Ümumiyyətlə torpaq bütün istehsallar üçün ümumi istehsal vasit hesab olunur. Onsuz heç bir istehsal baş verə bilməz. Xammal və materiallar da öz növbəsində iki yerə ayrılır: əmək cisimlərinə və xam materiallara. İnsan əməyinin təsirinə ilk dəfə məruz qalan təbiət materiallarına əmək cisimləri (meşədə qırılan ağac, dənizdə tutulan balıq, yerin təkindən çıxarılan filiz və s.), həmin əmək cisimləri təkrarən insan əməyinin təsirinə məruz qalanda isə (ağacdan mebel düzəldəndə, filiz prakata çevriləndə, balıqdan konserv istehsal olunanda) ona xammal, yaxud xam material deyilir.

Kapital anlayışına əmtəələrin istehsalında istifadə olun bütün vasitələr (maşınlar, avadanlıqlar, istehsal binaları) daxildir.


Yüklə 40,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə