Iv fəSİL İstehsal, onun amiLLƏRİ VƏ TƏkrar istehsal



Yüklə 40,61 Kb.
səhifə5/16
tarix13.01.2022
ölçüsü40,61 Kb.
#82846
1   2   3   4   5   6   7   8   9   ...   16
4cu fesili iqtisa

İnsan resurslarına əmək və sahibkarlıq qabiliyyəti aiddir.

Əmək insanın məqsədə uyğun və şüurlu fəaliyyətidir. Burada insanın iş qüvvəsi ilə əməyi fərqləndirmək vacibdir. İş qüvvəsi- insanın malik olduğu fiziki və mənəvi qabiliyyətlərinin cəmi, əmək isə həmin qabiliyyətlərdən istifadə olunması, onların sərfi, istehlakı deməkdir. Sahibkarlıq qabiliyyəti dedikdə, istehsalın bütün amillərini düzgün əlaqələndirmək, istehsalı təşkil etmək və istehsal amillərindən daha səmərəli istifadə etmək sahəsindəki qabiliyyət nəzərdə tutulur.

Maliyyə resursları dedikdə, pul vəsaitləri nəzərdə tutulur. Sahibkarlıq fəaliyyətinə başlamaq üçün hər şeydən əvvəl müəyyən məbləğdə pula malik olmaq gərəkdir. Bunsuz sahibkar istehsal prosesinin baş verməsi üçün tələb olunan şəxsi və maddi amilləri, yəni iş qüvvəsi ilə istehsal vasitələrini əldə edə bilməz və ümumiyyətlə, istehsal baş tutmaz.

$2. Əmək bölgüsü və istehsalın inkişafında onun rolu

Əmək bölgüsü ayrı-ayrı istehsalçıların, istehsalçı qruplarının, müəssisələrin ayrı-ayrı məhsulların istehsalı ilə məşğul olmaları deməkdir. Başqa sözlə, istehsalçıların ayrı-ayrı məhsul istehsalı üzrə ixtisaslaşmasıdır. Əmək bölgüsü onun hansı miqyaslarda (müəssisə daxlində, cəmiyyət miqyasında və s) həyata keçirilməsindən asılı olmayaraq, hər şeydən əvvəl əmək məhsuldarlığının yüksəlməsinə səbəb olur. İkincisi, o istehsal prosesində istifadə olunan texniki vasitələrin, əmək alətlərinin təkmilləşməsinə, texniki tərəqqiyə güclü təkan yerir.

Əmək bölgüsündən ayrıca götürülmüş bir ölkədə həm də ölkələr arasında ixtisaslaşmanı müəyyən etmək üçün istifadə olunur. Ölkə miqyasındakı ixtisaslaşmaya ərazi əmək bölgüsü, ölkələr arasındakı ixtisaslaşmaya isə beynəlxalq əmək bölgüsü deyilir. Qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatına qədərki dövr da əmak bölgüsü əsasən sadə kooperasiya formasında mövcud olmuşdur. İctimai əmək bölgüsü möhkəm bazar əlaqələri və istehsalın ixtisaslaşması formasında çıxış etmirdi. Bu da natural və yarım natural təsərrüfatın durğun formalan ilə izah olunur. Göstərilən təsərrüfat formaları istehsalın texnikasında dinamik dəyişikliklərin baş verməsini heç cür stimullaşdırmırdı.

Bazar iqtisadiyyatının qərarlaşması həm ayrı-ayrı müəssi salar miqyasında, həm bütövlükdə ölkələr, sonralar isə bütün dünya miqyasında əmək bölgüsünün görünməmiş səviyyədə inkişafi ilə müşayət olunnuşdur. Təsadüfü deyildir ki, klassik siyasi iqtisadın banisi Adam Smit əmək bölgüsü sahəsində əldə olunmuş zəngin materiallara istinad edərak, əmək bölgüsünü özünün iqtisadi sisteminin çıxış nöqtəsi elan etmişdir. Smit "Xalqların sərvətinin təbiəti adlı əsərində əmək bölgüsünün bütün başlıca növlərini - ayrıca manufaktura daxilində, sahələr arasında, şəhərla kənd arasında, sənayenin ticarətlə, əqli əməkla fiziki əmək arasında, müxtəlif bölgələr və bütöv milli təsərrüfatlar arasında nəzərdən keçirmişdir. Smitin əmək bölgüsündən hasil etdiyi başlıca nəticə fəhlənin əmək məhsuldarlığının artmasından ibarətdir. Belə ki, onun fikrincə, əmək bölgüsü ayrıca götürülmüş fəhlənin məharətini yüksəldir, onun diqqətini (səylərini) hər hansı bir məmulatın, yaxud bir əməliyyatın yerinə yetirlməsinə cəmləşdirir, bir işdən başqasına keçilərkən sərf olunan vaxta qənaət edir, ixtiralara və maşınların tətbiqinə təkan verir. Məhz buna görə də Smitdə əmək bölgüsü iqtisadi inkişafın aparıcı qüvvəsi kimi çıxış edir.Smit beynəlxalq əmək bölgüsünü təhlil edərək azad ticarətin və azad sahibkarlığın zəruriliyini göstərmişdir. Çünki ticarətin və sahibkarlığın müxtəlif vasitələrlə məhdudlaşdırılması gələcəkdə ayrı-ayrı iqtisadi rayonlar arasında və bütövlükdə ölkələr arasında əmək bölgüsünün dərinləşməsinə maneçilik törədəcəkdir. Bu maneələrin aradan qaldırılması və beynəlxalq mübadilənin genişləndirilməsi milli iqtisadiyyatların ixtisas olmasına, onların qarşılıqlı asılılıqlarının artmasına, ümumdünya təsərrüfatının yaranmasına gətirib çıxaracaqdır.

Beynəlxalq əmək bölgüsü yalnız əmtəələrlə ticarət nəticəsində inkişaf etmir. Əgər hər hansı bir ölkənin öz iqtisadiyyatın inkişaf etdirmək üçün kifayət qədər kapitalı yoxdursa, onu başqa ölkələrdən cəlb etmək lazımdır.

Beynəlxalq əmək bölgüsü nəzəriyyəsi klassik siyasi iqtisadiyyatın digər görkəmli nümayəndəsi David Rikardo tərəfindən daha da inkişaf etdirilmişdir. Ölkələrin hansı məhsulun istehsalı onlara daha ucuz başa gəlirsə, onun istehsalı üzrə ixtisaslaşmalarının vacibliyinə, dair Smitin fikirlərini daha da inkişaf etdirərək, Rikardo müqayisəli xərclər adlı yeni bir kateqoriyanı tədqiqata daxil etdi. O göstərirdi ki, ölkələrə onların xərclərinin xarici ölkələrin xərclərindən nisbətən aşağı olan sahəlar üzrə ixtisaslaşması daha elverişlidir.

Sonralar əmək bölgüsü nəzəriyyəsi Karl Marks tərəfindən bir qədər də təkmilləşdirilmiş və cəmiyyətin iqtisadi inkişafında onun mütərəqqi rolunu göstərmişdir.

Əmək bölgüsü şəraitində hər bir adam öz taləbatlarının yalnız az bir hissəsini öz əməyi ilə yaratdığı məhsulla ödəyə bilər, Bu tələbatların çox hissəsi özünün yaratdığı məhsulu digər insanların əməyinin məhsullarına mübadilə etmək yolu ilə ödənilir. Məhz bu mənada əmək bölgüsü bazarın, bazar iqtisadiyyatının va ona xas olan mübadilə münasibətlərinin meydana gəlməsinin obyektiv səbəblərindən biri hesab olunur.




Yüklə 40,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə