Iv fəSİL İstehsal, onun amiLLƏRİ VƏ TƏkrar istehsal


.İstehsalın inkişaf tipləri



Yüklə 40,61 Kb.
səhifə6/16
tarix13.01.2022
ölçüsü40,61 Kb.
#82846
1   2   3   4   5   6   7   8   9   ...   16
4cu fesili iqtisa

$3.İstehsalın inkişaf tipləri

Hər bir ölkənin sosial-iqtisadi inkişafı, onun əhalisinin həyat səviyyəsi, milli məhsulun artımından asılıdır. Ona görə də iqtisadi artım problemi həm nəzəri, həm də praktiki əhəmiyyətə malik iqtisadi artım məsələsi həm bütövlükdə ölkənin, həm də onun ayrı ayrı bölgələrinin inkişaf perspektivlərini müəyyən etməkdən ötrü vacibdir. İqtisadi artım ümumi milli məhsulun kəmiyyətcə çoxaldılması və keyfiyyətcə yaxşılaşdırılması, təkmilləşdirilməsi deməkdir.

İqtisadi artımın əsas iki tipi mövcuddur: ekstensiv və intensiv iqtisadi inkişaf tipləri. Ekstensiv inkişaf tipinin mahiyyəti ondan ibarətdir ki, milli məhsulun artımı əlavə istehsal vasitələri hesabına əldə edilir (əlavə torpaq sahələrini əkmək, mal-qaranın sayını artırmaq, əlavə fabrik-zavodlar tikmək ve fəaliyyətdə olanları genişləndirmək və s.). həm də bu zaman istehsalın texniki və texnoloji əsasları əvvəlki kimi qalır. Məsələn, ekstensiv artım şəraitinde əgər biz məhsulu iki dəfə artırmaq istəyiriksə, onda gərək mövcud müəssisələrlə yanaşı eyni miqdarda, eyni istehsal güclərinə malik, eyni ixtisaslı və eyni miqdarda iş qüvvəsi ilə işləyən yeni müəssisələri tikib işə salaq.

İntensiv iqtisadi artım şəraitində məhsulun artımı daha mükəmməl istehsal amilləri və texnologiyalar hesabına, başqa sözlə desək, ETT hesabına əldə edilir. Məsələn, əvvəlki qədər torpaq sahələri əkilir, lakin daha məhsuldar toxumlar əkmək, mütərəqqi hidromeliorasiya tədbirlərini həyata keçirmək, əvvəlkindən miqdarca az, lakin yüksək dərəcədə məhsuldar cins mal-qara saxlamaq, əvvəlkilərə nisbətən daha məhsuldar texnologiyalar, avadanlıqları va s. tətbiq etmək hesabına məhsul artımına nail olunur. İstehsalın intensivləşdirilməsinin nəticəsi yalnız məhsulun həcminin çoxalması deyil, həmçinin də keyfiyyətcə də yaxşılaşmasıdır.

iqtisadiyyat tarixi, iqtisadi artimın səlis formada nə ekstensiv, nə də intensiv tiplərini tanımır. İnsan cəmiyyəti yaranan gündən real həyatda ekstensiv və intensiv artim tiplari həmişə yanaşı, kombinasiya halında mövcud olmuşdur.İqtisadi artımın hansi tipə aid olması məhsul artışının daha çox hissəsinin hansı amillərin hesabına- istehsal amillərinin kəmiyyətcə çoxaldılması hesabına, yoxsa keyfiyyətcə yaxşılaşdırılması hesabına əldə edilməsi ilə müəyyən olunur. Məsələn, keçmiş SSRİ-də 60-80-cı illərdə milli gəlirin artımının 70-80 faizi ekstensiv, 20-30 faizi isə intensiv amillər hesabına əldə edilirdi. Həmin dövrdə inkişaf etmiş Qərb ölkələrində isə milli gəlirin artımının 50-60 faizi intensiv amillərin payına düşürdü. İqtisadi artımı, onun dinamikasını, templərini və başqa göstəricilərini qiymətləndirərkən bütün dünyada BMT orqanları tərəfindən təsdiq edilmiş milli hesablar sistemindən (Ümumi Daxili Məhsul UDM, Milli Gəlir, Ümumi Milli Məhsul-ÜMM və s.) istifadə olunur. İqtisadi artımın əsas amilləri əmək, torpaq və kapital hesab olunur. İqtisadi artıma həmçinin cəmiyyətin məcmu tələbi də təsir göstərir. Çünki cəmiyyətin tələbi iqtisadi artımın həm kəmiyyət, həm struktur, həm də keyfiyyət cəhətdən əsas lokomotivi hesab olunur. Məsələn, kapital dedikdə, istehsal binaları, qurğular, avadanlıqlar, xammal, materiallar və s. nəzərdə tutulur. Bunların da hər biri yaradılan YMM müxtoliſ dorocedə tosir göstərir ETT-ni kapitala aid etmək olar. Çünki UMM kəmiyyətinə strukturuna ETT-nin təsiri getdikcə daim artmaqdadır.




Yüklə 40,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə