Iv fəSİL İstehsal, onun amiLLƏRİ VƏ TƏkrar istehsal


Təkrar istehsal istehsal amillərinin təkrar istehsalıdır



Yüklə 40,61 Kb.
səhifə8/16
tarix13.01.2022
ölçüsü40,61 Kb.
#82846
1   ...   4   5   6   7   8   9   10   11   ...   16
4cu fesili iqtisa

Təkrar istehsal istehsal amillərinin təkrar istehsalıdır.

Bunlardan birincisi və ən başlıcası iş qüvvəsidir. İşçi müəyyən iş görüb özünün fiziki və mənəvi enerjisini sərf etdikdən sonra növbəti istehsal funksiyasını yerinə yetirməkdən ötrü öz qüvvəsini bərpa etməlidir. Yəni o yatmalı, dincəlməli və itirdiyi enerjinin yerini doldurmalıdır. Bu lap dar mənada iş qüvvəsinin təkrar istehsalıdır. Geniş mənada iş qüvvəsinin təkrar istehsa problemi işçinin öz ixtisası və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, ailə qurub uşaqların ərsəyə çatdırılması, mövcut nəsil əmək qabiliyyətini itirəndə onları əvəz edəcək nəslin yetişdirilməsi ilə əlaqədardır.

Hər bir istehsal tsiklinin başlanğıcında lazımi istehsal vasitələrinin olması vacibdir. Köhnəlmiş maşınlar, mexanizmlər, cihazlar, binalar və qurğular yeniləri ilə əvəz olunmalıdır. Təkrar istehsal həmçinin də material və yanacaq ehtiyatları olmadan da hayat keçirilə bilməz.

Bu zaman istehsal tsiklinin təkrarı üçün sadəca iş qüvvəsi və istehsal vasitələri ilə təmin olunması kifayət deyildir. Həmçinin onların müəyyən proporsiyalarda (kəmiyyət nisbətlərində) uyğunlaşdırılması, düzgün əlaqələndirilməsi zəruridir. Bu bütün quruluşlarda fasiləsiz təkrar istehsal prosesinin ümumi iqtisadi ilkin şərtidir. İş qüvvəsi ilə istehsal vasitələri arasında lazımi proporsionallıq təmin olunmayanda labüd sürətdə istehsal prosesində fasilələr yaranır və onun səmərəliliyini aşağı salır.

Təkrar istehsal prosesinin fasiləsiz və sabit səkildə baş verməsi üçün həmçinin təbii ehtiyatların təkrar istehsalı təmin olunmandir. İstehsal prosesinin həm indi, həm da goləcəkdə fasiləsizliyini təmin etmək üçün torpaq sahələrinin münbitliyi və meşələr bərpa olunmalı, havanın və suyun təmizliyinin qeydinə qalmalı, xüsusilə də neft, qaz, metal filizləri kimi təkrar olunmaz ehtiyatlardan qənaətlə istifadə edilməlidir.

İş qüvvəsinin, istehsal vasitələrinin və həmçinin təbii resursların daim bərpası necə deyərlər məhsuldar qüvvələrin təkrar istehsalıdır. Bununla yanaşı istehsalın sosial-iqtisadi forması kimi insanlar arasındakı müvafiq istehsal münasibətləri də təkrar istehsal olunur. Həm da bu münasibətlər daim inkişaf halında təkrar olunur, köhnə, öz imkanlarını tükətmiş istehsal münasibətləri yeni, daha mütərəqqi münasibətlərlə əvəz olunur.

Təkrar istehsal iki cür olur: sadəgeniş təkrar istehsal.


Yüklə 40,61 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə