İxtiraya patent almaq üçün iddia sənədinin tərtibi, verilməsi və baxılması qaydaları



Yüklə 345,3 Kb.
Pdf görüntüsü
səhifə1/20
tarix29.04.2018
ölçüsü345,3 Kb.
#40309
növüQaydalar
  1   2   3   4   5   6   7   8   9   ...   20


İxtiraya patent almaq üçün iddia sənədinin tərtibi, verilməsi və baxılması qaydaları 

İxtiraya patent almaq üçün iddia sənədinin tərtibi, verilməsi və baxılması Qaydaları (bundan sonra -

Qaydalar) "Patent haqqında" Azərbaycan Respublikasının Qanununa uygun işlənib hazırlanmışdır. 

"İxtiraya patent almaq üçün iddia sənədinin tərtibi, verilməsi və baxılması Qayadaları" Dövlət Elm 

və Texnika Komitəsinin 5 iyul 1999-cu il tarixli 09 saylı Əmri ilə təsdiqlənib. 

İxtisarların siyahısı: 

Qanun - "Patent haqqında" Azərbaycan Respublikasının Qanunu 

Patent idarəsi - Azərbaycan Respublikası Elm və Texnika Komitəsinin Patent-lisenziya idarəsi 

(PLİ) və Milli patent ekspertizası mərkəzi (MPEM) 

İddia sənədi - İxtiraya patentin verilməsi üçün müəyyən edilmiş qaydada tərtib olunan sənədlər 

toplusu. 

Konvensiya ilkinliyi - Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasına uyğun olaraq 

verilmiş iddia sənədi 

Beynəlxalq iddia sənədi - Patent Kooperasiyası haqqında Mügaviləyə və Avrasiya Patent 

konvensiyasının təlimatına uyğun tərtib olunmuş sənədlər toplusu 

BPT - Beynəlxalq Patent Təsnifatı 

1-ci hissə 

1. Ixtira barəsində iddia sənədi. 

1.1. İxlira obyektləri. 

Qanunun 7-ci maddəsinin 1-ci və 2-ci bəndinə uyğun olaraq ixtira obyektləri aşağıda göstərilənlər 

ola bilər: 

qurğu, üsul, maddə, mikroorqanizm ştammları, bitki və heyvan huceyrələrinin kulturaları, həmçinin 

əvvəllər məlum olan qurğunun, usulun, maddənin, mikroorqanizm ştammının yeni təyinatla tətbiqi.  

1.1.1. İxtira obyekti sayılan qurğu və onun əlamətləri. 

Qurğular, konstruksiyalar, məmulatlar İxtira obyektləri sayılaraq aşağıdakı əlamətlərlə  

səçiyyələndirilir; 

elementlər arasında əlaqənin olması; 

elementlərin qarşılıqlı yerləşməsi; 

elementin (elementlərin) və ya qurğunun bütövlükdə yerinə yetirilmə  

forması, o cumlədən, həndəsi forması; 




elementlərin əlaqələrinin yerinə yetirilmə forması; 

elementin (elementlərin) parametrləri, başqa xarakteristikaları və onların qarşılıqlı əlaqəsi; 

elementin (elementlərin) materialı və ya elementin funksiyasını yerinə yetirən qurğu, mühit. 

1.1.2. İxtira obyekti sayılan üsul və onun əlamətləri. 

Ixtira obyektləri kimi istifadə olunan üsul, bir-biri ilə bağlı proseslərin müəyyən ardıcıllıqla maddi 

obyekt üzərində yerinə yetirilməsidir və onu səciyyələndirən əlamətlər aşağıdakılardır:  

təsir və ya təsirlər cəminin mövcudluğu; 

zamandan asılı olaraq bu cür təsirlərin yerinə yetirilmə qaydaları (ardıcıl, eyni vaxtda, muxtəlif  

variantlarda və s.); 

təsirin həyata keçirilmə şərtləri, rejimləri, maddənin (ilk xammal, reagent, katalizator və s.), 

qurğunun (ləvazimat, alət, avadanlıq və s.), mikroorqanizm ştammlarının, bitki və heyvan 

huceyrələrinin quruluşlarının istifadə olunması. 

1.1.3. İxtira obyekti sayılan maddələr, onların növləri və əlamətləri. 

İxtira obyekti kimi süni surətdə yaradılan maddi törəmələrin növlərinə aşağıdakılar aid edilir: 

fərdi kimyəvi birləşmələr və onlara şərti aid edilən yüksək molekulyar birləşmələr və gen 

mühəndisliyı obyektləri (plazmalar, vektorlar, nuklein turşularının rekombinat molekulları və  

nuklein turşularının fraqmentləri) və onları səciyyələndirən əlamətlər aşağıdakılardır; 

kompozisiyalar (tərkiblər, qarışıqlar); 

nüvə çevrilmələrinin məhsulları. 

1.1.4. İxtira obyekti sayılan mikroorqanizm ştammı, bitki və heyvan hüceyrələrinin kulturası. 

İxtira obyekti sayılan mikroorqanizm ştammlarına, bitki və heyvan hüceyrələri kulturasına 

aşağıdakılar aiddir: 

fərdi mikroorqanizm ştammları, bitki və heyvan huceyrələrinin kulturaları; 

mikroorqanizm, bitki və heyvan hüceyrələri kulturalarının konsorsiumları. 

1.1.5. Əvvəllər məlum olan qurğunun, üsulun, maddənin, ştammın yeni təyinatla tətbiqi ixtira 

obyektidir. 

Əvvəllər məlum olan qurğunun, üsulun, maddənin, ştammın ixtira obyekti kimi yeni təyinatla 

tətbiqinə, onun məlum olmayan başqa bir təyinata, uyğun istifadəsi aiddir. 

Içtimai tələbatı ödəmək məqsədilə məlum olan maddələrin (təbii və ya süni surətdə alınmış 

maddələrin) yeni təyinatla ilk tətbiqi, onların yeni təyinatla istifadəsinə bərabər tutulur. 

1.1.6. İxtira sayılmayan obyektlər 

Aşağıda göstərilən obyektlər ixtira obyektləri sayılmır: 

elmi nəzəriyyələr;  

riyazi metodlar; 

bədii-konstruktor işlərinin nəticələri (dizayn); 

təsərrüfatın və əqli fəaliyyətin təşkili, idarə edilməsi metodları; 




oyun qaydaları və metodları; 

kompüter alqoritmləri və proqramları; 

informasiyanın təqdimi üsulları; 

şərti işarələr, cədvəllər və qaydalar; 

qurğu, bina, ərazi layihələri və planlaşdırma sxemləri; 

bitki sortları və heyvan cinsləri (mikrobioloji üsullar və bu üsulla alınan 

məhsullar istisna olmaq şərti ilə);  

inteqral mikroşxemlərin topologiyaları; 

insan və heyvan orqanizmlərinn müalicəsinin cərrahi və terapevtik üsulları, xəstəliyin diaqnostika 

metodları. 

1.1.7. İxtiranın vəhdətlik tələbi 

Qanunun 27-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq iddia sənədi bir ixtiraya və ya öz aralarında 

vəhdət təşkil edən bir qrup ixtiraya aid olmalıdır. 

Ixtiranın vəhdətlik tələbi o zaman gözlənilmiş sayılır ki: 

bir asılı olmayan bəndi olan ixtira düsturunda bir ixtira xarakterizə  

olunsun; 

ixtiranın düsturunda bir neçə asılı olmayan bənddə aşağıdakı ixtiralar qrupu xarakterizə edilsin:  

onlardan biri digərinin alınması (hazırlanması) üçün nəzərdə tutulsun (məsələn: qurğu və ya maddə  

və qurğu və ya maddənin bütövlükdə və ya bir hissəsinin alınması (hazırlanması üsulu); 

onlardan biri digərinin həyata keçirilməsi üçün nəzərdə tutulsun (məsələn: üsul və üsulun 

bütövlükdə və ya hərəkətlərindən birinin həyata keçirilməsi üçün qurğu); 

onlardan biri digərinin istifadəsi (digərində istifadə) üçün nəzərdə tutulsun (məsələn: üsulda istifadə  

üçün nəzərdə tutulmuş üsul və maddə; üsul və ya qurğu və onun bir hissəsi; üsul yə ya maddənin 

yeni təyinat üzrə tətbiqi və bu yeni təyinatla onlardan istifadə üsulu; qurğu və ya maddənin yeni 

təyinat üzrə tətbiqi və tərkibinə bu qurğu və ya maddə daxil olan qurğu və ya maddə); 

eyni texniki nəticə alınmasını təmin edən, eyni təyinatlı, bir növdən olan obyektlərə aiddirlər. 

2. İxtira barəsində iddia sənədi 

2.1. Iddia sənədinin tərkibi  

Qanunun 27-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq iddia sənədinin tərkibi aşağıdakılardan 

ibarətdir: 

patent verilməsi haqqında ərizə; 

ixtiranı həyata keçirmək üçün onu tam şəkildə açıqlayan ixtiranın təsviri; 

ixtiranın mahiyyətini ifadə edən və tamamilə ixtiranın təsvirinə əsaslanan ixtiranın düsturu 

(ixtiranın düsturu azərbaycan, rus və ingilis dillərində tərtib olunur); 

ixtiranın mahiyyətini başa düşmək üçün lazım olan çertyojlar və digər materiallar;  

referat (azərbaycan, rus və ingilis dillərində tərtib olunur); 

2.2. İddia sənədinə qoşulan sənədlər: 

iddia sənədinin verilməsi üçün müəyyənləşdirilmiş məbləğdə rüsumun ödənildiyini təsdiqləyən 

sənəd, zəruri olduqda isə rüsumun məbləğinin azaldılmasına əsas verən sənəd; 



Yüklə 345,3 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə