İxtiraya patent almaq üçün iddia sənədinin tərtibi, verilməsi və baxılması qaydaları



Yüklə 345,3 Kb.
Pdf görüntüsü
səhifə14/20
tarix29.04.2018
ölçüsü345,3 Kb.
#40309
növüQaydalar
1   ...   10   11   12   13   14   15   16   17   ...   20

18.3.3. Həmin iddiaçının daha əvvəlki iddia sənədinin daxil olması tarixi üzrə ilkinliyin təyin 

olunma şərti. 

İddiaçı tərəfindən ilkinlik onun əvvəlki iddia sənədinin Patent idarəsinə daxil olduğu tarixdən 

istənildikdə, iddiaçı tərəfindən aşağıdakı tələblərin gözlənildiyi yoxlanılır:  

belə ilkinlik istənilən iddia sənədi, Patent idarəsinə, ixtira üçün daha əvvəl iddia sənədinin daxil 

olduğü tarixdən 12 ay müddətində daxil olmalıdır; 

belə ilkinlik istənilən iddia sənədi, ixtiraya və ya faydalı modelə verilmiş iddia sənədinin həmin  

iddiaçısı tərəfindən təqdim edilməlidir;  

iddia olunan ixtiranın mahiyyəti ixtiraya və ya faydalı modelə aid təqdim edilmiş iddia sənədində  

açılmalıdır; 

əvvəllər təqdim edilmiş iddia sənədi üçün daha əvvəlki ilkinlik istənilməməlidir. 

Əvvəllər təqdim edilmiş bir neçə iddia sənədinin əsasında ilkinlik istənildikdə göstərilən tələblərin  

gözlənilməsi onların hər biri barədə təyin edilir. 

Göstərilən ilkinlik istənildikdə, daha əvvəlki iddia sənədi (əgər bir neçədirsə) geri götürülmüş  

sayılır bu barədə iddiaçı xəbərdar edilir. 

18.3.4. Ayrılmış iddia sənədi üzrə ixtiranın ilkinliyinin təyini şərti. 

İddiaçı tərəfindən, ayrılmış iddia sənədi üzrə ixtiraya ilkinlik istənildikdə (Qanunun 29-cü 

maddəsinin 5-ci bəndinə uyğun olaraq) aşağıdakı tələblərin yerinə yetirilməsi təyin edilir:  

ayrılmiş iddia sənədi Patent idarəsinə ixtira və ya faydalı model üzrə ilkin iddia sənədi barədə 

patent verilməsinə rədd cavabı haqqında, onun yenidən baxılması imkanı qurtardıqdan sonra qərar 

qəbul edilməsinə qədər və ya ilkin iddia sənədi üzrə patent şəhadətnaməsi verilməsi barədə qərar 

qəbul edildiyi təqdirdə, ixtiranın və ya faydalı modelin Azərbaycan Respublikasının müvafiq Dövlət 

Reestirində qeyd edilmə tarixinə qədər müddətdə daxil olmalıdır; 

ayrılmış iddia sənədində iddia olunan ixtiranın mahiyyəti ilkin iddia sənədində, əgər iddia sənədi 

konvension iddia sənədindən ayrılmışsa və ilkinlik onun ilkinlik tarixinə görə istənilirsə, birinci 

iddia sənədində açılmalıdır. 

18.3.5. Bir neçə ilkinliyin təyini şərti.  

İddiaçının belə ilkinlikləri istəməsi üçün göstərdiyi əsaslardan asılı olaraq, iddiaçının bir neçə 

ilkinlik istədiyi halda bu Qaydaların 18.3.1-18.3.4 bəndlərində sadalanan müvafiq şərtlərin, onun 

tərəfindən gözlənilməsi şərti ilə təyin edilir. 

Belə ki, əgər düsturun asıli və asılı olmayan bəndlərində xarakterizə olunan ixtiraya müxtəlif təqdim 

etmə tarixi (Qanunun 28-ci maddəsinin 2-ci olan iki birinci iddia sənədi əsasında müxtəlif 

konvension ilkinlik istənilərsə, onda iddiaçı tərəfindən bu Qaydaların 18.3.1. bəndində göstərilmiş 

gözlənilməsi təyin edildikdə, ilk iddia sənədinin birinci surətinin olması, birinci iki təqdim edilmiş 

iddia sənədlərinə nəzərən 12 aylıq müddətin gözlənilməsi yoxlanılır. 

İddiaçı tərəfindən düsturun bəndləri üzrə ilkinliyin istənildiyi tarix izah edilmədikdə, birinci iddia 

sənədlərinin hansında hər bir ixtiranın mahiyyətinin ümumilikdə açılması təyin edilir. 

18.3.6. İxtiranın ilkinliyinin təyin edilməsi şərtinin gözlənilməsinin yoxlanılması. 




(1) Bu qaydaların 18.3.2-18.3.4 bəndlərinə uyğun olaraq, ixtiranın ilkinliyinin təyin edilmə şərtinin 

gözlənilməsinin yoxlanılması zamanı, əmin olmaq lazımdır ki, ilkinlik istənilən iddia sənədinin 

əsasında və ya əlavə materiallar təqdim edilən iddia sənədi üzrə belə istənilmə üçün əsas ola bilər 

geri götürülməyib, geri çağırılmış sayılmır və qəbul edilmir. İstənilən ilkinliyin göstərilmiş təyin 

edilmiş şərti yoxlanılarkən, bu Qaydaların 8-ci bəndinin 4 abzasın rəhbər tutmaq lazımdır. 

(2) İddaçı tərəfindən istənilən ilkinlik üçün əsas olan əvvəllər təqdim edilmiş materiallarda (ilkin 

təqdim edilmiş iddia sənədindəki əlavə materiallarda) iddia olunmuş ixtiranın mahiyyətini açılması 

ilə bağlı tələblərin gözlənilməsinin təyini zamanı aşağıdakılar yoxlanılır: 

- bu materiallarda (ixtiranın təsvirində əvvəl verilən ixtiranıri düsturunda və ya əlavə 

materiallarında) iddia olunan ixtiranın düsturuna daxil olduğu bütün əlamətlərin göstərilməsi; 

- ixtiranın mahiyyətinin bu materiallarda istənilən ilkinlik tarixinə qədər həyata keçirmək üçün 

kifayət qədər tam açılması (bu Qaydaların 19.5.1 bəndinin (2) yarımbəndi). Verilmiş şərtin, 

konvension ilkinlik istənildiyi təqdirdə yoxlanılması zamanı iddiaçıya, onun Paris konvensiyasının 

üzvi olan dövlətlərdə təqdim etdiyi ilk iddia sənədinin tərcüməsini təqdim etmək təklif oluna bilər. 

İddia sənədinin ekspertizasının keçirilməsinə maneə olmayan şəraitlə ixtiranın ilkinliyin təyini 

zamanı yaranan sualları, iddia sənədinin baxılması zamanı yaranan suallarla eyni zamanda 

müəyyənləşdirmək məqsədə uyğundur. 

(4) Iddiaçı tərəfindən, bu Qaydaların 18.3.1-18.3.4 bəndlərinin tələbləri gözlənildikdə, iddia olunan 

ixtira barəsində istənilən ilkinlik təyin edilir. 

O halda ki, ixtiranın ilkinliyi, konvension iddia sənədindən ayrılmış iddia sənədinə istənilərsə, bu 

Qaydaların 18.3.4 bəndinin tələblərinin gözlənildiyi təqdirdə, ixtiranın ilkinliyi, konvension iddia 

sənədinin ilkinliyi tarixi ilə (Patent İdarəsinə daxil olan tarixlə yox) təyin edilir. 

(5) İddiaçı tərəfindən, bu Qaydaların 18.3.1-18.3.4 bəndində göstərilmiş tələblərdən heç olmasa 

birinin ödənilməməsi təqdirdə, ixtiranın ilkinliyi, bu Qaydaların 18.3 bəndinə uyğun olaraq, iddia 

sənədinin Patent İdarəsinə daxil olduğu tarixlə təyin edilir (bu barədə iddiaçını qabağcadan xəbərdar 

etməklə). Əgər göstərilmiş tələblər, məsələn çoxbəndli düsturun bəndlərinin birində səciyyələnən 

hər hansı bir ixtiraya nəzərən gözlənilməzsə, iddia sənədinin Patent idarəsinə daxil olma ilkinliyi, 

yalnız bu ixtira üçün təyin edilir. 

(6) İlkinlik təyin edildikdən sonra, iddiaçı tərəfindən, ixtiranın dəyişilmiş düsturu təqdim edilərsə, 

istənilən ilkinliyin təyini əsaslandırılma üçün təkrar yoxlanışla həyata keçirilir. 

18.4. İxtira dıisturunun yoxlanılması. 

(1) Yoxlama, ixtira sənədinin ilkin ekspertizasının qurtardığı ana kimi iddia sənədinə daxil olan 

ixtiranın düsturuna nəzərən keçirilir. Əgər, o iddiaçı tərəfindən bundan sonra dəyişilibsə, onda bu 

Qaydaların 19-cu bəndinin (3)-(6) yarımbəndində göstərilən tələblərin yerinə yetirilməsi şərtiilə, 

dəyişilmiş düstur yoxlanılır. 

O halda ki, iddia sənədinin ilkin ekspertizası zamanı ixtiranın vəhdətliyi tələbinin pozulması təyin 

edilib və iddia sənədinin ekspertizasının keçirilməsinin başlanğıcına kimi iddiaçı tərəfindən təyin 

edilmiş müddətdə, verilmiş iddia sənədi çərçivəsində hansı ixtiraya baxılması xəbər verilibsə, 

yoxlama bu ixtira(lar) düsturu barəsində aparılır. 

hansı ixtiranın (ixtiraların) düsturuna nəzərən həyata keçirilir. 




Yüklə 345,3 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə