İxtiraya patent almaq üçün iddia sənədinin tərtibi, verilməsi və baxılması qaydaları



Yüklə 345,3 Kb.
Pdf görüntüsü
səhifə3/20
tarix29.04.2018
ölçüsü345,3 Kb.
#40309
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   20

2.6.1. Təsvirin təyinatı. 

İxtiranın təsviri, ixtiranı həyata keçirmək üçün kifayət edən dərəcədə ixtiranın mahiyyətini 

açıqlamalıdır və ixtiranın düsturu ilə müəyyən edilən hüquqi muhafizənin həcmini təsdiq etməlidir. 

2.6.2. Təsvirin strukturu. 

Təsvir, ixtiranın adı ilə və iddia edilən ixtiranın aid olduğu İBT-nın qüvvədə olan redaksiyası  

rubrikasının indeksini göstərməklə başlayır, və onun daxilində aşağıdakı bölmələr olur: 

ixtiranın aid olduğu texnika sahəsi; 

texnikanın səviyyəsi (mövcud bilgilər məcmusu); 

ixtiranın mahiyyəti; 

çertyoj fıqurlarının siyahısı (onlar əlavə edildiyi halda); 

ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar (lazım olduğu halda). 

Lazımi məlumatların olduğu mənbəyə (ədəbiyyat mənbəyinə, əvvəl verilmiş iddia sənədlərindəki 

ixtiranın təsvirinə, mühafızə sənədinə aid ixtiranın təsvirinə və s.) istinad etməklə, təsvirin 

bölməsinin tamamilə və ya onun bir hissəsinin əvəz edilməsinə yol verilmir.  

2.6.3. İxtiranın adı. 

Ixtiranın adı onun təyinatını xarakterizə edir, ixtiranın mahiyyətinə və bir qayda olaraq, İBT-nin 

müəyyən rubrikasına uyğun olur. 

İxtiranın adı aşağıdakılar istisna olmaqla tək sayda verilir: 

tək sayda işlədilməyən adlar; 

kimyəvi birləşmələrə aid. olub, ümumi struktur formulu ilə əhatə olunan ixtira adları. 

Fərdi birləşmələrə aid olan ixtira adına, kimyada qəbul edilmiş nomenklaturlardan biri üzrə fərdi 

birləşmənin adı (əsas e'tabarilə kimyəvi birləşmələrin YİRAS beynalxalq nomenklaturu), onun 

təyinatına konkret göstəriş, bioloji aktiv birləşmələr üçün isə - bioloji aktivliyin növü daxil edilir.  

Strukturu təyin edilməmiş yüksək molekulyar biriəşmənin alınması üsuluna aid ixtiranın adına, 

yüksək molekulyar birləşmələrin adı və onun təyinatına aid göstəriş daxil edilir.  

Maddənin - tərkibi təyin edilməmiş qarışığın alınması üsuluna aid ixtiranın adına, onun təyinatına 

aid göstəriş və ya həmin maddənin bioloji aktiv xassələri daxil edilir. 

Mikroorqanizm ştammına və ya bitki və heyvan hüceyrələri kulturuna aid ixtiranın adına, müəllifin 

(müəlliflərin) mikroorqanizm və ya bitki və heyvan hüceyrələri kulturunun nəsil və növünün latınca  

bioloji obyektinin adı, familiyası (familiyaları) göstərilməsi, ştammın növü və təyinatı, 

mikrqorqanizm ya bitki və heyvan hüceyrələri kulturunun adı, beynalxalq nomenklaturun 

kodekslərinin tələblərinə uyğun şəkildə ifadə edilməlidir. Məsələn, bakteriyalar üçün ştammın 

təyinatı və növü. "Bakteriyaların qəbul edilmiş adlarının siyahisina" daxil olmuş və ya ona əlavə  

kimi "International Journal Systematic Bacteriology"-da dərc olunan adlar göstərilməlidirlər. 

Göstərilən siyahıya və ya ona əlavəyə daxil olmamış mikroorqanizmlərin adları, "Sp" (Specles) 

şəklində, mötərizə içərisində müxtəsər adını yazıb, onun yanında "inv" qeydini göstərməklə ifadə  

olunur, məsələn: "Bacillus sp. (B.amuloltioum) "inv" bakteriyalarının ştammı - amilaz produsenti".  



Məlum qurğu, üsul, maddə, ştammın yeni təyinat üzrə tətbiqinə aid olan ixtiranın adı, uyğun obyekt 

üçün qəbul edilmiş qaydalar üzrə tərtib edilir və məlum obyektin yeni təyinatını ifadə edir. 

Obyektlərdən biri digərinin alınması (hazirlanması), həyata keçirilməsi və ya istifadə edilməsi üçün 

nəzərdə tutulmuş obyektlərə aid olan bir qrup ixtiranın adında, birinci ixtiranın adı və digərinin 

ixtisarla adı göstərilir. Obyektlərdən biri, digərində istifadə edilmək üçün nəzərdə tutulmuş 

obyektlərə aid olan bir qrup ixtiranın adında, qrupa daxil olan ixtiraların adları olur. Eyni bir 

nəticəni, eyni bir yolla əldə etməyi təmin edən ixtira, və bu cür qrup ixtiralar, eyni bir ada malik 

olurlar, belə ki, qrupun adına mötərizədə göstərilən "variantlar" sözü əlavə edilir. 

2.6.4. Təsvirin bölmələrinin məzmunu.  

2.6.4.1. İxtiranın aid olduğu texnika sahəsi. 

Təsvirin "ixtiranın aid olduğu texnika sahəsi" bölməsində ixtiranın tətbiq sahəsi göstərilir. Əgər bu 

cür sahələr bir neçədirsə, onlardan əsasları göstərilir.  

2.6.4.2. Mövcud bilgilər məcmusu.  

Təsvirin "Mövcud bilgilər məcmusu" bölməsində analoqlar və iddiaçıya bəlli olan onların arasında 

mühüm əlamətlər məcmusu ilə iddia edilən ixtiraya öxşarlığı olanlar haqqında məlumatlar verilir.  

İxtiranın analoqu - əlamətlər məcmusu ixtiranın mühüm əlamətlər məcmusuna oxşar olan, ilkinlik 

tarixinə qədər məlum olan eyni təyinatlı vasitədir. 

Ixtiranın ən yaxın analoqu, əlamətlər məcmusu üzrə ixtiraya daha çox yaxın olan (oxşar olan) 

əlamətdir. 

Analoqların hər biri, o cümlədən, ən yaxın oxşarlığı olan haqqında verilən məlumatlarda, onun 

açıqlandığı informasiya mənbəyinin biblioqrafik göstəriciləri, iddia edilən ixtiranın mühüm 

əlamətləri ilə eyni olanları göstərməklə analoqun əlamətləri, həmçinin iddiaçıya bəlli olan texniki 

nəticənin əldə edilməsinə mane olan səbəblər göstərilməlidir. 

Bir neçə analoq olduqda, ən yaxın oxşarlığı olan analoq axırda təsvir edilir.  

Ixtira, tərkibi müəyyən edilməmiş konkret təyinatlı və ya bioloji aktiv xassələrə malik qarışığın 

alınma üsuluna aid olduqda, ən yaxın oxşarlığı olan analoq kimi, bu cür təyinatlı və ya bu cür 

bioloji aktiv xassələrə malik qarışığın alınması üsulu göstərilir. 

İxtira, yeni birləşmənin, o cümlədən yüksək molekulyar birləşmənin və genetika mühəndisliyi 

obyektinin alınması üsuluna aid olduqda, onun məlum struktur analoqunun alınması üsulu haqqında 

mə'lumat verilir.  

Mikroorqanizm ştammına, bitki və heyvan hüceyrələri kulturuna, maddə törəməsinə aid olan ixtira 

ilə ən yaxın oxşarlıg təşkil edən analoq dedikdə, törəmə verən maddə nəzərdə tutulur.  

İxtira əvvəllər məlum qurğu, üsul, maddə, ştammın yeni təyinat üzrə tətbiqinə aid olduqda, həmin 

təyinatlı məlum qurğu, üsul, maddə, ştamm onun analoqlarına aid edilir.  

Bir qrup ixtiranı təsvir etdikdə, analoq və ən yaxın oxşar analoq haqqında məlumat, hər bir ixtira 

üçün ayrılıqda verilir.  




Yüklə 345,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə