İxtiraya patent almaq üçün iddia sənədinin tərtibi, verilməsi və baxılması qaydaları



Yüklə 345,3 Kb.
Pdf görüntüsü
səhifə4/20
tarix29.04.2018
ölçüsü345,3 Kb.
#40309
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   20

2.6.4.3. İxtiranın mahiyyəti. 

2.6.4.3.1. İxtiranın mahiyyəti və mühüm əlamətləri. 

İxtiranın mahiyyəti, ixtiranın təmin etdiyi texniki nəticəyə nail olmaq üçün kifayət edən mühüm 

əlamətlər məcmusunda ifadə olunur. 

Əlamətlər nail olunan texniki nəticəyə təsir etdikdə, yəni onlar göstərilən nəticə ilə səbəb-nəticə 

əlaqəsində olduqda, mühüm əlamətlərə aid edilirlər. 

2.6.4.3.2. İxtiranın mahiyyətini açıqlayan məlumatlar.  

«İxtiranın mahiyyəti» bölməsində, iddia edilən ixtiranın həll edilməsinə yönəldiyi məsələ ətraflı 

açıqlanır, ixtira həyata keçirildikdə əldə edilə biləcək texniki nəticə göstərilir.  

Bu bölmədə həmçinin, ən yaxın oxşar analoqdan fərqlənən əlamətləri ayırmaqla, ixtiranı xarakterizə 

edən mühüm əlamətlərin hamısı göstərilir, və fərqlənən əlamətlər, iddia edilən hüquqi mühafizə 

həcminin şamil edildiyi bütün hallarda kifayət edən əlamətlərə və ixtiranı ancaq xüsusi hallarda, 

konkret yerinə yetirilmə formalarında və ya onun istifadə edilməsinin xüsusi şəraitində xarakterizə 

edən əlamətlərə bölünür. 

İddia edilən ixtiranın yeni mühüm əlamətləri və nail olunan müsbət texniki nəticə arasında səbəb­

nəticə əlaqəsinin olması da göstərilməlidir. İxtiranın mahiyyətini açıqladıqda, alınmasını həmin 

ixtiranın təmin etdiyi, iddiaçıya məlum olan digər texniki nəticə növlərinin, o cümlədən, xüsusi 

hallarda, onun ifasının konkret formalarında və ya xüsusi istifadə edilmə şəraitində göstərilməsi də 

tövsiyə olunur. Texniki nəticə, məsələn, fırlanma momentinin azaldılması, pərçimlənmənin 

qarşısının alınması, vibrasiyanın azaldılması, şişməyə qarşı aktivliyin artırılması, dərman 

preparatının təsirinin lokalizasiya edilməsi, tökmə strukturunun qüsurlarının aradan qaldırılması, 

işçi orqanın mühitilə kontaktının yaxşılaşdırılması ilə ifadə oluna bilər. 

Bir qrup ixtiralar üçün, göstərilən məlumatlar, o cümlədən, texniki nəticə haqqında məlumat da, hər 

bir ixtira üçün ayrılıqda verilir. 

Mikroorqanizm ştammını, bitki və heyvan hüceyrələri kulturunu təsvir etdikdə, əlavə olaraq onun 

ilk və ya yaxın qohum ştammdan fərqlənən əlamətləri də göstərilir.  

Məlum qurğu, üsul, maddə, ştammın yeni təyinat üzrə tətbiqinə aid olan ixtiranı təsvir etdikdə, 

məlum obyektin xarakteristikaları (onun təsvir olunduğu informasiya rnənbəyinin biblioqrafik 

göstəricilərini qeyd etməklə), onun məlum və yeni təyinatı haqqında məlumatlar verilir.  

2.6.4.3.3. Çertyoj fiqurlarının siyahısı. 

Təsvirin bu bölməsində, çertyoj fiqurlarının siyahısından başqa, qısaca olaraq hər bir fiqurda nəyin 

əks edildiyi də qeyd olunur. 

2.6.4.4. İxtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar.  

Bu bölmədə iddiaçının göstərdiyi təyinatda ixtiranın həyata keçirilməsinin mümkünlüyü göstərilir.  




«İxtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar» bölməsində, "ixtiranın mahiyyəti" 

bölməsində göstərilmiş texniki nəticənin əldə edilməsi imkanı göstərilir. 

Mahiyyəti ümumi anlayışlarla, o cümlədən, funksional ümumiləşdirmə səviyyəsində təqdim edilmiş 

anlayışlarla ifadə olunmuş əlamətlərlə xarakterizə olunan ixtiranın həyata keçirilməsi imkanı, 

ümumi anlayışlarla ifadə olunmuş əlaməti həyata keçirmək üçün bilavasitə iddia sənədlərinin 

materiallarında bu cür əlamətin və ya onun alınma metodlarının həyata keçirilmə vasitəsi təsvir 

edilməklə, yaxud da bu cür vasitənin və ya onun alınma üsullarının məlumluğuna göstərişlərində 

təsdiq edilir. 

Ixtiranı səciyyələndirən kəmiyyət əlamətləri qiymət intervalı şəklində istifadə edildikdə, onlar 

texniki nəticənin həmin interval daxilində maksimum olması şərti ilə göstərilməlidir. 

2.6.4.4.1. Qurğuya aid olan ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar.  

Qurğuya aid olan ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlara, qurğunun 

konstruksiyasını açıqlayan statik vəziyyətdəki təsviri daxildir. Qurğunun konstruktiv elementlərini 

təsvir etdikdə, çertyoj fiqurlarına istinadlar edilir. Konstruktiv elementlər rəgəmlərlə, onların adının 

çəkilməsi üzrə, birdən başlayaraq, artma istiqamətində işarələnirlər. 

Statik vəziyyətdə qurğunu təsvir etdikdən sonra, çertyojlarda verilmiş konstruksiyanın rəqəmlərlə 

işarələnmiş elementlərinə və lazım gəldikdə digər izahedici materiallara (epürlər, zaman 

diaqramları və s.) istinad etməklə qurğunun fəaliyyəti (işi) və qurğunun istifadə edilmə üsulu təsvir 

edilir. 

Əgər qurğuda, funksional səviyyədə xarakterizə olunmuş element vardırsa, və təsvir olunan realizə 

forması, proqramlaşdırıla bilən (sazlandırıla bilən) çox funksional vasitə istifadə edilməsini nəzərdə 

tutursa, onda həmin qurğunun tərkibində, bu cür vasitə ilə, onun təyin edilmiş konkret funksiyanı 

yerinə yetirməsi imkanını təsdiq edən məlumatlar da verilir. Bu cür məlumatlar kimi alqoritm, o 

cümlədən, hesablama alqoritmi verildiyi halda, onu blok-sxem, və ya, mümkün olduqda, uyğun 

riyazi ifadə şəklində vermək daha yaxşıdır. 

2.6.4.4.2. Üsula aid olan ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar.  

Üsula aid olan ixtira üçün, maddi obyekt üzərində ardıcıl əməli hərəkətlərin (əməliyyatların) 

aparılması şərtləri, konkret rejimlər (temperatur, təzyiq və s.) bu zaman istifadə olunan qurğular, 

maddələr və ştammılar göstərilir. Məlum vasitələrin (qurğu, maddə və ştamm) istifadə edilməsi ilə 

xarakterizə olunan üsulu təsvir etdikdə, həmin vasitələr göstərilir və ilkinlik tarixinə qədər onların 

məlumluğu təsdiq edilir. Məlum olmayan vasitələr istifadə olunduqda, onların xarakteristikası 

verilir və lazım olduğu halda qrafiki təsvir əlavə edilir.  

Üsulda yeni maddələr istifadə olunduqda, onların əldə edilməsi üsulu açıqlanır. 

Ümumi struktur formulu ilə təsvir olunan birləşmələrin yeni qrupunun alınması üsuluna aid olan 

ixtira üçün, həmin üsul ilə qrupun bəzi konkret birləşmələrinin, əsas etibarilə, müxtəlif kimyəvi 

xassəli radikalların alınmasına aid misallar, homoloji sıra üçün isə - həmin sıranın kənar və orta 

təmsilçilərinin alınmasına aid misallar verilir. Qrupa daxil olan birləşmələr üçün, məlum metodlar 

ilə təsdiq olunmuş struktur formullar, və fiziki - kimyəvi xarakteristikalar verilir. Təsvirdə 

həmçinin, yeni birləşmələrin təyinatı və ya bioloji aktiv xassələri haqqında məlumatlar da göstərilir. 

Strukturu müəyyən edilməmiş yüksək molekulyar birləşmələrin alınması üsuluna aid olan ixtira 

üçün, ixtiraya aid verilən misallarda, həmin birləşmənin identifikasiyası üçün lazım olan 



Yüklə 345,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə