İxtiraya patent almaq üçün iddia sənədinin tərtibi, verilməsi və baxılması qaydaları



Yüklə 345,3 Kb.
Pdf görüntüsü
səhifə5/20
tarix29.04.2018
ölçüsü345,3 Kb.
#40309
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   20

məlumatlar, yüksək molekulyar birləşmənin alınması üçün ilk reagentlər haqqında məlumatlar, 

həmcinin birləşmənin təyinatını müəyyən edən xassələr haqqında məlumatlar və həmin təyinatı 

təsdiq edən məlumatlar da verilir.  

Tərkibi müəyyən edilməmiş qarışığın və konkret təyinatlı və ya bioloji aktiv xassəli strukturun 

alınması üsuluna aid olan ixtira üçün, ixtiraya aid verilən misallarda, üsulun aparılma şəraitini, 

qarışığı identifikasiya etmək üçün onun özünün lazım olan xarakteristikasını təsvir etməkdən başqa, 

qarışığın təyinatını müəyyən edən xassələr haqqında məlumatlar və həmin təyinatı təsdiq edən 

məlumatlar da verilir.  

Məmulatın elementi və ya məmulatın özü tərkibi və strukturu müəyyən edilməmiş materialdan 

hazırlanmışsa, həmin məmulatın alınması üsuluna aid olan ixtira üçün, materialın xassələri və 

elementin və (və ya) bütövlükdə məmulatın xarakteristikaları haqqında məlumatlar verilir.  

2.6.4.4.3. Maddəyə aid olan ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar.  

Strukturu müəyyən edilmiş yeni fərdi birləşməyə aid olan ixtira üçün, məlum metodlar ilə isbat 

edilmiş struktur formulu, fiziki - kimyəvi sabitlər verilir və yeni birləşmənin ilk dəfə alındığı üsul 

təsvir olunur. Bunlardan başqa, müəyyən təyinat üzrə bu birləşmənin istifadə edilməsi imkanının 

isbatı, bioloji aktiv birləşmə üçün isə aktivlik və zəhərləmə xüsusiyyəti xarakteristikalarının 

kəmiyyət göstəriciləri, lazım olduğu halda isə fəaliyyəti və digər göstəriciləri də verilir. 

Əgər yeni birləşmə müalicə təyinatlıdırsa və onun bu keyfiyyətdə kliniki sınaqları aparılmışdırsa, 

onda müalicə vasitəsinin dozasını və qəbul edilmə üsulunu, reseptin tərtib edilmə üsulunu, kəskin 

zəhərləmə xüsussiyətini göstərməklə, həmin sınaqlar haqqında məlumatlar da verilir.  

Yeni fərdi birləşmə mikroorqanizm ştammı, bitki və heyvan hüceyrələri kulturu istifadə edilməklə 

alınmışdırsa, onda həmin ştammın iştirakı ilə sintez üsulu, onun özü haqqında dəlillər və onun 

depoziti haqqında məlumatlar da verilir.  

İxtira strukturu müəyyən edilmiş, ümumi struktur formulu ilə təsvir olunan yeni fərdi kimyəvi 

birləşmələr qrupuna aiddirsə, alınma üsulunun ümumi sxemi, həmçinin, əsas etibarilə kimyəvi xassə 

üzrə müxtəlif radikallı bəzi konkret birləşmələrin əldə edilməsinə aid misallar verməklə, qrupun 

bütün birləşmələrinin əldə edilməsi imkanı təsdiq edilir. 

Alınmış birləşmələr üçün həmçinin, onların məlum metodlarla təsdiq olunmuş struktur formulları, 

fiziki - kimyəvi sabitləri, bunlardan başqa, qrupun bəzi birləşmələrinin göstərilən təyinat üzrə 

istifadə edilməsi imkanının təsdiqi də verilir. 

Yeni birləşmələr bioloji aktiv birləşmələrdirsə, həmin birləşmələrin aktivlik və zəhərləmə 

xüsusiyyəti haqda göstəriciləri də verilir. 

İxtira aralıq birləşməyə aiddirsə, onda, aralıq birləşmənin məlum son məhsula emal edilməsi imkanı 

və ya ondan konkret təyinatlı və ya bioloji aktiv xassəli yeni sort məhsul alınması imkanı da 

göstərilməlidir. 

İxtira kompozisiyaya (qarışığa, məhlula, ərintiyə, şüşəyə və s.) aiddirsə, onda verilən misallarda, 

kompozisiyanın tərkibinə daxil olan inqredientlərə, onların xarakteristika və kəmiyyətcə 

nisbətlərinə aid göstərişlər, həmçinin onun əldə edilməsi üsulunun təsviri də olmalıdır. 

Kompozisiyada ingredient kimi yeni maddə vardırsa, həmin maddənin əldə edilməsi üsulu təsvir 

edilir. 


Misallarla təsvir edilən, konkret maddədə hər bir ingredientin miqdarı, ixtiranın düsturunda 

göstərilmiş qiymətlər intervalı həddində konkret ölçü vahidləri ilə ifadə olunmuş şəkildə göstərilir 




(ixtiranın düsturunda ingredientlərin miqdarı faiz ilə ifadə olunduqda (kütlə və ya həcm üzrə), 

misalda göstərilən ingredientlərin ümumi miqdarı 100% bərabər olur. 

2.6.4.4.4. Mikroorqanizm ştammına, bitki və heyvan hüceyrələri kulturuna aid olan ixtiranın həyata 

keçirilməsi imkanını təsdiq edən məlumatlar.  

Ştamma aid olan ixtira üçün, ştammın nomenklatur məlumatları və mənşəyi, qidalandırıcı mühitin 

(səpin və qıcqırma prosesi) kəmiyyət və keyfıyyət tərkibi haqqında məlumatlar, becərdilmə şəraiti 

(temperatur, PH ədədinin qiyməti, O2 xüsusi kütləkeçirməsi, işıqlanma və s.), fermentasiya vaxtı, 

biosintez xarakteristikası, faydalı (məqsədli) məhsullar, məhsulun çıxışı, ştammın aktivlik 

(məhsuldarlıq) səviyyəsi və onun təyin edilməsi (testləşdirilməsi) üsulları haqqında məlumatlar da 

verilir. Həmçinin, məqsədli məhsulların ayrılması və təmizlənməsi üsulu da göstərilməlidir (yeni 

məqsədli məhsulların törəməsi üçün, məsələn, antibiotiklər, fermentlər, monoklonal anticismlər və 

s.). 


Mikroorqanizm konsorsiumları və bitki və heyvan hüceyrələrinin kulturları üçün bu məlumatlar 

göstərilir: komponentlərin olmasının yoxlanılması metodu, ayırma (seleksiya) metodu və 

seleksiyanın aparılmasında istifadə olunmuş əlamətlər, uzunmüddətli becərilmədə konsorsiumun 

stabilliyi, kənar mikroorqanizmlərlə yoluxmaya davamlılıq. 

Mikroorqanizm, hüceyrə kulturası ştammına və ya onun istifadə olunduğu üsullara aid ixtiranın 

həyata keçirilmə mümkünlüyü müvafiq ştammın necə və ya harada alına bilməsinə göstərişlərlə 

təsdiq olunur. 

Ştammın alınma mümkünlüyü onun alınma üsulunun təsvırı ılə və müəyyən olunmuş qaydada tərtib 

olunmuş depozit sənədi təqdım edılməklə (depozitləşmə iddia sənədinin verilmə tarixinədək və ya 

onunla eyni zamanda həyata keçirilməlidir) təsdiq edilməlidir. 

2.6.4.4.5. Yeni təyinat üzrə tətbiqə aid olan ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən 

məlumatlar.  

Qurğu, üsul, maddə, ştammın yeni təyinat üzrə tətbiqinə aid ixtira üçün, onların həmin təyinatı 

realizə etmək imkanını təsdiq edən məlumatlar verilirlər. 

2.6.4.5. İmza 

Ixtiranın təsvirini iddiaçı və ya buna müvəkkil edilmiş şəxs imzalayır. 

2.7. İxtiranın düsturu. 

2.7.1. Ixtiranın düsturunun təyinatı və tərtib edilməsi. 

Ixtiranın düsturu, ixtiranın mahiyyətini ifadə edir və patentlə verilən hüquqi mühafizə həcmini təyin 

edir. 


Ixtiranın düsturu, ixtiranın mühüm əlamətlərinin məcmusunun məntiqi tərifi şəklində ifadə edilir. 

Ixtiranın düsturu (və ya çoxbəndli ixtira düsturunun hər bir bəndi) bir cümlə şəklində ifadə edilir. 




Yüklə 345,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə