İxtiraya patent almaq üçün iddia sənədinin tərtibi, verilməsi və baxılması qaydaları



Yüklə 345,3 Kb.
Pdf görüntüsü
səhifə6/20
tarix29.04.2018
ölçüsü345,3 Kb.
#40309
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   20

İxtira düsturundakı əlamətlər elə ifadə olunur ki, onların eyniləşdirilməsini təmin etmək mümkün 

olsun. 


Əlamətin, digər mühüm əlamətlərlə məcmuda eyni bir texniki nəticənin əldə edilməsini təmin edən, 

realizə edilməsi mümkün olan bir neçə forması müəyyən edıldikdə, əlaməti, müəyyən edilmiş 

realizasiya formalarını əhatə edən ümumi anlayışla ifadə etmək məqsədəuyğundur. 

Belə bir anlayış olmadıqda və ya ümumiləşdirmə qanuna uyğun olmadıqda, əlamət, alternativ 

anlayışlar şəklində ifadə oluna bilər. Ixtiranın düsturu azərbaycan, rus və ingilis dillərində tərtib 

edilir. 


2.7.2. İxtiranın düsturunun strukturu. 

İxtiranın düsturu birbəndli və çoxbəndli ola bilər və uyğun olaraq, bir və ya bir necə bənddən ibarət 

ola bilər. 

2.7.2.1. Ixtiranın birbəndli düsturu. 

Bir ixtiranın xüsusi hallara aid ifasına və ya istifadə edilməsinə görə, inkişaf və ya 

dəqiqləşdirilməyə malik olmayan mühüm əlamətlər məcmusu olduqda, onu xarakterizə etmək üçün 

ixtiranın birbəndli düsturu tətbiq edilir.  

2.7.2.2. İxtiranın çoxbəndli düsturu. 

Bir ixtiranın xüsusi hallara aid ifasına və ya istifadə edilməsinə görə, inkişaf etdirilən və (və ya) 

dəqiqləşdirilən mühüm əlamətlər məcmusu olduqda, onu xarakterizə etmək üçün və ya bir qrup 

ixtiranı xarakterizə etmək üçün ixtiranın çoxbəndli düsturu tətbiq edilir. 

Bir ixtiranı xarakterizə edən ixtiranın çoxbəndli düsturu, asılı olmayan bir bəndə və onun ardınca 

gələn asılı olan bəndə (bəndlərə) malik olur.  

Bir qrup ixtiranı xarakterizə edən ixtiranın çoxbəndli düsturu, bir neçə müstəqil bəndə malik olur, 

onlardan hər biri, qrupun ixtiralarından birini xarakterizə edir. Bu zaman, qrupun ixtiralarından hər 

biri, uyğun müstəqil bəndə tabe edilmiş asılı olan bəndlər cəlb etməklə xarakterizə edilə bilər. 

Bir qrup ixtiranı xarakterizə edən ixtira düsturunu ifadə etdikdə aşağıdakı qaydalara riayət olunur: 

ayrı-ayrı ixtiraları xarakterizə edən müstəqil bəndlərdə ixtira düsturunun digər bəndlərinə istinadlar 

olmamalıdır; 

asılı olan bəndlər, onların tabe olduqları müstəqil bənd ilə birlikdə qruplaşdırılmalıdır; 

ixtiralar ixtira obyektlərindən birinin başqasının (başqasında) alınması, həyata keçirilməsi və ya 

istifadəsi üçün nəzərdə tutulması şərtilə bir qrupa birləşdirilirsə, birinci müstəqil bənddə başqa 

ixtiranın hansı ixtira üçün nəzərdə tutulduğu göstərilir. 

2.7.2.3. İxtira düsturunun asılı olmayan bəndi. 

İxtira düsturunun asılı olmayan bəndi, ancaq bir ixtiraya aid edilir və bir cümlə ilə ifadə edilir. O, 

iddia edilən hüquqi mühafizə həcmini göstərən mühüm əlamətlər məcmusu ilə açıqlanır və 

müəyyən məntiqi ifadə ilə ixtiranı xarakterizə edir. İxtira düsturunun asılı olmayan bəndi, bir qayda 

olaraq, ən yaxın oxşarlığı olanın əlamətləri ilə üst-üstə düşən mühüm əlamətlərin, o cümlədən, 




ixtıranın təyinatını əks etdirən soy anlayışının daxil edildiyi məlum məhdudlaşdırıcı hissədən və  

ixtiranı ən yaxın oxşarlığı olandan fərqləndirən, mühüm əlamətlərin daxil edildiyi, fərqləndirici 

hissədən ibarət olur. 

Məlum hissə, fərqləndirici hissədən - " onunla fərqlənir ki,..." söz birləşmələri ilə ayrılır. 

Ixtiranın düsturu aşağıda göstərilənləri xarakterizə etdikdə o, məlum və fərqləndirici hissələrə  

ayrılmadan tərtib edilir:  

fərdi kimyəvi birləşməni; 

mikroorqanizm ştammını, bitki və heyvan hüceyrələri kulturunu

əvəllər məlum olan qurğu, üsul, maddə, ştammın yeni təyinat üzrə tətbiqini; 

analoqları olmayan ixtiranı. 

2.7.2.4. İxtira düsturunun asılı olan bəndi. 

Ixtira düsturunun asılı olan bəndlərinə, ixtiranın ifasının və ya istifadə edilməsinin xüsusi hallarında 

ixtiranı xarakterizə edən mühüm əlamətlər məcmusu daxil edilir.  

İxtira düsturunun asılı olan bəndinə, ixtiranın təyinatını əks etdirən, bir qayda olaraq, müstəqil 

bənddə verilənlə müqayisədə ixtisar şəklində, kök (soy) anlayışı, və onun aid olduğu müstəqil 

bəndə və (və ya) asılı olan bəndə (bəndlərə) istinad olur. Asılı olan bənd ixtira dusturunun bir neçə 

bəndinə tabe olduqda, onlara istinad, alternativdən istifadə etməklə göstərilir. 

Asılı olan bəndlərin, asılı olmayan bəndə tabeliyi bilavasitə və ya dolayı, yəni bir və bir neçə asılı 

bəndlər vastəsilə ola bilər. 

Asılı olan bəndin bilavasitə tabeliyi, ixtiranın ifasının və ya ixtiranın ifasının və ya istifadəsinin 

xüsusi halında yalnız mustəqil bəndin əlamətləri lazımdırsa, asılı bəndin bilavasitə müstəqil bəndə 

tabe edilməsindən istifadə olunur. 

2.7.3. Qurğuya aid ixtira düsturunun xüsusiyyətləri 

Ixtira düsturunda, qurğunun əlamətləri statik vəziyyətdə verilir. Qurğunun konstruktiv elementləri 

verildikdə, onların hərəkətiliyi və ya hər hansı bir funksiyanın yerinə yetirmələrinin mümkünlüyü 

(misal üçün tormozlanma, bərkidilmə) və s. göstərir. 

2.7.4. Üsula aid olan ixtira düsturunun xüsusiyyətləri. 

Üsulun əlamətləri kimi fəaliyyəti (hərəkət, əməliyyat) xarakterizə etmək üçün fel istifadə 

olunduqda, onları məlum növdə, xəbər formasında, üçüncü şəxsin adından, cəm halında şərh edirlər 

(qızdırırlar, isladırlar, közərdirlər və s.). 

2.7.5. Maddəyə aid olan ixtira düsturunun xüsusiyyətləri. 

Ixtiyari mənşəli fərdi kimyəvi birləşməni xarakterizə etmək üçün, ixtira düsturuna birləşmənin adı 

və ya işarəsi, onun təyinatı və ya bioloji aktivlik, həmcinin aşağıdakılar daxil edilirlər: 

antibiotik və digər kiçik molekulyar maddələr üçün: ayrılma mənbəyi (mikroorqanizm ştammı və ya 

hüceyrə kulturu), element tərkibi, molekulyar kütlə, maddənin optik aktivliyi, spektral analizin 

nəticələri, maddənin rəngi və fıziki halı, həll olma qabiliyyəti və işığa reaksiyası; 




Yüklə 345,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə