İxtiraya patent almaq üçün iddia sənədinin tərtibi, verilməsi və baxılması qaydaları



Yüklə 345,3 Kb.
Pdf görüntüsü
səhifə7/20
tarix29.04.2018
ölçüsü345,3 Kb.
#40309
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   ...   20

nativ fermentlər üçün: ayrılma mənbəyi (mikroorqanizm ştammı və ya hüçeyrə kulturu), substrat 

xüsusiyyətləri, molekulyar kütlə, PH ədədinin optimal qiyməti, termo- və PH-stabilliyi, izoelektrik 

nöqtəsi, Mixaelis sabiti, fermentin inhibitoru; 

monoklonal anticisimlər üçün: əldə edilmə mənbəyi (mikroorqanizm ştammı və ya hüceyrə 

kulturu), immunoqlobulinin sinfi (alt sinfi) və yüngül zəncirlərin tipi, təsnifat, antigen nişanın 

xarakteristikası, birləşdirmə sabiti, molekulyar kütlə, izoelektrik nöqtəsi və antigenin təbiətindən 

asılı olaraq - kompliment-birləşdirici və ya neytrallaşdırıcı, və ya litik, və ya aqqlyunitik və ya 

presipitik aktivlik, və ya sitozəhərlilik (kəmiyyət ifadəsi ilə); 

protektiv antigenlər üçün: ştammın - ayrılma mənbəyi, lokallaşdırma və ştammın strukturunda 

antigenin təbiəti, ayrılma metodu, biokimyəvi tərkib (polisaxarid təbiətli antigenlər üçün - 

monosaxaridlərin tərkibi, zülal təbiətli antigenlər üçün - aminoturşuluq tərkibi və s.), molekulyar 

kütlə, izoelektrik nöqtəsi və (və ya) izoelektrik yerdəyişməsi; 

qenetika mühəndisliyi obyektləri üçün (plazmid, vektor, rekombinat molekulları və nuklein 

turşuları, HK, HK fraqmentləri üçün): mənşəyi (tərkib hissələri), genetik marker və requlyar sahəni 

göstərməklə fiziki xəritə, konyuqativlik (plazmidlər üçün), vektorun həcmi, sahələrin spektri 

(vektorlar üçün), HK yad fraqmenti nukleotidlərinin ardıcıllığı (struktur genin) və kodlaşdırılan 

maddənin adı (HK rekombinat molekulları və HK fraqmentləri üçün). 

Kompozisiyanı xarakterizə edən ixtira düsturunda, inqredientlərin tərkib möhtəviyyatı miqdarına 

aid olan əlamətlər olduqda, onlar, hər hansı bir eyni ölçü vahidləri ilə, bir qayda olaraq, miqdarın 

minimal və maksimal (aşağı və yuxarı) hədlərini xarakterizə edən iki qiymətlə ifadə olunurlar. 

Kompozisiyanın inqredientlərindən birinin miqdarını müəyyən bir qiymətlə, qalan inqredientlərin 

miqdarını isə - vahid qəbul edilmiş həmin qiymətə nisbətən qiymətlər intervalının qiyməti kimi 

göstərməyə icazə verilir (məsələn, inqredientlərin miqdarı, kompozisiyanın əsas inqredientinin 100 

kütlə hissə nisbəti kimi və ya 1 litr məhlula nisbəti kimi verilir).  

Kompozisianın tərkibindəki antibiotiklərin, fermentlərin, anatoksinlərin də miqdarlarını, 

kompozisiyada olan o biri komponentlərin ölçü vahidlərindən fərqli olaraq, digər ölçü vahidləri ilə 

göstərməyə icazə verilir (məsələn, kompozisiyada olan o biri inqredientlərin kütlə miqdarına 

nisbətən 1000 vahid ilə). 

Kompozisiyaya aid olan ixtira əlavə inqrediyentlər daxil edilməsi ilə xarakterizə olunursa, müvafiq 

fərqləndirici əlamətdən əvvəl "əlavə olaraq vardır" söz birləşməsi daxil edilir.  

Təyinatı ancaq yeni aktiv başlanğıc ilə müəyyən edilən, digər komponentləri isə, bu cür təyinatlı 

kompozisiyada ənənəvi tətbiq olunanlar sırasından neytral daşıyıcılar olan kompozisiyalar üçün, 

ixtiranın məğzində ancaq həmin aktiv başlanğıcı və kompozisiyanın tərkibində onun kəmiyyət 

miqdarını göstərməyə icazə verilir. 

Ixtiranın əlaməti kimi mürəkkəb tərkibli məlüm maddə göstərilibsə, onda həmin maddənin 

funksiyasını və ya xassəsini və onun əsasını mütləq göstərməklə, onun xüsusi adının istifadə 

edilməsinə icazə verilir. Bu halda, ixtiranın təsvirində həmin maddənin tam tərkibi, və lazım 

gəldikdə isə, onun alınması üsulu verilməlidir. 

2.7.6. Mikroorqanizm ştammına, bitki və heyvan hüceyrələri kulturuna aid olan ixtira düsturunun 

xüsusiyyətləri. 

Mikroorqanizm ştammına, bitki və heyvan hüceyrələri kulturunu xarakterizə edən ixtira düsturuna, 

ştammın aid olduğu mikroorqanizm, bitki və heyvan cinsinin və növ epitetinin latınca adları, 

ştammın adı və təyinatı rəsmi kolleksiyanın-depozitlərinin abbreviaturası, depozit olunmuş obyektin 

kolleksiyasına verilmiş qeydiyyat nömrəsi daxil edilirlər. 




2.7.7. Yeni təyinat üzrə tətbiqə aid olan ixtira düsturunun xüsusiyyətləri. 

İxtira obyekti, məlum qurğu, üsul, maddə, ştammın yeni təyinat üzrə tətbiqinə aid olduğu hallarda, 

ixtira düsturu aşağıdaki kimi qurulur: "bəlli olan ixtiranın adı və ya funksional xarakteristikası 

göstərilir" sonra yeni təyinat üzrə istifadəsi (qurğunun, üsulun, maddənin və ya ştammın) adı və ya 

funksional xarakteristikası göstərilir. 

2.8. İmza.  

İxtiranın düsturunu iddiaçı və ya buna müvəkkil edilmiş şəxs imzalayır. 

2.9. Çertyojlar və digər materiallar.  

Çertyojlar və digər materiallar, təsvirdə şərh olunmuş ixtiranın mahiyyətini başa düşmək üçün lazım 

olduğu halda təgdim edilirlər. Təqdim edilən çertyojlar və digər materiallar, təsvirin mətni ilə 

uyğunluq təşkil etməlidirlər. Çertyojlar və digər izahedici materiallar (yəni çertyoj, sxem, qrafik, 

epür, şəkil, ossiloqram və s.) fotoşəkil, cədvəl, diaqramlar kimi təqdim edilə bilərlər. 

Şəkil, ixtiranın təsvirini certyoj və ya sxemlər ilə aydınlaşdırmaq mümkün olmadığı halda təqdim 

edilir. 


Qrafıki materialların hər bir vərəqinin yuxarı sağ küncündə ixtiranın adı, aşağı sağ küncündə isə -

ixtiranın müəllifinin (müəlliflərinin) soyadı (soyadları) və inisialı (inisialları) göstərilir.  

2.10. Referat. 

Referat, ixtiranın təsvirinin məzmunun müxtəsər şərhindən ibarətdir. Referatda ixtiranın adı, 

ixtiranın aid olduğu texnika sahəsinin xarakteristikası, ixtiranın adından məlum olmadıqda isə -

onun tətbiq sahəsi, əldə edilən texniki nəticəni göstərməklə ixtiranın mahiyyətinin xarakteristikası 

verilir. Referatda ixtiranın mahiyyəti, ixtiranın mühüm əlamətlərinin hamısını saxlamaqla, ixtiranın 

düsturunun sərbəst şərh etmək yolu ilə xarakterizə olunur. Lazım olduqda referata çertyoj və ya 

kimyəvi formula daxil edilir.  

Referatda əlavə məlumatlar, o cümlədən, ixtira düsturunun asılı bəndlərinin olmasına və ya onların 

sayına aid məlumat, qrafıki təsvir, cədvəl də ola bilər. Referatın mətninin həcmi - orta hesabla 1000 

çap işarəsindən çox olmur. Referat azərbaycan, rus və ingilis dillərində tərtib olunur. 

3.Terminologiya və şərti işarələr. 

Ixtiranın təsvirində və onun izahedici materiallarında standartlaşmış termin və ixtisarlar, onlar 

olmadıqda isə-elmi və texniki ədəbiyyatda qəbul edilmiş termin və ixtisarlardan istifadə edilir. 

Ədəbiyyatda geniş tətbiq edilməyən termin və işarələrdən istifadə etdikdə, mətndə onların birinci 

dəfə işlədildiyi yerdə izahı verilməlidir. 

Şərti işarələrin hamısı açıqlanmalıdır. 




Yüklə 345,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə