İxtiraya patent almaq üçün iddia sənədinin tərtibi, verilməsi və baxılması qaydaları



Yüklə 345,3 Kb.
Pdf görüntüsü
səhifə8/20
tarix29.04.2018
ölçüsü345,3 Kb.
#40309
növüQaydalar
1   ...   4   5   6   7   8   9   10   11   ...   20

İxtiranın təsvirində və ixtiranın düsturunda terminologiyanın vahidliyi gözlənilməlidir, yəni 

ixtiranın təsvirinin mətnində və ixtiranın dusturunda, eyni əlamətlər, eyni cür adlandırılmalıdır. 

Terminologiyanın vahidliyi tələbi, fiziki kəmiyyətlərin ölçü vahidlərinə və istifadə olunan şərti 

işarələrə də aiddir. 

Fiziki kəmiyyətlər, qüvvədə olan Beynalxalq ölçü vahidləri sistemində ifadə olunurlar. 

4. İcazə verilməyən elementlər. 

İddia sənədlərində, ictimai qayda və əxlaqa zidd olan ifadələr, çertyojlar, şəkillər və sair materiallar, 

həmçinin başqa şəxslərin iddia sənədlərinə və patentlərinə sayğısız münasibətlə və açıq-aşqar 

ixtiraya aid olmayan mülahizələr olmamalıdır. 

5. Iddia sənədlərinin tərtibi. 

İddia sənədləri elə tərtib edilir ki, onların qeyri-məhdud surətilərini bilavasitə çıxarmaq olsun.  

Sətirlər vərəqin kiçik tərəfinə paralel yerləşdirilməklə, hər bir vərəqin ancaq bir üzü istifadə olunur. 

Iddia sənədinə qoşulan hər bir sənəd, ayrıca vərəqdən başlayır. 

İddia sənədləri, 210x297 mm formatlı ağ kağız vərəqlərində tərtib edilirlər.  

Ixtiraya aid ərizə, ixtiranın təsvirinin, ixtiranın düsturunun, referatın çap olunduğu vərəqlərdə, onun 

kənarlarında, aşağıda göstərilmiş ölçülərdən az olmayaraq boş yer buraxılır, mm ilə: 

sol və aşağı tərəf - 25-40 . 

yuxarı tərəf - 20-40 

sağ tərəf - 20-30 

İddia sənədilə daxil olan hər bir sənədə məxsus materialın ikinci və ondan sonra gələn vərəqləri 

ərəb rəqəmləri ilə nömrələnir. 

Sənədlər qara rəngli şriftlə çap olunurlar. Təsvirin mətni, ixtiranın düsturu və referat, iki interval 

məsafə ilə çap olunurlar, baş hərflərin hündürlüyü 2,1 mm-dən az olmamalıdır. 

Qrafiki simvollar, latınca adlar, latın və yunan hərfləri, riyazi və kimyəvi düsturlar qara rəngli 

mürəkkəb, pasta və ya tuş ilə yazıla bilərlər. Düsturların, makina və əl ilə yazıların qarışığı kimi 

yazılmasına icazə verilmir.  

5.1. Kimyəvi formullar.  

İxtiranın təsvirində və ixtiranın düsturunda kimyəvi formullar istifadə oluna bilər. 

Kimyəvi birləşmələrin struktur formulları, bir qayda olaraq, ayrıca vərəqdə verilir (qrafiki 

materiallar kimi), onların hər biri fiqur kimi nömrələnir və vərəqlərdə istinad işarəsi qeyd olunur. 

Kimyəvi quruluş formullarının ümumişlək simvolundan, elementlərin simvolundan istifadə  

olunmalı və element və radikallar arasındakı əlaqə dəqiq göstərilməlidir. 




5.2. Riyazi düsturlar və simvollar.  

Ixtiranın təsvirində və ixtiranın düsturunda riyazi ifadə (düstur) və simvollar istifadə oluna bilər. 

Riyazi ifadənin verilmə forması tənzimlənmir.  

Riyazi düsturlarda olan hərf işarələrinin hamısı açıqlanır. Düstura aid izahat, sütunlar şəklində 

yazılmalı və hər bir sətirdən sonra nöqtəli vergül qoyulmalıdır. 

>, <, = və digər riyazi işarələr, ancaq riyazi düsturlarda istifadə olunur, mətndə isə həmin işarələr 

söz ilə (böyük, kiçik, bərabər və s.) yazılmalıdırlar. Müsbət kəmiyyətlər arasında interval 

göstərilməsi üçün + işarəsinə icazə verilir. Digər hallarda "başlayır" və "qurtarır" sözləri ilə ifadə 

olunur. 

Kəmiyyət faiz ilə ifadə olunduqda, faiz işarəsi (%) ədəddən sonra qoyulur. Bir neçə kəmiyyət 

olduqda, faiz işarəsi həmin kəmiyyətlərin sadalanmasından əvvəl qoyulur və iki nöqtə ilə onlardan 

ayrılır. 

Riyazi düsturlarda bir sətirdən digərinə keçidə, ancaq işarə üzrə icazə verilir. 

5.3 Qrafiki materiallar.  

Qrafiki ınaterialların təsviri möhkəm, ag, hamar kagızda, pozulmayan qara aydın xətt və ştrixlərlə, 

tuş sürtmədən və rənglənmədən yerinə yetirilir. 

Təsvirin miqyası və aydınlığı elə seçilir ki, olçülər 2/3 dəfə kiçildilməklə təsvirin surətini 

çıxardıqda, bütün detalları ayırd etmək mümkün olsun.  

Rəqəm və hərflər mötərizə, çevrə və dırnaq içərisində yerləşdirilməməlidirlər. Rəqəm və hərflərin 

hündürlüyü 3,2 mm-dən az olmamalıdır. 

Çertyojlarda izahedici heç bir yazı olmamalıdır, "su", "buxar", "açıq", "bağlı", "AB üzrə kəsik" kimi 

zəruri sözləri istisna təşkil edir.  

Çertyojda düzbucaqlı (ortoqonal) proeksiyaların istifadə edilməsi (müxtəlif görünüşlərdə və 

kəsiklərdə) daha çox məqsədəuyğundur; aksonometrik proyeksiyaların istifadə edilməsinə də icazə 

verilir. 

Çertyojda ölçülər göstərilmir, lazım olduqda onlar ixtiranın təsvirində verilirlər. 

Çertyojlarda hər bir element, digər elementlərin hamısına mütənasib göstərilir, elementin dəqiq 

göstərilməsi üçün, tənasübün fərdi olması lazım gəldiyi hallar istisna təşkil edir.  

Çertyojun bir vərəqində, bir neçə fiqur yerləşdirilə bilər, bu halda onlar biri birindən dürüst 

ayırmalıdır. 

İki və daha çox vərəqdə yerləşdirilmiş fiqurlar, vahid fiqurun hissələrini təşkil edirlərsə, onlar elə 

yerləşdirilirlər ki, vahid fiqur, müxtəlif vərəqlərdə təsvir edilmiş fiqurlardan hər hansı birini 

buraxmadan, quraşdırıla bilsin. Hər bir fiqur vərəqdə və ya vərəqlərdə elə yerləşdirilməiidir ki, 

vərəqin sahəsindən maksimum istifadə olunsun və çertyoju, vərəqin uzun tərəflərinin şaquli 

vəziyyətində oxumaq mümkün olsun. Qrafiki təsvirin elementləri, ixtiranın təsvirinə uyğun olaraq 

ərəb rəqəmləri ilə işarələnirlər. 

Bir necə fiqurda göstərilmiş eyni elementlər, eyni rəqəmlərlə işarələnirlər. 

Ixtiranın təsvirində adı çəkilməmiş istinad işarələri, çertyojlarda qeyd olunmur və əksinə. 




Qrafiki təsvir sxem kimi verildikdə, sxemdə standartlaşdırılmış şərti qrafiki işarələr istifadə 

olunmalıdır. 

Bir növ sxemdə, başqa bir növ sxemin ayrı-ayrı elementlərinin təsvir edilməsinə icazə verilir 

(məsələn, elektrik sxemində kinematik və ya hidravlik sxem elementlərinin istifadə edilməsi). 

Sxem, elementlərin qrafiki işarəsi kimi, düzbucaqlılar şəklində verilibsə, düzbucaqlının içərisində

rəqəm işarəsindən başqa, elementin adı da yazılır. Elementin qrafiki təsvirinin ölçüləri buna imkan 

vermirsə, onda elementin adını, həmin elementdən kənara çıxarılmış xətt üzərində göstərməyə icazə 

verilir (lazım gəldikdə, sxemin ətrafında, şəkilaltı adlar kimi də göstərilə bilər). 

Fotoşəkillərin formatı elə seçilməlidir ki, o, iddia sənədləri vərəqlərinin müəyyən edilmiş 

ölçülərindən böyük olmasın. Kiçik formatlı fotoşəkillər, vərəqin formatına və keyfiyyətinə verilən 

tələblərə riayət etməklə, kağız vərəqlərinə yapışdırılaraq təqdim edilirlər. 

Hər bir qrafiki təsvir, həmin təsvirin növündən (çertyoj, sxem, qrafik, şəkil və s.) və ixtiranın 

təsvirinin mətnindəki vərəqlərin nömrəsindən asılı olmayaraq ərəb rəqəmləri ilə nömrələnir (fiq.1, 

fiq.2). İxtiranın təsviri bir fiqurla izah edilirsə, həmin fiqur nömrələnmir.  

Qrafiki təsvirlər, ixtiranın təsvirində və ixtiranın düsturunda verilmirlər. 

5.4. Biblioqrafik məlumatlar.  

İddia sənədlərində, informasiya mənbələrinin biblioqrafik məlumatları elə göstərilirlər ki, 

informasiya mənbəyi aşkar edilə bilsin. 

5.5. İmza.  

İddia sənədlərində, bu Qaydalara əsasən müəyyən edilmiş hallarda qoyulmuş imzalar, imza edən 

şəxsin soyadını və inisialını göstərməklə açıqlanır. 

Sənədləri vəzifəli şəxs imzaladıqda, imza edənin vəzifəsi göstərilir, imza isə möhür ilə təsdiq edilir.  

Xarici adlar, şirkətin adı həmçinin azərbaycan transliterasiyasında da göstərilir. 

Müəssisənin adı tam rəsmi adla, ancaq açıq məktublaşmada icazə verilən məlumatları yazmaqla 

göstərilir.  

2-ci hissə 

Patent verilməsi üzrə işlərin aparılması. 

6. Nümayəndənin təyini.  

Iddia sənədi üzrə, onun təqdim edilməsindən sonra yazışmaların aparılması və iddia sənədinin 

baxılması zamanı iddiaçı öz maraqlarını müdafiəsi üçün, bu Qaydaların 2.2.-ci bəndinə uyğun 

olaraq, tərtib edilmiş etibarnamə verməklə nümayəndəsini təyin edə bilər. 



Yüklə 345,3 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə