İxtiraya patent almaq üçün iddia sənədinin tərtibi, verilməsi və baxılması qaydaları



Yüklə 345,3 Kb.
Pdf görüntüsü
səhifə9/20
tarix29.04.2018
ölçüsü345,3 Kb.
#40309
növüQaydalar
1   ...   5   6   7   8   9   10   11   12   ...   20

Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan, fiziki şəxs və ya xarici hüquqi şəxsin 

yalnız patent idarəsində qeydiyyatdan keçmiş patent müvəkkili ola bilər. Digər iddiaçılar üçün, 

iddiaçılar bir neçədirsə, nümayəndə kimi, onlardan birinin əmrlə təsdiq edilmiş, ixtiranın müəllifi

patent müvəkkili ola bilər. Nümayəndəliyə dair etibarnamə iddia sənədi ilə eyni zamanda yaxud da 

kargüzarlıq prosesində təqdim edilə bilər. 

Etibarnamə iddia sənədinə qoşulur. 

Etibarnamə təqdim edilməyənə qədər, nümayəndənin bütün hərəkətləri etibarsız sayılır və nəzərə 

alınmır. 

Nümayəndənin ona verilən səlahiyyətlər çərçivəsində istənilən hərəkəti və ya Patent idarəsinin 

nümayəndəyə qarşı istənilən hərəkəti, iddiaçının və ya iddiaçıya qarşı hərəkəti ilə eyni nəticələrə 

səbəb olur. 

Nümayəndəlik, etibarnamədə göstərilən səlahiyyətlərə xitam verilənədək, etibarnamənin qüvvədə 

olma və ya onun səlahiyyətlərinin dayandırılması barədə Patent idarəsinin qərarına kimi etibarlıdır. 

Nümayəndənin təyini, iddiaçı tərəfindən və ya onun hüquq varisi tərəfindən yazılı ərizə verilməklə 

ləğv edilə bilər. 

7. Patent idarəsi ilə yazışmaların aparılması. 

İddiaçı və ya onun buna səlahiyyətli nümayəndəsi ilə yazışma, hər iddia sənədi üzrə ayrılıqda 

aparılır. 

İddia sənədləri təqdim olunduqdan sonra göndərilən materiallarda iddia sənədinin nömrəsi və 

iddiaçının və ya onun nümayəndəsinin imzası olmalıdır. 

Nömrələnməyən iddia sənədlərinin materialları, nömrəni dolayı yolla təyin etmək mümkün 

olmazsa, baxılmadan geri qaytarılır. 

Iddia sənədləri üzrə icraat aparıldığı zaman, göndərilən materiallar Qanunda təyin edilmiş müddətdə 

təqdim edilir. Əgər müddət "müddətində" sözü ilə ifadə edilmişsə və müddətin son günü iş günü 

deyilsə, bu halda ondan sonra gələn iş günü müddətin gurtardığı gün sayılır. Əgər müddətin 

gurtardığı gün, uyğun günü olmayan aya təsadüf edərsə, onun qurtardığı gün həmin ayın axırıncı 

günü sayılır. 

Əgər iddia sənədi üzrə yazışmanı iddiaçının nümayəndəsi həyata keçirərsə, onda Patent idarəsinin 

məktubu ilə əlaqədar, materialların təqdim olunma müddəti, onun tərəfindən bu məktubun alındığı 

tarixdən sayılır. 

Patent idarəsi ilə yazışma azərbaycan dilində aparılır. İddiaçı tərəfindən materiallar digər dildə 

təqdim olunduqda, onların azərbaycan dilində olmayan materiallar tərcüməsi əlavə edilir. 

Azərbaycan dilinə tərcüməsi olmayan materiallar təqdim olunmamış sayılır. 

8. Iddia sənədlərində düzəliş və dəqiqləşmələr edilməsi. 

Qanunun 8-ci maddəsinin 2-ci abzasına uyğun olaraq, iddia sənədinin ekspertizasının 1-ci 

mərhələsinin müddəti keçdikdən sonra (Qaydaların 18.1 bəndi) bu halda əvvəlki iddia sənədində 

göstərilən iddia obyektinin mahiyyətini dəyişməmək şərti ilə iddiaçı tərəfindən 2 və ya çox iddia 

obyektinə ayrılması ilə bağlı düzəlişlər edə bilər (uyğun rüsum ödədikdə). 




Iddia sənədlərində düzəlişlər və dəqiqləşmələr əvəzedici vərəqlərin təqdim edilməsi yolu ilə edilir. 

Əvəzedici vərəqlər, iddia sənədi uyğun sənədlərinə hər bir nüsxəsi üçün azərbaycan dilində və ya 

sənədin azərbaycan dilində tərcüməsi ilə təqdim edilir və bu Qaydaların 4-6-cı bəndlərinin 

tələblərinə cavab verməlidir. 

Düzəlişlər, səhv çap edilmiş sözlərə, stilistik səhvlərə, biblioqrafik məlumatların göstərilməsindəki 

xətalara və s. aiddirsə və sənədin düzəldilməsi, təkrarlanma zamanı mənfi nəticələrə gətirmirsə, 

onda, düzəlişlərin daxil edilməsinin vacibliyi, əvəzedici vərəqlər təqdim edilmədən iddiaçının 

məktubunda əks oluna bilər. 

9. Patent alma hüququnun digər şəxsə verilməsi. 

İddia sənədləri təqdim edildikdən sonra, iddiaçı patent alınmasına öz hüququnu digər şəxsə verərsə, 

Patent idarəsinə bu barədə ərizə təqdim edilir və orada hüququn başqa şəxsə verilməsi göstərilir

ərizədə göstərilən şəxsin razılığı və bu Qaydaların 2.5.3-cü bəndinə uyğun olaraq, həmin şəxs 

barədə məlumatlar öz əksini tapır. 

Ərizə, patent hüququnu başqasına verən iddiaçı və bu hüququ, bu Qaydaların 2.5.11-ci bəndində 

göstərilmiş qaydada olan, göstərilən şəxs tərəfindən imzalanır. 

Ərizəyə, onun təqdim edilməsi üçün nəzərdə tutulan rüsumun ödənilməsi barədə sənəd əlavə edilir.  

10. İddia şənədinin materialları ilə tanışlıq. 

Iddiaçı (onun nümayəndəşi) təqdim etdiyi iddia sənədi ilə və ona aid olan sənədlərlə, həm, tanışlığın 

vaxtını və yerini razılaşdıraraq bilavasitə MPEM-də və iddia sənədinin, ona aid olan sənədlərin və 

onların hissələrinin surətini sorğu etmək yolu ilə tanış ola bilər. 

11. Iddia sənədinin baxılması prosesində ekspertiza tərəfindən göstərilən materiallarla tanışlıq. 

Iddiaçı sorğuda, ekspertiza qərarında və ya axtarışa dair hesabatda göstərilən materialların 

surətlərini MPM-dən sorğu ilə ala bilər. 

Patent materiallarının surətləri iddiaçının sorğusu alındığı tarixdən iki ay ərzində tarif üzrə müvafiq 

xidmət haqqı ödənilməsi şərtilə göndərilir. 

Dərc olunmuş iddia sənədi materiallarının sorğuda baxılan iddia sənədi üzrə qərarda və ya axtarış 

hesabatında göstərilən hissəsi ilə iddiaçı bilavasitə MPEM-də tanış ola bilər. Belə materialların 

surəti ona göndərilir. 

12. İddiaçının iştirakı ilə iddia sənədinə baxılması. 

İddia sənədi ilə bağlı məsələlər, iddiaçının iştirakı ilə MPEM-nin təklifi ilə və ya iddiaçının təklifi 

ilə, hər iki tərəfın bu məsələlərlə tanışlığından sonra baxıla bilər. 

Ekspertizanın sualları iddia sənədində izah oluna bilər, harada ki, əlavə olaraq görüşün 

məqsədəuyğunluğu və iddiaçının sualları - onun keçirilməsi barədə xahişi xəbər verilir.  

Sorğu olduqda, ona cavab, iddiaçının, iddia sənədinin baxılmasında iştirakından asılı olmayaraq 

Qanunda təyin edilmiş müddətdə təqdim edilir.  



Yüklə 345,3 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə