İxtisas: 5301. 01 Daxili fiskal siyasət və dövlət maliyyəsi İqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya


Cədvəl 3. Maliyyə stabilliyinin məqsədlərinin təsnifatı (114 ölkənin 2012-ci ilin dekabr ayı üçün olan qanunvericilik normalarına əsasən)



Yüklə 1,05 Mb.
səhifə3/13
tarix26.09.2017
ölçüsü1,05 Mb.
#1695
1   2   3   4   5   6   7   8   9   ...   13

Cədvəl 3.

Maliyyə stabilliyinin məqsədlərinin təsnifatı (114 ölkənin 2012-ci ilin dekabr ayı üçün olan qanunvericilik normalarına əsasən)



Maliyyə stabilliyinin qanunla müəyyən edilmiş aydın məqsədi

Mərkəzi Bank “stabilliyə”,“davamlılığa”, “nizamlılığa” və ya fəaliyyətinin səmərəliliyinə nail olmağa çalışmalıdır

Maliyyə sisteminin hissələri (bank, ödəmə)


Bütövlükdə maliyyə sistemi



Məqsəd qanuna görə Mərkəzi Bankın bütün fəaliyyət növləri və funksiyalarına tətbiq olunandır



Məqsəd konkretləşdirilmə-mişdir


AzərbaycanBelarus

Liviya (3)


Anqola, Botsvana, Kayman adaları, Çin, Kipr, Qambiya, Qonkonq, İrak, İrlandiya

Malta, Moldova, Monteneqro Namibiya, Filippin, Tanzaniya, tailand, Uruqvay, Zambiya (23)




Məqsəd birbaşa müəyyən edilmişdir


Albaniya, Argentina, Ermənistan


Misir, Almaniya, İsveç (6)



ƏfqanıstanBəhreyn, Barbados, Belçika, Bermud, Çexiya, Kosta Rika, Ş.Timor, Fici, Finlandiya Macarıs-tan, İslandiya, İndoneziyaİsrail

Qazaxıstan, Keniya, Lesoto, Makedoniya, Lüksemburq, Malayziya, Meksika, Yeni Zelandiya, Nigeriya, Polşa, Sinqapur, İspaniya, Sloveniya, İsveçrə, Türkiyə, Böyük Britaniya, Zimbabve (35)

Məqsəd müəyyən bir funksiya ilə əlaqələndirilmişdir

Məqsəd konkretləşdirilməmişdir

Bolqarıstan, Fransa, İordaniya, Qırğızıstan

Latviya, Livan, Marokko, Rusiya (8)

Avstriya, Butan, Çili, Estoniya

Yamayka, yaponiya, Nepal, ABŞ (8)



Məqsəd birbaşa müəyyən edilmişdir



Xorvatiya



Litva (2)

Avstraliya, Kanada, AMB, Yunanıs-tan, İtaliya

Cənubi Koreya, Makao, Hollandiya, Slovakiya (9)

Qanunda maliyyə stabilliyinin dəqiq məqsədləri göstərilmir



Əlcəzair, Baham, Banqladeş, Beliz, Braziliya, Bosniya, Kamboca

Kolum-biya, Konqo, Dani-marka, Qvate-mala, Hindis-tan, İran, Küveyt


Mozam-bik, Norveç, Peru, S. Ərəbistanı, CAR, Trinadad və Tobaqo (20)





Mənbə: Jenneau S. Financial stability objectives and arrangements – what`s new? The role of central banks in macroeconomic and financial stability //BİS Rapers, 2014, №76, p.60.
Bir sıra ölkələr iqtisadi artımın, ödəmə balansının tarazlığının təmin edilməsinin, makroiqtisadi stabilliyin prioritetliyini bəyan edirlər. Xarici ölkələrin Mərkəzi Banklarının məqsədlərini təhlil edərkən məlum olur ki, məsələn, FRS-ın fəaliyyətində əsas məqsəd iqtisadi artım və qiymətlərin stabilliyidir; Çin xalq bankının – yuanın valyuta kursunun stabilliyi və iqtisadi artımdır; Bundesbankın dövriyyədə pul kütləsinin tənzimlənməsi, təsərrüfatın kredit resursları ilə təmin edilməsi, ödəmə dövriyyəsinin həyata keçirilməsi (Almaniyada Mərkəzi Bankın fəaliyyət məqsədi kimi qiymətin stabilliyi müəyyən edilərkən Bundesbank barəsində qeyd olunmuşdur ki, Almaniya Bankı ümumi iqtisadi, maliyyə və vergi siyasətini dəstəkləməlidir). Lakin praktikada qiymətlərin stabilliyi yenə də prioritet məqsəd olaraq qalır.

Məhz Mərkəzi Bankın fəaliyyət məqsədlərini əhəmiyyətinə görə fərqləndirmək zərurəti ilə əlaqədar Federal Rezerv Sisteminin (FRS) və AMB-n “ikili mandatı” problemi, yəni qiymətin stabilliyini təmin etmək məqsədinin uzunmüddətli dövr üçün məşğulluq və iqtisadi artımın dəstəklənməsi ilə tamamlamaq problemi irəli gəlir. “Mandatın” genişlənməsi monetar tənzimlənmənin əsasına monetarist konsepsiyasının qoyulduğu 70-ci illərin sonunda baş verdi ki, bu da bir qədər məntiqsiz və qəribə görünür. Lakin unutmamalıdır ki, 70-ci illərin böhranlı hadisələri təkcə maliyyə sferasına toxunmadı. Bu, maliyyə, iqtisadi, valyuta, ərzaq böhranlarından ibarət bir “miks” idi. Ondan çıxmaq üçün kompleks qərar lazım idi.

Iqtisadi böhranların olmadığı şəraitdə Mərkəzi Bank ilk iki məqsədə nail olmaq üçün əməliyyatların aparılmasını bir araya gətirir. Lakin böhran dövründə məqsədlər yerini dəyişir. Bunun parlaq nümunəsi kimi son maliyyə böhranının (bu böhran maliyyə böhranınndan maliyyə-iqtisadi, sonra da iqtisadi böhrana doğru inkişaf etmişdir) kəskin fazasında FRS-in addımlarını göstərmək olar.

Mərkəzi Bankın məqsədləri ilə bağlı diskussiyalarda bu gün də misal olaraq FRS gətirilir. Onun prioritet fəaliyyət məqsədləri kimi iqtisadiyatın artımı və məşğulluq səviyyəsi müəyyən edilmişdir. Məsələn, ABŞ-da UDM 2012-ci ilin III rübündə 3,1% artıqdan sonra IV rübdə 0,1% azaldı və bu, 2009-cu ildən sonra resessiya dövründə ən pis nəticə oldu. Ümumilikdə 2012-ci il üçün iqtisadi artım 2,2% təşkil etmişdir, halbuki 2011-ci ildə bu rəqəm 1,8%, işsizlik isə – 7,9% təşkil etmişdir. Əsas səbəb - dövlət istehlakının azalması və istehsalın artım templərinin enməsi olmuşdur. Buna görə də FRS iqtisadiyyata kəmiyyət axınlarını da davam etdirir (2013-cü ildə FRS ayda $85 mlrd. dollarlıq ipoteka və uzunmüddətli istiqrazları satın alırdı) ki, bu da maliyyə bazarında və deməli, iqtisadiyyatın real sektorunda aktivliyi həvəsləndirməli idi. Onun balansında indidən 3,1 trln.dollarlıq aktivlər var və bu cür kəmiyyət daxilolmaları ilə 2013-cü ilin sonuna daha $1 trln.dollar artacaqdır. Aktivlərin satın alınması indiki səviyyədə qalarsa, iqtisadçılar ABŞ iqtisadiyyatının artım templərinin bu il 1,8%-ə qədər azalacağını və 2014-cü ildə 2,7%-ə qədər artacağını gözləyirlər (Blomberg konsensus-proqnoz). Bu cür siyasətin təhlükəliliyi inflyasiya proseslərinin inkişaf etməsindədir (2013-cü il üçün oriyentir 2%-dir). Buna görə də FRS-nin “ikili mandat” problemi nəinki qalır, həm də kəskinləşir. Kəmiyyət baxımından yumşaltma kimi analoji tədbirləri məcmu tələbin istehsalın potensial həcmindən aşağı olduğu bir şəraitdə AMB da görür. AMB maliyyə sektoru üçün uzunmüddətli (üç aylıq) repo və ya əks repo əməliyyatlarını aparır, 2012-ci ilin dekabrında Yunanıstana tranş yardımını, İspaniyaya bankların rekapitallaşdırılması üçün kredit təklif etmişdir. Lakin təhlükə yenə də eynidir: “inflyasiya spiralı”nın genişlənməsi və müvafiq olaraq neqativ inflyasiya gözləmlərinin formalaşması.

Yuxarıda biz artıq qeyd etmişdir ki, iqtisadiyyatda elə bir şərait yarana bilər ki, bu zaman Mərkəzi Bankın bütün mümkün və adət etdiyimiz təsiretmə alətləri qarşıda qoyulmuş məqsəd nöqteyi-nəzərindən müsbət nəticə verməyə bilir. Buna misal olaraq bu gün müxtəlif ölkələrin Mərkəzi Banklarının likvidliyi yalnız iqtisadiyyatda tənəzzülə və ölkə iqtisadiyyatının “likvid tələsi”nə3 düşməyə yol verməmək üçün tələb olunan həcmdə təqdim etdiklərini qeyd etmək olar.

Iqtisadiyyata investisiyaları artırmaq üçün lazım olan real faiz stavkası mənfi olur. Nəticədə əmtəə və pul bazarları arasında uçurum yaranır, əmanətlər investisiyaya çevrilmir, pula tələb artır, inflyasiya artır. “Likvid tələsinə” düşən iqtisadiyyat pul bazarında ondan çıxmaq üçün öz xüsusi mexanizmlərinin olmaması ücbatından burada da elə qalır. Bundan başqa, tələni dərinləşdirən ajiotaj tələbi gərginləşdirən və əhalini dəyərini itirmiş pullardan yaxa qurtarmağa inflyasiya gözləmələridir. Likvidlik tələsinin nəticəsində iqtisadiyyat investisiya böhranından çıxa bilmir, monetar siyasət isə effekt vermir.

2000-ci ilin əvvəllərində “likvidlik tələsi”nin klassik müasir nümunəsi kimi Yaponiya iqtisadiyyatını göstərmək olar. 10 il ərzində ölkənin real ÜDM dəyişməmiş və 2000-ci ildə də 1991-ci ildəki kimi olmuşdur. Sonralar 2001-2003-cü illərdə o, azalmışdır. Özü də ölkənin dünyada ikinci yer tutan iqtisadiyyatının 10 ildən çox durğunluğundan sonra, artım ildə 2% təşkil edə bilərdi.

Tənzimləməyə ənənəvi yanaşma iqtisadiyyatı həvəsləndirmək üçün ona təsirin iki variantını nəzərdə tutur. Əgər iqtisadiyyatda iqtisadi aktivlik çökürsə və mal və xidmətlərə ümumi tələb potensial məhsuldarlıqdan azdırsa, onda pul və maliyyə sabitliyi siyasətini zəiflətmək (bir qədər çevik etmək) təklif olunur. Praktikada daha çevik pul və maliyyə sabitliyi siyasəti faiz stavkasının azaldılmasının köməyi ilə həyata keçirilir. Adətən Mərkəzi Banklar kommersiya banklarının remaliyyələşdirmə sistemində dəyişiliklər etməklə pul bazarlarının işinə müdaxilə edib faiz stavkasını azaldır. Lakin Yaponiyada 1995-ci ildən faiz stavkası demək olar ki, sıfır göstəricisində idi. 2001-ci ilin yazında Yaponiya Bankı 200-ci ilin avqust ayınadək 0,25%-dək artırmaq cəhdindən sonra yenidən faiz stavkalarını sıfıra qədər azaltmaq məcburiyyətində oldu. Bu cür manevrlər edərək Yaponiya Bankı faiz stavkalarını sıfır səviyyəsində saxlamaq üçün pul bazarlarını kifayət qədər vəsaitlə təmin etməyi vəd etdi. Lakin 2001-ci ilin yay ayları ərzində qeyri-adi hal müşahidə olunurdu: Yaponiya bankları hətta sıfır qiymətində belə pula tələb nümayiş etdirmirdilər.

Vaxtilə “likvidlik tələsi”ndən çıxmaq üçün C.M.Keyns vergi-büdcə siyasətindən istifadə etməyi təklif etmişdi. Pul-kredit metodları işləmədikdə, hökumət iqtisadiyyatı kəsir maliyyələşdirilməsi ilə həvəsləndirə bilər4.

Buna görə də istehlakçı xərclərini və özəl investidiyaları həvəsləndirmək üçün vergiləri əvvəlki səviyyədə saxlamaq və ya hətta azaltmaq lazımdır5.

Bu, tələbin artmasına səbəb olar və iqtisadiyyatı “likvidlik tələsi”ndən çıxarar. Lakin bu zaman digər bir problem - maliyyə problemi yaranır. Bu, büdcə kəsirində yol verilən səviyyə problemidir. Bu kəsir həm daxili bazarda, o cümlədən pul və maliyyə sabitliyi siyasəti çərçivəsində alınmalar hesabına örtülür. Bundan başqa, dövlətdən alınan bugünkü borclar gələcəkdə vergilərin artması deməkdir ki, bu da xərclərin azalmasına təsir göstərir – vergi ödəyiciləri cari gəlirlərinin bir hissəsini gələcək vergilərin ödənilməsi üçün kənara qoyur.

Qeyd edək ki, Yaponiyada kəsir maliyyələşdirilməsi 90-cu illərin sonu-2000-ci illərin əvvəllərində iqyisadiyyatı canlandırmaq üçün kömək etmədi. Yaponiyada inidiyə qədər bank faizi 1,4–1,6% hüdudlarındadır.

2001-2006-cı illərdə faiz stavkası sıfıra bərabər idi, 2007- 2010-cu illərdə 0,5%-dən 0,1 %-ə qədər azaldı. 2010–cu ildən Yaponiya Bankı faiz stavkasını

0–0,1 % hüdudlarında müəyynləşdirdi, inflyasiya səviyyəsi 01.01.2011-ci il üçün 0% idi.

Müasir likvidlik tələsinə misal olaraq dünya iqtisadiyyatında böhrandan sonrakı vəziyyəti göstərmək olar. Faiz stavkalarının idarə edilməsi sahəsində pul və maliyyə sabitliyi siyasətinin tədbirləri nəticə vermir. Baxmayaraq ki, ənənəvi olaraq inkişaf etmiş ölkələrin Mərkəzi Banklarının məhz faiz stavkası maliyyə vasitəçiliyi sektorunun yüksək inkişaf etdiyi bir şəraitdə faiz stavkalarının səviyyəsinə və nəticədə daxili qiymətlərə və aqreqasiya edilmiş tələbə birbaşa təsir göstərirdi. Maliyyə böhranı göstərdi ki, faiz siyasətinin uğurla həyata keçirilmsinin əsas şərtini maliyyə stabilliyi riskləri üzərində nəzarət təşkil edir. İnvestorlar tərəfindən risklərin kifayət qədər qiymətləndirilməməsi (bu, kredit aktivlərinin keyfiyyətinin qiymətləndirilməsində qeyri-müəyyənliliklə bağlı ola bilərdi) bir vaxtlar elə bir səviyyədə idi ki, Mərkəzi Bankın əməliyyatlarına görə stavkalar müəssisə və əhali tərəfindən alınmaların faktiki xərclərinə artıq kifayət qədər təsir göstərə bilmirdi. Başqa sözlə, inkişaf etmiş ölkələrin əksər iqtisadiyyatları iqtisadi ədəbiyyatda “likvidlik tələsi” adlandırılan vəziyyətə yaxınlaşmışdır. 2013-cü ildə faiz stavkaları əksər inkişaf etmiş ölkələrdə sıfıra yaxınlaşmışdı. (2013-cü ildə ABŞ FRS 0–0,25% hüdudlarında, Yaponiya Bankı 0,1%, AMB - 0,25% səviyyəsində).

Əksər ölkələrdə Mərkəzi Banklar tətbiq etdikləri pul siyasəti alətlərinin diapazonunu genişləndirmək məcburiyyətində oldular. Bu zaman qaytarmamaq şərtilə yüksək keyfiyytəli aktivlərin əldə edilməsi, bankalrın artıq ehtiyatlarının artırılması, kredit bazarında birbaşa intervensiyaların hesabına “kəmiyyət yumşaltmaları” tədbirləri də görüldü. Bu, ayrı-ayrı borcalanlar qrupu (əsasən korporativ borc öhdəlikləri emitentrləri) üçün maliyyələşdirmə şərtlərinin yaxşılaşdırılmasını nəzərdə tutur. Beləliklə, bütün ölkələr faktiki olaraq “keyfiyyət” (faiz stavkası) məqsədindən “kəmiyyət” məqsədinə - ilk növbədə bank sektoruna likvildiyin təklif edilməsinə keçid etdi və yalnız bu yolla onu dəstəkləyə bildi.

İqtisadiyyata dəstəyin bu cür kəmiyyət tədbiləri bu gün də davam edir, çünki əksər ölkələrdə iqtisadiyyatın bərpa edilmək qabiliyyəti əvvəl proqnozlaşdırılan səviyyədən aşağı oldu.

Rusiyada Mərkəzi Bank haqqqında Qanunun 3-cü maddəsi ilə onun aşağıdakı fəaliyyət məqsədləri müəyyən edilmişdir: RF bank sisteminin inkişafı və möhkəmləndirilməsi, rublun mühafizəsi və davamlılığının möhkəmləndirilməsi, milli ödəniş sistmeinin stabilliyinin və inkişafının təmin edilməsidir.

Rusiya Bankı haqqında Qanunun 3-cü maddəsinə uyğun olaraq bankın fəaliyyətinin əsas məqsədləri aşağıdakılardır: rublun qorunması və sabitliyinin təmin edilməsi, o cümlədən xarici valyutalara münasibətdə rublun alıcılıq qabiliyyətinin saxlanılması; RF-nin bank sisteminin inkişafı və möhkəmləndirilməsi; hesablaşmalar sisteminin effektiv və fasıləsiz işləməsinin təmin edilməsi.

Bu məqsədləri həyata keçirmək üçün Rusiya Bankı Qanunun 4-cü maddəsində əks olunmuş asağıdakı funksiyaları yerinə yetirir: RF Hökuməti ilə qarşılıqlı fəaliyyət göstərərək rublun sabitliyinin qorunması və təmin edilməsinə yönəlmiş vahid dövlət pul kredit siyasətini işləyib hazırlayır və həyata keçirir; nağd pulların təkbaşına emissiyasını həyata keçirir və onların dövriyyəsini təşkil edir; kredit təşkilatları üçün son instansiya kreditoru kimi çıxış edir; RF-də hesablaşmaların həyata keçirilməsi qaydalarını müəyyən edir; bank əməliyyatları, mühasibat uçotu və bank sistemi üçün hesabat işlərinin aparılması qaydalarını müəyyən edir; kredit təşkilatlarının dövlət qeydiyyatını həyata keçirir; kredit təşkilatlarının fəaliyyətinə nəzarət edir; kredit təşkilatları tərəfindən qiymətli kağızların emissiyasını qeydə alır; valyuta tənzimləməsini həyata keçirir; xarici dövlətlərlə hesablaşmalar qaydasını müəyyən edir; valyuta nəzarətini təşkil edir və həyata keçirir; RF-nin tədiyyə balansı proqnozunun işlənib hazırlanmasında iştirak edir.

01.09.2013-cü ildə Rusiya Mərkəzi Bank haqqqında Qanuna edilən əlavə və dəyişiklərlə– «RF maliyyə bazarının inkişaf etdirilməsi, RF maliyyə bazarının sabitliyinin təmin edilməsi» sözləri daxil edildi[123].

İngiltərə Bankı öz fəaliyyətini üç prioritet məqsəddən çıxış edərək həyata keçirir: milli valyuta dəyərinin müdafiəsi; maliyyə sisteminin stabilliyinin təmin edilməsi; ölkə daxilində və beynəlxalq aləmdə maliyyə sisteminin effek­tiv­liyinin və rəqabətə davamlılığının təmin edilməsi və yüksəldilməsi.

Mərkəzi Bankın məqsədi, funksiya və səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası ilə və Mərkəzi Bank haqqında Qanunla müəyyənləşdirilir. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 19. Azərbaycan Respublikasının Mərkəzi Bankın fəaliyyətinin əsas məqsədi səlahiyyətləri daxilində qiymətlərin sabitliyinin təmin edilməsidir. Öz məqsədlərinə nail olmaq üçün Mərkəzi Bank: dövlətin pul və valyuta siyasətini müəyyən edir və həyata keçirir; nağd pul dövriyyəsini təşkil edir, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin II hissəsinə və bu Qanuna müvafiq olaraq pul nişanlarının tədavülə buraxılmasını və tədavüldən çıxarılmasını həyata keçirir; manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir; "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq valyuta tənzimini və nəzarətini həyata keçirir; sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarım saxlayır və idarə edir; qanunvericiliyə uyğun olaraq hesabat tədiyə balansım tərtib edir və ölkənin proqnoz tədiyə balansının hazırlanmasında iştirak edir.

Mərkəzi Bankın fəaliyyətinin məqsəd və vəzifələri milli iqtisadiyyatın ümumi inkişaf kontekstinə uyğun olaraq müəyyən edilir.

Azərbaycan Respublikası Mərkəzi Bankı bank sistemində maliyyə sabitliyinin təminatında müstəsna rola malikdir. Mərkəzi Bankın fəaliyyətinin əsas məqsədi öz səlahiyyətləri daxilində qiy­mət­lərin sabitliyininin tə­min etməkdir.

Qeyd etmək lazımdır ki, qoyulmuş məqsədlərə Azərbaycan Respublikası Mərkəzi Bankı öz funksiyalarını yerinə yetirməklə nail olur. Birinci məqsədə, yəni öz səlahiyyətləri daxilində qiy­mət­lərin sabitliyininin təmin edilməsinə, pul və valyuta siyasətini siyasətinin bəyan edilmiş məqsədləri çərçivəsində manatın daxili və xarici dəyərini qorumaqla nail olunur.

Azərbaycan Respublikası Mərkəzi Bankının 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında vahid dövlət pul- siyasətinin məqsədi birmənalı olaraq aşağıdakı kimi müəyən edilmişdir: «Ölkə iqtisadiyyatının şaxələndirilməsi siyasətinə uyğun olaraq Mərkəzi Bank 2016-ci ildə makroiqtisadi və maliyyə sabitliyinin qorunmasına, bank sektorunun maliyyə dərinliyinin artırılmasına, maliyyə-bank infrastrukturunun inkişafına yönəlmiş fəaliyyətini davam etdirəcəkdir. Mərkəzi Bank pul siyasəti vasitəsilə növbəti ildə də inflyasiyanın aşağı təkrəqəmli səviyyədə saxlanılmasını hədəfləyir. Bunun üçün ilk növbədə manatın məzənnəsinin sabitliyinin qorunması mühüm vəzifələrdən biridir. Həmçinin, yeni qlobal və makroiqtisadi çağırışlara uyğun olaraq pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi davam etdiriləcəkdir. Kontr-tsiklik bank nəzarəti modeli və prudensial siyasət vasitəsilə bank sistemində risklərin çevik idarə olunması və bankların maliyyə dayanıqlığının daha da gücləndirilməsi nəzərdə tutulur. Qeyri-neft iqtisadiyyatının kreditlərə olan tələbatının effektiv ödənilməsi, maliyyə xidmətləri və resurslarının əlyetərliyinin təmin edilməsi, regionlarda müasir bankçılığın inkişafı, nağdsız ödənişlərin və elektron bankçılığın miqyasının genişləndirilməsi, ipoteka mexanizminin təkmilləşdirilməsi dövlətin bank siyasətinin növbəti ildə əsas hədəfləridir».

Manatın sabit məzənnəsi aşağı təkrəqəmli inflyasiya hədəfinə nail olunmasında, sosial rifahın və investisiya aktivliyinin qorunmasında mühüm rol oynayır. Bunu nəzərə alaraq 2016-ci ildə manatın məzənnəsinin sabitliyi mühüm prioritetdir.

Düşünürük ki, Azərbaycan iqtisadiyyatının müasir durumuna uyğun olaraq Mərkəzi Bank sosial rifahın və investisiya aktivliyinin qorunmasında təminatı olaraq manatın məzənnəsinin sabitliyi əsaslı oduğunu bilir və fəaliyyətində mühüm prioritet olaraq qalacaqdır.

Azərbaycan Mərkəzi Bankının fəaliyyətində ikinci məqsəd bank sisteminin sabitliyinə dəstəyinin göstərilməsindən ibarətdir.

Bu məqsədlə Azərbaycan Mərkəzi Bankı bank sektorunun potensial risklərə qarşı dayanıqlığının yüksəldilməsinə, risklərin preventiv rejimdə məhdulaşdırılmasına yönəldilmiş fəaliyyətini daimi təkmilləşdirir.

Qeyd etmək lazımdır ki, son illər Azərbaycan Mərkəzi Bankı pul siyasəti sahəsində fəaliyyətindəki nəticələri haqqında cəmiyyəti məlumatlandırmaqda ciddi irəliləyiş etmişdir. Mərkəzi Bankın məqsədi, funksiya və səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası ilə və Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Qanunla müəyyənləşdirilir.

Azərbaycan Respublikasının Mərkəzi Bankı 2013-cü il ildən etibarən pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatlar yayınlayır. Artıq 2013-ci ildə pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri üzrə dərc olunmuş bəyanat yüksək nəzəri və praktiki məlumatlandırma səviyyəsi ilə seçilir, həm daxili, həm də xarici makroiqtisadi şəraiti və onun risklərin qiymətləndkirilməsi nöqteyi-nəzərdən dəyişmə tendensiyalarını nəzərə alır, Mərkəzi Bankın monetar tənzimləmə sahəsində qərarlarının reallaşdırılması istiqamətində hərəkətlərini izah edir.

Mərkəzi Banklar pul siyasətinin həyata keçirilməsi isti­qa­mə­tində müəyyən et­­dik­ləri hədəf və məqsədlərə çatmaq üçün müx­təlif vasitələrdən istifadə edir­lər. An­caq bu vasitələrin tə­sir­lə­ri isə ölkədən ölkəyə və ən əsası da ölkələrin iq­ti­sadi sə­viy­yə­lərinə və struktur özəlliklərinə bağlı olaraq önəmli fərqliliklər gös­tər­mək­dədir.

Ümumiyyətlə, bütün ölkələrdə Mərkəzi Bankların əsas və­zi­fə­si çevik pul və maliyyə sabitliyi siyasətinin aparılması və pul və maliyyə sabitliyi siyasəti­nin əsas metodları ilə iq­ti­­sadiyyatda tənzimləyici funksiyasını ye­ri­nə yetirməkdir. Pul siyasətinin baş­lıca istiqamətlərində öl­kənin makroiqtisadi və makromaliyyə vəziyyəti təh­lil edilir və bank sisteminin inkişafının əsas isti­qa­mət­ləri əks etdirilir.

Maliyyə bazarlarının inkişaf səviyyəsini nəzərə alaraq MB 2007-ci ildən etibarən pul siyasətinin beynəlxalq ətandartlara uy­ğun­laş­dı­rıl­ma­sı çərçivəsində «faiz dərəcələri dəhlizi» yanaşmasının tətbiq edir.

Yeridilən pul si­ya­sə­tinin reallaşması mexanizmlərinin mütərəqqi for­ma­larından olan faiz dəhlizinin tətbiqiqi yeni əməliyyat struk­tu­ru­nu nəzərdə tut­maqla MB iqtisadiyyatda pulun də­yə­rinə təsir etmək im­kan­la­rı­nın geniş­lən­di­rməsinə yol açdı. Bank sektorunda dayanıqlığın və sabitliyin qorunması, bank aktivliyinin optimallaşması, sektorun tarazlı və sağlam inkişafı maliyyə sabitliyi siyasətinin əsas imperativləridir.

Mərkəzi Bankın fəaliyyətini makroiqtisadi sabitliyə təsir edən amilləri nəzarətdə saxlamaqla və inflyasiyanı təkrəqəmli səviyyədə tutmaq, manatın məzənnəsinin sabitliyi, maliyyə sabitliyinin möhkəmləndirilməsi kimi hədəflərin realizasiyasına yönəltməkdədir. Yeni makroiqtisadi vəziyyətdə bankların daha təmkinli və sağlam aktivliyinin təmin olunması üçün zəruri nəzarət rejimi və alətləri tətbiq edilmişdir.

Bütün bu tədbirlər bank sektorunun sabitliyinin yüksəlməsinə xidmət etmişdir. Kapitalın adekvatlığı də qənaətbəxş səviyyədədir, məcmu kapitalın adekvatlıq əmsalı 19% (prudensial tələb 12%) təşkil etmişdir.

Mərkəzi Bankın fəaliyyətində bank kapitalının kəmiyyət və keyfiyyətinin artırılması çərçivəsində kapitalın “konservativ buferi”nin tətbiq edilməsi və kapitalın sabit mənbələrinin rolunun yüksəldilməsi istiqamətində tədbirlər görməkdədir. Qısamüddətli likvidlik mövqeyinin daha təkmil idarə olunması üçün Bazel-III standartlarının təklif etdiyi yeni likvidlik normativinin tətbiqi də istisna edilmir. Eyni zamanda maliyyə itkilərinin tanınması üzrə Maliyyə Hesabatlığının Beynəlxalq Standartları ilə yaxınlaşmaya nail olunması (qlobal səviyyədə əldə olunacaq konsensus çərçivəsində) diqqətdə saxlanılmaqdadır.

Bank sektorunda MB rəqabət mühitinin gücləndirilməsi məqsədilə “brend” xarici bankların investisiya qoyuluşlarını təşviq edir.

Mərkəzi Bankda pul və maliyyə siyasəti çərçivəsinin postkrizis dövrünün çağırışlarına uyğunlaşdırılması və beynəlxalq standartizasiyası istiqamətində təkmillləşdirmə işlərini davam etdirir. Mərkəzi Bankda diaqnostika və tədqiqat potensialının artırılması işləri bir neçə istiqamətdə aparılmışdır: maliyyə sabitliyinin qiymətləndirilməsi potensialının artırılması məqsədilə risklərin identifikasiyası prioritet məsələlərdən biri olmuş və Stress-testlər və maliyyə sabitliyi indikatorları vasitəsilə bank sektorunun davamlığı və həssaslığı mütəmadi qiymətləndirilmişdir.

Beləliklə, AMB pul siyasətinin əsas istiqamətləri iqtisadi artımın və inkişafın başlıca şərti olan makroiqtisadi sabitliyin qorunmasına, bank sektorunda maliyyə sabitliyinin təmin olunmasına və maliyyə vasitəçiliyinin dərinləşməsinə yönəldilib. Bu hədəflərə nail olmaq üçün Mərkəzi Bank pul siyasətinin və bank nəzarətinin strateji çərçivəsinin davamlı təkmilləşdirilməsi mövzusunda çalışmalarını davam edir.

Manatın məzənnəsi makroiqtisadi sabitliyin saxlanmasında, maliyyə sabitliyinin idarə olunmasında, habelə qeyri-neft sektorunun beynəlxalq rəqabət qabiliyyətinin qorunmasında əhəmiyyətli amil olaraq qalır. Pul təklifinin artım templərinə mümkün təsiri təmin etmək üçün Mərkəzi Bank pul siyasəti alətlərindən adekvat istifadə etməkdədir. Faiz dəhlizinin parametrləri, o cümlədən uçot dərəcəsi iqtisadi tsikldəki və maliyyə bazarlarındakı vəziyyətdən asılı olaraq adekvat tənzimlənir.

Bu məqsədlərin əldə edilməsində MB pul kütləsinin tənzimlənməsindən geniş istifadə edir. Çünki, pul kütləsi qiymətlərin sabilliyində, ümumi tələb və təklifin balanslaşdırılmasında mühüm amil hesab edilir. Başqa sözlə dövriyyədə arxasında real əmtəə dayanmayan pul kütləsininin artması inflyasiyanın başlıca səbəblərindəndir. Ümumiyyətlə, Mərkəzi Bank elə bir optimal qiymət hədləri formalaşdırmağa çalışır ki, həm istehsalçının və istehlakçının maraqları uzlaşsın, həm də iqtisadi artım baş versin. Bunun üçün Mərkəzi Bank bir rəqəmli inflyasiya səviyyəsinin formalaşdırılmasını hədəfləyir. Müasir iqtisadi sistemlərdə sıfır inflyasiyalı iqtisadiyyat yoxdur. Çünki qiymətlər həddən aşağı düşəndə istehsalçı kifayət qədər mənfəət əldə edə bilmir və istehsala marağı azalır. İnkişaf etmiş ölkələrdə illik 3-4 faizlik inflyasiyadan iqtisadi artımı stimullaşdırmaq üçün istifadə edilir.

Biz hesab edirik ki, Mərkəzi Bank makroiqtisadi və maliyyə sabitliyinin idarə olunmasını, habelə qanunvericiliklə təsbit olunmuş mühüm funksiyaların realizasiyasını təmin edən fəaliyyət çərçivələrini əsaslı müasirləşdimək və standartlaşdırmaq əzmindədir.

Beləliklə, Pul siyasəti – ölkənin Mərkəzi Bankının qiymətlərin sabitliyinin, milli valyutanın dayanıqlığının qorunub saxlanılması və ölkədə iqtisadi artımın stimullaşdırılması üçün pul kütləsi və pulun dəyərinin idarə olunması üzrə həyata keçirdiyi tədbirlər kompleksidir.

Pul siyasətinin məqsədləri: pul vahidinin sabitliyi, inflyasiyanın aşağı salınması; işgüzar fəallığın tənzimlənməsi, iqtisadi artıma təsir göstərilməsi;bank sisteminin sabitliyinin və maliyyə bazarlarının inkişafının sabitliyinin təmin olunması; ölkənin tədiyyə balansının sabitliyi.

Beləliklə, monetar (pul və maliyyə sabitliyi) siyasətin məqsədi ölkədə qeyri-inflyasiya iqtisadi artıma nail olmaq məqsədilə pul kütləsinin və pulun dəyərinin tənzimlənməsi üçün təsirli alətlərdən istifadə edilməsindən ibarətdir.


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə