İxtisas: Beynəlxalq Münasibətlər Qrup: bm -1701 Müəllim: Zaur Əliyev Tələbə: Eltac Mehdiyev



Yüklə 68,58 Kb.
tarix23.04.2022
ölçüsü68,58 Kb.
#85957
“Hakimiyyət kateqoriyası və onun politologiya elmində yeri”


AZƏRBAYCAN TURİZM VƏ MENECMENT UNİVERSİTETİ



I İmtahan Sualı

Fakültə: Sosial menecment

İxtisas: Beynəlxalq Münasibətlər

Qrup: BM -1701

Müəllim: Zaur Əliyev

Tələbə: Eltac Mehdiyev

Fənn: Politologiya

Bakı 2020

Hakimiyyət kateqoriyası və onun politologiya elmində yeri”


Siyasəti cəmiyyət həyatının digər sferalarından (yəni iqtisadi, sosial, mənəvi və s.) fərqləndirən cəhət onun hakimiyyət vasitəsilə həyata keçirilməsidir.Siyasət qrupların, birliklərin, təşkilatların təlabatlarının, səylərinin və qarşılıqlı fəaliyyətinin başlıca obyekti kimi çıxış edir.Lakin hakimiyyət siyasətdə daha gizli hadisə kimi səciyyələnir və onun təbiətini üzə çıxarmaq asan məsələ deyildir.Hakimiyyətin mahiyyətinin düzgün başa düşülməsi, onun reallaşmasının üsul və formalarının müəyyənləşdirilməsi siyasət aləminin mahiyyətinə daha dərindən nüfuz etməyə imkan yaradır.Hakimiyyət və hakimiyyət münasibətləri siyasətin məğzini təşkil edir.Məşhur Amerika sosioloqu T. Parsonsun fikrincə, pul iqtisadiyyatda necə əhəmiyyət kəsb edirsə, hakimiyyətdə siyasətdə elə əhəmiyyətə malikdir.Hakimiyyət cəmiyyətin və siyasətin fundamental başlanğıcıdır, siyasətin əsaslarına xidmət edir.O, sabit insan birliklərinin mövcud olduğu hər yerdə-ailədə, istehsal kollektivlərində, müxtəlif təşlikat və müəssisələrdə, bütün dövlətdə mövcuddur.Dövlətdə o, ali, siyasi hakimiyyət kimi təzahür edir.Siyasi təlimlər tarixində siyasət və hakimiyyət həmişə ayrılmaz, qarşılıqlı əlaqədə olan hadisələr kimi nəzərdən keçirilmişdir.Siyasi hakimiyyət ictimai xarakter daşıyır, sosial strukturun fəaliyyəti vasitəsilə təzahür edir, məcburetmə gücündən, əxlaqi təsirdən istifadə etməyi, ənənəyə, nüfuza əsaslanmağı nəzərdə tutur. Hakimiyyət anlayışı siyasi nəzəriyyənin başlıca anlayışlarından biri olmaqla siyasəti, siyasi münasibətləri, siyasi təsisatları, dövləti başa düşməyə kömək edir. Hakimiyyət münasibətlərinə hələ antik dövrün mütəfəkkirləri-Platon, Aristotel və başqaları xüsusi diqqət yetirmişlər, sonralar Makiavelli, Hobbs, Lokk, Kant və digərorta əsr və yeni dövr filosofları böyük maraq göstərmişlər.Qeyd edək ki, hakimiyyət problemi müasir Qərb politoloqlarının diqqət mərkəzindədir.

Hazırda bu ictimai hadisənin müəyyənləşdirilməsində müxtəlif mövqelər nəzərə çarpır.Bəzi müəlliflər hakimiyyəti bir nəfərin və ya bir qrupun öz iradəsini həyata keçirmək imkanları kimi müəyyənləşdirirlər.Digər müəlliflər hakimiyyəti idarəetmə məsələlərinə münasibətdə subyektlər arasında əlaqə, fəaliyyət münasibətləri kimi açıqlayırlar.Başqaları isə mövcud qaydaların özünəməxsus dəyişdirilməsinə imkan yaradan, yaradıcı başlanğıc kimi nəzərdən keçirirlər.Eyni zamanda hakimiyyəti mütəşəkkil sinfi zorakılıq kimi əsaslandırmağa səy göstərən mövqelərdə də mövcuddur. Hakimiyyətin təbiəti və mahiyyəti haqqında çoxsaylı konsepsiyalar mövcuddur.Onlardan marksist, biheviorçu, strukturfunksional (sistemli) və s. xüsusi əhəmiyyət daşıyır. Marksist konsepsiyalarda hakimiyyət birinin digərləri üzərində hökmranlığı, mütəşəkkil qüvvəyə tabe olmaq kimi şərh edilir.Həmin konsepsiyalarda sinfi hökmranlıq-tabe etmək vurğulanır.Marks və Engelsə görə, hakimiyyətin başlıca cəhəti onun sinfi xarakter daşımasıdır.Burada əsas məsələ hökmranlıq və tabeçilik münasibətləridir.Marksizmə görə,hakimiyyətin mühüm əlaməti zorakılıqdır.Bununla bərabər marksist konsepsiyalarda mühüm əhəmiyyət kəsb edən bir ideyada diqqəti cəlb edir: ictimai tərəqqinin hərəkətverici qüvvəsi demokratiyanın inkişafıdır.İctimai inkişafda xalq kütlələrinin roluna aid marksist müddəa buna aydın sübutdur. Hakimiyyətin müəyyənləşdirilməsinə biheviorçu yanaşma çərçivəsində rol oynamaq, davranış konsepsiyası, resursların mübadiləsi nəzəriyyəsi və başqaları fərqləndirilir. Biheviorçu konsepsiyada hakimiyyət digər fərdlərin və fərdlər qrupunun davranışını dəyişməyə imkan yaradan fərdlər və fərdlər qrupununşəxsiyyətlərarası münasibətləri kimi çıxış edir.Problemin mahiyyəti birinin digəri üzərində nəzarəti kimi açıqlanır.



Hakimiyyət münasibətləri nəzəriyyəsinə alman alimi Maks Veber böyük töhfə bəxş etmişdir.Veber hakimiyyətin müəyyənləşdirilməsi üçün pozitiv-sosioloji yanaşmanı əsas götürmüşdür.Onun konsepsiyasına görə, hakimiyyətin müəyyənləşdirilməsinin əsasını subyektlər arasındakı münasibətlərin uyğunsuzluğu və bununla bağlı bir subyektin digərinə təsiri təşkil edir. Hakimiyyət nəzəriyyəsinin daha da inkişafında böyük xidmət struktur-funksionalizmə məxsusdur.Belə ki, T.Parsonsa görə, hakimiyyət siyasi sistemin təhlilində əhəmiyyətli yer tutur, o, makro sosial sistemin xüsusiyyəti və ya atributudur. Sistemli yanaşma hakimiyyətin ictimai strukturlarda və funksiyalarda sirrini axtarmağa istiqamətlənir.Hakimiyyət münasibətlərinin əsasında funksiyaların ziddiyyəti və uyğunsuzluğu, vətəndaş cəmiyyətinin və dövlətin imkanları dayanır.Fərdin rolu və statusundan asılı olaraq,hakimiyyət subyektin bu statusundan əmələ gələn fəaliyyət qabiliyyəti kimi müəyyənləşdirilir. Hakimiyyətin müəyyənləşdirilməsinə müxtəlif yanaşmaların mövcudluğu nəinki hakimiyyətin, eləcə də siyasətin çoxölçülü olmasını ifadə edir. Hakimiyyətin bilavasitə daşıyıcısı hakimiyyətin subyekti və obyektidir.Siyasi hakimiyyətin subyektləri mürəkkəb, çoxsəviyyəli struktura malikdir. Hakimiyyət həmişə ikitərəfli səviyyədə mövcuddur, yəni qarşılıqlı fəaliyyətdə olan subyektə və obyektə malikdir.Hakimiyyət tabelikdə olan obyektsiz mövcud ola bilməz. Hakimiyyət müəyyən təşkilatda təbii-tarixi zərurətdən yaranır və bütövlükdə cəmiyyətin, ayrılıqda müxtəlif sosial birliklərin mənafelərinin reallaşmasını təmin etməyə imkan yaradır.Məhz bu tələbat müəyyən təşkilatda hakimiyyətin fəaliyyətinin təhrikedici qüvvəsi kimi çıxış edir.

Cəmiyyətdən hakimiyyət münasibətlərinin çoxcəhətli xarakter daşımasını (iqtisadi hakimiyyət, ailədə hakimiyyət, elmi nüfuz hakimiyyəti, kilsə, məscid hakimiyyəti, ideologiya hakimiyyəti, dinihakimiyyət, partiya hakimiyyəti və s.) nəzərə almaqla siyasihakimiyyətin spesifikliyini müəyyənləşdirmək zəruridir.Siyasi hakimiyyət o yerdə başlanır ki, orada təsiretmə qabiliyyəti təşəkkül tapır və eyni zamanda ictimai qruplarda, təbəqələrdə, siniflərdə, bütövlükdə bütün cəmiyyətdə yayılır. Siyasi hakimiyyət mütəşəkkil məcburetməyə (zorakılığa), hüquqa və nüfuza əsaslanan böyük sosial qruplar arasındakı iradi münasibətlərdir.Belə bir cəhəti nəzərə almaq zəruridir ki, siyasi hakimiyyət dövlət hakimiyyəti ilə eynilik təşkil etmir, istər-istəməz hər cürsiyasi hakimiyyət dövlət hakimiyyəti deyildir.Məsələn, hakimiyyət münasibətləri siyasi partiyaların, ictimai hərəkatların və təşkilatların fəaliyyətində təşəkkül tapır.Dövlət hakimiyyəti siyasi hakimiyyətin yüksək formasıdır, daha tam ifadəsidir, siyasi hakimiyyətin daha inkişaf etmiş növüdür.Eyni zamanda siyasi hakimiyyət idarəetmə ilə eynilik təşkil etmir.Çünki idarəetmə elə vasitədir ki, onun köməyi ilə hakimiyyətin məqsədyönlü təsir göstərməsi gerçəkliyə çevrilir.Hakimiyyətin siyasi fəaliyyətinin başlıca vəzifələri ilə bərabər onun mahiyyətini araşdırarkən onu hakimiyyətin resursları və ya mənbəyi ilə əlaqələndirmək zəruridir.Siyasi fikir tarixində bu məsələyə həmişə əhəmiyyətli dərəcədə diqqət yetirilmişdir.Məsələn, N.Makiavelli hesab edirdi ki, hakimiyyəti uğurla həyata keçirmək üçün insanın maddi mənfəətə və özünü qoruyub saxlamağa cəhdini nəzərə almaq tamamilə vacibdir.Müasir dövrdə siyasət adamları da bu cəhətə üstünlük verirlər. Siyasi hakimiyyətin və hakimiyyət münasibətlərinin mahiyyəti məsələsini təhlil edərkən hakimiyyətin həyata keçirilməsində zorakılıq probleminə də xüsusi diqqət yetirilməlidir. Hakimiyyət münasibətlərinin bütün sisteminin özəyini “hökmranlıq etmək-tabeçilik” münasibəti təşkil edir.Cəmiyyətdə tabeçilik əsasən dərk edilmiş xarakter daşıyır.Belə halda hakimiyyətin iradəsi başlıca sosial qrupların mənafeyi ilə üst-üstə düşür, hakimiyyətəvvəlcə hüquqa və nüfuza əsaslanır.Tabeçilik isə həm fəal və eləcə də passiv formada ifadə edilə bilər.Məcburetmə subyektin öz məqsədinə çatması üçün obyektin müqavimətini zorakılıqla aradan qaldırmaqla, hakimiyyətin əldə edilməsinə istiqamətlənir.Lakin zorakılıq hakimiyyətin iradəsinin reallaşması üçün yeganə vasitə deyildir.Zorakılıq güclü hakimiyyətin yox, hakimiyyətin gücünün ifadəsidir. Ümumiyyətlə, konkret formalarından asılı olmayaraq, hakimiyyət anlayışı ümumi səpkidə bir qrupun digərlərinə hökmranlıq etmək, sərəncam vermək, onları idarə etmək hüququnu və imkanlarını ifadə edir.O,bəzilərinin digərlərinə münasibətdə öz iradəsini həyata keçirmək, onların fəaliyyətinə və davranışına müəyyən təsir göstərmək qabiliyyəti və imkanıdır; bu məqsədlə nüfuzdan, hüquqdan, zorakılıqdan və digər vasitələrdən istifadə edilir.
Yüklə 68,58 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə