İxtisas: Maliyyə Qrup: ml-1801 Elmi rəhbər



Yüklə 0,92 Mb.
səhifə1/4
tarix22.04.2022
ölçüsü0,92 Mb.
#85850
  1   2   3   4
Ramin Seferov - “Azərbaycanın büdcə siyasətinin müasir istiqamətləri” (2)


Azərbaycan Dövlət Turizm Agentliyi

Azərbaycan Turizm və Menecment Universiteti


Biznes İdarəçiliyi fakültəsi

İqtisadiyyat kafedrası
Mövzu: “Azərbaycanın büdcə siyasətinin müasir istiqamətləri”

Tələbə: Səfərov Ramin Amin oğlu

İxtisas: Maliyyə

Qrup: ML-1801

Elmi rəhbər: Camal Hacıyev

Kurs işinin təhvil verilmə və müdafiə tarixi:

Elmi rəhbərin imzası və qiyməti:

Bakı-2022

MÜNDƏRİCAT

  1. Giriş;

  2. BÜDCƏ-VERGİ SİYASƏTİNİN NƏZƏRİ-METODOLOJİ MƏSƏLƏLƏRİ;

  3. AZƏRBAYCANDA BÜDCƏ-VERGİ SİYASƏTİNİN TƏHLİLİ;

  4. AZƏRBAYCANDA BÜDCƏ-VERGİ SİYASƏTİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ;

  5. Nəticə;

  6. Ədəbiyyat siyahısı.


Giriş

Kurs işinin mövzusunun aktuallığı.Respublikamızın inkişafında ölkənin maliyyə sisteminin əsas dayağı olan və onu iqtisadi, sosial və siyasi funksiyaların yerinə yetirilməsi üçün pul vəsaitləri ilə təmin edən dövlət büdcəsinin rolu böyükdür. Qeyd etmək lazımdır ki, dövlətin iqtisadi inkişafa təsiri maliyyə siyasətinin tərkib hissəsi olan büdcə-vergi siyasətinin tənzimləyici funksiyasından və onun tətbiq mexanizmindən nə dərəcədə dolğun istifadə edilməsindən asılıdır. Büdcə gəlirləri büdcə-vergi siyasətinin iqtisadiyyatın inkişafına istiqamətləndirilməsində əsas mənbə və vasitə kimi çıxış edir. Çünki bu mənbənin iqtisadi siyasət çərçivəsində düzgün hədəfləndirilməməsi hökuməti iqtisadiyyatda əks nəticə ilə - əsaslandırılmayan, qeyri-taraz gəlir azlığı problemi qarşısında qoya bilər və büdcə mexanizmi özünün ən təsirli funksiyalarından birini itirmiş olar. Respublikamızda büdcə-vergi siyasətinin həyata keçirilməsində əsas məqsəd - ölkədə makroiqtisadi göstəricilərin sabit saxlanılmasını təmin etməklə iqtisadi artıma nail olmaqdan, maliyyə intizamının gücləndirilməsindən, dövlət büdcəsinin tərtibi və icrasının təkmilləşdirilməsindən, qeyri-neft sektorunda məşğulluğun səviyyəsinin artırılmasından, kiçik və orta sahibkarlığa maliyyə dəstəyinin gücləndirilməsindən ibarət olmalıdır. Büdcə qanunvericiliyinə müvafiq olaraq büdcə-vergi sisteminə daxil olan bütün büdcə növləri sabit və ardıcıl daxil olan gəlir mənbəyinə malik olmalıdır. Ona görə də dövlət büdcəsinə daxil olan gəlirlər qanunvericilik əsasında büdcə həlqələri arasında bölüşdürülür. Bu məqsədlə büdcə həlqələri zəruri gəlir mənbəyi ilə təmin edilməklə, hər bir regionun sosial-iqtisadi inkişafı üçün lazımi miqdarda maliyyə vəsaiti müəyyənləşdirilir.

Dövlət büdcəsi gəlirlərinin sosial-iqtisadi proseslərdəki rolu əvəzedilməzdir. Büdcə dövlətlə ayrı-ayrı müəssisə, təşkilat, idarə və birliklər, yeni yaranan hüquqi və fiziki şəxslər, əhali arasındakı münasibətləri ifadə edir. Yeni iqtisadi sistemə keçidin nəticəsi olaraq, büdcə ilə istehsal sahələri arasında əlaqələr yeniləşmiş, sahibkarlıq və digər bazar subyektlərinin fəaliyyəti ilə əlaqədar büdcədən ayrılan vəsait qoyuluşlarının həcmi və istiqamətləri dəyişmişdir. Bütövlükdə götürsək, respublikamızda vergi sistemi əsaslı şəkildə təkmilləşdirilmiş və onun beynəlxalq standartlar səviyyəsinə çatdırılması üçün tədbirlər görülür. Bu dövr ərzində büdcə gəlirlərinin ÜDM-un strukturuna və sahə quruluşuna uyğun artımına, potensial gəlirlərin büdcəyə alınmasının təmin olunması əmsalının əhəmiyyətli dərəcədə yüksəldilməsinə, vergilərin ödənilməsinin sadələşdirilməsinə, vergi dərəcələrinin azalmasına, vergilərin yığılmasını təmin edən orqanların strukturunun təkmilləşdirilməsinə və sahibkarlıq fəaliyyətinin genişləndirilməsini təmin edən vergi mühitinin yaradılması məqsədilə xeyli işlər görülmüşdür.

Son illərdə respublikamızda həyata keçirilən iqtisadi və siyasi islahatlar dövlət maliyyəsi sferasından, xüsusilə də büdcə-vergi sistemində əsaslı dəyişikliklərə səbəb olmuşdur.


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə