İxtisas-Məşqçi FƏNN: İnformatika İKT



Yüklə 230,45 Kb.
səhifə2/3
tarix10.06.2022
ölçüsü230,45 Kb.
#89269
1   2   3
1İnternetdə ünvanlama

Nәticәni müzakirә edәk:
- “Internet Service Provider” sözlərinin qısaltması olan ISP nəyi bildirir?
informatika.edu.az saytının serveri harada yerləşir?

Şəbəkədəki bütün kompüterlərin bənzərsiz nömrəsi – IP-ünvanı ("ay-pi ünvanı" kimi tələffüz olunur) olur. Hər bir ünvan 32-bitli ikilik ədəddir.


Əlverişlilik baxımından həmin ədəd aralarında nöqtə olan dörd onluq ədəd şəklində göstərilir. Bu onluq ədədlərin hər biri isə 0-dan 255-dək qiymət ala bilər.

Aydındır ki, belə rəqəmlər yığınını yadda saxlamaq çətindir. Buna görə də domen adları sistemi – DNS (Domain Name System) yaradılıb və bu sistem IP-ünvanların əvəzinə istifadəçi üçün daha anlamlı olan adlardan (məsələn, www.informatika.edu.az) istifadə etməyə imkan verir. Belə ki, istifadəçi ünvan sahəsində həmin adı yığdıqda DNS-serverlər avtomatik olaraq onu IP-ünvana çevirir.


Şəbəkədə olan bütün adlar müxtəlif səviyyəli domenlәrә bölünüb. Hər bir ölkə üçün birinci səviyyəli domen ayrılıb. Məsələn, “.azdomeni Azərbaycana, “.de” domeni Almaniyaya, “.ru” domeni Rusiyaya məxsusdur. Ərazi domenləri adlanan belə domenlərlə yanaşı birinci səviyyəli digər domenlər də mövcuddur. Məsələn, “.com” domeni kommersiya qurumlarını, “.gov” domeni hökumət təşkilatlarını birləşdirir. Birinci səviyyəli domenlər azdır və yeni domenlər nadir hallarda meydana çıxır. Hər bir birinci səviyyəli domen çox böyük sayda daha aşağı səviyyəli domeni ünvanlaya bilər.
Hər bir domenin sahibi öz domeninin alt-domenlərini yarada bilər.

İnternet şəbəkəsində təmsil olunmaq istəyən hər bir hüquqi, yaxud fiziki şəxs domen adının seçilməsinə xüsusi diqqət yetirməlidir. Belə ki, domen adları müəyyən prinsiplərə cavab verməlidir:



  • seçilmiş ad saytın mahiyyətinə uyğun gəlməlidir;

  • ad mümkün qədər uzun olmamalıdır;

  • çalışmaq lazımdır ki, domen adı kimi seçilən sözdə ingilis əlifbasında olmayan hərflər olmasın (məsələn, “orman” sözü “meşə” sözündən daha uğurludur).

İnternet şəbəkəsində hər bir kompüterin, saytın öz ünvanı olduğu kimi, hər bir resursun – veb-səhifənin də öz ünvanı olur. Bu ünvan 
Yüklə 230,45 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə