İXTİsas: Tarix müəllimliyi qrup: tar/2103b fəNN: Arxeologiya və Etnoqrafiyanın əsasları



Yüklə 70,51 Kb.
tarix31.12.2021
ölçüsü70,51 Kb.
#81984
Arxeologiya


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ



Sərbəst iş

FAKÜLTƏ: Tarix və Coğrafiya

KAFEDRA: Ümumi tarix və tarixin tədrisi texnologiyası

İXTİSAS: Tarix müəllimliyi

QRUP: TAR/2103B

FƏNN: Arxeologiya və Etnoqrafiyanın əsasları

MÜƏLLİM: T.ü.f.d.,dosent Elvin Əliyev

TƏLƏBƏ: Gülməmmədov Amin

MÖVZU: Əkinçilik mədəniyyəti
Əkinçilik mədəniyyəti

Doğma Vətənimiz Azərbaycan qədim insan məskənlərindən biri kimi tanınır. Burada lap qədimdən insanlar əmək fəaliyyətilə məşğul olur. Azərbaycan maddi mədəniyyət abidələri, adət-ənənələri, etnik özünəməxsusluğu ilə həmişə Yaxın və Orta Şərqdə, həm də dünya xalqları içərisində öncül yerlərdən birini tutub. Əkinçilik mədəniyyəti məsələsinə gəldikdə, təxminən 15 il əvvəl Azərbaycan alimləri kəşf etdi ki, ölkəmizdə əkinçilik mədəniyyəti 3 min illik tarixə malikdir. Yəni biz qədim mədəniyyətə sahibik. Arxeoloji qazıntılar nəticəsində buğdanın daşlaşmış nümunəsini tapdılar və müəyyən etdilər ki, əkinçilik mədəniyyətimiz qədimdir. Bundan savayı, istər XIX əsrin sonu, istərsə də XX əsrin əvvəlində Qafqazda çap olunan bir sıra qəzet və jurnallarda, məsələn "Qafqaz", "Kavkazskiy vestnik"də Azərbaycanın əkinçilik mədəniyyəti və tarixinə dair xeyli sayda məqalələr yazılıb. Bu mövzuda bir neçə dissertasiya işi də var. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları da bu istiqamətdə böyük uğurlar qazanıb. Bu da təbii bir prosesdir. Azərbaycan torpağında vaxtilə təkcə buğda, arpa, çovdar deyil, eyni zamanda çəltikçilik də güclü şəkildə inkişaf etmişdi. İndiki Şabranda, Lerik, Astara və Lənkəranda çəltikçilik istehsalı indi də inkişafdadır. Bunun öz ənənələri var və elmi əsaslarla sübut olunub ki, Azərbaycan əkinçilik mədəniyyəti baxımından çox qədim tarixə malikdir. İlk insan məksəni olduğundan, bu diyarda sənətkarlıq məhsullarının istehsalı da geniş vüsət alıb. Azərbaycan lap qədimdən iqtisadi, sənətkarlıq ənənələrilə zəngin olub. Bu ərazinin, demək olar ki, hər bir guşəsi müxtəlif sənətkarlıq və əkinçilik sahəsi üzrə ixtisaslaşmışdı. Yəni bizdə bu istiqamətdə rəngarənglik mövcud idi. Bəzi bölgələr dulusçuluq, başqaları isə baramaçılıq, ipəkçilik, əkinçilik sahəsi üzrə ixtisaslaşmışdı və bu sahə üzrə də dünyada tanınırdı. Orta əsrlərdə Azərbaycandan xarici ölkələrə yalnız burada istehsal olunan müxtəlif dulusçuluq məmulatları, xüsusən də ipək ixrac olunurdu. Azərbaycan ipəyi orta əsr Avropası və Şərq dünyasında geniş hörmət qazanmışdı. Xüsusən də Şəki bu sahədə özünü tanıda bilmişdi. Ölkədə əkinçilik və sənətkarlıq inkişaf etdikcə şəhərlər də böyüyürdü. Qədim zamanlarda şəhərlərin böyüməsi, əhalisinin sayının çoxalması sənətkarlığa marağın artması ilə bağlı idi. İndi zamanın tələbi, elmi-texniki inkişafla əlaqədar qədimdən mövcud olan sənətkarlıq və əkinçilik vərdişlərimiz tarixdən silinib gedib. Tarixən ölkəmizin ərazisində əkinçiliyin iki növü olub. Dəmyə və suvarma əkinçiliyi: dəmyə əkinçiliyində şumu dərindən vururdular ki, ora daxil olan su daha uzun müddət qala bilsin. Belədə məhsuldarlıq daha bol olurdu. Bir sıra ölkələrdə olduğu kimi, orta əsrlərdə Azərbaycanda da növbəli əkin sistemi inkişaf edirdi. Bizdə də özünəməxsus növbəli əkin sistemi olub. Bəzi bölgələrimizdə bir il torpağa taxıl əkdikləri halda, növbəti ildə noxud əkirdilər. Həmin növbəlilik ona görə edilirdi ki, bu halda məhsuldarlıq daha yüksək olurdu. Azərbaycanda sənətkarlığın inkişafı ilə şəhərlər də inkişaf etməyə başladı. Ölkədə Şabran, Şəki, Beyləqan, Təbriz, Gəncə, Şamaxı, Bərdə və bir sıra şəhərlər müxtəlif sənətkarlıq növləri üzrə ixtisaslaşmışdı. Şəhərlərin inkişafı ilə əmək bölgüsü də yarandı. Orta əsrlərdə sənətkarlıq məhsulları kənd təsərrüfatı məhsulları ilə barter yolu ilə mübadilə edilirdi. Əsas sənətkarlıq, misgərlik məkanı kimi orta əsrlərdən Lahıc mahalı fərqlənirdi. O dövrün ən yaxşı qılıncları məhz burada istehsal olunurdu. Onun öz keyfiyyətilə seçilən sənətkarlıq məhsullarına həmin dövrün Avropa və Asiya ölkələrinin əksəriyyətində rast gəlmək mümkün idi. İsmayıllıda yerləşən Lahıcda indi yerli əhali qədim sənətkarlıq ənənələrini davam etdirir. Bu baxımdan həmin kənd hazırkı dövrdə də sanki orta əsrləri xatırladır.  Ölkəmizdə qədimdən miras qalmış sənətkarlıq ənənəsindən biri də xalçaçılıqdır. Azərbaycan öz xalçaları ilə də dünya şöhrəti qazanıb. İndi dünyanın bir çox ölkələrinin muzeylərində istehsal tarixi qədim olan Azərbaycan xalçalarını görmək olar. Vaxtilə baxımsızlıq və tamahkarlıq üzündən həmin qədim xalçalarımızın əksəriyyəti əcnəbilərə satılıb. Buna baxmayaraq, Azərbaycanın qədim sənətkarlıq nümunələri arasında məhz xalçaçılıq digərlərilə müqayisədə indi də öz əhəmiyyətini qoruyub saxlamaqdadır. Bizdə xalçalara vurulan butalar rəmzi məna daşıyır. Xalçaya vurulan butaları heç vaxt üz-üzə qoymurdular. Çünki bu uğursuzluq əlaməti sayılırdı. Novxanı, Şirvan, Qarabağ xalçaları geniş yayılmışdı. Azərbaycan qədim əkinçilik ənənəsilə də zəngindir. Burada qara kotan, xış alətləri geniş yayılmışdı. Onlar vasitəsilə torpaq şumlanır. İndi düzdür, texnikanın hazırkı şəraitində bu alətlərdən, demək olar ki, istifadə olunmur. Yalnız dağ rayonlarında, kənd təsərrüfatı texnikalarının çıxa bilmədiyi yüksəkliklərdə onlardan istifadə olunmaqdadır. Əsasən unudulub. İndi bu alətlər xarici və yerli turistlərə ölkəmizin qədim mədəniyyət sahibi olmasını sübut edən vasitə kimi muzeyləri bəzəyir. Amma xalçaçılıq sahəsində qədim ənənə hələ də qalır. Xalçaçılıq, bildiyimiz kimi, qədim el sənətidir. Bu sənəti ölkəmizin bir çox yerlərində indi də inkişaf etdirirlər. Biz sözlə, ölkəmiz qədimdən rəngarəng sənətkarlıq və əkinçilik mədəniyyətinə sahib olub. Bu isə xalqımızın hələ bir neçə min il bundan öncə böyük xarüqələr yaratmağa qadir millət olduğunun bariz göstəricisidir. Onların bir hissəsi mövcud şəraitdə yox olub getsə də, hələ də öz əhəmiyyətini itirməyən, məişət və istesalatda istifadə olunanları da qalmaqdadır. Bu isə Azərbaycanın əkinçilik və sənətkarlıq mədəniyyəti baxımından da rəngarəng olduğunu göstərir.  Əkinçilik mədəniyyətinin özünün atributları mövcuddur. Yerli, təbii şəraitlə bağlı olaraq bəzi şərtləri var. Bu şərtlər bilavasitə Cənubi Qafqazın təbiət ilə bağlıdır. Ölkəmizin Şirvan və Quba zonasında əkinçilik mədəniyyətilə bağlı qədim alətlər, xışlar, torpağı səpin halına gətirmək üçün qara kotanın olması halları məlumdur. Qara kotan Azərbaycanın əkinçilik mədəniyyətində olduqca mühüm yer tuturdu. Qara kotan vasitəsilə Azərbaycan əkinçilik mədəniyyətində mühüm bir mərhələ mövcuddur. Bundan savayı, taxılın əkilməsi, biçilməsi, döyülməsi sahəsində də istehsal və hazırlıq mədəniyyəti mövcuddur. O cümlədən, bütün bunların hamısı iqlim şəraitilə bağlı məsələlərdir. Yəni ölkənin ayrı-ayrı regionlarında, iqlim şəraitindən asılı olaraq, əkinçilik mədəniyyətinin müəyyən tərəfləri də bu və ya başqa şəkildə inkişaf edib. Əkinçilik sahəsində ayrı-ayrı zonalarda xüsusi uğurlar qazanılıb. Bu da bütövlükdə Azərbaycan etnoqrafiyasında mühüm yer tutan məsələlərdən biridir. Bu istiqamətdə tədqiqatçılar da xüsusi araşdırmalar aparır. Qədim Naxçıvanımız taxılçılıq ənənələrinin yarandığı ilk ərazilərimizdən biri olmuşdur. Arxeoloji materiallara söykənərək demək olar ki, Naxçıvanda hələ 8-9 min il bundan əvvəl əkinçilik mədəniyyəti yaranmış və inkişaf etməyə başlamışdır. Kültəpənin Еnеоlit təbəqəsindən həm yаbаnı, həm də mədəni tахıl dənlərinin tаpılmаsı Nахçıvаnın Cənubi Qаfqаzdа dənli bitkilərin bеcərildiyi ilk оcаqlаrdаn biri оlduğunu göstərir. Əkinçiliklə bağlı təqvim adətlərinin, inamların və mərasimlərin başlanğıcı Novruz bayramından hesab olunur. Toplanmış etnoqrafik çöl materiallarından aydın olur ki, xalqımız əkinə (yazlıq) çıxmaq üçün hazırlıq işlərinə kiçik çillədən başlayırmış. Əkin üçün lazım olan alətlər itilənib hazırlanar, qoşquya qoşulacaq heyvanlar xüsusi bəslənərmiş. Əkiləcək məhsulların toxumları çeşidlənib seçilərmiş. Ömrünü torpağa bağlayan əkinçilər səpin üçün ayrılmış toxumu yeməz, onu müqəddəs hesab edərmişlər. Digər müşahidələrə görə, Culfa bölgəsində İlanlı, Cəhriçay hövzəsində Qaraquş, Şahbuz bölgəsinin bəzi kəndlərində, Ordubad bölgəsinin bəzi yerlərində və Kəmki dağının başında qar varsa, əkinə çıxsan, taxıl dən bağlayar, yox əgər qar əriyibsə, dən olmaz, ot olar. Başqa bir müşahidəyə görə isə xalq arasında qara ot kimi tanınan bitki çiçək açandan sonra o yerdə torpağa toxum səpməzlər, demək, artıq əkinin vaxtı keçib. Xalq arasında bu gün də belə bir deyim var ki, yazdan bir gün itirən, yaydan bir ay, payızdan isə bir il itirər və yaxud yaz bir tərlan quşdur, onu tutdun, xeyrini görərsən, tutmadın, uçub gedər. Onu da qeyd edək ki, Naxçıvanda şuma, əkinə çıxmaq bölgələr üzrə, yəni dağlıq və aran zonalar üzrə fərqlənir. Dağ və dağətəyi zonada taxılçılıq və bağçılıq, dağətəyi və düzənlik zonada isə taxılçılıq, bostan və tərəvəzçilik, üzüm və bağçılıq daha intensiv inkişaf etdirilmişdir. Əkinçilik dağlıq zonada dəmyəyə, dağətəyi və düzənlik zonada isə süni suvarmaya əsaslanmışdır. Bölgənin düzən ərazilərində, əsasən, taxılçılıqda payız əkini, dağ və dağətəyi ərazilərdə isə yazlıq əkin daha geniş yayılmışdır.Elm və texnika inkişaf etdikcə məhsulun sahədə əkin və səpinilə bağlı müəyyən dəyişikliklər də baş verir. Məsələn, vaxtilə qara və adi kotandan, dəvə, at və öküzdən istifadə olunurdusa, indi müasir texnika yaranıb, traktorlardan istifadə olunur. Qabaqlar vəl deyilən vasitə vardı. Onu ata qoşmaqla taxılın dənini sünbülündən ayırardılar. İndi isə bunun üçün xüsusi texnika var. Amma günün bu günündə də elə rayonlarımız var ki, dəmyə torpaqlardan istifadə edir. Dağ yerlərinə texnika qalxa bilmədiyindən, əllə əkib əllə biçir və istehsal edirlər. Yəni bu da qorunub saxlanır. Dağ kəndlərində elə dəmirçixanalar var ki, burada əkinçilik sahəsində müəyyən işləri görmək üçün xüsusi alətlər hazırlanır.

İstifadə olunmuş ədəbiyyat siyahsı

  1. Azərbaycan arxeologiyası, I cild (Daş dövrü), Bakı, 2008

  2. Azərbaycan arxeologiyası, VI cild (Orta əsrlər dövrü), Bakı, 2008

  3. Azərbaycan arxeologiyasının əsasları. Q.C.Cəbiyev. Bakı, 2018

  4. Azərbaycan tarixi. Yeddi cilddə. I cild, Bakı, 2007 s 53-150




Yüklə 70,51 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə