İxtisaslaşma: Maliyyə menecmenti Qrup: 648 Layihə işinin mövzusu



Yüklə 233,84 Kb.
səhifə2/4
tarix07.06.2022
ölçüsü233,84 Kb.
#88976
1   2   3   4
General Motors səhm analizi

P/E ratio =
Hal-hazırda şirkət üçün EPS (Earning Per Share) göstəricisi 6.07$, Market Value Per Share isə 35.56$ təşkil edir. Buradan P/E nisbətini hesablasaq 5.86 nisbətini alarıq. Amerika bazarı (15.3)ilə müqayisə etsək bu, şirkət üçün yaxşı göstəricidir.
P/E Growth (Price to Earnings Growth) nisbəti şirkətin P/E göstəricisinin şirkətin müəyyən bir dövr ərzində qazancının artım sürətinə (Net Income Annual Growth Rate) bölünməsi ilə tapılır.
PEG ratio =
Düstura əsasən bu göstəricinin qiyməti 0.96 təşkil edir (5.86x ÷ 6.1%). PEG dəyərinin 1-dən aşağı göstəricisi yaxşı qəbul olunduğundan bu göstəricini də normal qəbul etmək olar.
Müəssisə dəyəri (EV) şirkətin ümumi dəyərinin ölçüsüdür, tez-tez kapital bazarının kapitallaşmasına daha əhatəli alternativ kimi istifadə olunur. EV öz hesablamasında şirkətin bazar kapitallaşmasını, eyni zamanda qısamüddətli və uzunmüddətli borcları, eləcə də şirkətin balansındakı hər hansı pul vəsaitlərini ehtiva edir. Müəssisə dəyəri potensial satınalma üçün, bir şirkəti qiymətləndirmək üçün istifadə edilən məşhur ölçmədir.
EV = market value + total liabilities - total cash = market value + net liabilities.
EV = 54.35 mlrd. $ + 79.56 mlrd. $ - 26.26 mlrd. $ = 107.65
EBITDA = EBIT + depreciation&amortization expenses
EBITDA = 2.196 mlrd. $ + 2.89 mlrd. $ = 5.086
EV/EBITDA = 107.65 / 5.086 = 21.17
Ortalama EV/EBITDA dəyəri təxminən 17.12 hesab olunur. Əgər bu göstərici 10-dan aşağıdırsa, sağlam göstəricidir. General Motors şirkətində bu göstərici orta normadan da yüksək olduğu üçün bu dəyərin şirkət üçün heç də yaxşı olmadığını deyə bilərik.
Kapitalın gəlirliliyi (ROE) xalis gəliri səhmdarların kapitalına bölmək yolu ilə hesablanan maliyyə nəticələrinin ölçüsüdür. Səhmdarların kapitalı müəssisənin aktivlərindən öhdəliklərini çıxdıqda alınan nəticə olduğundan ROE göstəricisini Return On Net Assets kimi də adlandırırlar. Bu göstəricinin qiyməti 10-dan aşağıdırsa müəssisə üçün pis qiymətləndirilir, 10 və 20 arasında orta, 20-dən yüksək olduqda isə çox yüksək qiymətləndirilir.
ROE =
Hal-hazırda şirkətin ROE göstəricisi 14.11%-dir. Göstərici orta normaya uyğun olsa da investisiya üçün riskli ola bilər.
Aktivlərin gəlirliliyi (ROA) termini şirkətin ümumi aktivləri ilə müqayisədə nə qədər gəlirli olduğunu göstərən maliyyə əmsalına istinad edir. Korporativ idarəetmə, analitiklər və investorlar şirkətin mənfəət əldə etmək üçün öz aktivlərindən nə dərəcədə səmərəli istifadə etdiyini müəyyən etmək üçün ROA-dan istifadə edə bilərlər. Göstərici xalis gəlirlərin ümumi aktivlərə bölünməsi yolu ilə tapılır. Şirkət üçün bu göstərici hal-hazırda 3.8% təşkil edir. Hansı ki, normadan aşağıdır. Bu onu göstərir ki, şirkətin aktivlərinin istifadəsində çatışmazlıqlar mövcuddur və bu göstərici ilə yüksək gəlirin əldə olunması çətin məsələdir.
Dividend gəliri (Dividend Yield) səhm investisiyasının yalnız dividendlə əldə etdiyi gəlirin təxminidir. İnvestorların nəzərə alması vacibdir ki, daha yüksək dividend gəlirləri həmişə cəlbedici investisiya imkanlarını göstərmir, çünki səhm qiymətinin azalması nəticəsində səhmin dividend gəliri yüksələ bilər. Dividend gəlirləri səhm qiymətinə nisbətən dəyişdiyindən, dəyəri sürətlə düşən səhmlər üçün çox vaxt qeyri-adi yüksək görünə bilər. Hesablamaq üçün hər səhm üçün illik dividend məbləği hər səhm üçün qiymətə bölünür.

Yüklə 233,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə