İxtisaslaşma: Maliyyə menecmenti Qrup: 648 Layihə işinin mövzusu



Yüklə 233,84 Kb.
səhifə4/4
tarix07.06.2022
ölçüsü233,84 Kb.
#88976
1   2   3   4
General Motors səhm analizi

Nəticə və təkliflər
Araşdırmada kəmiyyət və keyfiyyət metodologiyalarından istifadə olunaraq analiz aparılıb. Əgər kəmiyyət göstəricilərinə baxsaq görərik ki, bəzi göstəricilər investisiya etmək üçün riskli görünür. Ancaq kəmiyyət göstəriciləri bu analiz üçün hər şeyi demir. Diaqramlara əsasən uzunmüdətli dövrə baxsaq pandemiyadan sonrakı dirçəliş dövründə şirkətin bazar dəyəri artan tsikllə davam edir. Ancaq qısamüddətli dövrdə vəziyyət tam əksinədir. Bazar dəyəri cari il üzrə azalan tsikllə hərəkət edir. Şirkətin maliyyəsinə bir sıra xarici faktorlar da təsir edir. Dünyada tələbatın pandemiyadan əvvəlki səviyyəyə qayıtması bir neçə il çəkə bilər. General Motors, satış və gəlirlər baxımından Şimali Amerika regionundan asılılığını azaltmaq üçün məhsul portfelini genişləndirməli və beynəlxalq bazarlara daha çox diqqət yetirməlidir. Qarşıda sənayenin daha yüksək tənzimlənməsi və pandemiyadan sonra davamlılığa artan diqqət daxil olmaqla bir sıra problemlər var. ABŞ-da yerləşən avtomobil istehsalçısı elektrik avtomobillərinə sərmayəsini artırıb və 2025-ci ilə qədər 40% elektrik avtomobilləri ilə məhsul portfelinə nail olmağa ümid edir. Amma nəzərə almaq lazımdır ki, rəqibləri də gələcək üçün tutarlı hədəflər qoyurlar. Avtomobil sektorunda rəqabət səviyyəsini nəzərə alaraq, GM də tədqiqat və inkişafa (R&D) diqqətini artırmalıdır. Bu kimi faktorlar nəzərə alınarsa, şirkətin daha verimli fəaliyyət göstərəcəyini və bazardakı mövqeyini gücləndirəcəyini düşünürəm.
Ədəbiyyat siyahısı

  1. Advances in Economics, Business and Management Research, volume 182, Proceedings of the 2021 International Conference on Economic Development and Business Culture (ICEDBC 2021), Stock Analysis Based on Value Investment.

  2. EV/EBITDA - Guide & Examples of How to Calculate EV/EBITDA[EB/OL]. Corporate Finance Institute, 2021. (2021)[2021 -05 -06]. https://corporatefinanceinstit ute.com/resources/knowledge/valuation/ev-ebitda/.

  3. Johansson R. On case study methodology[J]. Open house international, 2007: 48-54

  4. Gerring J. The case study[M]//The Oxford Handbook of Political Science. 2011: 1134-1159.

  5. https://www.investopedia.com/

  6. https://www.google.com/finance/quote/GM:NYSE?sa=X&ved=2ahUKEwiEv8PAkeL3AhUEAxAIHUqQC-IQ3ecFegQIIBAi&window=6M

Yüklə 233,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə