İxtisasın adı: Kənd təsərrüfatı Modulun adı: Torpaqşünaslıq Modulun nömrəsi



Yüklə 0,58 Mb.
səhifə4/19
tarix27.04.2018
ölçüsü0,58 Mb.
#40278
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   19

3.1.2 Pedosfer


PEDOSFER (yun pedon - torpaq) – 1) torpaq, onun altında yerləşən torpaqəmələgətirən süxur və aşınma qatı (canlı orqanizmlərin yaşayış mühiti hesab olunan qat)(Şəkil 1.3): Yerin torpaqəmələgəlmə prosesi gedən qatı: 2) Litosfer, hidrosfer və Yerin canlı qabığının bir-birilə əlaqəli olan zonası: 3) Yerin torpaq örtüyü.

Şəkil 1.3. Pedosferin tanınması


3.1.3 Planetin torpaq fondu


PLANETİN TORPAQ FONDU – müasir texnika səviyyəsində yer kürəsində təsərrüfatda istifadə oluna biləcək torpaqların sahəsi 134 mln. km2 (13,4 mlrd. ha) təşkil edir. FAO-nun məlumatına əsasən hazırda şumlanan sahə 1,5 mlrd.ha, yəni qurunun potensial istifadəsi üçün yararlı sahəsinin 10%-nə bərabərdir. Çəmən və otlaqlar 3 mlrd.ha (22,3%) təşkil edir.

3.2 Torpağın yaranma prosesi: Süxurların aşınması


Aşınma – dağ süxurları və onları təşkil edən mineralların atmosfer, hidrosfer və biosfer amillərinin təsiri altında kəmiyyət və keyfiyyətcə dəyişməsindən ibarət mürəkkəb və müxtəlif proseslərin məcmusudur.

Dağ süxurlarında aşınma proseslərinin baş verdiyi horizontlara aşınma qabığı deyilir. Aşınma qabığında iki zona fərqləndirilir: birinci, səthi və ya müasir aşınma zonası, ikinci, iç və ya qədim aşınma zonası.

Torpaqəmələgəlmə prosesinin baş verdiyi müasir aşınma qabığının qalınlığı 1-2 sm-dən 2-10 m arasında dəyişir. Aşınma prosesinin üç formasını fərqləndirirlər: fiziki, kimyəvi və bioloji.



3.2.1 Aşınmanın formaları - fiziki, kimyəvi və bioloji.


Fiziki aşınma – kimyəvi tərkibini dəyişmədən dağ süxurlarının və mineralların mexaniki parçalanmasıdır. Fiziki aşınma əvvəlcə səthdə başlayır. Burada sutkalıq və mövsümi temperaturun böyük qradiyenti yaranır.

Suyun olması şəraitində fiziki aşınma sürətlənir. Su dağ süxurlarının çatlarına dolaraq orada böyük gücə malik kapilyar təzyiq yaradır (şəkil 1.4). Suyun daha böyük dağıdıcı qüvvəsi donma zamanı üzə çıxır: su donduqda öz həcminin 1/10-i qədər genişlənir və dağ süxurları çatlarının divarlarına böyük təzyiq göstərir.



Şəkil 1.4. Süxurların suyun təsirilə fiziki aşınması


Kimyəvi aşınma – dağ süxurlarının və mineralların yeni mineral və birləşmələrin yaranması ilə müşahidə olunan kimyəvi dəyişməsi və parçalanmasıdır.

Bu prosesin vacib amilləri su, karbon qazı və oksigendir. Su dağ süxurlarının və mineralların güclü həlledicisidir. Mineralların su vasitəsilə parçalanması temperaturun qalxması və karbon qazı ilə zənginləşməsi hesabına sürətlənir. Karbon qazı suyun turşuluğunu artırır ki, bu da onun mineralları dağıtma təsirini gücləndirir. Mineralların kimyəvi parçalanmasının gedişatına temperatur da təsir edir. Temperaturun hər 100C artması kimyəvi reaksiyanın sürətini 2-2,5 dəfə artırır. Dağ süxurlarının tərkibində CO2 və başqa maddələr olan su vasitəsilə həll olması təbiətdə geniş yayılmışdır. Belə ki, 250C temperaturda 1 litr suda 0,0145 q kalsit həll olur, lakin suda CO2 olması CaCO3 bikarbonata keçməsi səbəbindən onun həll olmasını kəskin şəkildə yüksəldir.



CaCO3 + CO2 + H2O ←-→ Ca (HCO3)2

Bioloji aşınma – dağ süxurlarının və mineralların orqanizmlərin və onların həyat fəaliyyətlərinin təsiri altında mexaniki parçalanması və kimyəvi dəyişməsidir. Yerin üst qatlarındakı dağ süxurlarının parçalanmasında canlı orqanizmlər fəal surətdə iştirak edir. Biosferin indiki inkişaf mərhələsində təmiz abiotik (cansız) mexaniki və kimyəvi aşınma prosesi yoxdur. Bioloji aşınma zamanı orqanizmlər süxurdan öz bədənlərini qurmaqdan ötrü mineral maddələri mənimsəyir və onları süxurların üst horizontlarında akkumulyasiya edirlər (Şəkil 1.5). Bununla da torpaqların formalaşmasından ötrü şərait yaradırlar.

Şəkil 1.5. Süxurlar üzərində ibtidailərin inkişafı ilə gedən bioloji aşınma prosesi


3.2.3 Sedimentasiya prosesi


SEDİMENTASİYA (lat. sedimentum - çökmə) – 1) suda asılı maddələrin (o cümlədən qida maddələri) çökməsi; 2) bəzi su heyvanlarının xüsusi qida əldə etmə üsulu (ibtidailər, malyusklar, həşəratların sürfələri və s.).

3.2.4 Sürüşmə prosesi


SÜRÜŞMƏ – ağırlıq qüvvəsinin təsiri ilə yumşaq süxur kütləsinin (yaxud torpağın bir hissəsinin) yamac boyu aşağı sürüşərək yerini dəyişməsi (şəkil 1.6). Yağış sularının hopub keçirməyən qatın üzərində yığılması sürüşmə əmələ gətirir. Sürüşmə abraziya, eroziya, aşınma, seysmik hadisələr və b. təbii proseslər, həmçinin yerin geoloji şəraitini nəzərə almadan insan tərəfindən görülən işlərin təsiri nəticəsində yaranır. Sürüşmə əkin sahələrinə, sənaye müəssislərinə, yaşayış məntəqələrinə, yollara və s. böyük zərər vurur. Onlarla mübarizə etmək üçün sahilbərkitmə və drenaj qurğularından istifadə olunur, yamaclar yerə dirək vurulması və ağac əkilməsi yolu ilə bərkidilir və digər işlər görülür. Azərbaycan Respublikasında Sürüşmələr Bakı şəhəri rayonunda, Böyük Qafqazın cənub və şimali-şərq makroyamaclarında, Lerik və Yardımlı rayonlarında yayılmışdır.

Şəkil 1.6. Torpaq sürüşməsi (R. Couture http://www.nrcan.gc.ca/hazards/landslides )


3.2.5 Torf əmələgəlməsi


TORF – yanar faydalı qazıntı. Bataqlıq şəraitində natamam çürümüş bitki qalıqlarının toplanmasından əmələ gəlir. Element tərkibinin 50- 60%-ini karbon (C) təşkil edir. Rəngi sarı və ya qarayadək dəyişən qonur olur. Torfa tünd rəng verən çürüntüdür. Torf üçün təbii yatımda yüksək (88-96%) rütubətlilik səciyyəvidir. Yanarkən 2650-3120 kkal/kq istilik verir. Yanacaq, kübrə və material kimi istifadə olunur.

Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə