İxtisasın adı: Kənd təsərrüfatı Modulun adı: Torpaqşünaslıq Modulun nömrəsi


Torpaqların aqroistehsal qruplaşması



Yüklə 0,58 Mb.
səhifə6/19
tarix27.04.2018
ölçüsü0,58 Mb.
#40278
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   19

3.4.1 Torpaqların aqroistehsal qruplaşması


Torpaqların aqroistehsalat qruplaşması – torpaqların təsnifat vahidlərinin xassələrinə və ya hər hansı bir kənd təsərrüfat bitkisinə, yaxud bitgi qrupuna münasibətdə yaxın aqronomik keyfiyyətlərinə görə birləşdirilməsidir. Torpaqlar beş aqroistehsal qrupunda qruplaşdırılmışdır.

I qrup – yüksək keyfiyyətli torpaqlar. Bu torpaqlar yüksək balla (81- dən çox) qiymətləndirilərək yüksək siniflərə (IX-X) daxil edilmişdir.

II qrup – yaxşı keyfiyətli torpaqlar münbitlik göstəricilərinə görə 61-80 balla qiymətləndirilmiş və VII-VIII bonitet sinfinə aid edilmişdir.

III qrup – orta keyfiyyətli torpaqlar. Bu torpaqlar 41-60 balla qiymətləndirilərək V - VI bonitet siniflərinə aid edilmişdir.

IV qrup – aşağı keyfiyyətli torpaqlar, 21-40 balla qiymətləndirilmiş və III-IV bonitet siniflərinə aid edilmişdir.

V qrup – kənd təsərrüfatı istehsalı üçün şərti yararsız torpaqlardır. Bura güclü şorlaşmış, güclü şorakətli, daşlı, bataqlıq torpaqları daxildir.




3.4.2 Yaylaqlar

YAYLAQLAR – mal-qaranın yay zamanı otarıldığı ərazi, yer. Maldarlıq meydana gəldikdən sonra yaylaqdan dan geniş istifadə olunur. Azərbaycanda yaylağın əksəriyyəti dəniz səviyyəsindən 3000 m-ə qədər yüksəklikdədir. Böyük və Kiçik Qafqaz dağlarındakı alp və subalp çəmənlikləri qoyunçuluğun qədim yaylağı sayılır. Azərbaycanda təqribən 6 minlik tarixi olan yaylaqdandan indi də geniş istifadə olunur (Şəkil 1.10-11).



Şəkil 1.10. İsmayıllı rayonun yay otlaqları-alp çəməni



Şəkil 1.11. İsmayıllı rayonun yay otlaqları-subalp çəmən


PRAKTIKI TAPŞIRIQ VƏ FƏALLIYYƏTLƏR





Fəaliyyət və tapşırıq

Təlimat və tövsiyyə

  • Özünuzə yağın ərazini seçin və əsas kəsim qoyun

  • Meşədə, açıq sahədə və ya yaylaqda

  • Kəsim üçün lazım olan alətlər əlavədə ... verilib

  • Torpaq profilini öyrənməyə çalışın

  • Profili əlavə …. əsasən oxumaqa çalışın

  • Torpağın karbonatlığını müəyyən edin

  • Karbonantlılıq torpağın qaynaması ilə müəyyən ediləcək. HCl turşusu əlavə edilməklə

  • Torpağın tipini müəyyən etməyə çalışın



TƏLIM NƏTICƏLƏRININ QIYMƏTLƏNDIRILMƏSI

  1. Nəzəri biliklərin qiymətləndirilməsi


Aşağıda verilən suallara cavab verərək mövzü üzrə biliklərinizi qiymətləndirin:



  1. Səthdən torpaq əmələgəlmə prosesinə uğramamış ana suxurədək yerləşən genetik qatların hamısı birlikdə necə adlanır?

A) Qranulometrik tərkib B) Profili C) Torpağın səthi D)Su sızdırma qabiliyyəti


  1. Torpağa bənövşəyi rəng verən maddə hansıdır.

А) Kobalt B) Dəmir C) Mis D) Manqan



  1. Bərk dağ suxurlarının və mineralların dəyişməsi nəticəsində əmələ gələn yumşaq suxurlar necə adlanır?

  1. Aşınmış B) Yuyulmuş C) Parçalanmış D)Humifikasiya olunmuş.




  1. Aşağıdakılardan hansı torpaq əmələ gətirən amildir?

A) Genetik qatlar, torpağın rəngi B) Qranulimetrik tərkib, udulmuş əsaslar

C) İqlim, bitki və heyvanat aləmi D) Humus, karbonatlar





  1. Fiziki aşınmaya səbəb olan amillər. A) Duzlar, qazlar, külək, su B) Temperatur dəyişilməsi, donma və əriməsi, külək, yağış

C) Hərəkət edən su, temperatur, qələvilər, turşular, külək D) Donmuş su, külək, duzlar



  1. Təbiətdə kimyəvi aşınmanın aşağıdakı formaları yayılıb A) Oksidləşmə, karbonlaşma, hidratasiya, kaolinləşmə B) Oksidləşmə, karbonlaşma

C) Karbonlaşma, ferrallitləşmə D) Hidratasiya, silikatlaşma, oksidləşmə



  1. Bunlar torpaqəmələgəlmə prosesinin əsasını təşkil etmir:

A) Antropogen amillər B) Üzvi maddələrin yaranması və parçalanması

C) Mineralların əmələgəlməsi və parçalanması D) Nəmliyin daxil olması





  1. Torpaqəmələgəlmə prosesində belə aşınma yoxdur.

A) Fiziki aşınma B) Kimyəvi aşınma C) Geoloji aşınma D)Bioloji aşınma


  1. Təbiətdə torpaqəmələgəlmə prosesin əsasını nə təşkil edir.

A) Maddələrin sintezi B) Torpaq-iqlim göstəriciləri

C) Qida maddələrinin kiçik bioloji dövranı D)Qida maddələrinin parçalanması




  1. Torpaqəmələgəlməsi zamanı yaranan və yer üzünə paralel olan qatlara ne deyilir?

A) Torpaq horizontu B) Torpağın morfologiyası C) Torpağın səthi D)Torpağın strukturu

  1. Praktiki bacarıqların qiymətləndirilməsi


Bu hissədə mövzu üzrə praktiki bacarıqlarınızı yoxlamaq üçün tapşırığın icrasının nəticəsilı bağlı sualları cavablandırın.
Qiymətləndirmə

Qiymətləndirmə kriteryaları

Bəli

Xeyr

Kəsim üçün lazım olan alətləri götürdünüzmü?







Əsas kəsim qoydunuzmu?







Əlavədəki cədvələ uyğun kəsimi oxudunuzmu?







Torpağın tipini və karbonatlıq dərəcəsini müəyyə etdinizmi?









  1. Yüklə 0,58 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə