İxtisasın adı: Kənd təsərrüfatı Modulun adı: Torpaqşünaslıq Modulun nömrəsi



Yüklə 0,58 Mb.
səhifə9/19
tarix27.04.2018
ölçüsü0,58 Mb.
#40278
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

5.1.1 İlkin minerallar.


Süxurların və torpağın tərkibində daha geniş yayılmış ilkin minerallar kvars, çöl şpatı, amfibollar, piroksenlər və slyudadır. Onlar maqmatik süxurların əsas kütləsini təşkil edir.

5.1.2 Törəmə minerallar


Torpaq və süxurlarda daha geniş yayılmış törəmə mineralların tərkibi, ilkin minerallarda olduğu kimi, böyük deyildir. Törəmə minerallar arasında bəsit duz mineralları, hidrooksid və oksid mineralları, gil mineralları fərqləndirilir.

Bəsit duz mineralları ilkin mineralların aşınması nəticəsində, həmçinin torpaqəmələgəlmə prosesi zamanı əmələ gəlir. Bu cür duzlara kalsit CaCO3, maqnezit MgCO3, dolomit [Ca, Mg](CO3)2, soda Na2CO3·10H2O, gips CaSO4·2H2O, mirabilit Na2SO3·10 H2O, qalit NaCl, fosfatlar, nitratlar və başqaları aiddir. Bu minerallar quru iqlim şəraitində torpaqda böyük miqdarda toplanmaq qabiliyyətinə malikdirlər. Onların kəmiyyət və keyfiyyət tərkibi torpaqların şorlaşmasının dərəcəsini və xarakterini müəyyən edir.

Hidrooksid və oksid mineralları – ilkin mineralların aşınması nəticəsində silisium, alüminium, dəmir və manqanın amorf formasında yaranmış hidrooksidləridir.

Gilli minerallar törəmə alümosilikatlardan ibarətdir. Onların ümumi kimyəvi düsturu belədir: nSiO2Al2O3·mH2O. Bu birləşmələrdə SiO2:Al2O3 molyar nisbəti 2-5 arasında dəyişir.

5.2 Humus (Torpağın üzvi hissəsi)


Humus” - Latın sözü olub mənası” çürüntü” deməkdir. Bitki və heyvan qalıqlarının mürəkkəb proseslər nəticəsində parçalanaraq tamamilə mütəşəkkil hüceyrə quruluşunu itirmiş, torpağın üst qatlarında toplanan üzvi maddəyə humus deyilir(Şəkil 3.15).

Şəkil 3.15. Torpaqda humus maddəsinin formalaşması ardıcıllığı


Torpaqda humusun aşağıdakı növləri var:

  • Sərbəst humus turşuları( Humin və fulvo turşuları.)

  • Humus turşularının heteropolyar duzları (qüvvətli turşuların humatları- fulvatları);

  • Humus turşularının kompleks –heteropolyar duzları (Fe və Al duzları);

Torpaqda humusun miqdarının və tərkibinin saxlanılmasından ötrü aşağıdakı tədbirlərin görülməsi nəzərdə tutulur:

  • Peyin və torf kompostlar şəklində verilməsi

  • Yaşıl gübrələrin tətbiqi(acı paxla, seradella və s.)

  • Ot əkinləri

  • Turş torpaqların əhəngləşdirilməsi

  • Şorakətlərin gipsləşdirilməsi

  • Torpaqların düzgün becərilməsi

  • Səmərəli melorasiya

5.3 Torpağın strukturu


Torpağın bölünə bildiyi hissələrə (aqreqatlara) torpağın strukturu deyilir. Onlar öz aralarında birləşmiş mexaniki elementlərdən ibarətdir. Struktur elementlərin forması, ölçüləri və keyfiyyət tərkibi müxtəlif torpaqlarda, həmçinin eyni torpağın müxtəlif horizontlarında eyni deyildir.

Torpaq strukturlu və ya struktursuz ola bilər. Strukturlu torpaq və ya süxur kütləsi bu və ya digər forma və ölçülərə malik hissələrə bölünür. Struktursuz torpağı təşkil edən mexaniki elementlər ya ayrı-ayrılıqda, iri aqreqatlarda birləşməmiş şəkildə olur və ya əksinə, sıx birləşərək başdan – başa sementləşmiş kütlə əmələ gətirir. Struktursuz hala tipik nümunə olaraq – yumşaq qumu göstərmək olar. Strukturlu və struktursuz torpaqlar arasında strukturluğun zəif göründüyü keçid hallar da mövcuddur.

Torpaq strukturunun qiymətləndirilməsi zamanı onun morfoloji anlayışını aqronomik anlayışından fərqləndirmək lazımdır. Aqronomik baxımdan torpaq o zaman strukturlu hesab edilir ki, onu təşkil edən ölçüsü 10 - 0,25 mm arasında dəyişən suyadavamlı topavari-dənəvər aqreqatların miqdarı 55 %-dən çox olsun.

5.3.1 Struktur növləri


Strukturun üç əsas tipi fərqləndirilir: kubşəkilli, prizmaşəkilli və plitəşəkilli. Hər üç tip müxtəlif ölçülü daha kiçik vahidlərə ayrılır(Şəkil 3.16).

Struktur aqreqatları ölçülərindən asılı olaraq aşağıdakı qruplara bölünürlər: kəltənli – 10 mm-dən çox; makrostruktur – 10-0,25 mm; kobud mikrostruktur – 0,25- 0,1 mm; narın mikrostruktur – 0,01 mm-dən kiçik.



Şəkil 3.16. Sturukturun tipləri


5.4 Torpağın su saxlama qabiliyyəti


Su torpağa atmosfer yağıntıları, qrunt suyu, suvarma və su buxarının kondensasiyası vasitəsilə daxil olur. Dəmyə əkinçiliyində əsas su mənbəyi atmosfer yağıntılarıdır.

Torpaq suyu bitkilərin, torpaq faunasının və mikroflorasının həyat mənbəyidir, çünki bu canlılar suyu torpaqdan əldə edirlər. Bitki külli-miqdarda su sərf edir. Bir qram quru maddə yaratmaqdan ötrü 200-1000 q su sərf olunur. Su vasitəsilə bitkiyə qida maddələri qaxil olur.

Torpaqda baş verən bioloji, kimyəvi və fiziki-kimyəvi proseslərin intensivliyi, torpaq daxilində maddələrin hərəkəti, torpağın su-hava, qida və isitlik rejimləri, onun fiziki-mexaniki xassələri, yəni torpaq münbitliyinin vacib göstəriciləri torpaqdakı suyun miqdarından asılıdır. Beləliklə, torpaq suyu bitkinin inkişafına bilavasitə və dolayısı ilə təsir göstərir.

Bitki torpaqda həmişə və kifayət qədər su olanda normal inkişaf edir. Suyun həm qıtlığı, həm də izafi çoxluğu bitkinin məhsuldarlığını aşağı salır.



Susaxlama qabiliyyəti – torpağın sorbsion və kapilyar qüvvələrin təsiri altında suyu özündə saxlama qabiliyyətidir. Torpağın bu və ya digər qüvvələrin köməkliyi ilə özündə daha çox su saxlamaq qabiliyyəti torpağın sututumu adlanır.

5.5 Torpağın su ötürmə qabiliyyəti


Torpağın sukeçiriçiliyi – torpağın suyu hopdurmaq və özündən keçirmək qabiliyyətidir. Sukeçiriciliyin birinci mərhələsində sərbəst məsamələr su ilə dolur. Bu mərhələ suyu hopdurma mərhələsi adlanır. Suyun ağırlıq qüvvəsinin və təzyiq qradiyentinin təsiri altında torpaqda hərəkəti filtrasiya adlanır. Sukeçiricilik torpaq səthinin sahə vahidindən zaman vahidi ərzində keçən suyun həcmi ilə ölçülür və mm-lə ifadə edilir(Şəkil 3.17).

Yağıntıların kifayət qədər olduğu rayonlarda aşağı sukeçericilik şəraitində bitkilərin nəmlikdən məhv olması, suyun səthdə toplanması, onun meyillik üzrə axması və eroziyanın inkişafı baş verir.

Yüksək sukeçiricilik şəraitində torpağın kökyayılan qatında yaxşı su ehtiyatı yaranmır, suvarma əkinçiliyində isə böyük miqdarda su itkisi müşahidə edilir ki, bu da qrunt sularının səviyyəsinin qalxmasına səbəb olur. Qrunt sularının yüksək minerallaşması isə torpaqların şorlaşmasına gətirib çıxarır.

Şəkil 3.17. Torpağın susaxlama qabiliyyəti



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə