İxtisasın adı və şifri: 060403 “Maliyyə” İxtisaslaşma: “Maliyyə Menecmenti” Elmi rəhbər: Prof. Bədəlov Ş.Ş. Magistr proqramının


Dövlət istiqrazları və xəzinə öhdəliklərinin



Yüklə 338,01 Kb.
səhifə3/4
tarix14.09.2018
ölçüsü338,01 Kb.
1   2   3   4

2. 3. Dövlət istiqrazları və xəzinə öhdəliklərinin

mahiyyəti və əhəmiyyəti

Sənayecə inkişaf etmiş ölkələrin iqtisadiyyatında dövlət qiymətli kağızları çox böyük əhəmiyyətə malikdir. Dövlət qiymətli kağızları aləti ilə dövlət xərclərinin maliyyələşdirilməsi, dövlət büdcəsində yaranmış kəsirin örtülməsi və ümumiyyətlə, ölkə iqtisadiyyatının inkişafında geniş şəkildə istifadə edilir. Dövlət əsasən, qiymətli kağızlar bazarının əsas iştirakçısı kimiçıxış edir. Məsələn, Böyük Britaniya və ABŞ-da hökumət borclarının əsas hissəsini dövlət qiymətli kağızları təşkil edir.

Dövlətin qiymətli kağızları dövlətin adından dövlət orqanları, şöbələri tərəfindən tədavülə buraxılan, həmçinin dövlət statusu verilmiş başqa qiymətli kağızlardır.

Dövlət borc öhdəliklərinin buraxmasında əsas məqsədlər aşağıdakılardır:



  • Cari ilin dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi. Adətən dövlət büdcəsinin gəlirləri xərclərini ödəmədikdə və büdcə daxilolmalarının azalması nəticəsində ehtiyac yaranır.

  • Dövlət borcunun maliyyələşdirilməsi. Burada dövlət qiymətli kağızlarının buraxılmasında əsas məqsəd dövlətin müxtəlif borclarının, xüsusilə də əvvələr buraxılmış borc öhdəliklərinin və onlar üzrə hesablanmış faizlərin ödənilməsidir.

  • Kommersiya bankları və digər maliyyə-kredit institutlarının yüksək ehtibarlıaktivlərlə təmin edilməsi. Müxtəlif ölkələrdə bu məqsədlərdən ötrü qısamüddətli dövlət qiymətli kağızlarından istifadə olunur. Dövlət tərəfindənburaxılan borc öhdəliklərinə öz maliyyə vəsaitlərini yerləşdirməklə maliyyə-kredit institutları gəlir əldə edirlər.

  • Dövlətin və yerli icra hakimiyyəti orqanlarının maliyyələşdirilməsi, məqsədli proqramların maliyyələşdirilməsi, həmçinin büdcədənkənar fondlara vəsaitlərin cəlb olunması.

Dövlət qiymətli kağızları investorları daha çox cəlb edir. Çünki bu borc öhdəliklərinin qarantı kimi hökumət çıxış edir. Bu qiymətli kağızların gəlirliyi korporativ istiqrazlardan aşağı olsa da, stabil olur. Xüsusilə də təkrar bazarda daha aktiv iştirakı və yüksək likvid olması onu cəlbedici edir.

Bir çox inkişaf etmiş ölkələrdə dövlət, hökumət xəzinə vekselləri və dövlət istiqraz vərəqələri buraxan iri emitent kimi çıxış edir. Bəzi ölkələrdə istiqrazların buraxılışı büdcənin maliyyələşdirilməsində vacib hesab olunur. Digər ölkələrdə istiqrazların buraxılışı pul-kredit tənzimlənməsinin həyata keçirilməsində istifadə olunur. Dövlət qiymətli kağızlarına dövlət istiqrazları, xəzinə bonları, xəzinə notları, xəzinə vekselləri, dövlət xəzinə öhdəlikləri, əmanət istiqrazları və. s aiddir. Dövlət qiymətli kağızları müxtəlif cür təsnifləşdirilir. Dövlət qiymətli kağızları əsasən bazar qiymətli kağızları və qeyri bazar qiymətli kağızlarına bölünür. Bazar qiymətli kağızları daha etibarlı və likvid sayılırlar. Onlar həm ilkin, həm də təkrar bazarda daha çox alınıb satılırlar. Bu qiymətli kağızlar yerli icra hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları tərəfindən buraxılır. Bazarqiymətli kağızları sərbəst dövr edir və onların ilkin yerləşdirilməsindən sonra digər subyektlər tərəfindən alınıb-satıla bilər. Bazar qiymətli kağızlarına xəzinə vekselləri, müxtəlif müddətli dövlət istiqrazları və. s aiddir.

Ödənilmə müddətinə görə dövlət qiymətli kağızları qısa, orta və uzunmüddətliolur. Qısamüddətlilərə ödəniş müddəti müxtəlif, lakin maksimum 1 il olan xəzinə vekselləri aiddir. Ortamüddətlilərə ən geniş yayılmış növü ödənilmə müddəti ən çox 10 il olan xəzinə notlarıdır. Uzunmüddətlilərə xəzinə istiqrazları aiddir.

Qeyri bazar qiymətli kağızları isə bir dəfə alınıb-satıla bilər və əldən-ələ keçə bilməz. Bu dövlət qiymətli kağızlarına əmanət istiqrazı, pensiya istiqrazı, xəzinə notları və. s aiddir. Bu dövlət qiymətli kağızlarının əksər hissəsi hökumət təşkilatları, yerli icra hakimiyyəti orqanları, xarici ölkələrin hökumətləri, xarici investorlar üçün nəzərdə tutulur. Bu növ qiymətli kağızlar daha çox ABŞ-da inkişaf etmişdir.

Borc öhdəlikli dövlət qiymətli kağızları sahibi qarşısında emitentin borc öhdəliyini təsdiq edən dövlət qiymətli kağızlarıdır. Emitenti dövlət olan bu qiymətli kağızlar daxili dövlət borclanmasına xidmət edir. Bu zaman dövlət daha çox xəzinədar qismində çıxış edir. Geniş mənada dövlətin qiymətli kağızlar buraxmasında əsas məqsədi iqtisadiyyatın tənzimlənməsidir. Bu isə dövlət büdcəsinin kəsirinin örtülməsi, xəzinənin gəlir və xərc tarazlığının təmin edilməsi, pul kütləsinin idarə edilməsi və. s ibarətdir. Borc öhdəlikli dövlət qiymətli kağızlarının borc öhdəlikli korporativ qiymətli kağızlardan bir çox əsaslı üstünlükləri vardır. Bu maliyyə alətləri digərlərindən etibarlılıq səviyyəsinə görə fərqlənir. Belə ki, dövlət qiymətli kağızlarının alıcıları ondan gələn gəlirə daha çox inanır. Buna uyğun olaraq dövlət qiymətli kağızlarında risk səviyyəsi nisbətən aşağıdır. Çünki bu qiymətli kağızlara olan inam dövlətə olan etibardan irəli gəlir. Adətən dövlət qiymətli kağızlarına vergi güzəştləri tətbiq olunur. Borc öhdəlikli dövlət qiymətli kağızlarının yerləşdirilməsi əsasən ölkənin mərkəzi bankı və maliyyə nazirliyi vasitəsilə həyata keçirilir. Ümumilikdə investorlar kimi müxtəlif iqtisadi subyektlər əhali, banklar, investisiya kompaniyaları və fondları, sığorta şirkətləri iştirak edirlər.

İstiqraz bazarlarında borc öhdəlikli dövlət qiymətli kağızları yüksək paya sahibdir. Qlobal dünya iqtisadiyyatında borc öhdəliyi xarakteri daşıyan dövlət qiymətli kağızlarının tərkibində ortamüddətli və uzunmüddətli istiqrazlar əksəriyyət təşkil edir. İstiqrazlardövlət, özəl və xarici istiqrazlar olmaqla üç yerə ayrılır. Dövlət istiqrazlarına, ilk növbədə, hökumətin və yerli idarəetmə orqanlarının öhdəlikləri daxildir. Dövlət istiqrazlarının adlı və təqdimedənə, faizli və faizsiz, sərbəst dövr edən və dövriyyəsi məhdud olannövləri mövcuddur. Borc öhdəliyi xarakterli dövlətin qiymətli kağızları dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi və xəzinənin normal şəkildə kassa icrasının təmin edilməsi, makroiqtisadi tənzimlənmənin reallaşdırılması, fərqli istiqamətlərdə prioritet dövlət proqramının maliyyələşdirilməsində vacib əhəmiyyət kəsb etməkdədir. Hər bir halda dövlət tərəfindən buraxılan istiqrazların böyük əksəriyyəti üzrə siyasi və iqtisadiamillər səbəbindən yuxarı faiz dərəcəsi tətbiq edilir. Dövlət istiqrazları əsasən ən təhlükəsiz sərmayə kimi araşdırılır və sonda müəssisələr qiymətli kağızlar bazarlarında dövlətlə rəqabət halında çətinlik yaşayırlar. Respublikamızda dövlət qiymətli kağızlar bazarında daha çox istifadə edilən qiymətli kağızlar dövlətin qısamüddətli istiqrazları və Mərkəzi Bankın qısamüddətli notlarıdır. Dövlət qiymətli kağızları içərisində Mərkəzi Bankın qısamüddətli notlarını ayrıca qeyd etmək istərdim. Adıçəkilən qiymətli kağız ən geniş yayılmış qiymətli kağız növlərindəndir. Dövlətin Mərkəzi Bankının qısamüddətli notları Mərkəzi Bank tərəfindən bir ilədək müddətinə dövriyyəyə buraxılan adlı sənədsiz dövlət güzəşti olan qiymətli kağızlardır. Qısamüddətli notlar dövriyyədə mövcud olan pul resurslarının tənzimlənməsi üçün nəzərdə tutulmuş pul-kredit siyasəti vasitələrindəndir. Qısamüddətli notların sahibi yalnız Mərkəzi Bankın lisenziyaları əsasında fəaliyyət göstərən hər hansı bir bank ola bilər. Azərbaycanda Mərkəzi Bankın qısamüddətli notların ilk buraxılışı 14 sentyabr 2004-cü il tarixdə keçirilmişdir. Banklar tərəfindən bu qiymətli kağızlara marağın böyük olması sayəsində dövriyədə olan qısamüddətli notların real həcmi artmışdır. Respublikamızda özəl qiymətli kağızların dövlət qiymətli kağızlara nisbətən zəif inkişafı dövlət qiymətli kağızlarının əhəmiyyətini artırır. Müasir dövrdə dövlət qiymətli kağızlarının burxılması əsasasən iki məqsədə xidmət edir. Bu dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi və bazarda dövriyyənin təmin edilməsi. Dövlət qiymətli kağızlar bazarında illər və aylar üzrə əsas göstəricilər aşağıdakı cədvəldə göstərilmişdir.



Cədvəl 2. 2

Qiymətli kağızlar bazarında əməliyyatların həcmi





Mənbə: Dövlət Statistika Komitəsi

Azərbaycanda bazar münasibətlərinin daha da genişləndirilməsi ilə əlaqədar olaraq müasir iqtisadi mühitə uyğun olan və həyata keçirilən iqtisadi siyasəti özündə əks etdirən real dövlət büdcəsinin tərtib edilməsi, onun icra edilməsi zamanı dövlət resurslarının səmərəli idarə edilməsinin təşkili ən zəruri həyati məsələlərə çevrilmişdir. Ölkəmizdə dövlətə məxsus olan maliyyə resurslarının vahid mərkəzdən idarəedilməsini təmin etmək, bu resurslarının daxil edilməsi və xərclənməsi üçün daha çevik nəzarət-yoxlama mexanizmini yaratmaq, dövlətin borclarının, zəmanətlərinin və alınmış kreditlərinin uçotunu yaxşılaşdırmaq və respublikamızda qiymətli kağızlar bazarının modelləşdirilməsini sürətləndirmək məqsədi ilə "Azərbaycan Respublikasında dövlət xəzinədarlığının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 4 oktyabr tarixli nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığı, Naxçıvan Muxtar Respublikasında, respublikanın şəhər və rayonlarında onun ərazi orqanları yaradılmışdır. Bildiyimiz kimi, respublikamızda Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının yaradılması ilə əlaqədar olaraq ölkəmizin büdcəsinin, büdcədənkənar fondların, büdcədən maliyyələşən müəssisə və idarələrin resursları Baş Dövlət Xəzinədarlığının hesabında cəmləşdirilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 1997-ci il 1 yanvar tarixindən Azərbaycan Respublikasında Xəzinədarlıq sisteminin I mərhələsinin tətbiq olunmasına başlanılmışdır.



Qədimdən dövlət büdcəsinin icra edilməsi funksiyası ölkənin idarə edilməsinin ən önəmli elementi, sosial-iqtisadi hadisələrə təsir göstərilmənin ən vacib aləti hesab olunur. Bütün zamanlarda dövlət maliyyəsinin düzgün idarə edilməsi ən böyük problem və ölkənin inkişafına aktiv şəkildə təsir göstərən əsas amil kimi xüsusi bir əhəmiyyətə malikdir. Fərqli dövrlərdə büdcənin icrasının təsirini artırmaq və onun təşkil edilməsinin səmərəliliyini yüksəltmək üçün fərqli üsullardan istifadə olunsa da, dünya təcrübəsində dövlət maliyyəsi üzərində zəruri ilk nəzarətin və resurslardan effektiv istifadənin təşkil edilməsi uğrunda bütün inkişaf etmiş ölkələrdə alternativi olmayan icra mexanizminin – büdcənin kassa icrasının xəzinədarlıq vasitəsi ilə reallaşdırılmasının zəruriliyini təsdiq etmişdir. Xəzinədarlıq əksər ölkələrdə maliyyə ehtiyatlarını, maliyyənin mərkəzləşdirilmiş dövlət mənbələrini özündə cəmləşdirir. Xəzinədarlıq sistemi (Treasury system) – büdcənin icra edilməsi, maliyyə planlaşdırılması, kassa əməliyyatları, daxili və xarici dövlət borclarının idarəedilməsi, nağd dövriyyənin idarə olunması, maliyyə uçotu, daxili audit funksiyalarını icra edən bütün təşkilati qurumların məcmusudur. Adı çəkilən sistem idarəedici sistem olaraq çox mürəkkəb informasiya axınlarının idarə edilməsini həyata keçirir. Xəzinədarlıq hesabı açmaq hüququna malik olmasıhəmin sistemin ən mühüm xüsusiyyətidir. Ölkədə mövcud olan digər dövlət müəssisələrindən heç birinin göstərilən hüququ mövcud deyil. Xəzinədarlıq sisteminin yaradılması zamanı əsas məqsəd büdcə təşkilatlarının fərdi maliyyə hesablarına daimi nəzarəti həyata keçirməkdir. Belə halda artıq faktiki müşahidə olunan xərclənmə əksər hallarda büdcənin tərtib edilməsi zaman yaranmış problemlərlə əlaqədardır. Əksər hallarda artıq faktiki xərclənmə, həmçinin vəsaitlərin böyük həcmdə kəsirlə xərclənməsində büdcə və proqramların tərtib olunması zamanı bütün faktorların saf-çürük edilməsi ilə əlaqədardır. Şişirdilmiş büdcə və büdcə gəlirlərin real olmayan proqnozları icra olunma zamanı büdcəyə yenidən baxılmasına və "büdcənin dəfələrlə işlənilməsi" adlanan arzu olunmaz təcrübənin tətbiq edilməsinə gətirib çıxardır. Büdcənin təsdiq olunmasından sonra Maliyyə Nazirliyi büdcənin icra edilməsini onun tərtib olunması zaman özünün formalaşdırdığı xüsusi qiymətləndirmələrə əsasən reallaşdırır. Xəzinədarlıqda isə büdcənin icra edilməsini gəlirlərin səviyyəsi ilə müqayisə edilməklə birlikdə faktiki olaraq daxil olanların vəziyyətindən asılı olaraq dövlət büdcəsində nəzərdə tutulan resursların istifadə olunmasına icazə verilir. Nəticədə, resurslar Maliyyə Nazirliyi və xəzinədarlığın vasitəsilə müəyyən edilmiş prosedurlara uyğun olaraq büdcədən silinir. SSRİ dağıldıqdan sonra suveren respublikamızda büdcə vəsaitlərinin bank vasitəsilə uçota alınması ciddi şəkildə zəifləmişdir. Beləliklə, fəaliyyətdə olan maliyyə resurslarından istifadə olunması mexanizmi hazırki iqtisadi şəraitə çox az uyğunlaşır. Belə ki, bu mexanizm büdcənin ümumi şəffaflığını və büdcə resurslarının məqsədyönlü və rasional şəkildə istifadə edilməsinə səmərəli nəzarətin reallaşdırılmasını təmin etmirdi. Kassa xərclərinin ümumi həcminin müəyyənləşdirilməsinə və dövlət maliyyə ehtiyatlarının çatışmamazlığı şəraitində onlardan düzgün istifadə olunmasına imkan vermir və onların məqsədyönlü şəkildə istifadə edilməməsinə şərait yaradırdı. Xalqımızın ümummilli lideri H. Əliyevin respublikamızda hakimiyyətə gəlməsindən sonra ölkəmizin sosial-iqtisadi həyatının əksər sahələrində ümumi fəaliyyət mexanizmlərinin yaradılmasına, çox ciddi struktur dəyişikliklərin aparılmasına, dövlət idarəetməsini reallaşdırmaq üçün zəruri olan qanuni bazanın yaradılmasına başlandı və ümumilikdə hüquqi dövlətin təməli qoyuldu. Respublikamızın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son zamanlarda ölkəmizdə reallaşdırılmış uğurlu inkişaf strategiyasının nəticələrini nəzərə almaqla, növbəti illər üçün də davamlı iqtisadi artım yolunda kəmiyyət və keyfiyyət təminatını yaradır. Müstəqil Azərbaycan Respublikasının bazar iqtisadi sisteminə keçidi dövründə dövlətin üzərinə düşən funksıyaları daha ardıcıl olaraq və dayanıqlı yerinə yetirmək uğrunda iqtisadiyyatın bütün sferalarında olduğu kimi maliyyə sahəsində də əsas təsir alətlərindən geniş şəkildə istifadə edilməyə başlanıldı. Sərt formada tətbiq edilən monetar və fiskal siyasətin icrasında lazımi dövlət nəzarətinin təşkili öz bəhrəsini verdi və qeyd edilən dövrdə ölkəmizin iqtisadiyyatı üçün spesifik olan hiperinfilyasiya və istehsalın sabitlik vəziyyətini nisbətən yumşaltmaq, daha sonra isə tədricən aradan qaldırmaq mümkün olmuşdur. Respublikamızda çoxcəhətli iqtisadi islahatların və struktur dəyişikliyinin tədricən reallaşdırılması təmin edildi, milli iqtisadi sabitlik və yüksəliş əldə edildi. Ölkəmizdə əlverişli iqtisadi şəraitin formalaşmasına, iqtisadiyyatımıza böyük həcmdə xarici investisiyanın qoyulmasına və sahibkarlığın inkişafında canlanmaya şərait yarandı. O dövrlərdə dövlət sektorunda aparılan milli iqtisadi islahatlar maliyyə sahəsində də ciddi islahatların reallaşdırılmasını tələb edirdi. Bu da öz növbəsində iqtisadi bazar münasibətlərinin yaranması və formalaşması fonunda dövlətin iqtisadiyyata, ümumi iqtisadi sistemə əsas təsir mexanizmi olmaqla əsas maliyyə mənbəyi olaraq istifadə etdiyi dövlətin büdcə sisteminin təkmil formada təşkilini, səmərəli və tarazlaşdırılmış şəkildə büdcə-vergi siyasətinin hazırlanmasını daha da sürətləndirdi. Ölkəmizdə bazar münasibətlərinin sektorlarda gücləndirilməsi zərurəti ilə əlaqəli olaraq o dövrün iqtisadi mühitinə uyğun olaraq aparılan iqtisadi-siyasi həmlələri tamamlayan real dövlət büdcəsinin tərtib olunması, onun icra edilməsi zamanı dövlət resurslarının səmərəli idarə edilməsinin təşkil edilməsi ən zəruri lazımi məsələyə çevrilməyə başladı. Dünya təcrübəsi və respublikada maliyyə sisteminin mövcud vəziyyətdə bu məsələlərin tam şəkildə düzgün və beynəlxalq standartların tələblərinə uyğun həll olunması üçün müvafiq tədbirlərin reallaşdırılmasını və təcrübi olaraq alternativ olmayan təşkilati qərarların qəbulunu tələb edirdi. Belə qərarlardan birincisi olaraq Respublika Maliyyə Nazirliyinin nəzdində Dövlət Xəzinədarlığının yaradılmasını göstərmək olar. Respublikamızın Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin fəaliyyət istiqamətləri aşağıdakılardır:

• büdcə təşkilatlarının satın aldığı mallara, qəbul etdiyi iş və xidmətlərə görə qabaqcadan dövlət (büdcə) öhdəlikləri götürür və bu öhdəliklər çərçivəsində satınalmalardan yaranan kreditor borclarının ödənilməsini həyata keçirir;

• dövlət büdcəsinin icrasını yerinə yetirməklə büdcə gəlirlərinin büdcəyə daxilolmasını və xərclərinin vahid büdcə təsnifatına uyğun olaraq ünvanlı istifadəsini təmin edir;

• dövlət xəzinədarlığının inkişafını, vahid xəzinə hesabının idarə edilməsini və bu hesabdan vəsaitin silinməsinə sərəncam verilməsini təmin edir.



Qrafik 2. 1.

2016-cı ilin mart-dekabr aylarında Bakı Fond Birjasında

dövlət istiqrazları üzrə keçiriləcək hərracların cədvəli (mln. manatla)

Azərbaycan respublikasında xəzinədarlıq sisteminin tətbiqi nəticəsində dövlət maliyyə resurslarından istifadə edilməsinin səmərəli üsullarının formalaşdırılması, adıçəkilən resursların birbaşa son təyinatına çatdırılması və onlarla bağlı əməliyyatların təkcə xəzinə hesabları vasitəsi ilə aparılması üçün qanuni baza yaradıldı. Dövlətimizə məxsus maliyyə resurslarının vahid bir mərkəzdən idarəedilməsinin təşkil olunması, dövlət xərclərinin, həmçinin büdcədənkənar fondlar vasitəsilə həyata keçirilən əməliyyatların büdcə vasitəsi ilə reallaşdırılması, dövlət daxili və xarici sərmayələrinin xəzinə nəzarətinə cəlb olunmasına başlanılmasına, öhdəlik xarakterini tətbiq edərək büdcə təşkilatları tərəfindən yeni borclanmanın qarşısının alınmasına və xərclərin icra edilməsinin maliyyə planlaşdırmalarının əsasında reallaşdırılmasına nail olunmuşdur.



FƏSİL 3. DÖVLƏTİN DAXİLİ VƏ XARİCİ BORCLARININ İDARƏ

OLUNMASI PROBLEMLƏRİ.

3. 1. Dövlətin daxili və xarici borclarının idarə olunmasının təşkili

Dövlətin borclanması və borcların idarə edilməsi də dövlət xərcləri və gəlirləri kimi onun maliyyə siyasətinin mühüm tərkib hissəsidir. Dövlət borclanmaya və borcların idarə edilməsinə başlayarkən bu vəsaiti ilə özünə gəlir əldə etmək məqsədini deyil, iqtisadi və sosial vəzifələri reallaşdırmaq istəyir. Əsasən , dövlət ən çox inflyasiya dövrlərində borclanır. Əsas məqsəd sərf ediləcək xərclərin təmin edilməsi deyil, iqtisadiyyatda pul kredit və valyuta sahəsindəki çətinlikləri aradan qaldırmaqdır. Bir çox iqtisadi anlayışlar kimidövlət borcunun idarə edilməsi anlayışı da müxtəlif müəlliflər tərəfindən fərqli cür izah olunur. Bu cəhət dövlət borcu münasibətlərinin daha genişvə dəyişkən xarakterindən irəli gəlir. Bir qrup mütəxəssislər dövlət borcunun idarə edilməsini borc öhdəliklərinin vaxtlı vaxtında və tam həcmdə yerinə yetirilməsi kimi qiymətləndirir. Digər bir qrup isə bu anlayışı vaxtı çatmış borcların ödənişinin təşkili kimi nəzərə çatdırır. Əslində isə dövlət borclarının idarə edilməsi daha geniş və dolğun anlayışdır. Hər şeydən öncə qeyd etmək lazımdır ki, bu anlayış dövlət borcu münasibətlərinin hər hansı bir fazasını deyil tam məcmusunu idarə edir.

Borcun idarə olunmasının məqsədi tədiyyə balansı və ya dövlət büdcəsi ilə gələcəkdə problemlər yaratmadan xarici maliyyələşdirmədən əldə olunan imkanlardan istifadə şəraitinin yaradılmasından ibarətdir. Dövlət borcunun idarə olunmasi məsələsini nəzərdən keçirərkən bu konteksdə hədəflənən aşağıdakı dörd əsas məqsədi seçib ayırmaq lazımdır:


  • Borcun məqsədli təyinatı strukturunun rasionallaşdırılması. Ölkə borcun məqəsdli bölüşdürülməsi üzrə effektiv siyasət yürütməlidir. Bu zaman vasaitlərin bu və ya digər sahələrə yönəldilməsinin vacibliyini və buna olan ehtiyacı dəqiq anlamaq, islahatlar və dəyişikliklər məsələsinin kəskin durduğu investisiyalaşdırma istiqamətlərini nəzərə almaq lazımdır. Eləcə də, həm qısamüddətli, həm də uzunmüddətli perspektivdə investisiyalaşdırmadan qaytarmanı hesaba almaq gərəkdir.

  • Cəlb olunan borclanmaların ödənmələri müddətləri baxımından rasionallaşdırmalı. Burada rasional şəkildə onun zaman daxilində ödənməsi yükünü yerbəyer etmək lazımdır. Həm qısa müddətli həm də uzunmüddətli kreditlərin cəlb olunmasının xarici borca cari xidmətlə əlaqədar məsrəfi minimuma endirən dəqiq strategiyası formalaşdırılmalıdır.

  • Qeyd etmək lazımdır ki, xarici borclanmanın yekun və mütləq məqsədi ölkədə ümumi makroiqtisadi vəziyyətin stabilləşdirilməsinin qalmasıdır. Məhz makroiqtisadi stabilləşdirmənin səviyyəsi son nəticədə cəlb olunmuş vəsaitlərin rasionallığınınvə effektivliyinin göstəricisi kimi çıxış edə bilər. Burada həmçinin xarici borcun dövlətlərin fiskal və pul siyasətləri ilə qarşılıqlı əlaqəsininin vacibliyini də vurğulamaq lazımdır. Bütövlükdə xarici borclanmalar dövlətin yürütdüyü vergi və pul siyasətinin əksinə getməməlidir.

Cari xarici borca xidmət göstərilməsi prosesinin rasionallaşdırılması. Bir qayda olaraq, dövlət bir debitor kimi xarici borclar üzrə ödənişlərin azaldılmasında, yəni onlara xidmət göstərilməsinə çəkilən xərclərin azaldılmasında maraqlıdır. Cəlb olunan borclanmaların məbləğinin qaytarılmasının minimumaziyası məsələsi mürəkkəb olur və mahiyyət etibarilə yalnız borcun bir hissəsinin hesabdan silinməsi zamanı və ya ölkənin mübadilə kursu üzrə effektiv siyasət zamani mümkün ola bilər. Beləliklə, dövlət cəlb olunan borclar üzrə ilkin anlaşmadakı müvafiq qeydşərtlərə riayət etməlidir.

Sadalanmış məqsədlərin reallaşdırılması dövlət üçün çox böyük aktuallıq kəsb etsə də qeyd etmək lazımdır ki, bu hədəflərə eyni vaxtda nail olmaq çox çətindir. Dövlətin xarici borcunun idarə olunmasıinzibati fəaliyyətin mürəkkəb, çoxtərfli və məsuliyyətli bir prosesdir, çünki hökümətin konkret xüsusiləşdirilmiş sahələrə cavabdehlik daşıyam müxtəlif həlqələrin qarşılıqlı əlaqəsini tələb edir.

Cari il üçün dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının qanununda ölkənin sosial-iqtisadi inkişafını təminində iştirak edən dövlət proqramlarının qəbul olunması və həyata keçirilməsi ilə bağlı əlavə dotasiyalara tələbat və dövlət borcunun büdcədə olan digər kateqoriyalarla əlaqəsini göstərən göstəricilər (borcun mal və xidmətlərin ixracının həcminə nisbəti, borca xidmət xərclərinin büdcə xərclərinə nisbəti, borcun ümumi daxili məhsula nisbəti və s. ) nəzərə alınmaqla aşağıdakı amillər müəyyənləşdirilməyə çalışılır: bir büdcə ilində büdcəyə cəlb olunan daxili və xarici borcun yuxarı həddi (limiti); müxtəlif illərdə dövlət tərəfindən alınmış və hazırki büdcə ilinin sonuna qədər qaytarılma vacibliyi olan daxili və xarici borcun yuxarı həddi (limiti).

Daxili və xarici borcun yuxarı həddi (limiti) istisnasız, dövlətin milli valyutası vasitəsilə müəyyən edilir. Dövlətin yeni borc öhdəliklərinə daxil olması dövlətin əvvəlki illərdən qalmış borcunun əsas məbləğinin qaytarılmasına yönəldildikdə, bu borcalma forması borcların yuxarı hədlərinə (limitlərinə) daxil olunmur. Dövlət borclarının yuxarı hədləri (limitləri) yalnız cari il üçün dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının qanunu üzərində müəyyən dəyişikliklər olunmaqla azaldıla və ya artırıla bilər.

Dövlət borcunun planlaşdırılması dövlət borcu mexanizminin tərkib hissəsidir. Dövlət borcu mexanizminin planlaşdırılması onun digər elementləri olan dövlət borcu tənzimləyiciləri və qanunvericiliyi qədər mühüm əhəmiyyətə malikdir. Buna görə də planlaşdırma dövlət borcunun idarə edilməsinin mühüm funksiyası kimi qəbul edilir. Səmərəli planlaşdırma yolu ilə dövlət borclarının idarə edilməsi yalnız maliyyə sisteminin deyil, ümumilikdə ölkə iqtisadiyyatının təhlükəsizliyi deməkdir. Dövlət borcunun planlaşdırılması dövlət gəlirlərinin tarazlaşdırılmasının mühüm alətidir. Bunun vasitəsilə dövlət maliyyəsinin qarşılaşdığı vəsait qıtlığı aradan qaldırılır ki, bu da dövlətin öz funksiyalarının həyata keçirməsi üçün böyük əhəmiyyət daşıyır.

Dövlət borcu proqramları maliyyə proqramlarının tərkib hissəsi kimi bir qrup makroiqtisadi məqsədlərin həyata keçirilməsinə yönəldilmiş hərtərəfli tədbirlər kompleksidir. Bİr qayda olaraq, dövlət borcu proqramlarında əks olunan tədbirlər bu və ya digər maliyyə münasibətlərində meydana çıxan pul vəsaiti ehtiyaclarının ödənilməsinə yönəldilir. Buradan aydın olur ki, dövlət borcu proqramları da digər maliyyə proqramları kimi məhz iqtisadi münasibətlər zamanı meydana çıxan qeyri-bərabərliyin aradan qaldırılmasına xidmət edir.

“Dövlət borcu proqramı” termini daha çox Beynəlxalq Valyuta Fondunun, eləcə də, digər beynəlxalq maliyyə-kredit qurumlarının təqdim etdiyi maliyyə vəsaitlərindən istifadəni nəzərdə tutan tənzimləmə proqramları zamanı istifadə olunur. Lakin bu proqramlardan başqa hallarda da istifadə olunmaqdadır. Hər şeydən öncə, bu anlayış maliyyə – kredit, dövlət büdcəsi, valyuta siyasəti və s. sahələrdə meydana çıxan tədbirlərin vacibliyini əks etdirir.

Dövlət borclarını idarə edilməsi sxemi aşağıdakı şəkildə təsvir olunmuşdur.





Dostları ilə paylaş:
1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə