İxtisasın şifri və adı: 060321 “Dizayn” İxtisaslaşma: “Dizayn və texniki estetika” Elmi rəhbər: Magistr proqramının rəhbəri



Yüklə 427,99 Kb.
səhifə1/4
tarix11.04.2018
ölçüsü427,99 Kb.
#36885
  1   2   3   4

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ MAGİSTRATURA MƏRKƏZİ

Əlyazması hüququnda


Əliyev Orxan Oqtay oğlu
Kostyumda estetik xüsusiyyətlərin analizi” mövzusunda
MAGİSTR DİSSERTASİYASI
İxtisasın şifri və adı: 060321 - “Dizayn”
İxtisaslaşma: “Dizayn və texniki estetika”


Elmi rəhbər: Magistr proqramının rəhbəri:

s.ü.f.d.L.H.Məmmədova s.ü.f.d.L.H.Məmmədova

Kafedra müdiri: s.ü.f.d.L.H.Məmmədova


BAKI-2016

MÜNDƏRİCAT

Səh.


GİRİŞ........................................................................................................................3
I FƏSİL. KOSTYUMUN ESTETİK XÜSUSİYYƏTLƏRİNİN

HƏYATDA ROLU

1.1. Kostyumda klassik üslub....................................................................................7

1.2. Kostyum geyimində estetika............................................................................12

1.3. Qadın geyim dəstində kostyumun forması.......................................................18


II FƏSİL. MÜXTƏLİF DÖVRLƏRDƏ KOSTYUMUN


BƏDİİ KOMPOZİSİYASI

2.1. Müxtəlif tarixlərdə geyimlərin bədii estetikası................................................25


2.2. Kostyum geyimində kompozisiya...................................................................33

2.3. Azərbaycan geyimləri, estetika və xüsusiyyətləri XIX əsrdə..........................42


III FƏSİL. KOSTYUMDA MODA VƏ ESTETİKANIN


HARMONİYASI

3.1. Kostyumun keyfiyyətinə qoyulan ümumi tələblər...........................................48

3.2.Müasir geyim mədəniyyəti və estetika..............................................................53

3.3. Kostyumda kompozisiya elementləri...............................................................61


NƏTİCƏ VƏ TƏKLİFLƏR..................................................................................71

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT...............................................................74

XÜLASƏ.................................................................................................................73

РЕЗЮМЕ...............................................................................................................74

SUMMARY............................................................................................................75

REFERAT..............................................................................................................76

ƏLAVƏLƏR..........................................................................................................78
GİRİŞ
Mövzunun aktuallığı. Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin çox çətin və uzun çəkən inkişaf gedişi nəticəsində yaranmışdır. Azərbaycan milli geyimləri azərbaycanlıların maddi mədəniyyətini, onlara xas olan xüsusiyyətləri əks etdirir və xalqın sarsılmaz etnik nişanələrinə aiddir. Xalqın etnik, tarixi, xalq yaradıcılığının bədii xüsusiyyətləri, onların müxtəlif halda formalaşmaları, bədii bəzək naxışları, toxuculuq xalq geyimində milli naxışlar öz əksini tapmışdır.

Klassik geyim tərzi bütün dövrlər üçün aktual hesab olunur. Bu üslubun əsas elementi kostyumlar sayılır. Kostyum yalnız pencək və şalvar, ciddi üslub demək deyil. Ümumilikdə kostyum üslubdan asılı olmayaraq geyim forması hesab edilir. Yəni kostyum yalnız klassika demək deyil. Geniş mənada kostyum, insanların həm iş, həm də gündəlik həyatda istifadə edə biləcəyi geyimdir. Bura həm tarixən formalaşmış geyimlər, həmçinin müasir dövrdə yaradılan müxtəlif geyim nümunələri daxildir. Biz tədqiqat işimizin giriş hissəsində Azərbaycanda istifadə edilən qadın və kişi geyimlərindən və onların elementlərindən bəhs edəcəyik.

Kostyum- predmetlər dünyasının ən vacib tərkib hissələrindən biri hesab edilir. Kostyum həmçinin insanın estetik tərbiyəsinə təsir edən vasitədir. Əgər biz bunu obrazlı şəkildə ifadə etməyə çalışsaq kostyum insanların daxili zənginliklərinin və fərdi dəyərlərinin aşkar edilməsinə kömək edir.

Kostyumlar həm zərifliyin, eleqantlılığın simvolu hesab edilir, həm də geyinildiyi cəmiyyətin nə qədər xüsusi olduğunu göstərir. Kostyum yalnız ciddi görüşlərdə iştirak edən zaman geyinilməsi nəzərdə tutulan bir geyim deyildir. Həmçinin kostyum geyinmək də düşünüldüyü kimi asan bir iş deyildir. Kostyum geyinilməsi zamanı müxtəlif detallara fikir vermək lazımdır.

Geyimlər bir incəsənət əsəridir. Geyim və kolorit bir-biri ilə sıx əlaqəlidir.

Bu gün həm qadınlar, həm də kişilər üçün kostyumlar hazırlanır. Əgər əvvələr klassik üslublu kostyumlar birmənalı olaraq tünd rənglərdə olurdusa, bugün istənilən rəngdə kostyum tapmaq mümkündür.

Azərbaycanda keçmişdə, indi olduqu kimi, bəzi ucqar yerlərdə palto geyinmirdilər. Üst geyimini yerli və ya fabrik istehsal olan yun şallar əvəz edirdi. Şallar fabrik istehsalı idi. Baş örtükləri də geyimin bir elementi hesab edilir.

Azərbaycan milli geyimləri biçiminin müxtəlifliyinə və dekorunun zənginliyinə görə seçilir. Milli geyimlərimiz tarix boyu dəyişikliyə uğrayaraq, təkmilləşmiş və bügünki günə gəlib çıxmışdır.

Tədqiqat işimizin mövzusu Kostyumda estetik xüsusiyyətlərin analizidir. Giriş hissəsində biz kostyum barədə qısa məlumat verdik. Mövzumuzda həm Azərbaycan milli geyimlərini həm də kostyumun yaranma tarixi ətraflı şəkildə tədqiq ediləcəkdir.

Kostyum elementlərin tədqiqi, tarixən mövcud olmuş formalarının öyrənilməsi geyim tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

XIX əsrin sonlarına aid müəlliflərdən biri papağın hazırlanması prosesini belə təsvir edir: "Əvvəlcə, dərini tikib ona papaq forması verilir, sonra onun tərs üzünü çevirirlər və papağı yumşaq etmək üçün onun çılpaq üzünə pambıq və ya kalka sərirlər. Pambıq və ya kalkanın üzərinə bir vərəq şəkər kağızı qoyurlar, nəticədə papaq ona verilmiş formanı saxlayır; şəkər vərəqi papağın formasına və böyüklüyünə görə kəsilir. Sonra isə şəkər vərəqinin üstündən hər hansı bir parçadan astar tikilir və papaq tüklü üzünə çevrilir. Hazır papağa su sıçradaraq 4-5 dəqiqə ərzində üzərində yüngülcə çubuq gəzdirirlər; bu zaman papağı ələ taxılmış vəziyyətdə saxlayırlar. Sonra papaq 5-6 saatlığa papaq üçün xüsusi qəlibə taxılır. Bununla da, papağın hazırlanması bitir".

Geyim seçimi fərdi xarakter daşıyır. İnsanlar öz zövqlərinə görə və büdcələrinə görə uyğun olan geyimləri seçməkdə sərbəstdirlər.

Kostyumlardan gündəlik həyatda da istifadə edirlər. Kostyum seçimi insanın zövqünü və həyat tərzini göstərir. Geyim estetik zövqün mühüm faktıdır.



Tədqiqatın predmeti və obyekti. Elmi işin əsas vəzifələri və məqsədi kostyum geyimində milli ornamentlərin düzgün seçilməsinin elmi təhlinini verməkdir. Klassik geyimində yəni nəzərə ilk çarpan kostyum geyiminin düzgün kombin edilməsindən ibarətdir.

Tədqiqatın əsas məqsədi və vəzifələri. Burada əsas məqsəd klassik geyimin düzgün geyinilməsindən ibarətdir və üzərindəki ornamentlərə diqqət yetirilməsidir. Bu üslub gündəlik geyim növü geyimi sayılmır. Klassik geyimin əsas məqsədlərindən biridə ciddilik kimi sayılır. Yalnız bu üslubu ciddi tədbirlərə, iclaslara, iş toplantılarına və s. kimi nəzrdə tutulub. Bu geyim insanı ciddi biri kimi tanıdır.

Tədqiqat işinin praktiki əhəmiyyəti. Tədqiqat işinin əsas praktiki əhəmiyyəti bütün dövlət idarələrində klassik geyim kostyumun mümkünlüyüdür. Hazırlanmış yeni kostyum dizaynları insanların peşələrinə görə geyim dəbi yaradacaqdır. Bu isə öz növbəsində geyimə baxıldıqda kimin hansı peşədə işləməsi bəlli olacaqdır. Tədqiqatın əsas müddəaları və nəticələri əsasında işlənmiş konkret metodiki və praktiki tövsiyələr klassik geyimin təkmilləşdirilməsi baxımından praktiki əhəmiyyət daşıyır. Artıq bu günümüzdə də yeni müasir kostyumlar mövcuddur.

Tədqiqat elmi yeniliyi. Kostyum iş dünyasının və özəl dəvətlərin əvəz olunmaz klassik geyimidir. Bu geyimi geyinərkən üzərindəki ornamentlərə və istifadə olunan parçalara diqqət yetirmək lazımdır. İllər keçdikçə məşhur dizaynerlər müasir kostyumlar dizayn etmişlər. Yeni kostyum modeli dedikdə artıq pencək, klassik köynək, jilet və şalvar nəzərdə tutulur və düymə sayı az olması nəzərdə tutulur. Artıq yeni tipli kostymlarda pencək və klassik şalvar müxtəlif rəngdə olması üstünlük təşkil edir. Burda rənglər müxtəlif olsada üzərində ornamentlərə və istifadə olunmuş parçalara diqqət yetirmək lazımdır. Düz və ya sadə rəngli parça üçün duruş uğurla kifayət qədər olacaq. Zolaqlı moda model olsa da, heç də gözü yormur və özünə məxsus yeni gözəllik bəxş edir. Zolaqlı modeli də yeni kostyum üslubuna daxl etmək lazımdır.

Dissertasiya işinin strukturu. Dissertasiya işinin strukturu giriş, 3 fəsil və 9 paraqrafdan, nəticə və təkliflərdən və istifadə olunmuş ədəbiyyatdan siyahısından ibarətdir.

İşin giriş hissəsində mövzunun aktuallığı əsaslandırılmış, tədqiqatın predmeti və obyekti, tədqiqatın əsas məqsədi və vəzifələri, tədqiqat işinin praktiki əhəmiyyəti, tədqiqat elmi yeniliyi əsaslandırılmışdır.

“Kostyumda estetik xüsusiyyətlərin həyatda rolu” adlanan birinci fəsildə kostyumda klassik üslub, kostyum geyimində estetika və qadın geyim dəstində kostyumun forması əsaslandırılmışdır.

“Müxtəli dövrlərdə kostyumun bədii kompozisiyası” adlanan ikinci fəsildə müxtəlif tarixlərdə geyimlərin bədii estetikası, kostyum geyimində kompozisiya və Azərbaycan geyimləri, estetika və xüsusiyyətləri öz əksini tutur.

“Kostyumda moda və estetikanın qarmoniyası” adlanan üçüncü fəsildə kostyumun keyfiyyətinə qoyulan ümumi tələblər, müasir geyim mədəniyyəti və kostyumda kompozisiya elementləri xüsusi ilə yer tutur.


FƏSİL I. KOSTYUMDA ESTETİK XÜSUSİYYƏTLƏRİN

HƏYATDA ROLU

1.1.Kostyumda klassik üslub
Kostyum dedikdə ilk növbədə Böyük Britaniya düşünülür. Çünki müasir kostyum anlayışı məhz orada formalaşmışdır.

Digər düşüncələrə görə kostyum ilk dəfə gecə mərasimləri üçün nəzərdə tutulmuşdur və 1880 - ci ildə Mote Karloda yaradılmışdır. Həmin vaxtı xüsusi yerlərə oyun oynamaq məqsədi ilə gələn insanlar o qədər yorulurmuş ki, əynindəki paltarlara belə diqqət yetirmirmişlər. Lakin içəri daxil olmaq bu cəhətdən çətinlik törədirmiş. Bu səbəblərə görə insanlar etiket şərəfinə daha yüksək səviyyəli geyinərək başqalarının gözündən pərdə asmağa çalışmışlar.

Hər kəs öz zövqünə uyğun və maddi vəziyyətindən asılı olaraq geyinir. Cəmiyyətdə yüksək mövqe tutan şəxslər dəblə geyinirlər və geyimlərində olan ən kiçik detallara belə çox ciddi fikir verirlər. Gündəlik və gecə geyimlərini tam fərqli seçirlər. Şəxsi modelyer və dizaynerlərin köməyindən istifadə edirlər.

Kostyumlar ciddi geyim tərzi hesab olunur. Onların kəsimi və biçiminə xüsusi diqqət yetirilir. Əvvəllər yalnız kostyumlarda qara rəngdən istifadə edilirdi. İndi isə müxtəlif rəngli kostyumlardan istehsal olunur. Xüsusi gecələr və mərasimlər üçün ağ kostyumlar hazırlanır. Bu kostyumlar diqqəti xüsusi ilə cəlb edir. Bu geyim tərzində kostyumun yaxasına gül qoyulur və xüsusi qalstuklardan istifadə edilirdi. Əvvəlki illərdə kostyumdan yalnız kişilər istifadə etmirdilər. Bu dövrdə artıq qadınlar da kostyum geyinməyə başlamışdılar. Belə qadınlardan biri Marlen Ditrix hesab olunur. O XX yüzilin ortalarında Berlində xüsusi zövqlə tikilmiş ağ rəngli kostyumlar geyinirdi. Təəssüflər olsun qadınların o dövrlərdə kostyum geyinmələri heç də birmənalı qarşılanmırdı. Bəzi kübar cəmiyyət gecələrində bu tərzdə geyinən qadənlar iştirak edə bilmirdilər.

Kostyum İngiltərədə yaranmışdır. XIX əsrdə artıq öz formasını tam almışdı və kübar cəmiyyət arasında geniş istifadə edilən geyim forması idi. Vətənində kostyum “smoking jacket” adlanırdı. Bu geyimin hazırlanmasında əsasən atlasdan istifadə edilirdi. Bu parçadan hazırlanan geyimlər qozu saxlamamaq keyfiyyətinə sahib idilər. Adətən yeməkdən sonra kişilər papiros çəkərdilər. Bu zaman papirosun qoxusu gəlməməsi üçün bu geyimi geyinərdilər. Sözün hərfi mənasından da məlum olur ki, bu “papiros çəkənlərin pencəyi” mənasını daşıyır.

İndiki dövrdə də əvvəllər də kostyumu haraya və necə geyinmək olar, fikri aktual olmuşdur. İndiki dövrdə kübar cəmiyyət arasında Qara qalstuk və ya “Black tie” kimi tanınan tədbirlər keçirilir. Belə gecələrdə mütləq smokinq geyinilir və adət üzrə kəpənək qalstukdan”baboçka”-dan istifadə edilir. Laklanmış ayaqqabılar əsasən smokinq və ya frakla birgə geyininilir. Corablar isə ümumiyyətlə hər zaman həmişə ayaqqabının rənginə uyğun kombinə edilməlidir. Xüsusi dəvətlərdə adətən tünd rəngli kostyumlar geyinilir. Bu rəngli geyimlərdən işgüzar şam yeməyində də istifadə etmək olar. Belə geyimlər əsasən qara rəngdə və xüsusilə keyfiyyətli parçalardan tikilir.

Bəzən kostyumların tikilişi zamanı ona atlas parçalardan əlavələr də edilir. Adətən kostyumların tikilişində ingilis ənənəsinə sadiqlik hiss olunur. Bu özünü rənglərdə də göstərir. İngilislər tünd rənglərə üstünlük verirlər. Amma indiki dövrdə açıq rəngli kostyumlarda hazırlanır. Bu tipli geyimlərdən əsasən xüsusi gecələrdə istifadə olunur. Pencəyin altından mütləq şəkildə ağ köynək geyinilirdi. Bu illərdə adətən pambıqdan olan köynəklər tikilirdi. Bəzən ipək parçadan hazırlanan köynəklərdən də istifadə olunurdu. Bu tipli köynəklərə adətən qol düymələri taxılırdı. Geyimi tamamlamaq üçün qara rəngli ayaqqabıdan istifadə edirdilər. Bəzən bu ayaqqabılar parlaq materialdan hazırlanırdı.

Kostyum seçimi zamanı onun parçası da əhəmiyyət daşıyır. Keyfiyyətli və səliqəli tikilmiş geyimlərə üstünlük verilməlidir. Super 200 adlanan parça növü kifayət qədər keyfiyətlidir. Yəni 1 kq yundan 200 metrə qədər parça istehsal edilir. Bu parçalar xüsusilə dəyərli hesab edilir.

Rusiyada eləcə də Avropada ağ rəngli kostyumlar istehsal edilir. Yay aylarında bəylər adətən ağ rəngli kostyumlar geyinirlər. Bəzən isə ağ pencək və qara rəngdə şalvar geyinilir. Ümümiyyətlə modelyerlər qara pencəklə qara kəpənək qalstuk taxmağı düzgün hesab etmirlər. Belə tərzdə müxtəlif idarələrin işçiləri geyinirlər. Kəpənək-qalstukun ən yaxşı forması ucları dik dayanandır. Kişilərin çoxu bundan bugünkü dövrdə məharətlə və xüsusi zövqlə istifadə edirlər.

Bütün sadaladıqlarımıza baxmayaraq kostyumlar eynidir və modada bu geyimə qarşı heç vaxt köklü dəyişikliklər olmur. Sadəcə kostyumların görünüşlərində xırda detalları dəyişdirirlər. Belə dəyişikliklərdən biri yaxalıqların müxtəlif formalarda hazırlanmasıdır. “Balıq ağızlı" yaxalıq, “dairəvi forma” və həmçinin ingilislər təərfindən hazırlanan düz və dairəvi yaxalıqlar. Kostyumlar tikiliş formalarına görə bir-birindən tamamilə fərqlənirlər.

Zaman keçsə də hər dövrdə dəbdə olan və bəyənilərək geyilən üslüblardan biri klassik üslub hesab olunur. İşgüzar görüşlərin, ciddi tədbirlərin, toyların birmənalı olaraq geyim tərzi klassik üslubda olur.

Geyimlər müxtəlif məqsədlərə xidmət edirlər. Əsas şərtlərdən biri insanın geyimdə özünü rahat hiss etməsidir. Geyim tərzi ərazilərdən, iqlim qurşaqlarından asılı olaraq dəyişir. Əlbəttə ki, isti ölkəlin sakinlərinin geyimi ilə şimal bölgəsinin əhalisinin geyimi müxtəlif olmalıdır. Bunlar geyimdə təbiətin təsiri ilə olan fərqliliklərdir.

Müasir dövrün geyimləri mövsümlərə görə dəyişir. Hər mövsümün öz dəbi, tərzi vardır. İsti ərazilərdə yaşayanlar əsasən daha incə və zərif parçalardan istifadə edirlər. Geyim insanı həmçinin məişət qəzalarından da qoruyur. Geyimlər insanı müxtəlif təbiət hadisələrindən qardan, küləkdən, yağışdan qoruyur. İdman hərəkətləri zamanı geyinilən xüsusi geyimlərdə insanı zədələnmələrdən qoruyur. Bəzən xüsusi geyimlər zərərli kimyəvi maddələrlə, silahlarla işlərkən təhlükədən qorunmaq məqsədilə geyinilir. Xəstələri infeksiya risklərindən qorumaq üçün həkimlər əməliyyat önlüyü geyinirlər ki, bu da qoruma funksiyası daşıyır. Ekoloji təhlükələrdən qorunmaq məqsədi ilə xüsusi, keyfiyyətli geyim formaları hazırlanmışdır. Bunlara biz kosmanavtların geyimlərini, zirehləri, dalğıcların paltarlarını, arıçıların geyimlərin, motosiklet sürənlərin geyimləri, və başqa qoruyucu funksiya daşıyan geyimləri misal göstərə bilərik. Bu tipli hazırlanan geyimlər dəbdən kənarda ola bilər. Amma əlbəttə ki, ehtiyac olarsa, bu tipli qoruma geyimlərinə dəbə uyğun detalllar da əlavə edilə bilər.

Moda, adamın öz stilini göz önünə çıxarması, geydikləri ilə fərq yaratması vəziyyətidir. Moda demək, daha orijinal və digərlərindən fərqli, müəyyən bir stilə sahib ola bilmək deməkdir.

Müasir dövrdə nəinki qadınlar həmçinin kişilərdə dəbli geyinməyə üstünlük verirlər. İndiki dövrün kişiləri giyimlərinə daha çox vəsait xərcləyərək zövqlü görünməyə çalışırlar. Zövqü geyinmək insanda özünə inam hissini gücləndirir həmçinin güclü motivasiya verir. Belə geyinən kişilər daha da aktiv və dinamik olurlar. Geyimlərdə bütün detalların bir-birini tamamlamasına xüsusi fikir verirlər. İtalyan üslublu kostyumlar müasir dövrdə xüsusi modelyerlər tərəfindən yüksək zövqlə hazırlanır. İtalyan üslublu kostyumların pencəklərinin fərqləndirici cəhəti onların tək düyməli yəni slim şəklində olmasıdır. İtalyan stili kostyumlardan adətən məzuniyyətlərdə, görüşlərdə ən çox istifadə edilən kostyum tərzidir. Bu tərz kostyumlar şəxsə xüsusi olaraq tikilir. Amma hazır şəkildə olan italyan kostyumlarıda satılır. Klassik üslubda tikilən, qara rəngdə olan İtalyan tərzi kostyumlar insana gözəl və yaraşıqlı görünüş bəxş edir. Dərzilər geyimləri şəxsə xüsusi tikirlər və geyinən şəxsin bədən qüsurlarını örtürlər.

Klassik tərzdə kostyum hər dövrdə kişilərin istifadə etdiyi bir üslubdur. İstənilən yaşda olan kişilər klassik kostyum geyinməyə üstünlük verirlər. Əvvəllər tək yırtmacı olan, mövsümlük parçadan, öndən iki düyməsi olan, geniş seqmentli şalvarlar hazırlanırdı.

Müasir geyimlər öz kəsim biçiminə görə fərqlənirlər. İndi əsasən tək düyməsi olan kəsimlərdən istifadə edirlər. Müasir dövrdə kişilər bu tərzdə geyimlərə üstünlük verirlər. Klassik üslublu geyimlərdə fərqliliyin biri şalvarların dar seqmentli olmasıdır. Belə tərzli geyimlər insanı düz qamətli və incə göstərir. Bu klassik kostyumların əsas xüsusiyyəti iki düyməli və tək yırtmaçlı olmasıdır. Amma belə geyimlərdə pencək seqmenti daha dar olur. Pencək bədənə tam oturur və mövsümi nəzərdə tutulan parçalardan tikilir. Bu geyim insana daha da gənc görünüş verir. Belə tərzdən adətən özünə inamı olan kişilər istifadə edirlər.

Kişi geyimləri qadın geyimləri qədər zərif detallara sahib olmurlar. Geyim, dəb insanın özünə yaraşanı geyinməsidir. İnsanların hər yaşa uyğun geyinməsi üçün müxtəlif geyim formaları vardır. Hər kəsin özünəməxsus geyim tərzi vardır. İnsanlar müxtəlif tərzdə geyinirlər: gah idman stili, gah klassik üslub, gah da avanqard geyim tərzi. Geyim seçimi fərdi xarakter daşıyır. İnsanlar öz zövqlərinə görə və büdcələrinə görə geyim seçməkdə sərbəstdirlər.

Kostyumlardan gündəlik həyatda da istifadə edirlər. Kostyum seçimi insanın zövqünü və həyat tərzini göstərir. Hər yerin öz geyim tərzi vardır. Beynəlxalq tədbirlərdə cins köynəklər və şalvarlar geyinmək heç də xoş qarşılanmır. Kostyum təkbaşına deyil aksessuarlarla birgə tam bir məna ifadə edir. Yəni geyimi düzgün uyğunlaşdırmaq lazımlıdır. Bu böyük məharət tələb edən bir işdir.

Klassik tərzdəki paltarları düzgün aksesuarlarla birgə kombin etməklə öz tərzinizi yarada bilərsiniz. Buna misal olaraq xüsusi dəvətlərə gedərkən köynəkdə qol düymələrindən istifadə edərək, paltarlara xüsusi eleqant görünüş bəxş etmək olar. Aksessuar kimi saatdan istifadə edilməsi məqsədəuyğundur. Həmçinin silikon qayışdan istifadə olunan modellər paltarlara xüsusi gözəlik bəxş edir. Pencəyin yuxarı cibinə qalstuk ilə eyni rəngli dəsmal qoyulur. Bu geyimə eleqant və zövqlü görünüş bəxş edir. Qalstuk isə geyimdə əsas element sayılır.



Kostyum müxtəlif dövrlərin ən çox tələb olunan geyim növüdür. Kostyum başqa geyim üslüblarından fərqli olaraq daha ağır və qəşəng görünməsi ilə, daha çox istifadə olunan paltar modelidir. Bu gün alış-veriş mərkəzlərində fərqli keyfiyyətli və müxtəlif markalı kostyumlar var. Əsasən yun parçalardan hazırlanan kostyumlar mağazaların vitrinlərini bəzəyir. Son dövrlərdə əsasən tək və ya iki düyməsi olan kostyumlar istehsal olunur. Klassik geyim modelləri arasında ən diqqət çəkəni və bəyəniləni kroveze modeli hesab edilir. Bu gün müxtəlif modelli kostyumları hər yerdən əldə etmək olar. Kostyumlar hal-hazırda da həm qadınlar, həm də kişilər tərəfindən bəyənilərək geyinilir.


1.2. Kostyum geyimində estetika
Cəmiyyətin və dövlətin müasir inkişaf dövründə insanların estetik tərbiyəsinə xüsusi fikir verilir. İnsanın bütün həyatı boyu onun fəaliyyəti əməkdə, məişətdə, ünsiyyətdə, istirahətdə bütün təfəkkürü və estetik hissi formalaşır. Gözəlliklər insanlar tərəfindən yaradılır.Yəni gözəlliyin memarı insandır. İnsanın estetik tərbiyəsi üçün çox vasitələr vardır. Bu vasitələrin ən əsası isə bədii mədəniyyətin əsas komponenti sayılan geyim mədəniyyəti hesab edilir. İnsanın təbiətə qarşı olan sevgisi incəsənət əsasında formalaşır. Bu sevgi estetik dəyərlərin inkişaf etməsinə kömək olur. Geyim estetik zövqün mühüm faktıdır. Həmçinin geyim ictimai təcrübənin stimullaşdırıcısı olaraq estetik düşüncənin mühüm faktoru hesab olunur.

Kostyum haqqında danışdıqda onu geyim predmetləri ilə birlikdə nəzərdən keçirmək lazımdır. Kostyumun yaranması və inkişafı geyim tarixi üçün əhəmiyyətə malikdir. Əlbəttə ki, dövrlər və illər keçdikcə kostyum tədricən öz formasına, konstruksiyalarına və konstruktiv xətlərinə görə daha da təkmilləşmişdir. Kostyumun forması siluetinin mühüm xassələrindən biri kimi qəbul edilir. Formanın müstəvi üzərində işlənən proeksiyası siluet adlanır.

Kostyum insansız ancaq potensial əhəmiyyətə malikdir. Yəni insanla qarşılıqlı əlaqəsi zamanı kostyuma bədii obrazı yüklənir. Məsələn:Rəssam öz kompozisiyasını işlədikdə, ilk növbədə kostyumun obrazını yaradır. Kostyumun kompozisiyası yəni ornamenti kompozisiyanın həllinin doğru olmasını əsaslandıraraq və qaydaya salır. Parçaların və kostyumun ornamenti bölünməz və vahiddir və onlar bir- birini tamamlayırlar.

Kostyumun kompozisiyasının vasitə kimi vərəq üzərində fəza formasında maketləşdirərək və ya eskizini layihələndirməklə əldə olunur.

Funksiyanın yerinə yetirilməsi zamanı, kostyumun kompozisiyasının eskiz forması bir sıra məqsədlə hazırlanır. Müəllifin ümumi fikrini göstərən, parçalar, kostyumlar və ya başqa ornament rəsminin təbliğatı və reklam olunması məqsədilə hazırlanmış, tamamlanmış eskizlər. Yəni- qarşıya qoyulan məqsəddən asılı olaraq əvvəlcədən yaradılmış eskizlər olur, bunlarda əsasən şərti, yastı və nisbətən fəza variantları da istifadə edilir.

Kostyumun ritmik görünüşləri dedikdə əsasən aşağıdakılar nəzərdə tutulur.



  • geyim siluetində baş geyimin forması, saç düzümü və aksessuarlarla qarşılıqlı yerləşməsi və onların nisbətləri. Ümumiyyətlə bütün bunlar bir-birindən ayrı olduğu üçün onları plastik formanın ritmik hərəkəti kimi də hesab etmək olar;

  • rəngindən və fakturasından asılı olaraq müxtəlif materiallardan hazırlanan geyimlərin ritmik hissələrə bölünməsi.

  • buraya koftalar,ətəklər,yaxalıqlar, böyük manjetlər və s.daxildir.

Geyim hissələri isə aşağıdakı kimi bölünür.

  • yastı formada tikilən geyimlərdə, kəmərin vəəlavələrin üfüqi və şaquli istiqamətlərdə hissələrə bölünməsi;

  • bütün bu hallarda hissələrə bölünən elementlər vasitənin ümumi fonunda dekorativ vurğunun bir hissəsi kimi iştirak edir;

  • geyimlərin dekorativ tikişlərlə, büzmələrlə, hamar qatlara və xəttin hissələrə ayrıması;

  • həmçinin kostyumda istifadə edilən parçaların üzərindəki ornamentlərin ritmik hərəkətiləri.

Qeyd etdiyimiz bu beş görünüş ritmik hərəkətin hissələrə bölünməsi və kostyumun ornamentləşdirilməsi kimi nəzərdən keçrilə bilər. Həmçinin onu siluetin ornament motivləri ilə doldurulması prinsipi kimi də qiyətləndirmək olar. Bu vəziyyətdə deyə bilərik ki, kostyumun plastik obrazı geyimin hissələrə bölünən yerlərini göstərir və xarakterini vurğulayır.

Kostyumun parçası üzərində kompozisiya rəsmləri də təsvir olunur. Bu ilk olaraq parça üzərində fikirlərin əmələ gəlməsindən asılıdır. Bu da həmçinin bədii ideyanın realizə edilməsindən ibarətdir.Əlbəttə ki, parçanın təyinatı nəzərə alınmaqla. Digəri isə kostyumun eskizində ornament rəsminin xüsusiyyətlərinin qrafiki üsulla aşkar edilməsidir

Gözəllik, obrazlılıq, komiklik, faciə bunlar hər biri insanın estetik zövqünün göstəricisidir.

Bu tələblər eləcə də predmetin, ətraf dünyanı yaradan insanların həyatlarını tələblərini təmin edən rəssamlara, konstruktorlara, texnoloqlara və s. mütəxəssislərə də şamil edilir. Bu qaydalar insanın tərbiyə prosesində iştirak edən mütəxəssislərə də aid hesab edilir. Yaradıcılıq mühitində yaşayıb yaradan insanlar da yüksək estetik zövqə sahib olurlar. Hər bir şəxs özündə estetik zövqü tərbiyə etməli, zənginləşdirməyə çalışmalı və təkmilləşdirmə yolunda addımlar atmalıdır.

İctimai həyatda iştirak edən insanların mənəvi səviyyələri maddiyyata qoyulan təlabatın yalnız maddi şəraidə formalaşmadığını sübut edir. Bu zaman qarşıya qoyulan əsas məqsəd insanın əsas yaradıcılığının gözəllik qanununlarına uyğun olaraq tərbiyə edilməsinə çalışamaqdır.

Kostyum- predmetlər dünyasının ən vacib tərkib hissəsindən biri hesab edilir. Kostyum həmçinin insanın estetik tərbiyəsinə təsir edən vasitələrindən biri kimi də dəyərləndirilə bilər. Əgər biz bunu obrazlı şəkildə ifadə etsək kostyum insanların daxili zənginliklərinin və fərdi dəyərlərinin aşkar edilməsinə kömək edir.

İnsanlar tərəfindən yaradılan kostyumların və ya obrazlı hazırlanmış geyimlərin - ayaqqabıların, saç düzümünün, qrimin, aksesuarların özündə müəyyən bir utilitar estetik funksiyasını daşımasının şahidi oluruq.

Əgər geyimi konkretləşdirib tərifini versək, onda belə alınacaqdır: geyim insanı təbiətin yaratdığı mənfi təsirlərindən qorunmaq üçün yaradılan və onda istifadə olunan materialların sistemini təşkil edən süni qısa təbəqədən ibarət olaraq, fərdi insanın təzahür modelidir.

Qalanteriya dedikdə tikiş, trikotaj və xəz məmulatları başa düşülür. Qalanteriya məmulatları müəyyən məmulat çeşididir.

Müasir kostyumlarda estetik həll ifadəsindən geniş şəkildə istfadə edilməsi ilk növbədə bu vasitələrin sənayenin və istehsalının layihələndirilməsi ilə bağlı olduğunu göstərir.

A.V.Lunaçarski geyim barədə öz qeydlərində yazırdı ki, sənayenin qarşısında duran məqsədlərdən biri mühiti dəyişməkdən ibarətdir. Bununla bağlı olaraq insanlar ən yaxşı vasitələrdən istifadə edərək öz tələbatlarını ödəyə bilsinlər.

Geyimlər istehsal edilən zaman seriyaların buraxılması mühim bir prosesdir. Yəni deyə bilərik istehlakçılara göndərilən geyimlərin və ayaqqabılarnı keyfiyyəti, əsas etibarı ilə bu sahənin mütəxəssislərin fəaliyyətindən asılıdı.

Kütləvi moda modellərin ləyaqətli olmasını bunların yalnız şərti nümayişlərində göstərilməsi ilə deyil, həm də sənaye istehsalının məhsulunu insanlar gündəlik nümayiş etdirirlər. Tanınmış modelyer - rəssam A.A.Levaşovanın obrazlı ifadəsinə görə “moda, təmtəraqlı zalda göstərilmək üçün deyil, müxtəlif tələbləri ilə birgə küçədə, ölkənin bütün imkanlarını bilən, sabahkı günün zövqünü müəyyən edə bilən və formalaşdıran sənaye rəssamı sifətində rejissor olmalıdı”.

Müasir inkişaf etmiş cəmiyyətlərdə qadın kostyumlarının gözəl, estetik və xüsusi ilə də rahat olması üçün mütəxəssislərin qarşısına yüksək tələblər qoyulur. Bununla bağlı olaraq sənaye də istehsal olunan geyimlərin, aksessuarların keyfiyyətinin yüksək olması üçün estetik faktoru çox böyük əhəmiyyət kəsb edir. Predmet üçün insanın ətrafında olan mühitin estetik baxımdan yenidən qurulması zamanı göstərilən qayğının xüsusi əhəmiyyəti vardır. Həmçinin sənayedə istehsal edilən məhsuların bədii-konstruktor səviyyəsinin yüksəldilməsində dövlət əhəmiyyətli funksiyası vardır.

Geyim, ayaqqabılar sənaye istehsalı zamanı rəssamlarının, konstruktorların, texnoloqların və digər ixtisasların kollektiv əməyinin nəticəsi danılamaz faktdır. Bütün bu əməyin əsas məqsədi məhsulların yüksək keyfiyyətli istehsalına nail olmaqdır.

Qadınlar üçün nəzərdə tutulan kostyumları yaradan mütəxəssislərdən yüksək peşəkarlıq və estetik zövq tələb olunur. Bu sahədə çalışan mühəndis-konstruktorlar, mühəndis-texnoloqlar və məhsulun yaradılmasında iştirak edən başqa mütəxəssislər, yəni rəssamlar estetik cəhətdən yüksək savada malik olmalıdırlar. Klassik üslubda pencək şəxsin əyninə tam oturmalıdır və bu zaman çiyinlər kvadrat nizam almalıdır. Uzun tikilən pencəklər adətən sahibini olduğunuzdan daha qısa göstərdiyi üçün az istifadə edilir. Pencəyin sizin üzərinizə olub olmadığını anlamaq üçün və həmçinin rahat hərəkət etməkdən ötrü pencək və sinə arasında yumruğ sığacaq qədər geniş bir boşluq qalmalıdır. Pencək əyində çox bol və ya dar qalmamalıdır. İdeal pencək uzunluğunu əsasən da baş barmağınız vasitəsi ilə ölçmək mümkündür. Pencək əyinə geyildiyi zaman pencəyin ətək qismi əldəki başbarmağın oynaq hissəsinə bərabər şəkildə gəlməli və manşeti bir parça formasında görünməlidir. Şalvar seçərkən isə şalvarın ombalara deyil belə tam oturması əsas şərtlərdən biridir. Eləcə də paça uzunluğunun təyin etmək üçün, şalvarın paça boyunun ayaqqabının tam üzərində olmasına, şalvarda qırışmalara səbəb olmayacaq şəkildə nizamlanmasına diqqət yetirilməlidir. Əsasən aşağıya doğru azacıq daralan paçaları olan şalvarlar sahibini daha uzun göstərər. Şalvar paçası düz və ya balıq ağzı olmalıdır ancaq bu zaman da istifadə edilən kostyum tərzinə uyğun dəyişməklə birgə dəblə istifadə edilməsinə diqqət göstərilməlidir. Kostyum üçün köynək seçilərkən digər bir şərt düz rəngli və incə xəttli köynəklərin seçilməsidir. Köynəklərdə iti və uzun yaxa modelləri çətin olduğu üçün bu yaxa formalarından normal olan yaxa modelini, və ya uyğun gələn yaxalar seçilməlidir. Ayaqqabı seçərkən əsasən iti burunu olan ayaqqabılar istifadə etmək, əsasən də ayağa tam oturan və paça ilə ölçülü ayaqqabılardan daha çox istifadə olunmalıdır. Kostyumun parça seçiminə görə ayaqqabı materialları da seçilir. Məsələn siz əgər parlaq parçadan tikilmiş klassik paltar seçimisinizsə bu zaman parlaq laklı ayaqqabılar geyinilməlidir, yox əgər mat parça seçilmişdirsə, o zaman da mat rəngli ayaqqabılar seçilməlidir.



Kostyumu düzgün qalstuk və dəsmal seçimi ilə birlikdə kombinə etmək olar. Boyunda çox yaraşıqlı duran və orta incəlikdə olan qalstuklar ilə dəsmalın uyuğunluğu gözəl və əsasən də diqqət çəkən bir elementdir. Çox incə yəni slim adlanan qalstuklar adətən bu tərzdə olan klassik kostyumlarla birgə istifadə edilməlidir. Bunun üçün bədən ölçülərinizində incə olması vacibdir əks halda bu qalstuklar sizin üzərinizdə xətt kimi duracaqdır. Qeyd edək ki, eyni kostyum köynəklə, qalstukla və dəsmalla müxtəlif kombinlər etmək mümkündür. Hər bir uyğunluq sahibini daha fərqli göstərəcəkdir. Əlbəttə ki, bəzən qalstukdan istifadə edilmir. Bu zaman düzgün köynək seçimi böyük əhəmiyyət daşıyır. Amma əgər geniş yaxalı köynəkdən istifadə olunursa bu zaman mütləq qalstuk taxılmalıdır. Əgər qalstuk taxmayacaqsanızsa, o zaman kiçik və sərt yaxalı köynəklərdən istifadə edin.

Bu gün olduqca fərqli, müxtəlif köynək yaxası tipləri vardır və bunlarda müxtəlif cür adlanırlar. Köynək seçimi zamanı diqqət edəcəyiniz bir neçə detal vardır: məsələn yüz köynəyin 99-unda işlənən yaxa tipi əsas hesab edilə bilər. Bəzən köynəklərin yaxasına sağdan və soldan əlavələr edilir, amma son nəticədə eyni yaxa formasından istifadə edilir. Yaxa modellərinin müxtəlif adları vardır. Bunlara misal olaraq, İtalyan yaxası, Fransız yaxası, klassik yaxa, dar yaxa və s göstərə bilərik. Mütəxəssislərə görə doğru yaxa belə olmalıdır: yaxanın açıqlığında iki yaxa uclarının bir-birinə olan uzaqlığı nəzərə alınaraq, yaxa uzunluqlarına görə dəyişiklik göstərdiyi üçün, yaxa açıqlığı əvəzinə "iki yaxa arasındakı bucaq" demək daha düzgün olardı. Əlbəttə bu gün biz iki yaxası az qala bir-birinə dəyəcək qədər yaxın olan pencək modelləri də görürük. Bu isə onu daşıyan şəxsin zövqünə əsaslanır. Əlbəttə zövq məsələsi nə qədər əhəmiyyətli olsa da bir də standart ölçülər vardır. Yəni buna belə bir misal göstərə bilərik: sizin üzünüz incədirsə və uzun bir boynunuz vardırsa açıq yaxalı kostyumlar geyinməməlisiniz. Yox əgər tam tərsi yumru və geniş bir üz quruluşuna sahibsinizsə o zaman da bir-birinə yaxın yaxaları olan kostyumlar seçməniz daha məqsədəuyğun hesab olunur. Yaxanın və üzün uyğunlaşması, qalstukun seçimi, qalstukun bağlanması geyim tərzində əsas və əhəmiyyətli şərtlərdən biri hesab edilir.İncə qalstukların incə düyünlə bağlanması daha məqsədəuyğundur. Bu gün vitrinlərdə müxtəlif yaxa növlərinə- düz yaxa köynəklərə,yumru yaxalı, yuvarlaq yaxalı köynək modellərinə rast gəlmək mümkündür. Əvvəllər bu tipli yaxalardan daha çox istifadə edilsə də, onlar yenidən dəbə minmişdir. Bunlar yeni tendensiya hesab edilir. Əlbəttə ki, onu da istifadə edənlər vardır. Çünki geyim fərdi səciyyə daşıyır. Köynəklərin düyməsi ilə yaxa düymələrinin kostyum və istifadə olunan qalstukla uyğunluq təşkil etməsi əhəmiyyətlidir. Bugün bəzi hallarda düz yaxalarda estetik məqsədli olaraq düyməsini istifadə edildiyinə də görmək mümkündür. Düymələr yaxanın üstündə istifadə edildiyi kimi, gizlədilə də bilərlər.

Köynəklərin - zolaqlı yaxalar, xətti yaxalar, düyməli yaxaların və lent ilə bir-birinə bağlanan növləri vardır. Buna ingilis dilində "tab collar" deyilir. Bu yaxa modelləri mütləq şəkildə qalstuk ilə birlikdə istifadə edilməlidir. Bu yaxa modellərindən də çox insan gendəlik həyatında istifadə edir. Bu tipli yaxalardan bir çox filmlərdə istifadə edilmişdir. Məsələn: Ceyms Bond filmində-aktyor Daniel Kreyq bu tipli köynəklərdən çox məharətlə istifadə etmişdir. İngiltərə də "pin collar" olaraq bilinən bir forma vardır. Onun əsas elementi də- yuxarıda olan lentlə qalstukun altından bağlanan yaxalara oxşar olaraq, yaxanın üstündəki deşiklər və qalstukun altından keçirilən metal bir çubuq ilə uyğun olan bir tərzdir. Bu zaman istifadə olunan köynəyin yaxası daha sərt və qısa olur. Altdan keçrilən metal iynə (ya da çubuq), yaxaları birləşdirərək gizlədir. Bu zaman qalstukun düyünü yuxarıya doğru gedir və bu da qalstuku olduqca ön plana çıxarır.

Düzgün kostyum seçimi zövq tələb edən bir işdir. Dövrümüzdə çox insan bu işin öhdəsindən məharətlə gəlir. Əlbəttə klassik tərz yoxsa idman tərzi bu artıq insanların şəxsi seçimləridir. Amma onu da unutmaq lazım deyil ki, bugün hər bir şəxsin qarderobunda ən azı bir klassik üslubda geyim vardır.




Yüklə 427,99 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə