İxtisasın şifri və adı


İstehsal potensialının növləri və onların əlamətlərinə görə təsnifləşdirilməsi



Yüklə 1,25 Mb.
səhifə2/9
tarix11.04.2018
ölçüsü1,25 Mb.
#36942
1   2   3   4   5   6   7   8   9

İstehsal potensialının növləri və onların əlamətlərinə görə təsnifləşdirilməsi

Təsnifat əlamətləri

Təsnifləşdirmə əlamətlərinin əhəmiyyəti

İstehsal potensialının növləri

Müəyyən edilməsi səviyyəsinə görə (təsərrüfat sisteminin miqyasından aslı olaraq)

- xalq təsərrüfatı;

- region;

- sahə;

- müəssisə (birlik)



- xalq təssərüfatı;

- region;

- sahə;

- müəssisə.



Sahə əlamətlərinə görə

- sənaye;

- nəqliyyat:

- rabitə;

- tikinti;

- və digər


- sənaye müəssisələrinin;

- nəqliyyat müəssisələrinin;

- rabitə müəssisələrinin;

- tikinti müəssisələrinin;

- və digər.


Müəyyən edilməsi dövrünə görə

- proqnozlaşdırılan (3 ildən artıq müddətdə);

- perpektivdə (bir ildən üç ilə qədər);

- hal-hazırdakı vaxtda (cari planlaşdırma mərhələsində)

- proqnoz;

- perspektiv;
- sərəncamında olan.


Müəssisənin imkanlarından istifadə dərəcəsinə görə

- müəssisənin imkanlarından maksimum istifadə (iki və daha artıq növbəli iş rejimi tətbiq ediləndə);

- müəssisənin imkanlarından faktiki istifadə



- verilmiş;


- mövcud olan.

Diaqnostikanın formasından aslı olaraq



- əgər diqnostika kompleks tədqiqatlar çərçivəsindədirsə;

- müəssiisənin başqa imkanları həyata keçirilirsə


- kompleks;


- amillər üzrə

Müəssisənin vəziyyətindən aslı olaraq

- layihələşdirilmiş (biznes-plana uyğun);

- fəaliyyətdə olan



- layihələşdirilmiş;

- fəaliyyətdə olan.



Tərkib hissələrinin xüsusi çəkisindən aslı olaraq

- böyük xüsusi çəki istehsal əsas fondların payına düşür;

- böyük xüsusi çəki texnologiyanın payına düşür;

- böyük xüsusi çəki enerjinin payına düşür;

- böyük xüsusi çəki informasiyanın payına düşür;

- böyük xüsusi çəki sənaye-istehsal heyətinin payına düşür;

- böyük xüsusi çəki məkan resurslarının payına düşür;


- texniki – istehsal;


- texnoloji – istehsal;

- enerji – istehsal;


- informasiya – istehsal;
- kadr – istehsal;
- məkan – istehsal.

Aşkara edilmə üsullarına görə

- ekspres-qiymətləndirmə;

- dəqiq təhlil (texniki-iqtisadi informasiyanın yenidən emalı zamanı aşkar olunan)



- aşkar;
- gizli.

Cədvəldən göründüyü kimi, təsərrüfat sisteminin miqyasından asılı olaraq ölkənin, regionun, sahənin, müəssisənin istehsal potensialı fərqləndirilir. A.İ.Ançişkinin fikrincə, ölkənin istehsal potensialı “istehsal resurslarını, onların həcmini, strukturunu, texniki səviyyəsini və keyfiyyətini” xarakterizə edir (35, s. 13). Bu vaxt istehsal resursları kimi istehsal vasitələri, əmək resursları, həmçinin iqtisadi dövriyyəyə cəlb olunmuş təbii resurslar nəzərdə tutulur. Ölkənin, regionun istehsal potensialına: sənaye potensialı, kənd təsərrüfatı potensialı, istehsal sferasına bərabər olan digər sahələrin potensialı və tikinti potensialı daxildir. Burdan belə bir qənaətə gəlmək olar ki, müxtəlif səviyyəli istehsal potensialları bir-birindən ölçüsünə görə fərqlənir.

Sənaye müəssisəsinin istehsal potensialı ölkə iqtisadiyyatının ilkin həlqəsində xüsusiləşmiş resursları xarakterizə edir və buna görə də o, sahənin istehsal potensialından kiçikdir və onun potensialının tərkib elementidir. Qeyd edilənlər bir-biri ilə əlaqəlidir. Belə ki, sahənin (məsələn, sənaye sahəsinin) potensialı ona daxil olan müəssisələrin potensiallarının cəmi kimi, ölkənin istehsal potensialı isə maddi istehsal sahələrinin (sənaye, kənd təsərrüfatı və s.) istehsal potensialıın cəmi kimi müəyyən olunur.

Qeyd etmək lazımdır ki, iqtisadiyyatın istehsal imkanının formalaşmasında böyük xüsusi çəkiyə malik olan sənaye potensialı özü də bir neçə potensial növündən ibarətdir. Bunlara aşağıdakılar aiddir:

1. Bazar potensialı: müəssisənin tutduğu bazar payı və onun məhsuluna potensial tələb, müəssisənin məhsuluna potensial təlabatın həcmi, müəssisə və əmək bazarı, müəssisə və istehsal amilləri bazarı;

2. İstehsal potensialı: məhsul istehsalının potensial həcmi, əsas vəsaitlərin potensial imkanları, xammal və materiallardan istifadənin potensial imkanları, ixtisaslı kadrların potensial imkanları;

3. Maliyyə potensialı: istehsalın potensial maliyyə göstəriciləri (gəlirliyi, likvidliyi, ödəməqabiliyyəti), potensial investisiya qabiliyyəti.

Müəssisənin istehsal potensialının mahiyyəti müəyyənləşdirilərkən əsas diqqət yetiriləsi məsələlərdən biri də onu formalaşdıran tərkib elementlərinin araşdırılmasıdır. Çünki, istehsal potensialı haqqında aparılmış elmi araşdırmalara diqqət yetirdikdə istehsal potensialının tərkibi haqqında bir-birinə zidd və hətta yalnış fikirlərə rast gəlmək olur.



Ümumi halda müəssisənin istehsal potensialının elementləri kimi onun fəaliyyəti və inkişafı ilə əlaqədar bütün resursları hesab etmək olar. Bu resurslar içərisində ən vacibinin seçilməsi kifayət qədər mürəkkəb problemdir. Bunun nəticəsində də istehsal potensialının tərkibi haqqında fərqli fikirlər mövcuddur. İstehsal potensialının tərkibinin təhlilində əsas çətinlik ondan ibarətdir ki, onun bütün elementləri eyni zamanda və cəm halında fəaliyyət göstərirlər. Deməli, potensialın inkişaf qanunauyğunluqları onun ayrılıqda götürülmüş tərkib hissələrinin inkişaf qanunauyğunluqları ilə yox, yalnız bu tərkib hissələr əlaqəli şəkildə götürüldükdə açıqlana bilər. Buna görə də, müəssisənin istehsal potensialının elementlərinin tərkibi sistemli şəkildə tədqiq olunmalıdır.

S.A.Belova hesab edir ki, istehsal potensialı iqtisadi inkişaf səviyyəsinin «sintetik» göstəricisidir (39, s.21). Bu konsepsiadan belə nəticə çıxarmaq olar ki, istehsal potensialına müxtəlif resurslar daxildir.

E.A.İvanov istehsal potensialına ancaq əsas istehsal fondları və istehsal gücü kimi yanaşır (55, s.47). V.K.Falsman da bu mövqedən çıxış edir (105, s.3). E.B. Fiqurnovun fikrincə, istehsal potensialı elementlərinə işçi qüvvəsi resurslarını, insanın yaratdığı əmək vasitələri və alətlərini, istehsalata cəlb olunmuş faydalı qazıntı ehtiyatlarını aid etmək lazımdır (107, s.39). Eyni zamanda, S.A.Xeynman hesab edir ki, istehsal potensialı istehsal aparatı və maddi xammal balansını, təbii resursları və texnologiya səviyyəsini, mövcud kommunikasiya sistemini, texnikanı, informasiyanın yerdəyişməsi və işlənməsi, təşkili və alınması sistemini özünə daxil etməlidir. Onun fikrincə itsehsal potensialının ayrılmaz tərkib hissəsini elmi-texniki potensial, istehsal heyyəti, onların ixtisası və ümumi hazırlığı təşkil edir (112, s.13-14). V.M.Arxipov istehsal potensialının tərkibinə istehsal fondlarını, kadrları, idarəetmə resursları və istehsalın təşkilini, həmçinin elmi-texniki informasiyanı daxil edir (36, s.11).

Bəzi tədqiqatçılar istehsal potensialının tərkibinə maddi resursları daxil etmirlər. Belə ki, V.N.Avdeenko, V.A.Kotlov və digərləri öz əsərlərində bu yanaşmaya daha çox üstünlük verirlər. Onların öz tədqiqatlarına əsasən “əmək predmetləri təsərrüfat həlqəsinin potensialından kənarda olur və onun ölçüsünü müəyyən edə bilməz” (32, s. 34-35).



Həmin müəlliflərin fikirincə, müəssisənin istehsal potensialından fərqli olaraq, material resurslarını ölkənin istehsal potensialına aid etmək olar.

Göründüyü kimi yuxarıda adları qeyd olunan müəlliflərin iddialarına görə material resursları kənardan alındığı üçün onlar istehsal potensialının tərkibinə daxil edilmir. Bu müəlliflər material resurslarından fərqli olaraq enerji resurslarını istehsal potensialına aid olunduğunu göstərirlər. İqtisadi nəzəriyyədən məlumdur ki, istehsalın əsas elementlərindən biri olan əmək predmentlərinin tərkibinə xammal və material resursları ilə yanaşı enerji resursları da daxildir. Digər tərəfdən müəssisələr material resurslarını kənardan aldığı kimi enerji resurslarını da kənardan alır. Eyni fikiri əmək vasitələri və əməyin özünə də aid etmək olar. Bu baxımdan müəssisə hər şeyi kənardan alır.

Qeyd olunduğu kimi, “potensial” dedikdə, imkanların məcmusu başa düşülür. Istənilən bir şəraitdə müəssisənin yüksək dərəcədə keyfiyyətli texnika və texnologiyaya, yüksək ixtisaslı istehsal heyətinə, müasir informasiyaya malik olarsa və maddi resurslara malik olmazsa onda müəssisənin istehsal imkanları nəinki məhdudlaşacaq, heç istehsal prosesinin özü baş verməyəcək. Müəssisədə istehsal prosesinin baş verməsi üçün digər resurs növləri ilə yanaşı həmin müəssisə maddi resurslara da malik olmalıdır.

Qeyd olunanlardan aydın olur ki, müəssisənin istehsal potensialı yaradıcı fəaliy-yətlə məşğul olmaq üçün onun sərancamında olan bütün resursların məcmusudur. Bu resursların kəmiyyət və keyfiyyət parametrləri, həmçinin onların inteqrasiyası müəssisələrin istehsal imkanını müəyyən edir.

Müəssisənin istehsal potensialı


Qeyri-maddi aktivlər

Maddi aktivlər

İnformasiya resursları

Texniki resurslar

Əmək resursları (insan kapitalı)

İnnovasiya resursları

Texnoloji resurslar

- işçi heyyətinin sayı;

-ixtisasların xarakteri;

-təcrübə, bilik, qabiliyyət;

-təhsilin səviyyəsi.

- qəbul edilmiş qərarların dəstəklənməsi sistemləri;

- istehsal-texnoloji proseslə bilavasitə əlaqəli şəbəkə;

- müəssisənin bütün xidmətlərinin dəstəklənməsinə istiqamətlənmiş sistemlər.

- ETTL;

- təcrübə-ekspermental baza;



- fundamental elmin nailiyyətləri

- tətbiqi elmin nailiyyətləri;

- texnologiya.

- no-hau;

- əmtəə nişanı;

- patent;

- lisenziya.
-istehsal gücü;

-tədqiqat laboratoriyaları;

-avadanlıq;

-mexanizm;

-xammal ehtiyatları.
Buradanda belə bir nəticəyə gəlmək olar ki, müəssisənin iqtisadi potensialının əsas tərkib ünsürlərindən biri olan istehsal potensialının tərkibini aşağıdakı sxem formasında göstərmək olar.

Şəkil 1.1. Müəssisənin istehsal potensialının tərkibi



Müəssisənin istehsal potensialının əsas mahiyyəti yeni maddi nemətlərin yara-dılması ilə müəyyən olunur, onun elementləri isə məqsədəuyğun şəkildə hazırlanan məhsulun tələblərinə uyğunlaşdırılmalıdır. İstehsal potensialı bu təyinatını o vaxt yerinə yetirə bilər ki, onun elementlərinin tərkib və xarakteristikası hazırlanan məhsulun parametrlərinə uyğun gəlir və bununla müəyyən edilir. Bu halda istehsal potensialının bütün elementləri müəssisə qarşısında duran ümumi məqsədə xidmət edir. Hər bir elementin yeri və funksiyası bütövlükdə elementlərin məcmusuna irəli sürülən tələblərlə müəyyən edilir və onun nizamlılığını xarakterizə edir. Digər tərəfdən, istehsal potensialı üçün ümumi olan vəzifələrin elementlərin məcmusu tərəfindən yerinə yetirilməsi göstərir ki, onlar qarşılıqlı əlaqəlidirlər və bir-birinə qarşılıqlı təsir göstərirlər. Beləliklə, istehsal potensialı sistemlərə qarşı irəli sürülən tələblərə cavab verir.

Müasir şəraitdə hər bir ölkənin milli iqtisadiyyatının qarşısında duran prioritet məsələlərindən biri bütövlükdə ölkə iqtisadiyyatının, o cümlədən mövcud müəssisələrin rəqabət qabiliyyətliliyinin artırılmasıdır. Ölkə səviyyəsində rəqabətqabiliyyətlilik konsepsiyası resurslardan istifadənin səmərəliliyinə əssaslanır. Ölkədə sosial-iqtisadi inkişaf mövcud müəssisələrin resurslardan səmərəli istifadə etmək qabiliyyətindən birbaşa asılıdır.

Ölkənin rəqabət qabiliyyətini 4 amil formalaşdırır. Bunlar aşağıdakılardır (83, s. 92):

1. Müəyyən sahədə müvəffəqiyyətli rəqabət aparmaq üçün zəruri olan konkret iqtisadi amillərin təminat səviyyəsi;

2.Tələbin vəziyyəti, yəni daxili bazarda müəyyən sahənin məhsuluna tələbin səviyyəsi;

3. Ölkədə beynəlxalq bazarda rəqabətqabiliyyətinə malik əlaqədar sahələrin mövcud olması və ya olmaması;

4. Müəssisənin strategiyası, onun strukturu və rəqibləri, yəni ölkədə firmanın yaradılması və idarə olunması sahəsində vəziyyət və daxil bazardda rəqabətin xarakteri.

Müəssisənin rəqabət qabiliyyətliliyi - təsərrüfat subyektinin müvafiq sahənin başqa yerli və xarici müəssisələrinə nisbətən üstünlüyüdür. Rəqabətqabiliyyətlilik bazarda müəyyən paya malik obyektin elə xassəsidir ki, onun (obyektin) texniki-funksional, iqtisadi, təşkilati və digər xüsusiyyətlərinin istehlakçıların tələblərinə uyğunluğunu xarakterizə edir, bazarda ona məxsus payı müəyyən edir və bu bazarın digər obyektlərin xeyrinə bölüşdürülməsini məhdudlaşdırır.

Müəssisənin rəqabətqabiliyyətliliyinin əsas göstəriciləri aşağıdakılardan ibarətdir:

- fəaliyyətin iqtisadi imkanları və səmərəliliyi (aktivlər, əsas kapital, xüsusi və kənardan alınan kapital, satışın həcmi, bazar payı, mənfəət);

- idarəetmənin təşkili səviyyəsi (yeniliketmə və məsuliyyət mövqeyindən təsər-rüfat mexanizmi elementlərinin təşkili formaları və fəaliyyət təcrübəsi);

- müəssisənin hər hansı məhsulu tələb olunan müddətdə və həcmdə istehsal və realizə etmək imkanlarını göstərən istehsal və satış potensialı (mövcud xammal bazası, istehsal və satış gücü, kapital qoyuluşunun həcmi və s.);

- elmi-tədqiqat potensialı, innovasiya fəaliyyəti (elmi tədqiqatların və işləmələrin təşkili səviyyəsi və istiqamətləri, patent verilmiş kəşflərin sayı və s.);

- maliyyə vəziyyəti (tədiyə qabililiyətlik, kredit qabilliyyətlik və kreditləşdirmə şəraiti, kapitalın strukturu və s.);

- müəssisənin imici;

- müəssisənin bazar strategiyası;

- əmək resurslarının ixtisaslaşma vəziyyəti və s.

Deməli, müəssisənin rəqabət qabiliyyətliliyinə təsir edən əsas amillərdən biri və hətta başlıcası müəssisənin istehsal potensialıdır. İstehsal potensialının hər bir komponenti ayrı-ayrılıqda və kompleks halında məhsulun rəqabət qabiliyyətliyinə təsir göstərir və bu da öz növbəsində müəssisənin rəqabət qabiliyyətliyini müəyyən edir. Müəssisə miqyasında istehsal potensialı əsasında rəqabət üstünlüklərinin əldə olunması həm də bundan nə dərəcədə səmərəli istifadə olunmasından aslıdır. Belə ki, bazar münasibətləri şəraitində fəaliyyət göstərən müəssisələrin istehsal etdiyi məhsul-ların rəqabət mübarizəsində uğurlu nəticələr əldə etməsi məhsulun qiymət və keyfiy-yətindən aslı olur. Buna görə də müəssisə malik olduğu istehsal potensialından istifa-də səmərəliliyini müntəzəm olaraq artırmalıdır.

Müəssisənin yaratdığı istehsal potensialından istifadə prosesində müəssisənin fəaliyyətinin səmərəliliyini xarakterizə edən istehsalın maya dəyərinin həcmi və istehsal olunan məhsulun keyfiyyət parametrləri kimi mühüm göstəricilər formalaşır. Öz növbəsində bu göstəricilər bilavasitə müəssisənin fəaliyyətinin maliyyə nəticələrinə və onun rəqabət qabiliyyətlilik göstəricilərinə təsir edir.

Beləliklə istehsal potensalı – müəssisənin rəqabətqabiliyyətliyinin inkişafını və istehsalın strateji və cari məqsədlərinin yerinə yetirilməsini təmin edən istehsal amillərinin məcmusudur.



Müəssisənin istehsal potensialı elmi texniki tərəqqinin maddi əsasıdır. Onların arasında qarşılıqlı əlaqə mövcuddur - potensialın elementlərinin texniki-iqtisadi səviyyəsi və istifadə dərəcəsi nə qədər yüksəkdirsə, elmi texniki tərəqqinin (maddi-texniki) bazası daha güclüdür, onun nailiyyətlərinin tətbiq dairəsi daha genişdir, sənaye müəssisəsinin istehsal potensialının elementlərinin təkmilləşdirilməsi və ölçülərinin artırılması imkanı daha böyükdür. Demək olar ki, elmi-texniki tərəqqi istehsal potensialı qarşılıqlı surətdə təkmilləşir və bir-birini inkişaf etdirirlər. Burdan belə məlum olur ki, istər makro və istərsədə mikro səviyyədə istehsal potensialının inkişafı digər şərtlərlə yanaşı innovasiyanın inkişafından aslıdır.

Rəqabət probleminin görkəmli araşdırıcısı kimi tanınmış amerikalı iqtisadçı M.Porter ölkənin rəqabətli inkişafının dörd mərhələsini fərqləndirir:

  1. istehsal amillərinin üstünlüyünə əsaslanan inkişaf;

  2. investisiya üstünlüyünə əsaslanan inkişaf;

  3. innovasiyalara əsaslanan inkişaf;

  4. əhalinin rifah səviyyəsinə əsaslanan inkişaf.

Bunun əsasında M.Porter ölkənin iqtisadi inkişafının üç struktur mənbəyini göstərir: istehsal amilləri, investisiyalar və innovasiyalar (84). Göründüyü kimi, ayrı-ayrı ölkələrin və şirkətlərin nailiyyətləri əsasən biliklərin və informasiyaların təsərüffat fəaliyyətində istifadəsinin intensivliyi ilə, başqa sözlə, innovasiya aktivliyinin səviyyəsi ilə müəyyənləşir. Bu və ya digər dövlətin lider sıralarına aid edilməsi yalnız ayrı-ayrı firma və təşkilatların ən qabaqcıl texnologiya ilə təhciz olunması ilə deyil, iqtisadiyyatda elm və texnika nailiyyətlərinin tədbiq olunmasının orta səviyyəsi ilə müəyyənləşir. Ən qabaqcıl texnologiyanın istifadə edilməsi müəyyən istehsal sahəsində elmi-texniki tərəqqinin istiqamətinin göstəricisi kimi yalnız həmin texnologiyanın istifadə edilməsinin adi iqtisadi təcrübəyə çevrilməsinə qədər çıxış edə bilər.

“İnnovasiyalılıq” heç də həmişə hər hansı bir ölkənin ən qabaqcıl texnologiyaya malik olmasını nəzərdə tutmur. Burada innovasiya strategiyası və innovasiya prosesinin müvafiq idarəetmə sisteminin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, “innovasiyalı” inkişaf yalnız qabaqcıl texnologiyalara malik olan şirkətlərə məxsus deyil.

“İqtisadi inkişafın nəzəriyyəsi” kitabında Y.Şumpeter ənənəvi iqtisadi nəzəriy-yədən bir qədər kənarlaşaraq, qeyd edirdi ki, sağlam iqtisadiyyatın “iş qaydası”, iqtisadi nəzəriyyənin və iqtisadi həyatın (təcrübənin) əsas qüvvəsi tarazlıq və optimallaşma deyil, yenilikçi-sahibkarın fəaliyyəti nəticəsində əmələ gələn dinamik qeyri-tarazlıqdır. O, qeyd edirdi ki, gəlir mənbəyi kimi yalnız qiymətlərin dəyişməsi və ya xərclərin azalması deyil, həmçinin istehsal olunan məhsulun radikal dəyişdirilməsi də çıxış edə bilər.

İnnovasiyaların “daşıyıcısı” sahibkardır və bu sahibkarın funksiyası, əsasən, yeni və ya köhnə (amma yeni üsul ilə) məhsulların buraxılması üçun ixtiraların və ya digər vasitələrin istifadə edilməsi yolu ilə istehsalın inqilabi yeniləşdirilməsindən, istehsalda davamlı islahatların aparılmasından, yeni xammal mənbələrinin və satış bazarlarının tapılmasından və s. ibarətdir. Başqa sözlə, sahibkar istehsal amillərinin yeni kombinasiyalarını yaratmalı, yəni yeniliklərin tətbiqini həyata keçirməlidir. Y. Şumpeterə görə, innovasiya anlayışı aşağıdakı 5 vəziyyəti əhatə edir (124, s.169-170):



  1. Yeni, istehlakçıya tanış olmayan əmtəə istehsalı və ya, bu və ya digər əmtə-nin yeni keyfiyyətinin yaradılması;

  2. Yeni, hər hansı sənaye sahəsinə indiyəcən tanış olmayan istehsal üsulunun dövriyyəyə buraxılması (bu üsulun əsasında həmişə yeni elmi ixtira durmaya da bilər, bu yenilik hər hansı məhsulun kommersiya baxımından istifadə edilməsinin yeni üsulundan da ibarət ola bilər);

  3. Yeni satış bazarlarının mənimsənilməsi. Burada hər hansı ölkənin hər hansı sənaye sahəsinin hələ bu vaxta qədər təmsil olunmadığı bazarın mənimsənilməsi nəzərdə tutulur (bu bazarın əvvəl mövcüd olub olmamağından asılı olmayaraq).

  4. Xammal və materialların (yarımfabrikatların) əldə edilməsinin yeni mənbələ-rinin aşkar edlməsi. Burada həmin yeni mənbənin əvvəllər mövcud olub olmaması və ya sadəcə olaraq nəzərə alınmaması, və ya əl çatmaz sayılması kimi məsələlər rol oynamır.

  5. Uyğun yenidən təşkilin aparılması. Misal üçün, öz müəssisəsinin inhisar vəziyyətinin təmin olunması və ya başqa muəssisənin inhisar vəziyyətinin zəiflədilməsi.

İstənilən təşkilati sistemin səmərəliliyinin yüksəldilməsi vasitələrini aşağıdakı kimi qruplaşdırmaq olar:

  1. İçilərin marağının yüksəldilməsi və onların işə münasibətlərinin yaxşılaşdırılması hesabına müəssisənin daxili ehtiyatlarının aşkar edilməsi və səfərbərliyə alınması yolu ilə müəssisənin səmərəliliyinin yüksəldilməsi;

  2. İstehsalda səmərəsi aşağı olan texnologiyaların ləğv edilməsi və rentabelliyi aşağı olan məhsul istehsalında struktur dəyişikliyi hesabına istehsalın səmərəliliyinin yüksəldilməsi;

  3. Müəssisədə innovasiya prosesinin fəallaşdırılması hesabına yeni məhsul, xid-mət və yeni texnologiyaların yaradılması və istehsala tətbiq edilməsi yolu ilə istehsalın səmərəliliyinin yüksəldilməsi.

Yalnız vaxtında həyata keçirilən innovasiyalar istehsal potensialını keyfiyyətcə təkmilləşdirməklə istehsalın yeniləşdirilməsində başlıca rol oynaya bilərlər. Burada ideyaların hər hansı yeni bir prosesə, məhsula və ya xidmətə çevrilmə templəri və miqyası, həmçinin yeniliklərin yayılmasının sürəti və genişliyi prinsipial əhəmiyyət kəsb edir. İnnnovasiya proseslərinin zaman-məkan struktur ierarxiyasının, xüsusilə də innovasiyaların yayılması prosesinin qəlizliyi, onların səmərələrinin təhlili və qiymətləndirilməsi üçün böyük çətinliklər törədir. Hər bir innovasiyanın həyat tsiklinin ilkin mərhələsində onun səmərəsi böyük olmur, konseptual planda asanlıqla müəyyənləşdirilə və ənənəvi fəaliyyət üsulları ilə müqayisə edilə bilər.

İstehsal prosesində innovasiya fəaliyyətinin yeri istehsalın inkişafında elm və texnikanın rolu ilə müəyyən olunur. Məhsuldar qüvvələr və istehsalın inkişafında elm və texnika innovasiya fəaliyyətinin müxtəlif əlaqələrinin təkrar istehsal prosesinin elementləri və mərhələlri ilə bütöv bir sistem yaradır. İlk növbədə innovasiya fəaliy-yətinin təsiri ilə təkrar istehsal tsiklinin tərkibi və strukturu dəyişir, belə ki, elmi-təd-qiqat, təcrübə - layihə və konstruktor işləri təkrar istehsal prosesinə tam daxil olur. Mahiyyət etibarilə elm təkrar istehsal tsiklinin başlanğıcı kimi çıxış edir. Onun elementləri aşağıdakı kimi qarşılıqlı əlaqə olur: istehlakçıların tələbləri (tələbatları) müəyyənləşir, onların əsasında bu təlabatların ödənilməsi üçün uyğun elmi araşdırmalar aparılır, tədqiqatların nəticələrinin istehsala və realizasiyaya ötürülür.

Müəssisənin istehsal və innovasiya fəaliyyəti özlərinin spesifik funksiyalarını yerinə yetirir. Bununla belə onlar vahid təkrar istehsal prosesinin elmi-texniki və istehsal fəaliyyətinin qarşılıqlı mübadiləsi çərçivəsində tamamlayıcı strukturlarını təşkil edir. Bu şərtlərdə təkrar istehsal prosesinin elementləri arasında tarazlıq məqsədyönlü mütənasiblik, funksiyaların səmərəli idarəedilməsi problemi yaranır.

İnnovasiya və istehsal fəaliyyətlərinin sistemli-funkusional qarşılıqlı əlaqəsi ilk növbədə məhsuldar qüvvələrdə dəyişikliyə səbəb olur. Yeni elmi biliklərin toplan-ması onların tezliklə realizə olunması əsasında prinsipial olaraq yeni əmək predmət-ləri və əmək cisimləri mütərəqqi texnoloji proseslər, idarəetmə üsulları və s yaradılır. Uyğun olaraq elmi-texniki tərəqqi ilə əsaslandırılmış innovasiya fəaliyyəti istehsal resurslarının həcmini və xarakterini, eyni zamanda ondan istifadənin təşkilini müəyyən edir. O, istehsalın bütün elementlərinin, ilk növbədə isə əmək vasitələrini yeni keyfiyyət vəziyyətinə keçidi üçün imkanlar yaradır.

Məhsuldar qüvvələrin keyfiyyətcə təkmilləşdirilməsi məhsul vahidinin istehsa-lına çəkilən əmək xərclərinin aşağı salınmasına, onun dəyərinin azalmasına, vaxt va-hidi ərzində istehsal olunan əmtəənin həciminin artmasına kömək edir. Bununla belə, innovasiya fəaliyyəti nəinki istehsalın maddi əşyavi elementlərinə. eyni zamanda, həm də işçi qüvvəsinin sayına bilavasitə təsir göstərir. İşçi qüvvəsinin tərkibindəki dəyişikliklər və müxtəlifliklər özünü aşağıdakı hallarda göstərir:


  • əməyin yeni funkusiyaları yaranır;

  • ənənəvi əmək funksiyalarının məzmunu dəyişir;

  • əmək funksiyalarının strukturunda irəliləyişlər baş verir;

  • əmək funksiyalarının inteqrasiyası nəticəsində müxtəlif fəaliyyət növlərinə məxsus işçilərin əməyinin məzmunu zənginləşir.

İnnovasiya fəaliyyətinin nəticələrinin təsiri altında əməyin funksional bölgüsü dərinləşir, işçi qüvvəsinin peşakar-ixtisas tərkibi formalaşır. Bu öz əksini işçilərin icra etdiyi funksiyalarda sadə mexaniki işin payının azalması və müvafiq olaraq zehni əməyin payının artamsında tapır.

İnnovasiyalar əmək şəraitinin yaxşılaşdırılmasında da hiss olunan irəliləyişlərə nail olmağa imkan verir. Belə ki, onlar ziyanlı istehsallarda məşğulluğun səviyyəsini azaldır, əməyin sanitar-gigiyenik şəraitini yaxşılaşdırır. İnnovasiyaların təsiri altında əmək şəraitinin yaxşılaşması əməyin məzmununun dəyişməsi zamanı baş verir. İnnovasiyalarınlfy istifadə təkcə əməyin funksiyalarını və onun məzmununun digər parametrlərini yox, həmçinin istehsal şəraitini də təkmilləşdirir, əməyin təhlükəsizliyini artırır və bununla da işçilərin peşə xəstəliklərinin miqyasını azaldır.

İstehsal amillərinin kəmiyyət və keyfiyyət baxımından dəyişdirilməsi ilə yanaşı, innovasiya fəaliyyəti istehsalda canlı və maddiləşmiş əməyin nisbətində də dəyişikliklərə gətirib çıxarır. İnnovasiya fəaliyyətinin təkrar istehsal prosesinin intensivləşdirilməsinə istiqamətlənməsi istehsal vasitələrinin kütləsinin onlara xidmət göstərən işçilərinin sayı ilə nisbətdə artmasını təmin edir. Bunun nəticəsində əməyin texnika ilə silahlanmasının artamsı baş verir.

Eyni zamanda əmək məsrəflərinin strukturunda istehsal edilmiş məhsul vahi-dinə düşən canlı əməyin payının azalması müşahidə edilir, bu da əsasən maddiləşmiş əməyin payının müfaviq artımı ilə şərtlənir. Bundan əlavə, maddiləşmiş əməyin öz məsrəflərinin strukturunda elmi əməyin payının artımı baş verir, cünki innovasiyalarda reallaşmış yeni fundamental və tətbiqi elmi biliklər məhz keçmiş əməkdə maddiləşirlər.

İnnovasiya fəaliyyətinin müəssisənin istehsal potensialına təsir etmə istiqamə-tlərindən biri müəssisənin istehsal etdiyi məhsulun strukturunun və natural-əşya tərki-binin dəyişdirilməsidir. Bu öz əksini aşağıdakılarda tapır:

- son məhsulun nomenklaturası artır, həm ənənəvi, həm də əvvəllər məlum olmayan ictimai tələbatları ödəməyə istiqamətlənmiş yeni məhsul növləri yaradılır;

- istehsal edilən məhsulun strukturu dəyişir, elmtutumlu məhsulların, ixrac üçün nəzərdə tutulmuş məhsulların payı artır;

- buraxılan məhsulun texniki-iqtisadi səviyyəsi artır, bu da təkrar istehsal prosesinin bütün fazalarında ictimai əməyin qənaətini təmin edərək bu prosesdə mütərəqqi dəyişikliklərin həyata keçirilməsi üçün zəmin yaradır.



Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə