İxtisasın şifri və adı


Maşınqayırma müəssisələrində innovasiya potensialı imkanlarının qiymətləndirilməsi



Yüklə 1,25 Mb.
səhifə5/9
tarix11.04.2018
ölçüsü1,25 Mb.
#36942
1   2   3   4   5   6   7   8   9

2.2. Maşınqayırma müəssisələrində innovasiya potensialı imkanlarının qiymətləndirilməsi

Müəssisənin innovasiya potensialı dedikdə, innovasiyaya nail olmaq üçün yeniliklərin reallaşdırılması və mənimsənilməsini təmin edən elmi-texniki, texnoloji, infrastruktur, maliyyə, hüquqi, sosial-mədəni və digər imkanların məcmusu başa düşülür. İnnovasiya potensialının tərkibi dörd hissədən ibarətdir:

1. Xüsusi ixtira və işləmələr və özünün elmi-texniki (texnoloji) zadelləri. Burada müəssisə üçün zəruri olan işləmələri hazırlamaq və onlardan istifadə hüququnu əldə etmək üçün, həmçinin müəssisəni maraqlandıran yeni mövzularda elmi-tədqiqat və təcrübi-konstruktor işlərini sifariş etmək və ya ya həyata keçirmək üçün müəssisənin imkan və bacarıqları nəzərdə tutulur;

2. Müəssisənin innovasiya tsiklının bütün mərhələlərində yeniliklərin keçidini, onun yeniliketmə və ya innovasiyaya çevrilməsini təmin edən infrastruktur imkanların vəziyyəti;

3. Müəssisənin innovasiya tsiklının həyata keçirilməsi uğurunu müəyyən edən və onun ümumi potensialının digər hissələri ilə innovasiya potensialının qarşılıqlı əlaqələrini əks etdirən daxili və xarici amillər;

4. Müəssisənin heyətinin yenilikləri qəbul etmə səviyyəsini xarakterizə edən innovasiya mədəniyyəti səviyyəsi, onun yenilikləri innovasiya formasında reallaşdırmaq qabliyyəti və hazırlığı.

Göründüyü kimi, istər makro, istərsə də mikro səviyyədə innovasiyanın inkişafı əsasən innovasiya potensialının mövcudluğundan və ondan istifadə səviyyəsindən aslıdır. Azərbaycanda son dövrlərdə innovasiya potensialının formalaşması və inkişafı sahəsində xeyli işlər görülmüşdür. Belə ki, ilk dəfə 22 dekabr 2009-cu il tarixində ölkə başçısı İ.H.Əliyevin iştirakı ilə Sumqayıt şəhərində «Sumqayıt texnoparkı»nın açlışı olmuşdur. Sumqayıt texnoparkında elektroenergetika sənayesi üçün məhsullar hazırlayacaq zavodlar, sexlər və istehsal xətləri yaradılacaqdır. Gələcəkdə də belə texnoparkların saylarının artırılması həm ümumilikdə ölkə sənayesinin və həm də onun ayrı-ayrı sahələrinin, o cümlədən də maşınqayırma sənayesi müəssisələrinin istehsal potensialının inkişafına münbüt şərait yaradacaqdır.

Ölkənin bir çox sənaye müəssisələrində kiçik həcmdə innovasiya məzmunlu məhsulları istehsal olunur. Ölkə sənayesində istehsal olunan innovasiya məhsulları yenilik səviyyəsinə görə aşağıdakı kimi təsnifləşdirilir (9. s.89):

1) əhəmiyyətli dəyişikliklərə məruz qalmış və ya yeni tətbiq olunmuş məhsul;

2) təkmilləşdirməyə məruz qalmış məhsul.

Ölkə sənayesində istehsal olunan innovasiya məhsulu haqqında məlumatlar aşağıdakı cədvəldə verilmişdir.
Cədvəl 2.7

Sənayedə yeni tətbiq olunmuş, əhəmiyyətli dəyişikliklərə məruz qalmış və təkmilləşdirilmiş məhsulun həcm dinamikası



(min manat)




2011

2012

2013

2014

2011

2012

2013

2014

Sənaye - cəmi

13163

23052

11634

12319

799,8

6413

883.1

1118

Mədənçıxarma sənayesi

2073

396.1

325.9

0

10430

2358

0

0

Emal sənayesi

11090

22656

11308

12319

3973

809.6

883.1

1118

Ondan:

























Qida məhsulları və içkilərin emalı

3500

18200

0

0

0

0

0

0

Kimya sənayesi

0

3049

465,5

0

1969

21.3

40.7

0

Toxuculuq sənayesi

0

0

8933

0

0

0

0

0

Mebellərin istehsalı

498.1

0

0

0

850.5




0

0

Neftayırma məhsullarının istehsalı

103.3

0

0

0

3.2

0

0

0

Maşın və avadanlıqların istehsalı

0

890.3

238.4




105.9

686.2

798.3

0

Metallurgiya sənayesi

13.5

0

0

0

0

0

0

0

Elektrik avadanlığı, optik və elektron avadanlıqların istehsalı

5681

20.4

0

0

1044

0




0

Maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı

0




1159

0

0

0

0

0

Nəqliyyat vasitələri və avadanlıqlarının istehsalı

1295

496.8

511.6

0

0

102.1

44.1

0

Qeyd: cədvəl 2004, 2008, 2015-cü illərdə nəşr olunmuş “Azərbaycanın sənayesi “ DSK-nin statistik məcmuələri əsasında tərtib edilmişdir.

Cədvəl məlumatlarından göründüyü kimi, 2011-2014-ci illər üzrə ölkə sənayesində əhəmiyyətli dəyişikliklərə məruz qalmış və ya yeni tətbiq olunmuş, həmçinin təkmilləşdirilmiş məhsulun həcmi azalmışdır. Belə ki, 2014-ci ildə belə məhsulların sənaye məhsulunun ümumi həcmində payı 0,07 faizə bərabər olmuşdur. 2014-ci ildə ölkə sənayesində bütövlükdə istehsal olunmuş əhəmiyyətli dəyişikliklərə məruz qalmış və ya yeni tətbiq olunmuş məhsulların təqribən 97,4 faizi emal sənayesinin payına düşmüşdür.. Göründüyü kimi, respublikamızın sənaye müəssisələrində innovasiya prosesi olduqca zəif formada həyata keçirilir. Bunun başlıca səbəblərindən biri sənaye müəssisələrində innovasiyalara çəkilən xərclərin çox az miqdarda olması ilə əlaqədardır. Bütün bunları aşağıdakı cədvəlin məlumatlarından da görmək olar.

Cədvəl 2.8

İnnovasiyaların tiplərinə görə sənayedə texnoloji innovasiyalara çəkilən xərclər



(min man.)

 Sənaye və onun sahələri

2009

2010

2011

2012

2013

2014

Bütün sənaye

4619

8139

31589

9326

13877

21534

məhsul innovasiyaları

2328

7952

30904

5975

11899

13510

proses innovasiyaları

2291

187.3

684.6

3351

1978

8024

Mədənçıxarma sənayesi

397.5

4.8

692.9

778.4

8197

4133

məhsul innovasiyaları

387.8

4.8

692.9

778.4

81052

3987

proses innovasiyaları

9.7

-

-

-

144.5

145.6

Emal sənayesi

4102

8128

29319

8083

4066

17384

məhsul innovasiyaları

1940

7941

28634

5196

3847

9523

proses innovasiyaları

2162

187.3

684.6

2887

219.3

7861

Elektrik enerjisi, qaz suyun istehsalı bölüşdürülməsi

119.1

-

-

464.5

1614

17.0

məhsul innovasiyaları

-

-

-

-

-

-

proses innovasiyaları

119.1

-

-

464.5

1614

17.0

Qeyd: cədvəl 2009, 2010, 2015-cü illərdə nəşr olunmuş “Azərbaycanın sənayesi “ DSK-nin statistik məcmuələri əsasında tərtib edilmişdir.

Cədvəl məlumatlarından göründüyü kimi, 2009-2014 cü illərdə sənayeyə,xüsusilə emal sənayesinə texnoloji innovasilara cəkilən xərclər artmışdır.Bu artım sənayedə 17000min manata ,emal sınayesin də isə 13282 min manat təşkil etmişdir.

Aparılan araşdırmalar göstərir ki, texnoloji innovasiyalara çəkilən xərclərin çox hissəsi məhsul innovasiyasına xərclənmişdir. Belə ki, 2014-ci ildə ümumilikdə ölkə sənayesində innovasiyaya çəkilən xəclərn təxminən 37,2 faizi proses innovasiyalarının, qalanı isə məhsul innovasiyalarının payına düşmüşdür. Şübhəsiz ki, innovasiya sahəsində çəkilən xərclərin 62,8 faizinin məhsul innovasiyalarının payına düşməsi müəssisələrdə innovasiya prosesinin istehsal potensialının inkişafına təsir imkanlarını azaldır. Əgər müəssisələrdə innovasiya çəkilən xərclərin əksər hissəsi proses innovasiyaların payına düşsə idi, onda bu prosesin istehsal potensialının inkişafına təsiri çox olardı. Çünki, müəssisə proses innovasiyasını həyata keçirmək üçün lazım olan mükəmməl istehsal resurslarla malik olmalı, işçilər isə bu sahədə ixtisaslaşdırılmalıdırlar. Bütün bunlar isə müəssisənin istehsal potensialının inkişafına səbəb olur.

Ölkə sənayesində texnoloji innovasiyalara çəkilən xərclərin əksər hissəsi tex-noloji innovasiyalar ilə əlaqədar maşın və avadanlığın alınmasına sərf edilir. Belə ki, 2014-ci ildə ölkə sənayesində texnoloji innovasiyalara çəkilən xərclərin 58,4 faizi texnoloji innovasiyalar ilə əlaqədar maşın və avadanlığın alınmasına, 27,9 faizi elmi-tədqiqat və işləmələrə, 5,9 faizi texnoloji innovasiyalar ilə əlaqədar yeni texnologiyaların alınmasına, təqribən 5,7 faizi yeni məhsulların, xidmətlərin, yeni proseslərin tətbiqi və işlənməsinə, 1,8 faizi texnoloji innovasiyalar ilə əlaqədar proqram vəsaitlərinin alınmasına 0,2 faizi yeni məhsulların buraxılışı üçün istehsal layihələşdirilməsinə, digər istehsala hazırlıq növləri və ya onların istehsalı üzrə yeni xidmətlərin və ya metodların tətbiqinə xərclənmişdir.

Rəqabət qabiliyyətinin artırılması üçün ciddi yeniliklərin yaradılması və tətbiqi böyük həcmlərdə xərclərə başa gəldiyindən belə fəaliyyət əksər müəssisələrin imkanı xaricindədir. Bununla belə, yeniliklərin yardılması və tətbiqi yalnız müəssisələri və sahibkarları narahat edən məsələ deyil. Bu həm də ölkənin dünya təsərrüfatına səmərəli inteqrasiyası və rəqabət üstünlükləri əldə etməsi məsələsidir. Buna görə də, milli iqtisadiyyatın formalaşması və inkişafının indiki mərhələsində dövlət sənaye müəssisələrinin innovasiya fəaliyyətini dəstəkləməli, müxtəlif vasitələrlə stimullaşdırmalı və bunun üçün hər cür şəraiti təmin etməlidir.

Hazırda ölkənin sənaye müəssisələrində texnoloji innovasiyalara çəkilən xərclər onların öz vəsaitləri hesabına maliyyələşdirilir. Belə ki, 2014-ci ildə ölkə sənayesində texnoloji innovasiyalara çəkilən xərclərin 98,1 faizi müəssisələrin öz vəsaitləri hesabına maliyyələşdirilmişdir. 2014-ci ildə sənaye müəssiələrində texnoloji innovasiyalara çəkilən xərclərə dövlət büdcəsindən vəsait xərclənməmişdir.

Hər il Azərbaycan Respublikası Dövlət Statistika Komtəsi ölkədə mövcud olan sənaye müəssisələrində innovasiyalara mane olan amilləri müəyyənləşdirmək üçün sorğu keçirir. Bu sorğu nəticəsində sənaye müəssisələrində innovasiyalara mane olan həlledici amillər kimi təzə məhsullara tədiyyə qabiliyyətli tələbatın aşağı olmasını, dövlət tərəfindən maliyyə yardımının kifayət qədər olmamasını, yeni texnologiyalar haqqında informasiyanın çatışmamasını, riskin yüksək olmasını, müəssisənin innovasiya potensialının aşağı olması, ixtisaslı işçilərin çatışmaması, innovasiya fəaliyyətini tənzimləyən və həvəsləndirən qanunvericilik və normativ-hüquqi sənədlərin olmaması və s. müəyyənləşdirilmişdir (9, s.100-101). Bununla belə, fikrimizcə, ölkədə innovasiya fəallığının aşağı olmasının başlıca səbəbləri həm müəssisələrin, həm onların elmi tədqiqat bölmələrinin, həm elmi-tədqiqat institutlarının, həm də dövlətin, bir sözlə, bütün innovasiya fəaliyyəti subyektlərinin bazar münasibətləri şəraitində işləməyə hazır olmamasıdır. Habelə hüquqi və təşkilati xarakterli problemlər də hələ tam həllini tapmamış, innovasiya infrastrukturu hələ də formalaşdırılmamışdır. Buna görə də, hazırki mərhələdə dövlət özünün innovasiya siyasətində, ilk növbədə, yuxarıda qeyd edilən problemlərin həllinə istiqamətlənmiş tədbirlərə üstünlük verməlidir.

Qeyd olunduğu kimi, müasir dövrdə ölkənin sənaye müəssisələrində innnovasiya fəaliyyətini məhdudulaşdıran əsas amil respublikada bu sahənin kifayyət olan səviyyədə maliyyələşdirmə imkanlarının olmaması ilə bağlıdır. Hazırda respublikamızda dövlət büdcəsində ölkədə birbaşa olaraq innovasiya fəaliyyətinin maliyyələşdirilməsi xərcləri nəzərdə tutulmayıb. Yalnız Dövlət büdcəsinin xərclər hissəsində digər xərclərlə yanaşı elmin inkişafı ilə əlaqədar xərc nəzərdə tutulub ki, bunuda həcimi çox azdır. Belə ki, son illərdə dövlətin elm sahələrinin maliyyələşdirilməsinəçəkdiyi xərclər respublikamızda istehsal olunan ümumi daxili məhsulun təqribən 0,2 faizini təşkil etmişdir. Göründüyü kimi, bu məbləğ elm sahələrinin inkişafı üçün kifayyət deyil. Qeyd olunan göstərici ABŞ, AFR, Yaponiya kimi ölkələrdə 2,8-3,0 faiz intervalındadır.

İnnovasiya proseslərinin sürətlənməsində və bu yolla müəssisələrin bazar müh-itinə uyğunlaşdırılması sahəsində dövlət mühüm rol oynaya bilər. İnkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsi nəticəsində məlum olur ki, bunun üçün ölkəmizdə «Milli innovasi Sistemi»nin (MİS) konsepsiyası hazırlanmalıdır. Bu cür konsepsiyalar bir çox ölkələrdə müxtəlif variantlarda və müxtəlif adlarda həyata keçirilməkdədir. Ümumi halda MİS-nin konsepsiyasında müəssisələrin innovasiya əsasında rəqabətinin təşkil edilməsi, sahibkarlığın elmi əsaslarla idarə olunması və istiqamətləndirilməsi kimi zəmin və şərtlər mühüm yer tutur.

Ümumiyyətlə, Azərbaycanda hələ milli innovasiya sistemi formalaşmamışdır. Belə ki, keçmiş SSRİ-nin tərkibində olarkən elmi-texniki inkişafın normativ-maliyyə tənzimləyicisi rolunu sərt mərkəzləşdirilmiş dövlət plan-bölgü sistemi yerinə yetiridi. Elmi tədqiqatların istiqamətləri, ayrılan vəsaitlərin məbləği mərkəzdə müəyyənləşdirilirdi. Müstəqillik əldə etdikdən sonra isə cəmiyyətdə baş verən hadisələr, sosial-iqtisadi sferadakı böhran prosesləri innovasiya sferasının inkişaf məsələlərinin diqqət mərkəzinə gətirilməsinə imkan verməmişdir. Ölkəmizdə kifayət qədər güclü elmi-texniki baza və yüksək ixtisaslı kadrların olmasına baxmayaraq, mövcud innovasiya potensialı yeniliklərin tətbiqinə və reallaşdırılmasına zəif istiqamətləndirilmişdir. Bu isə ilk növbədə dövlət büdcəsinin maliyyə imkanlarının məhdudluğu, müəssisə və təşkilatların, yenicə formalaşan sahibkarlıq sektorunun vəsaitlərinin çatışmazlığı ilə əlaqədardır.

Qeyd etmək lazımdır ki, sənaye elmi-istehsal və istehsal birliklərinin, o cümlədən ayrı-ayrı müəssisələrin maliyyə vəziyyətinin pisləşməsi onların nəzdində olan elmi-tədqiqat institutlarının və təcrübə-konstruktor bürolarının maliyyələşdirilməsində ciddi çətinliklər yaratmışdır. "Azneftkimyamaş" ASC-də 4 elmi-tədqiqat və təcrübə konstruktor işləri ilə məşğul olan (Azinmaş, AzMTİ (Azərbaycan Maşınqayırma Texnologiya İnistitutu), “Neftmaş Xüsusi Konstruktor Bürosu” (“Neftmaş XKB”) və Azmaşlayihə) törəmə müəssisə mövcuddur.

“Azinmaş” TASC-i 1931-ci ildə təşkil olunmuşdur və bu təşkilat neft sənayesi üçün yeni texnika və avadanlıqların layihələndirilməsini həyata keçirən baza konstruktor müəssisəsidir. Burada yeni məhsul nümunələrinin yaradılması ilə yanaşı, məhsulların standartlar üzrə attestasiyası, habelə təcrübə-sınaq işləri həyata keçirilir. “Azinmaş” TASC-də AZİNMAŞ-80, AZİNMAŞ-100 və AZİNMAŞ-125 tipli səyyar qazma qurğuları layihələndirilmiş və “Baki fəhləsi” maşınqayırma zavodunda istehsalı mənimsənilmişdir. Eləcədə ÇNQ-125x40 və ÇNQ-400x40 tipli nasos qurğuları layihələndirilmişdir. Ilk dəfə olaraq APİ 6A standartlarının tələblərinə uyğun olan yerüstü fontan avadanlığı kompleksi, 700-1000 atm təzyiqə davam gətirən atqıya qarşı avadanlıq (preventor qurğusu) işlənib hazırlanmışdır. Bunlardan başqa, səmt neft qazının yığılması üçün kompressor qurğusu, neft quyularının parafin tıxaclarından təmizlənməsi üçün buxar qurğuları, quyuların təmiri üçün OTR2-80x35 k2 qaldırıcı avadanlıq kompleksi, QVM-90 tipli quyudibi vintvari hidravlik mühərrik nümunəsi yaradılmışdır.

“Azərbaycan Maşınqayırma Texnologiya İnstitutu” TASC-i 1961-ci ildən fəaliyyət göstərir. İnstitut neft-mədən avadanlıqları, maşın və mexanizmlərin, ehtiyat hissələrinin hazırlanmasının və təmiri texnologiyasının işlənməsi, mütərəqqi texnoloji proseslərin tətbiqi, qeyri-standart avadanlıqların layihələndirilməsi və istehsalı üçün elmi-tədqiqat və layihə-texnologiya işlərinin həyata keçirilməsi üzrə ixtisaslaşmışdır. "Azneftkimyamaş" ASC-nin törəmə müəssisələrinin ekoloji və təsərrüfat pasportlarını işləyib hazırlamaqla bərabər, müəssisələrin istehsal güclərinin hesablanmasını da həyata keçirir. İnstitut maşınqayırma müəssisələri ilə yanaşı neftçıxarma və digər sənaye müəssisələrilə də əməkdaşlıq işləri həyata keçirmişdir. Bunlarla yanaşı son dövrlərdə institut Çin Xalq Respublikasının neft şirkətinin sifarişinə uyğun olaraq 2,5 milyon ABŞ dolları dəyərində “Ştanqların YTC tablandırma qurğusunun layihələndirilməsi və istehsalı” layihəsini yerinə yetirməkdədir. Qurğu 2014-cü ildə sifarişçiyə təhvil verilməlidir. İnstitutda mexaniki emal və yığma üzrə təcrübə-sınaq, qaynaq, termiki emal, detalların ovuntu metallurgiyası ilə hazırlanması istehsalat sahələri fəaliyyət göstərir. Bunlarla yanaşı, institutda kimyəvi laboratoriya vardır ki, burada da metalların tərkibi yoxlanılır və onların markası müəyyən edilir. Bu institutda “Abşeron Su” ASC-nin sifarişi ilə diametri 100mm-dən 200mm-dək olan boru kəmərlərində hermetikliyi təmin etmək üçün sıxaclrın, muftaların, adaptorların cizqiləri və texnologiyası işlənərək seryalı istehsalı mənimsənilmişdir. Həmçinin Bakı metropolitenin sifarişi ilə müxtəlif ehtiyat hissələrinin (dişli valların, zəncir təkərlərinin və s.) texnologiyası işlənib və istehsalı mənimsənilib. Bunlarla yanaşı institutda neft və neft məhsulları ilə çirklənmiş torpaqları təmizləmək üçün “Pilot” qurğusu layihələndirilib və hazırlanıb.

“Neftmaş XKB” TASC-i 1966-cı ildən fəaliyyət göstərir. Konstruktor bürosu əsas etibarilə dərinlik nasoslarının konstruksiyalarının işlənməsi ilə məşğuldur. Son dövrlərdə burada yaradılmış təmir sahəsində quyu nasoslarının təmiri və bərpası aparılır və etibarlığının təmin edilməsi üzrə sinaq-təcrübə işləri yerinə yetirilir. Hazırda “Neftmaş XKB” TASC-i aşağıdakı istiqamətlər üzrə avadanlıqların yaradılması üzərində işləyir:



  • quyuların dərinlik nasosu usulu ilə istismarının səmərəliliyini yüksəldən ştanqlı quyu nasosları və digər quyu avadanlıqları;

  • sifarişçinin konkret şərtlərinə cavab verən, xüsusi sxem və tərtibatlar üzrə quraşdırılan qazlift qurğularının yaradılması məsələlərinin həlli də daxil olmaqla, qazlift quyu avadanlıqları;

  • fontan üsulu ilə işləyən neft və qaz quyularının istismarı üçün, o cümlədən idarə olunan və avtomatik kəsici-klapan sistemləri ilə təchiz olunan avadanlıq kompleksləri;

  • neft mədənlərində istifadə olunan bütün üsullarla quyuların eyni zamanda – ayrılıqda istismarı avadanlıqları;

  • lay təzyiqinin saxlanılması və quyudibi zonaya təsir edilməsi üçün avadanlıqlar;

  • müxtəlif icrada pakerlər, quyuiçi klapanlar, kəmərin uzanma və qısalmasını müvazinətləşdirən kompensatorlar və s. daxil olmaqla quyularda tamamlama işlərini yerinə yetirmək üçün geniş spektrli avadanlıqlar;

  • məftillə, trosla işləmək üçün quyu alət və qurğuları, həmçinin quyuların yeraltı və əsaslı təmiri üçün avadanlıq və alətlər.

2004-cü ildən Suraxanı maşınqayırma zavodu “Neftmaş XKB” TASC-nin işləyib hazırladığı texniki sənədlər üzrə APİ (Spec 11 AX) monoqramı ilə ştanqlı quyu nasoslarının istehsalına başlamışdır. Büroda yaradılan avadanlıqların əsas sifarişçiləri Qərbi Sibirin, Qərbi Qazaxstanın, Orenburqun, Urenqoyun, Volqaboyunun, Başqırdıstanın, Tatarıstanın, Türkmənistanın, Özbəkistanın və Ukraynanın neftqazçıxarma müəssisələri olmuşdur.

“Neftmaş XKB” TASC-nin sınaq poliqonu Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət agentliyinin vəkalətnaməsini – şəhadətnaməsini alaraq “Sınaq mərkəzi” statusunu almışdır.

“Azərbaycan Dövlət maşlayihə İnstitutu” TASC yeni obyektlərin layihələndirilməsi, fəaliyyətdə olan müəssisələrin texniki cəhətdən yenidən qurulması və təchiz olunması üzrə ixtisaslaşmışdır. "Azneftkimyamaş" ASC-yə daxil olan bir sıra müəssisələrinin köçürülməsi və yenidən qurulması institutun layihələri üzrə həyata keçirilmişdir. İnstitutun yerinə yetirdiyi işlərdən Qazax rayonunda sement zavodunun tikilməsi layihəsini, “Baku Steel Company” MMC-nin yenidənqurulması və yeni istehsalat sexlərinin layihələndirilməsini, “Akkord” MMC-nin irimiqyaslı layihələri üzrə sifarişləri, “İnteqralass” MMC şüşə emalı zavodunun layihələndirilməsini göstərmək olar. Cəmiyyətin tərkibində həm respublikamızın neft maşınqayırma, həm də digər maşınqayırma müəssisələri üçün beynəlxalq standartlara cavab verən bütün peşələr üzrə yüksək ixtisaslı fəhlə və mühəndis-texniki işçilərin hazırlanması və ixtisaslarının artırılması üçün müasir tədris avadanlıqları ilə təchiz olunmuş, beynəlxalq “İSO” standartı ilə sertifikatlaşdırılmış “Tədris mərkəzi” fəaliyyət göstərir.

Son illərdə ölkə sənayesində, o cümlədən "Azneftkimyamaş" ASC-də baş vermiş dəyişikliklər innovasiya sferasının keyfiyyət səviyyəsinə də ciddi təsir göstərməmişdir. Belə ki, elmi tədqiqat və təcrübə-konstruktor işlərinin səmərəliliyi işçi heyətinin (tədqiqatçı-konstruktorların) ixtisas səviyyəsindən, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin səmərəli idarə edilməsindən, bu işləri həyata keçirən təşkilatın beynəlxalq elmi və innovasiya mübadiləsində iştirakından asılıdır. Son dövrlərdə "Azneftkimyamaş" ASC-in tərkibində olan və elmi-tədqiqat və təcrübə konstruktor işləri ilə məşğul olan törəmə müəssisələrdə işçilərin sayı dəfələrlə azalmışdır. Beləki,son 5 ildə işçilərin sayı ümumilikdə 4 müəssisədə 2,6 dəfə, AzİNMAŞ-da təqribən 4,1 dəfə, Azərbaycan Maşınqayırma Texnologiya İnistitutunda 1,9 dəfə, “NeftmaşXKB”-də 2,3 dəfə azalmışdır. Bunlardan fərqli olaraq Azmaşlayihədə isə həmin dövr ərzində işçilərin sayı təqribən 3 dəfə artmışdır. Bu törəmə müəssisələrdə işçilərin sayının azalmasının başlıca səbəbi işçlərə ödənilən orta aylıq əmək haqqının səviyyəsinin az olmasıdır. 2014-ci ildə Azmaşlayihədə işçilərə ödənilən orta aylıq əmək digər üç müəssisələrdəkindən 1,2 dəfədən çoxdur. Bununla yanaşı orta aylıq əmək haqqı 2000-ci ilə nisbətən 2014-ci ildə AzİNMAŞ-da 3,8 dəfə, Azərbaycan Maşınqayırma Texnologiya İnistitutunda 4,2 dəfə, “Neftmaş XKB” da 4,4 dəfə artdığı halda, Azmaşlayihədə 8,1 dəfə artmışdır.

"Azneftkimyamaş" ASC-in tərkibində olan və elmi-tədqiqat və təcrübə konstruktor işləri ilə məşğul olan törəmə müəssisələrin maliyyə vəziyyəti gərgin olaraq qalmaqdadır. Belə ki, həmin müəssisələrin 01.01.2014-ci il tarixə debitor borclarının məbləği 664,4 min manata, kreditor borclarının məbləği isə 1275,5 min manata bərabər olmuşdur. Göründüyü kimi, müəssisənin kreditor borcları onun debitor borclarından təqribən 1,9 dəfə çoxdur. Bu isə müəssisələrin fəaliyyətinə mənfi təsir göstərir. Fikirmizcə, müəssisələrin borclarının restrukturizasiyası zəruridir və bu sahədə maşınqayırma müəssisələrinə dövlət dəstəyi lazımdır.

Bütün bu çətinliklərə baxmyaraq “Azərneftkimyamaş” ASC-də texniki və texnoloji siyasəti həyata keçirmək məqsədilə yeni məhsulların mənimsənilməsi, yeni texnika və texnologiyanın tətbiqi sahəsində xeyli iş görülmüşdür. Yeni yaradılan neft-qaz mədən avadanlıqlarının layihə işləri, sınaq nümunələrinin hazırlanması və sınağı keçirilmişdir. Cəmiyyətin texniki siyasətinin əsas hissəsi olan “Yeni Texnika və Texnologiya Proqramı” çərçivəsində xeyli işlər görülmüşdür.

Qeyd olunduğu kimi, həyata keçirilən tədbirlər nəticəsində son dövrlərdə “Azərneftkimyamaş” ASC-nin törəmə müəssisələrinin bəzilərində yeni məhsul mənimsənilməsinə nail olunmuşdur. Belə müəssisələrindən biri də B.Sərdarov adına maşınqayırma zavodudur. Müəssisədə istehsal olunan yeni məhsullar müxtəlif təyinatlıdır. Bunlardan mədən quyularının möhkəmləndirilməsi və quyu divarlarının dağılmasının qarşısını almaq üçün istifadə olunan üçbucaq və trapesiya şəkilli yivləri olmaqla müxtəlif tip ölçülərdə buraxılan «Qoruyucu və nasos-kompressor boruları», neft və qaz quyularının qazılması zamanı gilli məhlulun qazılmış süxurlardan təmizlənməsi üçün «VS-1» tipli titrəyən ələk, «DİLİBOZ +» tipli avtomobil yarımqoşqusu, daş karxanalarında QOST 4001-84 üzrə, divar daşları mişarlanması üçün nəzərdə tutulmuş «DKM-190/240 x 188-3» tipli daşkəsən maşın, daş karxanalarında dağ süxurlarından divar daşlarının kəsilməsi üçün nəzərdə tutulmuş «ZM 406/410-2» tipli zolaq açan maşın, «tikinti-quraşdırma yük qaldırıcı səbət», tikinti sektorunda daha çox istifadə olunan fasad və daxili tamamlama işlərinin yerinə yetirilməsi üçün tez yığılıb sökülən «Müvəqqəti qurğular», yüksək komfortlu «Vaqon-ev» kimi məhsulları qeyd etmək olar.

Son dövrlərdə “Bakı fəhləsi”maşınqayırma zavodunda da yeni məhsul istehsa-lına nail olunmuşdur. Bu məhsullara 1600 m dərinliyə qədər neft və qaz quyularında cari və əsaslı təmir və eləcə də qazma işlərinin görülməsi üçün nəzərdə tutulan «QK-60 BF/QK-80 BF» markalı qazma qurğusu, qüllələrlə təmin olunmamış quyularda, nasos ştanqlarını, nasos kompressor borularını bağlamaq və açmaq üçün nəzərdə tutulmuş «Qaldırıcı qurğusu Azinmaş – 37 BF», yük qaldırma qabliyyəti 16,25 və 28 ton olan, həm neft-qaz sənayesi və həm də meşə sənayesi kompleksləri üçün nəzərdə tutulan KrAZ, KaMAZ və MAZ şassisi üzərində quraşdırılmış «Avtokranlar», səyyar təmir qurğusu olan «Avtoemalatxana», «Elektrik qaldırıcısı EQ-30», «Mobil kompleks» lərini misal göstərmək olar. Onu da qeyd etmək lazımdır ki, həm B.Sərdarov adına və həm də “Bakı fəhləsi” maşınqayırma zavodlarında istehsal olunan yeni məhsullar təkcə yalnız yerli bazarlarda realizə olunmur, həm də bir çox MDB ölkələrinə ixrac olunur.

Son illərdə Yaponiya hökumətinin ayırdığı qrant hesabına "Azneftkimyamaş" ASC-in istehsal etdiyi bir çox məhsullar Amerika Neft İnstitutunun (APİ) standartları və İSO-9001 beynəlxalq sistemi üzrə sertifikatlaşdırılmış və onların beynəlxalq standartlara uyğun olmasını təsdiq edən APİ və İSO-9001 sertifikatları alınmışdır. Bəzi müəssisələrdə istehsal olunan məhsulların keyfiyyətini yüksəltmək məqsədilə İSO-9001 standartlarına uyğun "Keyfiyyət Təminatı" sisteminin tətbiqinə başlanmışdır. Səhmdar cəmiyyətin istehsal etdiyi fontan armaturu, kalon başlığı, nasos ştanqları, preventor qurğuları, quyu təmiri üçün qaldırıcı qurğuları, dərinlik quyu nasosları, yuyucu qurğuları, qazma boruları üçün qıfılları, mancanaq dəzgahları, reduktorları, fəvvarə siyirtmələri və s. əsas növ məhsulları beynəlxalq standartlara uyğunlaşdırılmış və sertifikatlaşdırılmışdır. Bu tədbirlərin həyata keçirilməsi məqsədilə Yaponiya tərəfindən “Azərneftkimyamaş” ASC-nə lazımi məlumatlar, müəyyən adda texnoloji, metroloji (test) avadanlıqlar və müvafiq proqramlarla təchiz edilmiş kompüter texnikası verilmişdir.

Son illərdə "Azneftkimyamaş" ASC-də kadrların ixtisas səviyyələrini yeni standartlara müvafiq məhsullar istehsalına cavab verən səviyyəyə çatdırmaq məqsədilə bir sıra tədbirlər görülmüşdir. Belə ki, səhmdar cəmiyyətində bu məqsədlə Yaponiya hökumətinin yuxarıda qeyd edilən qrantı hesabına "Azneftkimyamaş treninq mərkəzi" yaradılmışdır. "Azneftkimyamaş treninq mərkəzi" səhmdar cəmiyyətin törəmə müəssisələri üçün kadrların hazırlanması, "Keyfiyyətin menecmenti" sisteminin öyrənilməsi, istehsal olunan avadanlığın beynəlxalq standartlar səviyyəsinə çatdırılması metodikalarını işləmək və tətbiq etmək məqsədilə təşkil olunmuşdur. "Keyfiyyətin menecmenti" sisteminin tətbiqi istiqamətində səhmdar cəmiyyətin 6 törəmə müəssisəsində sənədləşdirmə prosesi başa çatdırılmışdır. Eyni zamanda, Yaponiya ekspertləri səhmdar cəmiyyətin törəmə müəssisələrində işləyən mütəxəssislərlə seminarlar keçmiş və hazırda 118 işçiyə icra etdikləri ixtisaslar üzrə müvafiq sertifikatlar vermişlər.

"Azneftkimyamaş" ASC-nin tərkibində olan bu 4 elmi-tədqiqat və layihə institutların məlumatların təhlilindən məlum olur ki, onların vaxtı ilə çox güclü innovasiya potensialı mövcud olub. Lakin, həyata keçirilən tədbirlərə baxmayaraq “Azneftkimyamaş” ASC-də innovasiya potensialının müasir vəziyyəti törəmə müəssisələrdə innovasiya prosesini həyata keçirməyə imkan vermir. Qeyd olunan institutların fəaliyyətini gücləndirmək üçün lik əvvəl dəqiq marketinq araşdırmaları aparılmalı və yeni bazarlar tapılmalı, onların fəaliyyətlərini bazarların tələblərinə uyğunlaşdırılmalıdır.

Fikirmizcə, hökumət bu elmi-tədqiqat və layihə institutlarının həm “Azneftkimyamaş” ASC-nin istehsal müəssisələrinin və həm də ölkə iqtisadiyyatının digər sahələrinin inkişafındakı rolunu nəzərə alaraq onların səmərəli fəaliyyət göstərməsi üçün qısa zaman ərzində yeni tədbirlər planı işlənib hazırlanması və reallaşmasına nail olmalıdır.



Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə