İxtisasın şifri və adı



Yüklə 1,25 Mb.
səhifə8/9
tarix11.04.2018
ölçüsü1,25 Mb.
#36942
1   2   3   4   5   6   7   8   9

Sənaye müəssisələrində o cümlədən, neft avadanlıqlarının istehsalı üzrə ixtisaslaşdırılmış maşınqayırma müəssisələrində ictehsal potensalından istifadənin yaxşılaşdırılması yollarından biri də restrukturizasiyanın xüsusilədə, təşkilati restrukturizasiyanın həyata keçirilməsidir. Fikirimizcə, "Azneftkimyamaş" ASC-də təşkilati restrukturizasiyanın həyata keçirilməsinə ehtiyac vardır. Müəssisə, onun qarşısında duran məqsədlərin yerinə yetirilməsini təmin edən təşkilati struktura malik olmalıdır. Belə təşkilati struktur, ilk növbədə, müəssisənin strateji planlarına əsaslanmalıdır. Bu baxımdan, müəssisənin inkişaf strategiyası onun təşkilati strukturunu müəyyən edir. Müəssisənin təşkilati strukturu onun strategiyasını həyata keçirməyə imkan verməlidir. "Azneftkimyamaş" ASC-nin idarəetmə strukturu aşağıdakı şəkildə verilmişdir (şəkil 3.3). İdarə heyətinin sədri

Sədrin müavini


Sədrin müavini
Tədris mərkəzi
Texniki inkişaf şöbəsi
Marketinq və istehsalın təşkili şöbəsi
Maliyyə-mühasibat şöbəsi
Kadrlar və kargüzarlıq şöbəsi
Törəmə səhmdar cəmiyyətlər
Müşahidə Şurası

Şəkil 3.3. “Azneftkimyamaş” ASC-nin idarəetmə strukturu

Şəkil 3.3 -dən göründüyü kimi, səhmdar cəmiyyətin mərkəzi aparatının strukturu 10 müəssisəni və 4 elmi-tədqiqat və təcrübə-konstruktor institutunun idarə olunması üçün kifayət deyildir. Qeyri-mərkəzləşdirilmiş idarəetməyə əsaslanan səhmdar cəmiyyətində maddi-texniki təhcizat və hazır məhsulun satışı törəmə müəssisələr tərəfindən həyata keçirilir. Fikirimizcə, bunları nəzərə alaraq "Azneftkimyamaş" ASC-də ayrı-ayrı fəaliyyət növlərinin (marketinq, maliyyə, təchizat, satış və s.) mərkəzləşdirilməsinin optimal səviyyəsinin müəyyən olunması, ayrı-ayrı bölmələrin bir-biri ilə dəqiq qarşılıqlı münasibətlərinin (əlaqələrinin) yaradılması, bir-birini təkrar edən funksiyaları həyata keçirən bölmələrin ləğv edilməsi, ayrı-ayrı bölmə daxilində vəzifələrin dəqiq müəyyənləşdirilməsi vacibdir. Bu baxımdan, səhmdar cəmiyyətin törəmə müəssisələrinin maddi-texniki təchizat və satış, marketinq tədqiqatlarının, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin mərkəzləşdirilməsinə ehtiyac vardır. Çünki törəmə müəssisələrin istehsal güclərinin kəskin şəkildə aşağı düşməsi məhsul vahidinə düşən maddi-texniki təchizat və satış xərclərinin artmasına gətirib çıxarır. Bu baxımdan, ayrı-ayrı müəssisələrin aldıqları müəyyən xammal və materialların bir yerdən və iri partiyalarla alınması bununla əlaqədar xərclərin aşağı düşməsinə imkan verər və istehsal edilən məhsulların rəqabət qabiliyyətinin artmasına gətirib çıxarar.

Aparılmış araşdırmalardan məlum olur ki, "Azneftkimyamaş" ASC-in tərkibində olan törəmə müəssisələrdə istehsal potensialından səmərəli istifadə olunmaması həmin müəssisələrdə təşkilati resturukturizasiyanın həyata keçirilməsini zəruri edir.



NƏTİCƏ

Azərbaycanın maşınqayırma müəssisələrində istehsal potensialından istifadənin səmərəliliyinin yüksəldilməsinin kompleks tədqiqi əsasında dissertasiya işində bir sıra nəticə və təkliflər irəli sürülür. Bunlar aşağıdakılardan ibarətdir:

1. Müasir şəraitdə təsərrüfat subyektlərinin (müəssisələrin) səmərəli fəaliyyəti onların malik olduğu imkanlardan – potensialdan nə dərəcədə səmərəli istifadə olunmasından birbaşa aslıdır. Müəssisənin istehsal potensialı yaradıcı fəaliyyətlə məşğul olmaq üçün, müəssisənin rəqabətqabiliyyətliyinin inkişafını və istehsalın strateji və cari məqsədlərinin yerinə yetirilməsini təmin edən və müəssisənin sərancamında olan bütün resursların məcmusudur. Bu resursların kəmiyyət və keyfiyyət parametrləri, həmçinin onların inteqrasiyası müəssisələrin istehsal imkanını müəyyən edir.

2. "Azneftkimyamaş" ASC-də istehsal əsas fondlarının mövcud vəziyyətinin təhlili göstərir ki, səhmdar cəmiyyətin müəssisələrinin avadanlıq parkının 80 faizindən çoxunu yaşı 25 ildən artıq olan maşın və avadanlıqlar təşkil edir. Neft maşınqayırması müəssisələrinin 2013-cü ilin əvvəlinə olan məlumata görə məcmu dəyəri 56,37 milyon manat olan əsas istehsal fondlarının böyük hissəsi fiziki və mənəvi cəhətdən aşınmış, 30-35 faizi isə yararsız hala düşmüşdür.

"Azneftkimyamaş" ASC-nin müəssisələrində təzələnmə və sıradançıxma əmsalı dəyişkən olmuşdur.

Əsas fondların sıradan çıxma əmsalı göstəricisi təzələnmə əmsalınından fərqli olaraq «Azneftkimyamaş» ASC-nin törəmə müəssisələrinin əksəriyyətində artmışdır.



Son illərdə "Azneftkimyamaş" ASC özünün potensialını itrməkdədir. İstehsal əsas fondları mənəvi və fiziki cəhətdən əhəmiyyətli dərəcədə aşınmış və onların səmərəli istifadə imkanları məhduddur. Cəmiyətə daxil olan müəssisələrin daxili imkanları hesabına mövcud vəziyyətdən çıxmaq və inkişafa nail olmaları qeyri - mümkündür və əlavə investisiyaya ehtiyac vardır.

3.Maşınqayırma müəssisələrində istehsal potensialını inkişaf etdirmək üçün, bu sahəyə investisiya qoyuluşlarını həyata keçirmək məqsədilə, dövlət tərəfindən aşağıdakı tədbirlərin həyata keçirilməsi zəruridir:

- maşınqayırma sənayesini əhatə edəcək investisiya proqramının işlənib hazırlanması və həyata keçirilməsi;


  • maşınqayırma müəssisələrinə daxili və xarici investisyaları cəlb etmək məqsədilə bu sahəyə investisiya qoyuluşu həyata keçirən investorlara vergi güzəştlərinin verilməsi;

  • müəssisələrin investisiya fəallığını gücləndirmək üçün renovasiyaya ayrılan amortizasiya ödəmələri və yığıma yönəldilən dividentlər üzrə vergi güzəştlərinin və s. güzəştlərin tətbiq edilməsi;

  • qeyri-neft sektoruna investisiya qoyuluşlarına dövlət təminatının verilməsi qaydalarının hüquqi bazasının təkmilləşdirilməsi;

  • maşınqayırma müəssisələrinə xarici investorları cəlb etməklə müştərək müəs-sisələr yaratmağa, onların vəsaiti hesabına yeni texnika və texnologiyanı tətbiq etməklə, istehsal olunan məhsulun rəqabətə davamlılığını yüksəltmək zərurəti ön plana çəkilməlidir.

Müəssisələrdə amortizasiya ayırmalarının investisiya fəaliyyətinin maliyyələş-dirilməsinin əsas mənbələrindən biri olduğunu nəzərə alaraq sənaye müəssisələrində, xüsusilə maşınqayırma müəssisələrində səmərəli amortizasiya siyasəti işlənib hazırlanması məqsədəuyğundur.

4. "Azneftkimyamaş" ASC-də idarəetmənin formal qurumlarının və bu qurumların bir-birinə nəzarət sisteminin yaradılmasına ehtiyac var. "Azneftkimyamaş" ASC səhmdar cəmiyyət kimi, idarə heyətindən, müşahidə şurasından başqa, nəzarət-təftiş komissiyasına da malik olmalıdır. Müasir dövrdə müəssisələrin istehsal-təsərrüfat fəaliyyətinin idarə olunmasında mütərəqqi təcrübədən istifadə olunması zəruridir. Belə ki, müəssisə öz missiyasını dəqiq müəyyən etməli, müəssisənin rəhbərliyi öz strategiyasını işləyib hazırlamalıdır. Hazırkı dövrdə strateji planlaşdırma ön plana çıxır və sahibkarlıq subyektinin fəaliyyətini müəyyən edir. Strategiyanın işlənib hazırlanmasında buraxılmış səhvlər sonradan müəssisənin fəaliyyətinə ciddi şəkildə ziyan vurur.

5. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin apardığı tədqiqata əsasən, sənaye müəssisələri innovasiyalara mane olan həlledici amillər kimi yeni məhsullara tədiyyə qabiliyyətli tələbatın aşağı olmasını, dövlət tərəfindən maliyyə yardımının kifayət qədər olmamasını, yeni texnologiyalar haqqında informasiyanın çatışmamasını, riskin yüksək olmasını və s. göstərmişdir. Buna görə də, hazırki mərhələdə dövlət innovasiya siyasətinin əsas istiqamətlərinə aşağıdakıları aid etmək olar:


  • innovasiya fəaliyyəti, onun stimullaşdırılması mexanizmləri, institusional dəyişikliklər sistemi, innovasiya sferasında intellektual mülkiyyətin qorunması və onun təsərrüfat dövriyyəsinə cəlb edilməsinin normativ-hüquqi təminatının işlənib hazırlanması və təkmilləşdirilməsi;

  • innovasiya fəaliyyətinin, istehsalın inkişafının, elmtutumlu məhsulun rəqabət qabiliyyətliliyinin və ixracının yüksəldilməsinin kompleks dəstəklənməsi sisteminin yaradılması;

  • innovasiya prosesinin infrastrukturunun inkişafı: informasiya təminatı sistemi; ekspertiza sistemi; maliyyə-iqtisadi sistem; istehsal-texnoloji yardım; sertifikatlaşdırma və işləmələrin hərəkəti sistemi; kadrların hazırlanması və yenidən hazırlanması sistemi və s.-nin yaradılması və inkişaf etdirilməsi;

  • xüsusilə əlverişli şərtlər təmin etməklə kiçik innovasiya sahibkarlığının inkişaf etdirilməsi;

  • innovasiya layihələri və proqramlarının seçilməsinin müsabiqə sisteminin işlənib hazırlanması və təkmilləşdirilməsi;

  • iqtisadiyyatın bu və ya digər sahəsində ciddi dəyişikliklərə imkan verəcək kritik texnologiyaların reallaşdırılması.

6. Maşınqayırma müəssisələrində istehsal potensialının idarə edilməsinin təkmilləşdirilməsi mexanizminin əsasını aşağıdakı tədbirlər təşkil etməlidir:

6.1. İstehsal olunmuş məhsulun bazar konyukturasının təhlili – o, müəssisədə təsərrüfat müqaviləsi üzrə istehsal olunan sahə təyinatlı əsas əmtəə və bütün əlavə məhsulların bazar konyukturunun inkişafını qiymətləndirməyə imkan verir;

6.2. Müəssisənin ümumi inkişaf strategiyasının müəyyən edilməsi. O, müəssisənin ali məqsədlərinə nail olmanın konkretləşdirilmiş müxtəlif istiqamət və yollarının əsas elementlərini; baxılan strateci dövrün əsaslandırılmasını; müəssisənin baş inkişaf məqsədlərinin müəyyənləşdirilməsini; lokal məqsədlərin müəyyənləşdirilməsini də bu özündə birləşdirir.

6.3. Müəssisənin istehsal potensialının kompleks qiymətləndirilməsi, eyni zamanda əmək potensialı, texniki potensial, istehsal gücü və onlardan səmərəli istifadə;

6.4. Müəssisənin istehsal potensialı sahəsində ümumi strategiyasının müəyyənləşdirilməsi. Bu strategiya müəssisənin ümumi inkişaf strategiyasına nisbətdə ikinci dərəcəli əhəmiyyət daşıyır, lakin hər iki strategiyanın məqsəd və vəzifələri dəqiqləşdirilməlidir;

6.5. Müəssisənin ümumi strategiyası ilə istehsal potensialı sahəsindəki strategiyanın məqsəd və vəzifələrinin uyğunlaşdırılması. Bu zaman uyğunlaşdırmanı müəssisənin inkişafının qlobal perspektiv iqtisadi məqsədini nəzərə almaqla həyata keçirmək məqsədəuyğundur. Bunun üçün imkan, məhdudiyyət, müddət və ya digər meyar nöqteyi-nəzərindən istehsal potensialının artırılmasının strateji alternativlərinə baxılır. Strateji seçim xüsusilə həlledici mərhələlərdən biri hesab edilir, belə ki, onun əsasında müəssisənin inkişafının iqtisadi məqsədlərini həyata keçirən real strateji plan hazırlanır.

6.6. İstehsal potensialının korrektəsinin seçilmiş istiqamətinin nəzərə alınması ilə müəssisənin inkişafının strateji planının hazırlanması;

6.7. Müəssisənin planlarının reallaşdırılması – ona istehsal potensialı dəyişikliklər sahəsində maliyyə təsərrüfat fəaliyyətinin və tədbirlərin nəticəsi əsasında strateji, cari və operativ planlaşdırmanın səmərəliliyi haqqında müəyyən nəticələr əldə etməyə imkan verir;

6.8. Müəssisənin və onun istehsal potensialının ümumi inkişaf strategiyalarının məqsəd və vəzifələrinin yerinə yetirilməsinin təhlili. Bu zaman yerinə yetirilmiş planların nəticələri əsasında əks əlaqəni izləmək lazımdır: müəssisənin istehsal potensialının dəyişməsi, o cümlədən əmək, texniki və istehsal gücü onun istifadəsi ümumi strategiyanın həyata keçirilməsinin səmərəliliyinə təsir göstərir.

7. Müasir şəraitdə maşınqayırma müəssisələrində əmək resurslarından istifadənin səviyyəsini yaxşılaşdırmaq üçün aşağıdakı mühüm vəzifələrin yerinə yetirilməsi zəruridir:



  • müəssisənin idarə edilməsinin və onun təşkilati strukturunun təkmilləşdirilməsi;

  • bazar şəraitində səmərəli idarə etmə qabiliyyəti;

  • müəssisədə əlverişli sosial pisxoloji mühitin yaradılması;

  • əməyin motivasiyasının təkmilləşdirilməsi;

  • korporativ strukturun yaradılması;

8. Müəssisənin ərazisində (sahəsində) sex və istehsal sahələri nə qədər düzgün yerləşdirilmiş olarsa, bir o qədər də eyni ehtiyatlardan daha çox nəticələr əldə etmək üçün əlverişli şərait yaranmış olar. Deməli, hər bir sex və istehsal sahəsini təşkil edərkən yalnız onların sayının və tərkibinin düzgün müəyyən edilməsi deyil, həmçinin onların məqsədəuyğun yerləşdirilməsinin təmin olunması mühüm əhəmiyyət kəsb edir.

9. "Azneftkimyamaş" ASC-də təşkilati restrukturizasiyanın həyata keçirilməsinə ehtiyac vardır. Müəssisə, onun qarşısında duran məqsədlərin yerinə yetirilməsini təmin edən təşkilati struktura malik olmalıdır. Belə təşkilati struktur, ilk növbədə, müəssisənin strateji planlarına əsaslanmalıdır. Bu baxımdan, müəssisənin inkişaf strategiyası onun təşkilati strukturunu müəyyən edir. Müəssisənin təşkilati strukturu onun strategiyasını həyata keçirməyə imkan verməlidir. Qeyri-mərkəzləşdirilmiş idarəetməyə əsaslanan səhmdar cəmiyyətində maddi-texniki təhcizat və hazır məhsulun satışı törəmə müəssisələr tərəfindən həyata keçirilir. Fikirimizcə, bunları nəzərə alaraq "Azneftkimyamaş" ASC-də ayrı-ayrı fəaliyyət növlərinin (marketinq, maliyyə, təchizat, satış və s.) mərkəzləşdirilməsinin optimal səviyyəsinin müəyyən olunması, ayrı-ayrı bölmələrin bir-biri ilə dəqiq qarşılıqlı münasibətlərinin yaradılması, bir-birini təkrar edən funksiyaları həyata keçirən bölmələrin ləğv edilməsi, ayrı-ayrı bölmə daxilində vəzifələrin dəqiq müəyyənləşdirilməsi vacibdir. Bu baxımdan, səhmdar cəmiyyətin törəmə müəssisələrinin maddi-texniki təchizat və satış, marketinq tədqiqatlarının, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin mərkəzləşdirilməsinə ehtiyac vardır.

10. Fikirmizcə, hökumət “Azneftkimyamaş” ASC-nin tərkibində olan 4 elmi-tədqiqat və layihə institutlarının həm səhmdar cəmiyyətin törəmə istehsal müəssisələrinin və həm də ölkə iqtisadiyyatının digər sahələrinin inkişafındakı rolunu nəzərə alaraq onların səmərəli fəaliyyət göstərməsi üçün qısa zaman ərzində yeni tədbirlər planı işlənib hazırlanması və reallaşmasına nail olmalıdır.

Tədbirlər planda aşağıdakların nəzərə alınması məqsədəuyğun hesab edirik:


  • dövlət vəsaiti hesabına həmin müəssisələrin maddi-texniki bazasının yenidən qurulması;

  • müəssisələrin kreditor borclarının həllində dövlət dəstəyinin təmin edilməsi;

  • yüksək ixtisaslı kadr potensialının formalaşdırılmasına nail olmaq;

  • bu institutlarla birlikdə texnoparkların yaradılması.

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT



  1. 1995-1998-ci illərdə Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı.

  2. Alıyev İ.H., İbadov S.A.. Azərbaycan iqtisadiyyatı. Bakı: 1998, 400 s.

  3. Atakişiyev M.C. Qazmada istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsi problemləri. Bakı, «Elm», 1998.

  4. Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı, 16 may 2000-ci il.

  5. Azərbaycan Respublikasının Vergi Məcəlləsi. Bakı, «Hüquq ədəbiyyatı» nəşriyyatı, 2008.

  6. "Azərbaycan Respublikasında maşınqayırma sənayesinin 2002-2005-ci illərdə İnkişaf Proqramı", Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 oktyabr 2002-ci il tarixli 218s №-li sərəncamı.

  7. Azərbaycan Respublikasında iqtisadi islahatlar: ilkin nəticələr, problemlər və perspektivlər. Beynəlxalq elmi-praktiki konfransın materialları, Bakı: 2003, 372 s.

  8. Azərbaycan rəqəmlərdə 2014. Statistik məcmuə. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, Bakı, 2014, 278 s.

  9. Azərbaycan sənayesi 2014. Statistik məcmuə. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, Bakı, 2014, 334 s.

  10. Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi xüsusiyyətləri və problemləri. İqtisadi İslahatlar Mərkəzinin elmi əsərlər toplusu, III buraxılış, Bakı: 2002, 263 s.

  11. Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi xüsusiyyətləri və problemləri. İqtisadi İslahatlar Mərkəzinin elmi əsərlər toplusu, IV buraxılış, Bakı: 2004. 298 s.

  12. Azərbaycanın statistik göstəriciləri 2014. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Bakı, 2014. 804 s.

  13. Əhmədov B.S. Sənaye müəssisələrində korporativ idlarəetmənin təşəkülü xüsusiyyətləri. Korporativ idarəetmə ijmalı. Beynəlxalq Maliyyə Korporasiyasının rüblük bülleteni, 4-cü buraxılış (okty abr 2005- yanvar 2006), s.4-5.

  14. "İnvestisiya fəaliyyəti haqqında" Azərbaycan Respublikası qanunu, 13 yanvar 1995-ci il.

  15. Həsənov R.T. Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının bazar modelinin yaradılmasının konseptual əsasları, Bakı, Elm, 1998, 343 s.

  16. Hüseynov T.Ə. Sənayenin iqtisadiyyatı. Bakı: Azərnəşr, 2000, 667 s.

  17. Hüseynov T.Ə. Müəssisənin iqtisadiyyatı. Bakı: ”Səda” nəşriyyatı, 2005, 560 s.

  18. Hüseynov T.Ə. Firmanın iqtisadiyyatı. Bakı, 586 s.

  19. "Xarici investisiyaların qorunması haqqında" Azərbaycan Respublikası qanunu, 15 yanvar 1992-ci il.

  20. Mehtiyev A.S., Nuriyev M. və İbadoğlu Q. “Azərbaycanda korporativ idarəetmə” mövzusunda beynəlxalq konfransda məruzə. “Ekspert” iqtisad jurnalı (xüsusi buraxılış), № 4 (32), 2005, səh. 7-31

  21. Mehtiyev A.S. Dövlət innovasiya siyasətinin məzmunu və istiqamətləri – Sosial bilgilər. 2002, № 3, s. 12-24.

  22. Nuriyev Ə.X. Azərbaycanın açıq iqtisadiyyata keçməsi problemləri //AMEA-nın xəbərləri. İqtisadiyyat seriyası, 1998, №3, s.35-45.

  23. «Respublika» qəzeti. 05 dekabr 2006-cı il.

  24. «Respublika» qəzeti. 26 aprel 2008-ci il.

  25. Sadıqov K.F. Milli iqtisadiyyatın dövlət tənzimlənməsinin konseptual əsasları. Bakı: Azərnəşr, 1999, 72 s.

  26. Sadıqov M.M. Maliyyə potensialının formalaşmasında dövlətin borc siyasətinin əsas istiqamətlərinin müəyyən edilməsi problemləri. Bakı: Ünsiyyət, 80 s.

  27. "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası qanunu, 26 dekabr 1992-ci il.

  28. Səbzəliyev S.M. Mühasibat (maliyyə) hesabatı, Bakı, XKV və poliqrafiya, 2003. 75, s. 495

  29. N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. Harvard Universiteti. İngiliscədən tərcümə. Bakı, 2008. 836 səh., səh. 10

  30. Абалкин Л.И. Диалектика социалистической экономики. М.: Мысль, 1981

  31. Адам Смит. Исследование о природе и причинах богатства народов. М.: Наука, 1962, 784 с.

  32. Авдеенко В.Н., Котлов В.А. Производственный потенциал промышленного предприятия. М.: «Экономика», 1989, 240 c.

  33. Алиев Б.Х. Промышленная политика и экономика. М.: Экономика, 2000, 103 с.

  34. Амезаев Т., Турчанин Г. Оценка производственного потенциала угольной промышленности Украины//Уголь Украины. - 2002. - №2-3. - С.6-9.

  35. Анчишкин А.И., Прогнозирование роста социалистической экономики. М.: «Экономика», 1973.

  36. Архипов В. М. Проектирование производственного потенциала объединений (теоретические аспекты). Л.: Издательство ЛГУ, 1984.

  37. Атакишиев М.Дж. Г.С.Сулейманов. Концепция стратегического управления промышленностью нефтянного машиностоения. Баку: Елм, 2002, 88 с.

  38. Бекетов Н. Государственная политика инноваций. Экономист, 2004, № 9, с. 64-71.

  39. Белова С. Производственный потенциал развитого социалистического общества // Экон. науки. 1983. № 1

  40. Березной А.В. и др. Производственный процесс выходит за национальные границы. М.: Наука, 1991, 195 с.

  41. Ван Хорн Дж. К. Основы управления финансами. М.: Финансы и статистика, 1997, 800 с.

  42. Волков О.И., Егоров А.Ю. Системный подход к управлению производственным потенциалом/ Повышение эффективности его использования производственного потенциала промышленности: Межвузовский сборник. – М.: МИНХ им. Г.В. Плеханова, 1989. - с. 3-10.

  43. Гаджиев Ш. Азербайджан на пути к мировому сообществу: стратегия внешнеэкономического развития. Киев: Экспресс-обява, 2001, 503 с.

  44. Гладышевский А.И. Производственный аппарат России: основные характеристики и перспективы использования. Проблемы прогнозирования. 2002. № 1. С. 77.

  45. Гладышевский А.И. “Формирование производственного потенциала: анализ и прогнозирование”. – М.: Наука, 1992

  46. Горбунов Э. Экономический потенциал развитого социализма. // Вопросы экономики. – 1981. № 9.

  47. Горемыкин В.А., Нестерова Н.В. Стратегия развития предприятия. М., 2004, 594 с.

  48. Государственное регулирование национальной экономики. Москва.: Издательство РАГС, 2008.

  49. Гусаков В.Г. Анализ решений измерения использования производственного потенциала / Производственный потенциал, оценка, направление и эффективность его использования в хозяйственном механизме. Тезисы докладов научно - методической конференции. - Харьков, 1994. - с. 97-101.

  50. Гусейнов С.К. Эффективность структуры промышленного производства в условиях его интенсификации. Баку: Элм, 1987, 184 с.

  51. Джон Д. Дениелс, Ли Х. Радеба. Международный бизнес. М.: Дело лтд, 1994, 748 с.

  52. Донец Ю.Ю. Эффективность исползования производственного потенциала. Киев: Знание, 1978.

  53. Дынкин А.А. Новый этап НТР. М., Наука, 1991, 270с.

  54. Едвин Дж. Долан, Дейвид Е. Линдсей. Рынок: микроэкономическая модел. Санкт-Петербург: СП “Автокомп”, 1992, 496 с.

  55. Иванов Е. Производственный потенциал СССР // Плановое хозяйство. 1977. № 6.

  56. Иванов И.В., Баранов В.В., Лысак Г.И., Кирсанов О.В. Высокотехнологичные предприятия в эпоху глобализации. М.: Альпина Паблишер, 2003, 416 с.

  57. Игнатовский П.А. Экономический потенциал и условия действенности хозяйственного механизма // Плановое хозяйство. 1980. № 2

  58. Иностранные инвестиции в России / Под. ред. И.П. Фаминского. М.: Международные отношения, 1995, 276 с.

  59. Кабалина В.Г., Кларк С.В. "Инновации на постсоветских промышленных предприятиях"//"Вопросы кономики", N 7, 2001 г.

  60. Кантор В.Е. Производственный потенциал предприятия: формирование и управление: Монография. – СПб.: С3ТУ, 2002, 268 с.

  61. Кенжегузин М.Б., Днишев Ф.М., Альжанова Ф.Г. «Наука и инновации в рыночной экономике: мировой опыт и Казахстан». Алматы, ИЭ МОН РК, 2005, 256 с.

  62. Кондратьев В. Корпоративное управление: особенности и тенденции развития // "Проблемы теории и практики управления". №1. 2002.

  63. Корнаи Я. Путь к совбодной экономике. Москва, Экономика, 1990.

  64. Корнаи Я. Юридические обязательство, проблемы их соблюдения и мягкие бюджетние ограничения // Вопросы экономики, 1999, № 9.

  65. Крестов А.Г. Организационно-хозяйственный механизм обновления производственного потенциала промышленности: Автореф. дис. ... канд. экон. наук. М., 1999. С. 3.

  66. Кулиев Т.А. Регулируемая рыночная экономика. Баку: ААКЦ, 1999, 391 с.

  67. Лапин Е.В. Экономический потенциал предприятия. Москва, Сумы «Университетская книга», 2002, 309 с.

  68. Лещенко М.И., Бочков В.Е., Демин Ю.Н. и др. Лизинг в машиностроении. МГИУ-2005, 266 с.

  69. Лопатников Л.И. Популярный экономико-математический словарь. З-е изд., дополненное – М.: Знание, 1996-256 с.

  70. Лопигин Ю.Н., Сокольсих Е.В. – «Лизинг». Москва-2005.

  71. Лычкин Ю. Потенциал строительного комплекса // Экономист, 1997. № 6.

  72. Маконелли К.Р. Брю.С.Л. Экономикс: принципы, проблемы и политика. М.: Инфра-М, 2003, 972 с.

  73. Мерзликина Г.С., Шаховская Л.С. Оценка экономической состоятельности предприятия: Монография / ВолгГТУ, Волгоград, 1998.

  74. Мескон М.Х., Алберт М., Хедоури Ф. Основы менеджмента. М.: Дело, 1992, 702 с.

  75. Миско К. М. Ресурсный потенциал региона (теоретические и методологические аспекты исследования) / К. М. Миско. – М.: Наука, 1991, 94 с.

  76. Нагиев А. Г. Научно-технический прогресс и социально-экономические проблемы обновления основных фондов. Баку, Элм-1994, 204 с.

  77. Нагиев А. Г. Стратегия инновационного развития и инвестирование воспроизводства основных фондов. Санкт- Петербург, Издательство «Нестор», 2004, с. 174.

  78. Никитенко П.Г. Модель устойчивого социально-экономического развития Беларуси: проблемы формирования и эволюции. Минск: 2000.

  79. Небиеридзе А.З.
    Yüklə 1,25 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə