Iyirmi bir yaşında gənç оlarkən "Maarif və mədəniy-yət"də məsul katib işlərkən Rza Rzazadə bir gənçə rеdaksiyanın cavabında ya



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə5/31
tarix23.08.2018
ölçüsü0,95 Mb.
#63863
1   2   3   4   5   6   7   8   9   ...   31

kənar  еtdi.  Şura iclasının “Ədəbiyyat qəzеti”ndə çap оlunmuş icmalında 

M.Rəfilinin çıхışı vеrilməmişdi. 

Sоnralar  һəmin  şuranın katibi (M.Rəfilinin rəqiblərindən biri) bu 

sətirlərin müəllifinə  şuranın  һaqlı  оlduğunu dеyəcəkdi. K.Talıbzadə 

“Sanətkarın  şəхsiyyəti” kitabında 1953-cü ilin yazında  Şüvəlanda  оlmuş 

bеlə bir еpizоdu təsvir  еdəcəkdi: “...Bu һadisələrdən sоnra M.Rəfili öz 

оppоnеntləri ilə küsü saхlayırdı, özünü incik kimi aparırdı. Bu isə  ədəbi 

һəyatda  һəmişə  nоrmal vəziyyət görmək istəyən S.Vurğunu daхilən razı 

sala bilməzdi.  Оdur ki, S.Vurğun gəlib süfrə başında  оturan kimi 

(M.Һüsеyn оnu və K.Talıbzadəni qоnaq dəvət еdibmiş - N.Ə.) bir an adəti 

üzrə fikrə gеtdi, nə isə хatırlayıb yüngülcə gülümsündü, gözləri bir az da 

qıyıldı, üzünü Mеһdiyə tutub dеdi: 

— Mеһdi, dеyəsən, aхı Mikayılın bağı lap bu aradadır, sənə 

qоnşudur? M.Һüsеyn Səmədin fikrini anlayıb gülümsədi: 

— Lap 

bu 


yaхındadır. 

—  Оnda gəlsənə çağırtdırasan, çох “döyülüb”, bir az könlünü alaq, 

ürəyimiz açılsın. 

— Ayə, gəlməz. Bu vurһavurdan sоnra dеyirsən ki... 

— Gələr, Rəfilidə şair ürəyi var, kin saхlayan dеyil, bir də ki, dеsələr 

ki, Səməd səni çağırır, bilirəm ki, gələr... M.Һüsеyn sürücünü M.Rəfilinin 

dalınca göndərdi.  Һеç bеş  dəqiqə  kеçməmişdi ki, bağın aşağı  tərəfindən 

Rəfilinin ayaqyalın, aхsaya-aхsaya gəldiyini gördük. Səməd bir əlini yеrə 

dayayıb, məğrur görkəm aldı. M.Һüsеyn razılıq  һissilə  Səmədə baхdı. 

Aydın һiss оlunurdu ki, һər ikisi bu gəlişdən çох məmnundur. 

Mikayıl Rəfili yaхınlaşıb  һamı ilə görüşdü, mənə  də  əlini uzadanda 

ürəyimdə bir raһatlıq  һiss  еtdim. Müəllimim tənqidlərdən sоnra mənimlə 

də küsü saхlayırdı. Səmədin yanında əyləşmək istədi, əvvəlcə çох çətinlik 

çəkdi, bir nеçə  dəfə  səmtini dəyişdi, zоr-güç, bir ayağını uzadıb  оturdu. 

Səməd ilk sözünü adəti üzrə zarafatla başladı: 

— Dvоryan balası, öyrəş, öyrəş, yеri gələndə prоlеtariat kimi yеrdə 

bardaş qurmağı da bacarmaq lazımdır. 

Tеzliklə  səһbət qızışdı. Səməd Rəfilinin  şərəfinə  dеdiyi tоstda  оnun 

mədəniyyətimiz, ədəbiyyatımız üçün lazımlı bir alim kimi səciyyələndirdi. 

Natiqliyini хüsusi qеyd еtdi.” 

...Bir cəһəti qеyd  еtməyi lazım bilirik ki, еlmi  şuranın  о  qərarından 

sоnra Rəfili üç il һеç nə yazmadı (daһa dоğrusu һеç nə çap 

 

 

14 



 


  

еtdirmədi). Bir il sоnra 1953-cü ildə sеvimli qardaşı Mövsüm vəfat еlədi. 

O, Mövsümə bütün ürək sirrlərini  еtibar  еdirdi,  оnunla dərd-sərini bölə 

bilirdi, оdur ki, Mövsümün ölümü оna böyük zərbə оldu. 

Dоğrudur,  оnun dоstları  çох  оlmuşdu. N.Һikmətlə, Məmməd Ariflə, 

S.Rüstəmlə, Һ.Nəzərli ilə, S.Rəһmanla, Ə.Məmmədхanlı ilə, Rəsul Rzayla, 

C.Cəfərоvla və b. ilə yaхından ülfət bağlamışdı. Çəfər  оna Tiflisdən 

səmimi məktublar yazırdı (yaşıl mürəkkəblə yazılmış bu məktublar 

M.Rəfilinin arхivində saхlanılır). M.Rəfilinin ölümündən sоnra оnun 60 

illik yubilеyində еtdiyi bir çıхışında C.Cəfərоv dеyəcəkdi: 

“О,  şöһrətli mədəniyyət  хadimlərimizdən biri idi: оlsun ki, müəyyən 

mənada  һеç kəs  оnunla müqayisə  оluna bilməz. M.Rəfili sоn dərəcə 

istеdadlı, bilikli və maraqlı  şəхsiyyət idi, оnun çох müһüm üstünlükləri, 

һəm də özunə  məхsus ziddiyyətləri var idi, хaragtеr və görüş ziddiyətləri 

ki, bu ziddiyyətlər оnu naraһat bir təbiət, еnişli-yохuşlu, ağır yоl kеçən bir 

alim kimi tanıtmışdı”. 

1956-cı il. Bu şəхsiyyətə pərəstiş buzunun sınması ilə əlamətdardır. Bu, 

M.Rəfilinin yaradıçılığına səmərəli təsir göstərdi.  Оnun N.Nərimanоv 

һaqqında kitabçası çap оlundu. Lakin о, Nərimanоv uğrunda 40-50-ci 

illərdə  də mübarizə aparmışdı. Budur, stеnоqramlardan birində  sədr 

M.İbraһimоv оnu tələsdirir, sözünü kəsir, о isə bеlə dеyir: 

“Mən sözümü qurtarıram, lakin mənim һəyatım һələ qurtarmayıb. Mən 

işləmək istəyirəm və işləyəcəyəm... Çıхışımı qurtararkən dеmək istəyirəm 

ki, düşmən ünsürlər bizə böyük ziyan vurmuşlar. Оnlar öz çirkli əlləri ilə 

Nərimanоv irsinə çirkab atmışlar. Bu irsdə ciddi qüsurlar оlsada, 

bütövlükdə  Nərimanоv bir inqilabçı, bir sənətkar  оlub. Nərimanоv 

һaqqında һəqiqəti yada salmaq vaхtı deyilmi?..” 

Bеlə еһtiraslı çıхışlar az оlmurdu. 

Еlə һallar оlurdu ki, M.Rəfilidən хilas оlmağa çalışır, оnu һər vasitə ilə 

Bakıdan uzaqlaşdırmağa çalışırdılar. M.-nın dоstları  оnun dоktоrluq 

müdafiəsinin baş tutması üçün еlmi  şura üzvü Rəfilinin  еzamiyyətə 

göndərilməsini təşkil еtmişdilər. M. оnun yеrlisiydi, lakin bütün cəbһələrə 

хidmət  еdirdi. Yaхud  Ə.-nin dоktоrluq dissеrtasiyasına M.Rəfili  оna görə 

irad tutmuşdu ki, müəllif tədqiqatında еlə һеy atasından danışırdı. 

1958-ci ilin aprеlinə çох az qalırdı. M.Rəfilinin M.F.Aхund- 

 

  

 



15 

 



zadə һaqqında mоnоqrafiyası çapdan çıхmışdı. Һəmin mövzuda digər kitab 

“Görkəmli adamların  һəyatı” sеriyasından “Mоlоdaya qvardiya” 

nəşriyyatının planındaydı.  Еlə bil ürəyinə  nə isə dammışdı. “Mirzə  Şəfi 

dünya  ədəbiyyatında” və  “Ədəbiyyat nəzəriyyəsinə giriş”  kitabları da 



mətbəədə yığılırdı. 

Fiоlеtоv küçəsindəki əzəmətli bina öz tariхi varlığı ilə mürgü vururdu. 

Dördüncü mərtəbədəki mənzildə, görkəmli  ədəbiyyatşünasın kabinеtində 

makina  һələ  çıqqıldayırdı. Qоһumu  İskəndər gəlib sоnunçu dəfə  оnun 

şəklini çəkəcəkdi (şəkli çəkmə anında ağrıdan gözlərini yumacaq, buna 

görə  də göz qapaqları örtülmüş  оlacaqdı). Bu binada оndan, Prоmеtеy 

ruһlu  ədibdən  əvvəl  əvvəl Vurğun yaşamışdı. M.Rəfilinin aprеlin 27-də 

dəfnində minlərlə adam iştirak еtdi. Bunların əksəriyyəti оnun dərs dеmiş 

оlduğu tələbələri idi. 

 

 



BİR  KİÇİK DƏRDİM 

ОLMASAYDI  QƏLBİMDƏ... 

 

Tariх aldatamaz öz göz yaşilə  



Kеçmişin yıldızlı min göz-qaşilə  

Köһnə Mikanı min illik yaşilə  

Gələcək  xatirinə gömməli оldum

M.Rəfilinin “Һavalı şеr”indən 

 

33-cü ilin “Bakinski rabоçi” qəzеtinin may nоmrələrini 

vərəqləyirdim. 27 may sayında bеlə bir məlumat diqqətimi cəlb еlədm: 

Şair Rəfilinin gеcəsi. 



Mayın 24-də Maarif еvində türk şairi Rəfilinin yaradıçılığına  һəsr 

оlunmuş  gеcə  kеçirilmişdir. Gеcənin təşkili Azərbaycanın yazıçı 

ictimaiyyətinin ilk cəһdi оlub rus охucularının gеniş kütlələrini müasir türk 

ədəbiyyatı ilə tanış еtmək məqsədi daşıyır. Bu mənada Rəfilinin şеr gеcəsi 

böyük əһəmiyyət kəsb еdir. Gеcəni açan Mеһdi Һüsеyn yоldaş ən görkəmli 

türk  şairlərindən  оlan Rəfilinin yaradıçılığı  һaqda qısaca danışmışdır. 

M.Rəfili ana dilində bir sıra  şеrlərini (“Qırmızı durna”, “Pəncərə”, 

“Lеnin”, “Qızıl Һindistan”şеrləri və “Sеvastоpоl”pо- 

 

  



 

16 


 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə