İYİRMİ ÜÇ yeniyetmə



Yüklə 0,83 Mb.
səhifə11/19
tarix30.12.2017
ölçüsü0,83 Mb.
#18642
1   ...   7   8   9   10   11   12   13   14   ...   19
    Bu səhifədəki naviqasiya:
  • Bəsrə

Mordan


Məktəbdə yay tətili başlayan kimi yığışıb Mordana getməyimizi səbirsizliklə gözləyirdik. Böyüklər traktorla yüklərimizi göndərəndə həyəcanımız pik həddə çatırdı. Səfər zamanı yorğan-döşəklərin və digər yüklərin üstündə oturub Düldül12 boğazından keçəndə isə yalvarırdıq ki, sürücü bir an dayansın və biz qışqırıb səsimizin dağdakı əks-sədasını eşidək. Həmişə arzulayırdım ki, bu dayanmaq bir qədər uzansın və mən yadigar olaraq dağın daşlarına cızılmış adların yanına adımı yazım. Lakin həmişə traktorun bağırtısı bütün dağı bürüyürdü və mənim işim yarımçıq qalırdı. Yolboyu, keçiddə dağdan keçənlərin yazdıqlarını və onların altına həkk olunmuş tarixi oxumaq bizim ən yaxşı məşğuliyyətimiz idi.

Mordana çatanda görürdük ki, mehriban bağbanımız Xeyrullah xurma ağaclarından bizə yeni ev düzəltmişdir. Birinci gün Xeyrullah bizim gəlişimiz münasibətilə bir quzu kəsir, mahir aşpaz olan həyat yoldaşı Süsən də dadlı xörək bişirirdi. Qonaqlıqdan sonra biz öz evimizə gedirdik. Mordanda bağı olanların təxminən hamısı avqusta qədər oraya səfər edirdilər. Yavaş-yavaş limon mövsümü yaxınlaşırdı. Gündə bir-iki dəfə benz səsi dağı başına alırdı, kamaz zarıya-zarıya daşlıqdan çıxır və kəndin uşaqlarını sevindirib güldürürdü. Yük maşınları Baft və Zəncan şəhərlərindən Mordana gedən və oktyabrın ortalarına, yəni xurma yığımından sonraya qədər orada qalan tacirlərin malları ilə dolu idi. Mordanın qədim tacirlərindən biri Şükrüllah idi. O, hər il bir neçə maşın yük vurur, böyük limonçəkən tərəzisini mağazasının önündəki ağacdan düzəlmiş evinin tavanından asır və böyük şüşə küpləri evin bir küncünə qoyurdu ki, kəndxudanın əmrilə rəsmi limon yığımı başlayanda limon suyu ilə doldursun və mövsümün sonunda şəhərə satmağa aparsın.

Bizim evimiz Mordanın ortasından keçən, Faryab bataqlığına çatmamış qumluğa hopan gözəl bir çayın şərqində yerləşirdi. Çayın qərbi yuxarıdan aşağıya qədər limon, portağal və xurma bağları ilə dolu idi. Bağlar çox sıx idi və bir-birinə qarışmış yabanı böyürtkən kolları arasında qabanların səsini eşitmək olurdu. Buna görə də, heç vaxt bağa tək ayaq qoymazdıq. Qabanlar dəfələrlə kənd əhalisinə hücum etmişdilər. Hətta qaranlıqda sıx bağlarda ayı da görünmüşdü. Bir dəfə kəndin ovçusu Dadməhəmməd bir xurma ağacının başında ayı görüb tüfənglə vurmuşdu.

Avqust və sentyabr ayları Mordanda limon yığımının ən yaxşı çağı idi. Çaykənarı dükanlarda qızğın alver gedirdi. Mordan və Pasefid13 uşaqlarının limon dolu ətəkləri sürətlə dükanların tərəzilərinə boşalır və böyük küplərə yığılırdı. Tər limonın gözəl ətri kəndin hər yeini, xüsusən də dükanların içini ətirləndirirdi. Uşaqlar Şükrüllahın tərəzisinə tökdükləri bir ətək limona qarşılıq şokolat, peçenye və ən əsası, şar alırdılar; parça topları, Mərvdəştin kisə qəndləri, Gülnar sabunu... Həmişə arzulayırdım ki, çox güclü fənərlərdən alım, amma bir-iki ətək limonla almaq olmurdu.

Gecənin yarısına qədər çayın kənarında get-gəl vardı. Yük dolduran maşınların işığı bəzən dağın üzərinə düşürdü. Qaranlıq gecələrdə uşaqlar nazik fənərlərlə əylənirdilər, gündüzlər bağlar uzun çubuqlarla limon ağaclarının canına düşən fəhlələrin səs-küyü ilə dolurdu. Bağın sahibi fəhlələri həvəsləndirmək üçün tez-tez “peyğəmbərlər xatəmi Məhəmməd Mustafaya salavat” göndərirdi. Fəhlələr tikanlıqdakı limonların son dənəsinə qədər yığırdılar, fəhlə qadınlar xurma budaqlarından düzəldilmiş səbətləri limonla doldururdular. Onlar limonları kisələrə tökür və yükdaşıyanlar küplərə aparırdılar. Gün batanda müştərilər ağır qapanlarla gəlib limonları çəkirdilər. Yükdaşıyanlar limonları çayın kənarında yük gözləyən maşınlara qədər öz kürəklərində aparırdılar. Alıcılar bağın sahibinə bir çek verirdilər ki, növbəti günlərdə gedib pulunu alsın. Bizim əyləncəmiz yalnız sentyabrın əvvəllərinə qədər davam edirdi. Sonra Şükrüllahın mağazasından aldığımız yeni paltarlarla Pasefidə qayıdır və məktəbə hazırlaşırdıq.

Bəsrə


Bilmirəm yolun nə qədərini getmişdik ki, çiynimə bir əl toxundu. Yenə kürd əsgər idi. Bəsrə şəhərinin girişinə çatmışdıq. O isə israrla mənim Bəsrənin ev və yollarına baxmağımı istəyirdi.

- Xalu Əhməd, oyan bax. Bəsrəyə çatmışıq. Adamlara bax.

- Günəş Bəsrənin o başında batırdı. Ərəb kişilər isə uzun ərəb donu, qara kəndir və çəkələklə şəhərin səkilərində get-gəl edirdilər. Qadınlar qara ərəb çadraları ilə evlərinin önündə dayanıb söhbət edirdilər. Həyat orada da davam edirdi; Bəsrə şəhərinin ortasındakı böyük çay kimi. Sakit axan çayın üzərində qayıq və yelkənlər görünürdü. Həyat davam edirdi. Bir kişi əlində bir sellofan pomidor körpünün üzərindən keçirdi. Yuxarıdan Bəsrə şəhərinin bir çox hissəsini görmək olurdu. Maşınlarda kişi, qadın və uşaqlar vardı. Uzun paltar geyinmiş uşaqlar tozlu yerlərdə futbol oynayırdılar. Həyat davam edir, çay axırdı. Hamı azad idi və ürəyi istəyən yerə gedirdi. Bir uşaq bir qucaq isti çörək alıb evə aparırdı. Yəqin evdə onu süfrəyə qoyacaq, isti çörəyin ətri evə dolacaqdı. Axşam vaxtı süfrə səriləcək və yemək yeyəcəkdilər; dərdsiz, qorxusuz, əliaçıq halda və aydın gələcəklə. O anda əlində pomidor olan kişinin, futbol oynayan uşaqların və bir-birilə söhbət edən qadınların xoşbəxtliklərinə qibtə edirdim.

Maşın Bəsrənin böyük körpüsünün başında dayandı. Yoldan keçənlər o dəqiqə anladılar ki, qara şüşəli ciplərin müşayiət etdiyi hərbi maşınların sərnişinləri iranlı əsirlərdir. Onlar maşının dövrəsinə toplaşıb bizi görmək üçün bir-birini kənara itələyirdilər.

Başına ərəb çadrası atmış və qaşlarının arasına yaşıl nöqtələr döydürmüş ortayaşlı qadının gözü yaralı və yorğun əsirlərə düşdü. İşarə barmağını dişlədi. Sonra dırnaqlarını üzünə çəkdi. Daha sonra isə sağ əlini sol əlinin üstünə vurdu. Ah çəkdi, üzünü göyə tutub dua etdi və sonra çadrasının ucu ilə gözlərinin yaşını sildi. Mənim də eşidəcəyim bir səslə dedi: "Allah kərimdir!" Nəhayət, camaatdan aralanıb getdi. Başının ortası keçəl və saqqalı səliqəsiz olan hündür və qəddar baxışlı kişi hamını kənara itələyib kürd əsgərin silahının lüləsinə qədər yaxınlaşdı. Yəqin ki söyüş olan bəzi sözləri ucadan dedi, işarə barmağını öz boğazına qoyub möhkəmcə çəkdi və elə o halda da dilini yarıya qədər bayıra çıxartdı. Onun bütün bu hərəkətlərindən anlayacağım bu idi: "Filan-filan olmuşlar, sizin hamınızın başını üzmək lazımdır!" O, bu hədədən sonra ağzının bütün suyunu toplayıb var qüvvəsilə maşına tulladı və dönüb getdi.

Gözlərini mənə dikmiş bir yeniyetmə bacardıqca yaxınlaşmağa çalışırdı. Eynilə mənim boyda, bəlkə də mənimlə həmyaşıd idi. Yaxınlaşıb gözlərini gözlərimə zillədi, sonra dilini çıxarıb üz-gözünü əydi və məni ələ saldı. Sakit qalmadım. Qolubağlı ona tərəf əyildim və var gücümlə qışqırdım: "İtil buradan, zibil!"

Oğlan diksinib qorxdu. Bir addım geri çəkilib uşaq davasını bitirməyi üstün tutdu. Bu, iki 16 yaşlının vətən üstündə səkkiz saniyədən çox sürməyən müharibəsi idi.


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə