İYİRMİ ÜÇ yeniyetmə


Bağdad – Əbdülvəhhab Əl-Qeysi



Yüklə 0,83 Mb.
səhifə19/19
tarix30.12.2017
ölçüsü0,83 Mb.
#18642
1   ...   11   12   13   14   15   16   17   18   19

Bağdad – Əbdülvəhhab Əl-Qeysi


Görüşdüyüm ilk iranlı uşağın arıq üzü vardı. Adını və yaşını soruşdum. Dedi:

- Adım Mənsur Mahmudabadidir və doqquz yaşım var.

- Necə oldu cəbhəyə gəldin?

- Mənə dedilər ki, Kərbəlanı almışıq və istəyirsənsə, pulsuz və heç bir problemsiz ziyarətə gedə bilərsən.

- Bunu kim dedi?

- Kəndimizin kəndxudası. Məni cəbhəyə o yolladı. Mən bekar olanda atamla qoyun otarırdım (Mənsur Seyrcan şəhərindən və atası ordu zabiti idi). Kərbəla ziyarətindən danışanda sevindim və getmək istədim. Məni və digər uşaqları böyük bir avtobusa mindirib özəl bir yerə apardılar. Yeddi gün bir qarnizonda qalıb ilkin tibbi yardım təlimləri keçdik və sonra bizi cəbhəyə gətirdilər.

- Ata-anan sənin cəbhəyə gəldiyini bildilər?

- Yox, ata-anamın xəbəri yox idi. Onlar elə bilirdilər ki, mən Kərbəlaya ziyarətə gedirəm. Təlim qarnizonuna gedəndən sonra kəndxuda mənə dedi: "İraqla müharibə ata-anadan da mühümdür".

- Xamenei deyir ki, bizim əməliyyatımızda dörd nəfərdən artıq yaralanan olmayıb. Bu, doğrudur?

- Mən üç yüzdən çox yaralı gördüm. Onlar qan itirir, qışqırır və kömək istəyirdilər.

- Sən onlara kömək etdin?

- Yox. Mən böyük yaralara tibbi yardım göstərməyi bacarmırdım.

- Yaralılar sizinlə necə davranırdılar?

- Heç yadımdan çıxmır. Yarasının qanı dayanmayan biri ağlayaraq komandirinə deyirdi: "Siz məni ölümə verdiniz. Allah sizdən intiqam alsın!" O, az sonra öldü.

- Harada və nə vaxt əsir düşdün?

- Günorta saat 12-də əsir düşdüm. İraq ordusu top və raketlərlə hər tərəfdən bizi atəşə tuturdular. Bizi iyirmi gün idi cəbhəyə gətirmişdilər. Gizləndiyim zaman valideynlərim yadıma düşdü. Kəndxudanı söydüm və bizi ölümə aparan bu müharibəni min dəfə lənətlədim.

- Müharibə sizi necə ölümə aparır?

- Bizim nəyimiz vardısa, bu müharibəyə verdik və daha yaşaya bilmirik. Bizə deyirdilər ki, müharibə həyatdan əhəmiyyətlidir.

- Belə sözlər haqda indi nə düşünürsən?

- İndi kəndxudanı gördüyüm anı lənətləyirəm. Mən bir dostumla evimizin qabağında oynayırdım. O gəlib bizi Kərbəla ziyarəti bəhanəsilə qarnizona apardı.

- Necə əsir düşdün?

- Dediyim kimi, bir yerdə gizlənmişdim. Mühasirəyə düşdüyümüzü biləndə əllərimi qaldırdım. Bərkdən ağlayırdım. İraq əsgərlərinin mənə yazıqları gəldi, məni incitmədilər, su, yemək və meyvə verdilər.

- İran-İraq müharibəsi haqda nə bilirsən?

- Bizə deyirdilər ki, iraqlılar kafirdirlər və onlarla vuruşmaq vacibdir. Deyirdilər ki, İraq yaxşı və məhsuldar yerdir, bizim ölkəmizin bir parçasıdır və onu geri qaytarmalıyıq. Bir də deyirdilər ki, bu torpağı və sərvəti iranlı kasıblar arasında bölməliyik.

- Bunu kim deyirdi?

- Bu, Xomeyninin sözüdür. Kəndxuda da bunu deyirdi, Xomeyninin pasdarları da, iraqlıların hücumunda ölən dostum Mahmud Məhəmmədi də. Mən onun ölümünə çox üzüldüm.

(Sonralar Mənsuru ələ salıb deyirdik: "Mənsur, biz heç bilmirdik ki, kəndxuda səni qoyunların yanından tutub cəbhəyə gətirib!")


İraqlılar Həmidin yaralı ayağını sarımaq üçün şalvarının ayağını kəsmişdilər. Qəzetdə isə şəklin altından yazılmışdır: Onları belə cırıq paltarlarla müharibə alovuna atmışlar.


Öndən sıra ilə: Seyrcan cəngavərləri Mənsur Mahmudabadi, Həmid Müstəqimi və Cavad Xacui əsirliyin ilk saatlarında


Rəmadi düşərgəsi, 1983-cü ilin qışı. Cavad Xacui jurnalistlərin kamerası önündə üz-gözünü turşudub başını aşağı salıb. Düşərgənin komandiri əli ilə Cavadın çənəsinə vurur ki, başını qaldırsın.


Bağdadda bir parkda. Şəkildə bir neçə iraqlı uşaq da görünür.


İyirmi üç nəfərlik qrup Bağdadın əyləncə parkında gölün kənarında


Məhəmməd Sardui və Hüseyn Behzadi Kazimeyndə imamların qəbri kənarında

Qrupumuzun Bağdadda ilk günü. Həmişəki kimi ən axırda dayandım ki, fotoaparata düşməyim.


Kazimeyndə məqbərədə bir qoca bizim üçün ziyarətnamə və dua oxudu. Sonralar bildik ki, o, Səddamın salamatlığı üçün də dua etmiş və biz “amin” demişik.



Şəhid Musanın 1984-cü ildə mənə yazdığı məktub

(Bu məktub düşərgədəki əsirlər tərəfindən coşqu ilə qarşılandı, oxumaq üçün bir-birinə ötürdülər və uşaqlara yüksək əhval-ruhiyyə bəxş etdi.)




Bu fərmanda deyilir ki, Xomeyni pasdarları əsir kimi qəbul olunmasınlar, onlarla müharibə cinayətkarları kimi rəftar olunsun. Molla Saleh bu hərbi fərmandan xəbərdar idi. Ona görə israr edirdi ki, korpusun uşaqları özlərini Bəsic üzvü və ya ordu mənsubu kimi təqdim etsinlər.


Soldan: Əhməd Yusifzadə, Məhəmməd Salehi, Rza Yusifian, Həmid Əkbərniya və Məcid Zeyqəmi, 2 saylı Mosul düşərgəsi, 1985.

İlk əsir geyimi. Rəmadi düşərgəsi, 1982.
Soldan: Əhməd Yusifzadə, Məhəmməd Sardui və Əlirza Şeyxhüseyni Bağdadın Əl-Zora sarayında Səddam Hüseynlə görüşdə.

Həsən Müstəşriq Səddam Hüseynin beşyaşlı qızı Həladan gül alarkən


İyirmi üç nəfərlik qrup Əl-Zora sarayında Səddam Hüseynlə görüşdə

Rəmadi düşərgəsinin yeniyetmə əsirləri, 1983.




İyirmi üç nəfərlik qrupun Səddam Hüseynlə görüşü. Səddam bizim qaşqabaqlı və narazı çöhrəmizi dəyişdirmək üçün qızını lətifə danışmağa vadar etdi. Qızcığaz isə bundan boyun qaçırıb uşaqcasına dedi: "Nırç!" Qızın bu reaksiyası bizdə xəfif gülüş yaratdı və fotoqraflar bundan məharətlə istifadə etdilər. Məhz buna görə bu şəkil bütün yerli və xarici nəşrlərdə dərc olundu.


Sağda: Molla Saleh Qari. Abadan, 1979.


Səkkiz il üç ay on yeddi gün əsirlikdən sonra Kəhnuca dönüşün ilk saatları
Mündəricat


Ayətullah Xameneinin rəyi 4

Giriş 5


Başlanğıc 7

Nord 9


Gözəl əlyazma 10

Həsən İskəndəri ilə görüş 13

Bir hadisə 15

Yeni peşə 16

Məşhəd 18

Birinci fəsl: Bahar 20

Həsən Tacikşir 22

Anam 24


Ezam 26

Əkbər Daneşi 28

Çətin gün 29

İxrac olunanlar 32

Vağzal 33

Ruhani 34

Əhvaz 35

Kinoteatr 36

Dəşt-Azadeqana səfər 38

Partizan Həmid 39

Fərsiyəyə doğru 43

İntizarın sonu 45

Son şam yeməyi 48

Beytülmüqəddəs əməliyyatı 50

Əlvida, azadlıq! 58

Əsirliyin ilk silləsi 61

Dindirmə 65

Bəsrəyə doğru 68

Mordan 72

Bəsrə 74


Bəsrədə bir gecə 76

Camaat namazı 78

Əsirlikdə açılan səhər 79

Bağdada doğru 80

Uşaqlığım 82

Bağdad 84

Bir ərəb kişi 86

Fuad 88


Macəranın başlanğıcı 94

İyirmi üç yeniyetmə 96

Məhbəs günləri 97

Bir mübariz 102

Əbu-Vəqqas 105

Təbliğatın başlanması 106

Molla Saleh 108

Bir müəmmanın həlli 113

Təbliğat 114

Bir uşaq oyunu 117

Mühüm görüş 120

Yeni qonaqlar 128

Mübahisə 131

İbtisam Abdullah 133

Xoş xəbər intizarında 134

Çiynində səhəng olan qadın 136

Səfalı qoca 137

İkinci fəsil: Yay 139

Ramazan ayı 140

Naməlum yerə doğru 143

Qara xaç 149

Başqa bir səfər 151

Mehriban təbəssümlər 157

Soyuq qış gecəsi 159

Mühüm məlumat 163

Onlar bizim uşaqlarımız deyillər! 166

Qəmli bir gecə 169

Susuz balıqlar 171

Mayorun “nəvazişləri” 174

Seçkilər 176

Üçüncü fəsil: Payız 178

Alpinist kişi 180

Palto 184

Seyidin klubu 186

Dördüncü fəsil: Qış 191

Salehin eşitdikləri 197

Vətənin səsi 199

Uzun qış gecələri 200

Xoş xəbər 204

Mühüm bir qərar 207

Aclığın ilk günü 209

Aclığın ikinci günü 215

Aclığın üçüncü günü 217

Aclığın dördüncü günü 223

Aclığın beşinci günü 224

Rəmadi düşərgəsinə doğru 226

Şəkil və sənədlər 229

Müəllifin 1996-cı ilində Səddama yazdığı məktub 229



Bağdad – Əbdülvəhhab Əl-Qeysi 245




1 Kiçik yük avtomobili

2 Bəsic üzvü olan məktəbli Əlican və Borzu Ramazan əməliyyatında şəhid oldular.

3 Qardaşım Musa Yusifzadə müəllim idi. O, 1985-ci ildə Kərbəla-4 əməliyyatında Ümm əl-Rəsas adasında şəhadətə qovuşdu. Onun pak cəsədi 1995-ci ildə tapıldı və doğulduğu Hurpasefid kəndində təntənəli surətdə dəfn olundu.

4 Korpusda (Sepahda) xidmət edən hərbi qulluqçu

5 Həsən ögey qardaşım İsanın dayısı oğlu idi. Lakin biz İsanı ögey bilmədiyimiz kimi, Həsəni də doğma dayıoğlu sayırdıq.

6 O, Xürrəmşəhrin azadlığı uğrunda aparılan döyüşlərdə şəhid oldu.

7 O sonralar İmam Hüseyn briqadasının komandiri oldu və Kərbəla-5 əməliyyatında şəhadətə qovuşdu.

8 Sarəllah briqadasının komandirlərindən olan Partizan Həmid Beytülmüqəddəs əməliyyatında iyirmidən artıq güllə yarası aldıqdan sonra fədakarcasına şəhadətə qovuşdu.

9 Leytenant Mürəvvic Şərqi-Azərbaycan vilayətindən idi. O, ertəsi gün bizi mühasirəyə salmağa çalışan düşmənlə döyüşdə şəhadətə qovuşdu.

10 Ali-İmran, 169.

11 Kerman vilayətinin cənubunda yerləşən Faryab rayonunun şimalında bir kənddir.

12 Düldül hündür dağların arasında bir keçiddir. Qədim əhalinin inancına görə, İmam Əli Düldül atı ilə oradan keçmişdir.

13 İndiki Faryab rayonundakı kəndimiz

14 O, səkkiz il əsirlikdən sonra vətənə döndü və 2010-cu ildə xərçəng xəstəliyindən dünyasını dəyişdi.

15 Polkovnik Bəhmən Təqəvi 1938-ci ildə İsfahanda doğulmuşdur. O, əsir düşənə qədər 30 il İran ordusunda xidmət etmişdi. Səmimi və çox vətənpərvər insan idi. Polkovnik 8 il yarım əsirlikdən sonra vətənə döndü və indi Nəcəfabadda şərəflə ömür sürür.

16 "Qişmar" iraqlıların təhqiramiz sözlərindəndir və istehza edərkən deyilir.

17 Muminun, 70.

18 Təhlükəsizlik nazirliyi

19 2012-ci ilin baharında bu kitabı yazan zaman Tehranda Molla Salehi gördüm. Yaşı yetmişi ötmüşdü, amma gümrah və qıvraq idi. O, həyatını geniş şəkildə mənə danışdı: "1959-cu ildə Nəcəf Elm Hövzəsinin müəllimlərindən olan Seyid Sədun Bəttat məhərrəm təbliğatı üçün Xuzistanın ərəblər yaşayan bölgəsinə gəlmişdi. O, hər il Xuzistana gəlir və istedadlı gəncləri seçib özü ilə İraqa hövzəyə aparırdı. Həmin il məni seçdi. Mən Nəcəfin Seyid Abdullah Şahrudi mədrəsəsində tələbə oldum. Bir müddətdən sonra İranla İraq arasında siyasi problemlər səbəbindən bizi ölkədən ixrac etdilər və mən dərsimi Qum Elm Hövzəsinin ərəb bölməsində davam etdirməli oldum. Ayətullah Şeyx İbrahim Deyravi və Ayətullah Kəbi o vaxt mənim tələbə yoldaşlarım olublar. Mən yalnız səth dərslərinə qədər oxudum. İmam Xomeynilə tanışlıqdan sonra onun müridi oldum, Abadanın mərhum cümə imamı Hacı ağa Cəmi, Şeyx İsa Torfi və Həsən Fazili kimi dini və siyasi şəxsiyyətlərlə çalışdım, Bərim kəndində siyasi fəaliyyət göstərdim. 1970-ci ildə Abadan SAVAK-ı məni tutdu. Abadan, Həmədan və Tehranın Qəsr həbsxanalarında 8 il yatdım və inqilabın qələbəsi ərəfəsində azadlığa çıxdım.

İmam Xomeyni İrana gələndə onu qarşılama mərasimində iştirak etdim, Hacı ağa Cəminin nəzarəti altında idarə olunan Abadan İnqilab Şurasının üzvü oldum. İnqilabdan sonra ilk bələdiyyə seçkilərində namizədliyimi verib qələbə çaldım, lakin Bazərqan hökumətinin siyasətlərinə etiraz olaraq istefa verdim. İlk parlament seçkilərində də iştirak etdim və ikinci mərhələdə dostlardan birinin xeyrinə namizədliyimi geri götürdüm. 1979-cu ilin yayında Mühafizəçilər korpusunun ictimai əlaqələr şöbəsinin sədri təyin olundum. Müharibə başlayandan sonra Abadan radiosunun ərəb bölməsində Mədəni mərkəz adlı bir mərkəz yaratdım və özüm ərəbcə verilişlərin aparıcısı oldum. İraqda bu verilişlərin çoxlu dinləyicisi vardı.

Müharibə zamanı iraqlı mücahidlərlə əlaqə yaradır, onlara kömək edirdik. Bir neçə dəfə Xor Musa və Xor Abdullah yolu ilə mübariz mücahidlərə azuqə apardıq. Onları yelkənli qayığın yerinə qoyub üstünü xurma ilə örtürdük ki, İraq gəmilərilə rastlaşsaq, Küveytə xurma apardığımızı deyək.

Bir dəfə iraqlılara həddən artıq yaxınlaşdıq. Mənimlə iki nəfər vardı: kapitan və qardaşı. İraq gəmiləri Küveytin Bubiyan adasından bizə doğru gəlib mühasirəyə aldılar. Bizi qayıqlarına mindirdilər və özləri ilə apara bilmədiklərindən qayığı yandırdılar. Hələ aralanmamışdıq ki, alov şölələri və tufanlı dərya qayığı suya batırdı və bu cəhətdən rahat olduq. Dindirmə zamanı dedik ki, xurmasatanıq və Küveytə gedirdik. Onlar inandılar və hamımızı Bəsrəyə, oradan da istixbaratın zindanına apardılar. İstixbaratın zindanından bizi əsir düşərgəsinə aparırdılar ki, Fuad Səlsəbil və Ərəb Xalq Partiyasının Seyid Hadi Məzaripur kimi məşhurları peyda oldular. Bu adamlar İranda mənim qan düşmənim idilər və məni General Mədəni tərəfindən partiya üzvlərinin qətlində günahlandırırdılar. Onlar Bəs partiyasının təhlükəsizlik zabiti olan Əbu-Vəqqasdan xahiş etdilər ki, məni onlara versin və Ərəb Xalq Partiyasının üzvlərinin qatili kimi edam etsinlər.

İraqlılar mənim əsl kimliyimi biləndən sonra yoldaşlarımı düşərgəyə göndərdilər, məni isə dindirmək üçün saxladılar. Dindirmə zamanı partiyaçıların şərindən qurtarmaq üçün Əbu-Vəqqasa dedim: "Ərəb Xalq Partiyasının İraqa sığınmış başçıları sizin dostlarınız deyillər. Çünki sizin birinci dərəcəli düşməniniz olan şahın tərəfdarıdırlar. Mən sizin düşməniniz olan şahla mübarizə aparanda bu adamlar SAVAK-la əlaqədə idilər və mübariz ərəbləri satırdılar. Siz məni edam üçün bunlara versəniz, İran da qarşılığında sizin zabitləri edam edəcək”.

O anda Qəsr zindanında həbs yoldaşım olmuş iraqlı zabit yadıma düşdü. Sevincək Əbu-Vəqqasa dedim: "Şah vaxtı sizin Casim Məhəmməd əl-Zavi adlı bir zabitiniz əsir idi. Mən zindanda onunla dost idim. O, indi sağ olsa, məni bu partiyaçılara təhvil verməyinizə qoymaz”. Əbu-Vəqqas təəccüblə dedi: "Sən General Əl-Zavini həqiqətən, tanıyırsan? O, burada, Müdafiə nazirliyində işləyir". Dedim ki, inanmırsınızsa, ona zəng vurun və Molla Saleh Qarinin burada olduğunu deyin. Əbu-Vəqqas zəng vurdu, Səddamın müşaviri olan General Əl-Zavi elə həmin gün zindana gəlib məni qucaqladı və Əbu-Vəqqasa dedi: "Bu kişi şahın zindanında mənə çox yaxşılıq edib". O mənə dedi: "Xomeyni rejimi ilə əməkdaşlıq etdiyinə baxmayaraq, həbsxanada etdiyin yaxşılıqlara görə əmr edəcəyəm ki, ailə-uşağını tez bir zamanda İraqa köçürsünlər. Sənə ev-eşik də verəcəyəm. Burada İraq radiosunun fars bölməsində çalışarsan". Təkliflə razılaşmadım, amma ondan istədim ki, məni Ərəb Xalq Partiyasının adamlarına verməsinlər. Başqa bir istəyim də bu oldu ki, mənə işgəncə verməsinlər və imkan olsa, düşərgəyə köçürsünlər. General Əl-Zavi dedi ki, tərcuməçi kimi sənə burada ehtiyacımız var. Digər təkliflərimlə razılaşdı və Əbu-Vəqqasa tapşırdı ki, mənə bundan sonra zabitlərin mətbəxindən xörək versinlər.



20 Şura, 38

21 1996-cı ildə universiteti bitirəndən sonra Səddam Hüseynin istəyini nəzərə alıb ona məktub yazdım. Məktub o zamanın bir çox qəzetlərində çap olundu. Məktubun mətni kitabın axırındakı əlavələrdə mövcuddur.

22 Mənası ayaqqabıdır. İraqlılar kimisə təhqir etmək istəyəndə belə çağırırlar.

23 Bəqərə, 42

24 Bu jurnal Xalq Mücahidləri (Münafiqləri) Təşkilatının əməkdaşlığı ilə Bağdadda çap olunub əsir düşərgələrində yayılırdı. İki ildən sonra onun nəşri dayandırıldı. Bəs rejimi və münafiqlər imamın və inqilab öncüllərinin əleyhinə hər bir vasitədən istifadə edirdilər. Həmin rəsm və Xəyyamın rübaisi də bu məqsədə xidmət edirdi. Təbii ki, əsirlər ona əhəmiyyət vermirdilər.

25 İnsan, 8

26 Qohumum və döyüş yoldaşım olan Əkbər Daneşini bir də heç vaxt görmədim. Bu böyük şəhiddən hələ də bir iz tapılmamışdır. Gözü yolda qalmış anası 27 il intizar və qərarsızlıqdan sonra 2009-cu ildə dünyasını dəyişdi.

27 Bu adı əsirlər iraqlı əsgərlərin birinə qoymuşdular. Onun paltarı həmişə çirkli olurdu. Bir dəfə ayaqyolunda gördüm ki, barmağı ilə ayaqyolu sabunundan bir lay götürüb diş məcunu əvəzinə istifadə edir.

28 Həsən Müstəşriq lotu ləhcəsilə danışırdı. Kimisə çağırmaq istəyəndə zarafatca deyirdi: "Ey! Rinqo!" Sonralar Hacı ağa Turabi bəzən onu zarafatla Lotu Həsən çağırırdı.

29 İranlı zabit olmuş Əli düşərgənin rəisi Mayor Mahmudiyə aldanaraq amallarına arxa çevirdi və 1984-cü ildə iki əsir tərəfindən öldürüldü.

30 Ərəblərin qara adamlara verdikləri ləqəbdir.

31 Zümər,73

32 İngiltərə dövlətinə etiraz edən bu irlandiyalı mübariz 66 gün aclıq aksiyasından sonra 1981-ci ilin 5 mayında 27 yaşında Belfast həbsxanasında dünyasını dəyişdi.

33 Qırmızı xaç tərəfindən adları qeyd olunmuş əsirləri öldürmək beynəlxalq qanunlara ziddir. Biz o vaxta qədər bir dəfə Bağdadda, bir neçə dəfə də Rəmadidə Qırmızı xaçın nümayəndələrilə görüşmüşdük.

34 Nə qədər fikirləşirəmsə, dördüncü gün baş verən hadisələri yadıma sala bilmirəm. Səbəbi həmin gün yaşadığım şiddətli halsızlıqdır. Qrupumuzun digər üzvləri də həmin gündən bir şey xatırlamırlar. Dəqiq bildiyimiz budur ki, həmin gün və gecə zindanın qapısı bağlı qaldı və biz bit dolu qara ədyalların altında ölümü gözlədik.




Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə