İYİRMİ ÜÇ yeniyetmə



Yüklə 0,83 Mb.
səhifə3/19
tarix30.12.2017
ölçüsü0,83 Mb.
#18642
1   2   3   4   5   6   7   8   9   ...   19
    Bu səhifədəki naviqasiya:
  • Ezam

Anam


Altıaylığımda atam rəhmətə gedəndən sonra anam heç vaxt imkan verməmişdi ki, nə mən, nə də bacı-qardaşlarım yetimlik qəmini hiss edək. O, torpaqlarımızı kirayə vermişdi, atamın zəhmətinin bəhrəsi olan limon, portağal və xurma bağlarını yaxşı qorumuşdu. Anamız bir kişi kimi başımız üzərində dayanmış və Ciroftda vəfat etmiş mehriban atamızın yoxluğunu hiss etdirməmişdi.

Atam su motoru almaq üçün şəhərə getmiş və orada Məlik adlı bir kişinin evində dünyasını dəyişmişdi. O vaxt gənc oğlan olan qardaşım İsa onu Ciroft qəbiristanlığında torpağa tapşırmış və kəndə yalqız dönmüşdü.

Beş-altı yaşım olanda, kəndin uşaqlarını atalarının yanında görəndə fikirləşirdim ki, nə üçün onların ataları var, mənimsə yoxdur. Onda anamdan soruşurdum ki, bəs mənim atam hanı? O, udqunaraq yaylığı ilə gözlərini silir və deyirdi: "Atan Kərbəlaya gedib". Və tez də mövzunu dəyişirdi.

O gün getmişdim ki, güllə qabağına getmək üçün anamın razılığını alım. Bilirdim ki, o məni digər yeddi qardaşımdan çox istəyir. O məni “sonbeşik” çağırırdı. Bəzən bərk qucaqlayıb öpür və təkrar-təkrar deyirdi: "Ana qurban sonbeşiyə! Ana qurban sonbeşiyə!" Anam məni çox sevirdi. Məhz buna görə razı olmurdu elə bir səfərə çıxım ki, öz sözü ilə desəm, Bilqeysin oğlu Həsən də oraya gedib tankın tırtılları altında qalmışdı. Zavallı Bilqeysdə oğlundan nə oxşamağa cənazə vardı, nə də cümə axşamları gedib ağlamağa və fatihə oxumağa bir qəbir.

Onunla birgə qonşu kənddən evə qayıdarkən başımıza gələn acı hadisədən yalnız iki il ötürdü. Bostan əkini mövsümü idi. Gözətçilər yolboyu əkin sahələrində gəzişir, öz sapandları ilə böyük kəsəkləri yeni xiyar şitillərinin həvəsi ilə gəlmiş quşlara atırdılar. Nəmli tağların arasından keçərkən birdən anam qışqırdı. Bağrım yarıldı. Düşündüm ki, bəlkə ayağının barmağını ilan sancıb. Ona sarı dönəndə gördüm ki, üz-gözü torpaqdır. Gözətçilərin birinin sapandından çıxan kəsək düz anamın başına dəymişdi. Allahdan o kəsək yumşaq olmuş və anamın başını parçalamamışdı. Bununla yanaşı, anam ağrı çəkir və kəsəyi atan gözətçini söyürdü. Qüssədən ölürdüm. Anam qorxaraq oradan uzaqlaşmış gözətçiyə qəzəb və göz yaşı duyulan uca səslə deyirdi: "Məgər korsan?! Görmürsən ki, buradan adam keçir?! Birdən uşağımın başına dəyəydi!"

Mən də anamı çox sevirdim. O, ana məhəbbəti ilə birgə mənə məhrum olduğum ata məhəbbətini də göstərirdi. Buna görə də, o, kədərlənəndə baltalanmış ağac kimi solurdum. Anamın o ucqar və lazımi şəraiti olmayan kənddə xəstələndiyi çox olub. Belə olanda gecə evdən çıxırdım. Çiy kərpicdən tikilmiş otaqlarımızın arxasındakı sıx gənəgərçək kolları gecəni vahimələndirirdi. Palçıqdan otaqlarla kolların arasında qorxa-qorxa dayanır, əllərimi qaldıraraq göylərdə olan Allahla öz ləhcəmizdə danışırdım: "Allah, anam xəstədir. Allah, anama şəfa ver!"

Tülkülərin çığırtısı, çaqqalların ulaşması və xortdanların qorxusu duanı təkrarlamağa imkan vermirdi, tez otağa qayıdırdım. Anam qəmli üzümü görüb halımı anlayır və məni rahatlatmaq üçün əlimi sıxırdı. Bədəninin hərarəti əllərimə keçirdi. O, gülümsünüb deyirdi: "Bala, narahat olma. Mənim balacam, mənə bir şey olmayıb". Sonra da bacımın onun üçün bişirdiyi toyuq budu kababını mənə verirdi.

Məhərrəm ayında hər gecə əzadarlıqdan sonra kənd əhalisindən bir nəfər ehsan verirdi. Axund Qasimi rövzə oxumaq üçün Rudandan bizim kəndimizə gəlirdi. O, həzrət Zeynəbin Şamın xarabalığındakı qəribliyindən oxuyanda anam həzin səslə ağlayardı. O zaman mən Axund Qasiminin sözlərini anlayaraq yox, anamın ağlamasında duyulan qəm-qüssədən dolayı ucadan ağlayırdım.



Ezam


Ciroft və Kəhnuc əhalisi döyüşçüləri yola salmaq üçün Ciroft korpusunun təbliğat mərkəzinin önünə toplaşmışdılar. Bayrağa bükülmüş və üstünə güclü bir səsucaldan qoyulmuş bir vanet günboyu şəhərin bütün küçələrində döyüşçülərin ezam xəbərini yaymış və hərbi marşlar səsləndirmişdi. Şəhərin cümə imamı cənab Müəllimi həmin vanetin mikrofonu ilə cihadın fəzilətlərini sayırdı. Yola salan ana və bacıların əllərində Quran, güzgü və üzərlik podnosları vardı. Hamının başı öz ailəsi ilə vidalaşmağa qarışmışdı. Mənsə xəbərsiz gəlmişdim, izdihamın içində heç kimim yox idi. Kiçik çantamı çiynimə aşırıb gözləyirdim.

Cümə imamının çıxışından sonra əlində bir siyahı tutmuş gənc pasdar avtobusun birinci pilləsi üzərində dayanıb mikrofonla adları oxumağa başladı. Adı çəkilənlər ailə və dostlarının öpüş yağışlarından çətinliklə keçib oturacaqlarda otururdular. Mənim ad-familiyam rəsmi bir tribunadan cəbhəyə gedən şəxs olaraq çəkiləndə yaxşı hisslər keçirdim, sevindim. Düşünürdüm o qədər böyümüşəm ki, böyük bir qərar verə, yəni çantamı götürüb ölüm təhlükəsi olan bir yerə gedə bilirəm. Ortalarda pəncərənin yanında oturdum. Çox çəkmədən avtobuslar yola düşdü. Şəhər əhalisi piyada və maşınla bizi müşayiət edirdi. Başımı pəncərədən çıxarıb o anda bütün vücudumu dolaşan bir qürurla cəbhəyə gedənlərə əl yelləyənlərin duyğularını cavabladım. Gözlənilmədən camaatın arasından sahibini tanımadığım bir səs eşitdim. "Əhməd! Əhməd!"

Avtobus şəhərdən çıxırdı və camaat hələ də avtomobil və motosikletlərdən bizə həyəcanla əl yelləyirdilər. Yenidən həmin səsi eşitdim. Bu dəfə daha ucadan və daha aydın şəkildə qışqırdı. Səs sahibini axtarırdım ki, kimsə əlimi tutdu. Həsən İskəndəri idi. Bir motosikletin tərkində oturmuşdu, həvəs və təəccüblə dayanmadan məni çağırırdı. Onu gördüyümə sevindiyimi bildirmək istəyirdim ki, motosikletçi, Həsənin tapşırığı ilə sürəti artırıb küçənin digər tərəfinə keçdi. Az sonra avtobus azca dayandı və sonra yoluna davam etdi. Motosikletçilər arasında Həsəni axtarmağa başladım, amma birdən çiynimə bir əl toxundu. Həsən avtobusa minmişdi. Yanımda oturdu. Bir-birimizi qucaqlayıb tez cəbhə qərarlarımız haqda danışmağa başladıq. Həsən dedi: "Axı sən cəbhəyə getməyəcəkdin". Mən dedim: "Getmək istəmirdim, amma eşitdim ki, bir neçə gündən sonra əməliyyat olacaq. Həsən dedi: "Axı bunu haradan bilmək olar?" Dedim ki, olar, cənab Nozai özü deyib.

Şəhərdən çıxdıq. Həsənin dostu hələ də motosikletlə avtobusun yanında gedirdi. O, gözləyirdi ki, Həsən indicə sağollaşıb avtobusdan enəcək. Cəbhədən qayıtdıqdan sonra o da qəti qərara gəlmişdi ki, məktəbi bitirib attestat alsın. Lakin əməliyyat adını eşidən kimi həvəsləndi və bütün avtobusların son vida üçün dayandıqları yerə qədər enmədi.

Şəhərdən kənarda, buğda anbarlarının o tərəfində avtobuslar bir duracaqda dayandılar. Sağollaşmaq üçün minənlərin hamısı yerə endi. Döyüşçü karvanı yola düşdü və müşayiətçilər şəhərə qayıtdılar.

Kerman yolunda əsla tənhalıq hissi keçirmədim. Həsən İskəndəri hələ yanımda oturmuşdu. O da qərarını vermişdi: əməliyyatda iştirak edəcəkdi.




Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə