İzah: Avropa Şurasının Azərbaycana qarşı pozuntu proseduru



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
tarix01.08.2018
ölçüsü0,64 Mb.
#60327


 

Dərc olunub: 26 fevral 2018 |  Ramute Remezaite və Jack Dahlsen 



İzah: Avropa Şurasının Azərbaycana qarşı pozuntu proseduru 

Təlim ləvazimatı  



EHRAC-ın Hüquq Məsləhətçisi Ramute Remezaite və Stajoru Jack Dahlsen 

pozuntu prosedurunun mahiyyətini və onun Azərbaycana qarşı tətbiqinin 

əhəmiyyətini izah edir. Ramute bundan öncə, 2017-ci ilin martında 

Azərbaycana qarşı pozuntu prosedurunun tətbiqi ehtimalını European Journal 

of International Law Talk! blog-u üçün müzakirə etmişdi. Bu mövzuyla bağlı 

həmçinin 2017-ci ilin aprelində Dr. Alice Donald’un EJIL Talk! üçün bloq 

yazısında qərarların icra olunmaması probleminin həlli yolları müzakirə 

olunmuşdu. 

 

5 dekabr 2017-ci ildə Avropa Şurasının (AŞ) Nazirlər Komitəsi (NK) Avropa 



İnsan Hüquqları Məhkəməsinin (Məhkəmə) 

İlqar Məmmədov Azərbaycana 

qarşı

 işi üzrə qərarıyla əlaqədar, Azərbaycana qarşı “pozuntu proseduru” 

tətbiq etmişdi. Məhkəmə o qənaətə gəlib ki, bu misralar yazılan zaman hələ 

də həbsdə olan Azərbaycanın tanınmış müxalif siyasətçisi İlqar Məmmədovun 

həbsi və saxlanması qeyri-qanunidir və məqsədi Hökuməti tənqid etdiyi üçün 

“susdurulmaq və cəzalandırılmaqdır”. İlqar Məmmədovun azadlığa 

buraxılması ilə bağlı davamlı çağırışlara Azərbaycanın müsbət reaksiya 

verməməsinə görə, 

NK işi Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 

46(4)-cı maddəsinə əsasən Məhkəməyə qaytardı

. Məqsəd Məhkəmənin 

Azərbaycanın qərarı icra edib etməməsini hüquqi cəhətdən müəyyən etməsi 

idi. AŞ-nin tarixində ilk dəfədir ki, NK bu mexanizmi hansısa üzv dövlətə 

qarşı tətbiq edir. 




 

Pozuntu proseduru 

Pozuntu proseduru nəyə görə tətbiq olunub? 

Məhkəmə qarşısında pozuntu proseduru 

AİHK-nın 14 nömrəli protokolunun

 

qəbulu ilə 2010-cu ildən qüvvədədir. Məqsəd Məhkəmə və NK-nın üzərindən 



ağırlaşan yükün azaldılması üçün bir sıra islahatların aparılması olub. 

46(4)-


cı maddə

 NK-yə Məhkəmənin yekun qərarını icra etməkdən imtina edən 

dövlətə qarşı Məhkəmə qarşısında pozuntu prosedurunun başlanması 

imkanını yaradır. 

Pozuntu proseduru Məhkəmənin ilkin qərarında qət edilmiş əsas sualları 

yenidən müzakirəyə açıq etmir (burada İlqar Məmmədovun həbsi və 

saxlanması). Burada daha çox Məhkəmə dövlətin Məhkəmənin qərarını icra 

edib etmədiyini müəyyən etməlidir. 14 nömrəli Protokolu hazırlayanların 

izahına əsasən, NK “pozuntu prosedurunu yalnız müstəsna hallarda tətbiq 

etməlidir”. Protokol müəllifləri həmçinin ümid ifadə etmişdilər ki, “prosedurun 

mövcudluğu və ondan istifadə hədəsi Məhkəmənin qərarlarını icra etmək 

üçün yeni səmərəli stimul olacaq”. Niyyət qərarları icra etmək istəməyən 

dövlətlərə qarşı AŞ-da üzvlüyü dondurmaq və təşkilatdan çıxarmaq kimi ağır 

cəzalara məruz qoymadan davamlı və artan təzyiq tətbiq etməkdir. 

Nə zaman tətbiq edilməlidir? 

Məhkəmə qərarlarının icrasına nəzarət edən qurum kimi NK dövlətin yekun 

qərarı icra etmədiyini müəyyən etdikdə, 47 üzv dövlətdən 2/3-nin səsini əldə 

edərək pozuntu prosedurunu başlada bilər. NK müəyyən dövlətə qarşı bu 

prosedurun başladılmasıyla bağlı formal xəbərdarlıq edəndən sonra NK bu 

vəziyyəti Məhkəməyə çatdırıb, onun müəyyən dövlətin Məhkəmənin qərarını 

icra edib etməməsini qət etməlidir. Bu baxımdan, ən azı, 31 ölkə pozuntu 

prosedurunun tətbiqinin tərəfdarı olduğuna görə, bu əhəmiyyətli və ciddi 

addımdır. 

Sanksiyalar tətbiq edilə bilərmi? 

Pozuntu proseduru müvafiq dövlətə qarşı hər hansı sanksiyaların birbaşa 

tətbiqinə gətirib çıxarmır. Məhkəmə dövlətin qərarı icra etmədiyini müəyyən 

etsə, o, işi NK-ya əlavə addımların (AİHK-nin 46(5)-ci maddəsi) tətbiqinə 

ehtiyac olub olmadığını qət etməsi üçün yönəldir. NK-nın tətbiq edəcəyi bir 

sıra “tədbirlər” var, məsələn, qərarların, qətnamələrin qəbulu və ya “yüksək 

səviyyədə” görüşlərin keçirilməsi, ancaq bu sırada cərimələrin tətbiqi kimi 

konkret sanskiyalardan söhbət getmir. 

Pozuntu prosedurları istənilən nəticəyə gətirib çıxarmırsa, dövlət AŞ-da 

üzvlüyünün dondurulması və üzvlükdən çıxarılma kimi qərarlarla qarşı 

qarşıya qala bilər. AŞ Nizamnaməsinin 3-cü maddəsi qeyd edir ki, hər bir 



 

dövlət “qanunun aliliyi və yurisdiksiyasında olan bütün şəxslərin insan 

hüquqları və fundamental azadlıqlarının qorunması prinsiplərini qəbul etməli 

və AŞ-ın məqsədlərinin həyata keçirilməsi üçün səmimi və effektiv 

əməkdaşlıq etməlidir”. Nizamnamənin 8-ci maddəsinə əsasən, 

Nizamnamənin 3-cü maddəsinin ciddi pozuntusu dövlətin təmsilçilik 

hüququnun dondurulması və AŞ-ın dövlətin Konvensiya sistemindən 

çıxmasına dair çağırışın edilməsinə gətirib çıxara bilər. AŞ-ın tarixində heç bir 

dövlət təşkilatdan çıxarılmayıb. 

İşin Məhkəməyə göndərilməsindən sonra Məhkəmə dövlətin qərarı icra 

etdiyini müəyyən etsə, NK işin araşdırılmasını dayandırır. 

İlqar Məmmədov 

İlqar Məmmədov kimdir? 

İlqar Məmmədov fəal və Azərbaycanda 

tanınmış müxalif siyasətçidir. O, 2013-cü 

ilin noyabrında Azərbaycanın 

prezidentliyinə namizəd olmağı 

planlaşdırırdı. O, 2013-cü ilin fevralında 

Azərbaycanın İsmayıllı şəhərində baş 

vermiş iğtişaşlarla bağlı bloqçuluq etdiyinə 

görə həbs olunub. Həbs-qətimkan tədbirini 

dəfələrlə uzadandan sonra o, 2014-cü ilin martında kütləvi iğtişaşların təşkili 

və həbsə müqavimət göstərmək ittihamlarına əsasən, 7 il müddətinə həbsə 

məhkum edilib. Həmin vaxtdan bəri o həbsxanadadır. 



Məhkəmə İlqar Məmmədovun həbs-qətimkan tədbirinə necə reaksiya 

verdi? 

2014-cü ilin may qərarında Məhkəmə qeyd etmişdi ki, ölkədaxili araşdırma 

zamanı Cənab Məmmədova qarşı ittihamları sübut edən heç bir fakt 

göstərilməyib. Məhkəmə qərara gəlmişdi ki, həbsin məqsədi “Hökuməti 

tənqid etdiyinə və doğru olduğuna inandığı və onun fikrincə, Hökumətin 

gizlətmək istədiyi faktları yaymaq istədiyinə görə şikayətçini susdurmaq və 

cəzalandırmaq olub”. Başqa sözlə, Məhkəmə hesab edir ki, həbs siyasidir və 

qət edib ki, Azərbaycan AİHK-nin aşağıdakı müddəalarını pozub: 5(1) 

(azadlıq və təhlükəsizlik hüququ), 5(4) (saxlanılma zamanı məhkəmə 

baxışına hüquq), 6(2) (təqsirsizlik prezumpsiyası hüququ) və 18 

(hüquqlardan istifadənin məhdudlaşdırılması). Ancaq Məhkəmə Cənab 

Məmmədovun azadlığa buraxılmasını tələb etməmişdi. 



İlqar Məmmədovun azadlığına kim çağırıb? 


 

AŞ-ın 47 üzv dövlətini təmsil edən diplomatlardan ibarət siyasi qurum olan 

NK bu işi ilk dəfə 2014-cü ilin dekabrında araşdırıb və o zamandan bəri 

dəfələrlə Cənab Məmmədovun dərhal və qeyd-şərtsiz azad olunmasına 

çağırıb. Əvəzində, 2016-cı ilin noyabrında Azərbaycanın Ali Məhkəməsi həbs 

cəzasını qüvvədə saxlamışdı. Cənab Məmmədov Avropa Məhkəməsinə 

cinayət prosesində özünə qarşı digər pozuntularla bağlı ikinci dəfə müraciət 

edəndən sonra, Məhkəmə Azərbaycanın AİHK-nin 6(1)-ci maddəsini 

pozduğunu qət etmişdir. İki Məhkəmə qərarına və NK-dan davamlı təzyiqlərə 

baxmayaraq, ilkin qərardan demək olar ki, 4 il müddət keçib. 

Cənab Məmmədovun azadlığa buraxılmasına dair davamlı çağırışlara məhəl 

qoyulmamasından sonra, 25 oktyabr 2017-ci il tarixdə Cənab Məmmədovu 

azadlığa buraxmaqdan davamlı imtina və Məhkəmənin qərarını icra 

etməkdən imtina ilə bağlı 

aralıq qətnamə

 qəbul edib. Bu işə 17 hakimdən 

ibarət və Məhkəmənin ən yüksək məhkəmə strukturu hesab edilən Böyük 

Palata baxacaq   



Bu, nə dərəcədə əhəmiyyətlidir? 

NK tərəfindən pozuntu prosedurunun başlanması qərarı əhəmiyyətli 

addımdır. Avropa Məhkəməsinin qərarlarının bir sıra dövlətlər tərəfindən icra 

edilməməsi uzun illərdir davamlı problemə çevrilməsinə baxmayaraq, ilk 

dəfədir ki, bu prosedur hər hansı Avropa dövlətinə qarşı tətbiq edilir. 

Nəyə görə bu iş və bundan sonra nə olacaq? 

Nəyə görə indi və nəyə görə bu iş? Bu suallara cavab vermək asan deyil

ancaq bu, müəyyən qədər pozuntunun ağırlığına görə ola bilər - demokratiya 

olduğu deyilən istənilən dövlət üçün müxalif siyasətçinin təqib edilməsi və 

əsassız həbsi çox ciddi hadisədir. Bu, Cənab Məmmədovun işində 18-ci 

maddənin pozulmasının Məhkəmə tərəfindən qət edilməsində özünü göstərib 

(hakimiyyətin onu təqib etməkdə “gizli niyyətləri” var idi) – bu cür qənaətlər 

nadirdir. 

NK-nın Cənab Məmmədovun azadlığa buraxılmasına dair çağırışları aşkar 

şəkildə göstərir ki, Azərbaycan hakimiyyəti NK-nın mövqeyinə tabe olmayıb, 

çünki o, hələ də həbsdədir. Bu da faktor ola bilər. Ancaq Məhkəmə həmçinin 

qət etməlidir ki, bu, Azərbaycanın qərarı icra edib etmədiyini göstərir, çünki 

qərarda onun azadlığa buraxılmasına birbaşa çağırış yoxdur. 

Son olaraq, Məhkəmə Azərbaycanın qərarı icra etmədiyini qət etsə, nəyin 

baş verəcəyini sual edə bilərik. Yuxarıda da qeyd etdiyimiz kimi Məhkəmənin 

əlində tətbiq edəcəyi sanksiya yoxdur. Bu baxımdan, NK bu məsələdə siyasi 



qərar qəbul etməli olacaq. 

 

Document Outline



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə