İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


Axar su o sulara deyilir ki: 1-təbii mənbəyi olsun. 2-Hətta müəyyən vəsitə ilə cari (axar)



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə3/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   2   3   4   5   6   7   8   9   ...   168

Axar su o sulara deyilir ki: 1-təbii mənbəyi olsun. 2-Hətta müəyyən vəsitə ilə cari (axar) 
etsələr belə axar olsun; 3-Müəyyən qədər axımı davamlı olsun, və təbii mənbəyə birləşik 
olması lazım deyil. Deməli təbii şəkildə ondan (mənbədən) ayrılsa, yuxarıdan damcılar 
şəkildə tökülmək kimi-yerin üstündə cərəyan etməsi fərz olunduqda, cari su hesab edilir. 
Amma əgər bir şey onun mənbəyə birləşməsinə mane olsa, məsələn əgər suyun axmasına, 
yaxud qaynamasına mane olsa, yaxud onun mənbə ilə olan əlaqəsini kəssələr, qalan su 
hətta cərəyan etsə belə, cari su hökmündə deyil. 
 
Məsələ 27:
 Axar su kürr su miqdarından az belə olsa, ona nəcasat dəydiyi zaman qoxusu
rəngi və ya dadı nəcasat vasitəsilə dəyişməyincə, pakdır. 
 
Məsələ 28:
 Əgər axar suya nəcasət dəysə və onun bir hissəsinin qoxusu, dadı və ya rəngi 
nəcasat dəyməsi ilə dəyişərsə o hissəsi nəcisdir. Dəyişməyən hissənin çeşməyə bitişən qismi 
kürr sudan az belə olsa, pakdır. Digər tərəfin dəyişməyən çay suları isə, əgər kürr 
miqdarında olsa və ya dəyişməyən su vasitəsi ilə çeşməyə bitişirsə, pakdır. Əks halda 
nəcisdir. 
 
Məsələ 29:
 Axmayan, amma suyundan bir az götürüldükdə təkrar qaynayan çeşmə, axar 
su hökmündə deyildir. Yə’ni əgər kürr miqdarından az olsa, nəcasat dəydikdə nəcis olur. 
 
Məsələ 30:
 Arxın qırağında toplanmış, axar suya birləşmiş durğun su, axar su hökmündə 
deyildir. 
 
Məsələ 31:
 Əgər bir çeşmə, məsələn; qışda qaynayar və yayda qaynaması kəsilirsə, yalnız 
qaynadığı zaman axar su hökmünü daşıyır. 
 
Məsələ 32:
 İçindəki suyun miqdarı kürrdən az olan hamamın kiçik hovuzu, ikisinin suyu 
birlikdə kürr miqdarına yetişən bir xəzinəyə bağlı olsa və ona nəcis dəydiyi zaman qoxu, 
rəng və ya dadı dəyişməsə, nəcis olmaz. 
 
Məsələ 33:
 Hamam və binaların krant və duşlarının borularından tökülən su, bağlı 
olduqları mənbədəki su ilə birlikdə kürr miqdarında olsa, kürr hökmünü daşıyır. 
 
Məsələ 34:
 Yer üzərində axan, lakin yerdən qaynamayan su, kürr su miqdarından azdırsa, 
nəcasat dəyərsə nəcis olur. Amma əgər təzyiqlə axırsa, aşağı hissəsinə dəyərsə, yuxarı 
hissəsi nəcis olmaz. 
4- Yağış suyu 
 
Məsələ 35:
 Üzərində nəcisin eyni olmayan nəcis bir şeyin hər yerinə bir dəfə yağış yağarsa, 
pak olar. Lakin sidik ilə nəcis olan bədən və paltara isə vacib ehtiyat olaraq iki dəfə 
yağması lazımdır. Xalça, paltar və buna bənzər şeyləri sıxmaq lazım deyil. Amma iki-üç 
damcı yağmasının da faydası yoxdur, «yağış yağır» – deyiləcək şəkildə yağması gərəkdir. 
 
Məsələ 36:
 Əgər yağış eyni nəcis üzərinə yağaraq başqa bir yerə sıçrayarsa, eyni nəcis 
onunla birlikdə olmazsa və nəcasatın qoxu, rəng və ya dadını götürməmiş olsa, pakdır. 
Deməli, əgər qanın üzərinə yağıb ayrı bir yerə axan yağış suyunda qan zərrələri olsa və ya 
qanın qoxu, rəng və ya dadını götürmüşsə, nəcisdir. 
 
Məsələ 37:
 Əgər bir binanın tavanı və ya damı üzərində eyni nəcis varsa, yağış yağdığı 
müddətdə o nəcisə dəyərək tavandan və ya damdakı navalçadan tökülən su pakdır. Amma 
yağış kəsildikdən sonra, gəlməkdə olan suyun o nəcisə dəydiyi bilinirsə, nəcisdir. 
 


Məsələ 38:
 Nəcis olan bir yerə yağış yağarsa, pak olar. Əgər yağış suyu yerdə axmağa 
başlayıb, yağmağa davam etdiyi halda, tavanın altındakı nəcis yerə yetişirsə, oranı da pak 
edər. 
 
Məsələ 39:
 Yağış suyunun bütün hissələrini əhatə etdiyi nəcis torpaq pak olur, bu şərtlə ki, 
suyun torpağa yetişməsi səbəbilə muzaf olması mə'lum olmasın. 
 
Məsələ 40:
 Bir yerdə toplanmış yağış suyu, kürr miqdarından az olsa belə, yağış yağdığı 
zaman nəcis bir şey onun içərisində yuyularsa, o su nəcasatın qoxu, rəng və ya dadını 
almazsa, nəcis şey pak olar. 
 
Məsələ 41:
 Nəcis bir yer üzərində sərili olan pak bir xalçanın üzərinə yağış yağsa və yağış 
yağmağa davam etdiyi halda xalçadan yerə keçərsə, xalça nəcis olmaz. Həmin yer isə 
nəcisdən paklanar. 
5- Quyu suyu 
 
Məsələ 42:
 Yerdən qaynayan quyu suyu, kürr su miqdarından az olsa belə, nəcasat ona 
dəydiyi zaman onun qoxu, rəng və ya dadı o nəcasat vasitəsi ilə dəyişməyincə, həmin su 
pakdır. 
 
Məsələ 43:
 Əgər bir nəcasatın tökülməsi nəticəsində qoxu, rəng və dadı dəyişən bir 
quyunun suyunda bu dəyişiklik yox olarsa, pak olar. Amma onun pak olması vacib 
ehtiyata gö-rə quyudan qaynayaraq çıxan su ilə qarışması şərti ilədir. 
 
SULARIN HÖKMLƏRİ 
 
Məsələ 44: 
On üçüncü məsələdə mə’nası aydınlaşdırılan muzaf su, nəcis bir şeyi paklamır, 
onunla dəstəmaz və qüsl almaq da batildir. 
 
Məsələ 45: 
Muzaf su, kürr miqdarında olsa belə, ona bir zərrə nəcasat dəysə, nəcis olur. 
Amma təzyiqlə nəcis bir şeyin üzərinə tökülürsə, nəcis şeyə dəyən qismi nəcis və qalan 
hissəsi pakdır. Məsələn, gül suyunu gülab suyu qabından nəcis olan əl üzərinə tökərlərsə, 
ələ yetişən hissəsi nəcisdir, ələ yetişməyən hissəsi isə pakdır. 
 
Məsələ 46: 
Əgər nəcis olan muzaf su, kürr və ya axar suya, artıq ona muzaf su 
deyilməyəcək şəkildə qarışırsa pak olar. 
 
Məsələ 47: 
Mütləq olan bir suyun sonradan muzaf olub-olmadığı bilinməzsə, mütləq su 
kimidir, yə’ni nəcis şeyi pakladığı kimi onunla dəstəmaz və qüsl də səhihdir. Muzaf olan 
bir suyun da sonradan mütləq olub-olmadığı bilinməzsə, muzaf su kimidir, yə’ni nəcis şeyi 
paklamadığı kimi, onunla dəstəmaz və qüsl də batildir. 
 
Məsələ 48: 
Mütləq və ya muzaf olduğu bəlli olmayan bir suyun, əvvəlcədən də muzaf və ya 
mütləq olduğu mə’lum olmazsa, nəcasatı paklamadığı kimi, onunla dəstəmaz və qüsl də 
batildir. Ona bir nəcasat dəyərsə və su, kürr miqdarından az olsa nəcis olur. Əgər kürr 
miqdarında və ya ondan çox olarsa, vacib ehtiyat olaraq nəcis olur. 
 
Məsələ 49: 
Qan və sidik kimi nəcasatın dəyməsi ilə bir suyun qoxu, rəng və ya dadı 
dəyişirsə, kürr və ya axar su olsa belə, nəcis olur. Hətta suyun qoxu, rəng və ya dadı onun 
xaricində olan bir nəcasat vasitəsilə dəyişirsə, məsələn; suyun kənarında olan murdar 
olmuş heyvan bir miqdar onun iyini dəyişdiribsə, lazım ehtiyata görə nəcis olur. 
 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə