İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


Məsələ 50:  Qan və sidik kimi eyni nəcisin tökülməsi nəticəsində qoxu, rəng və ya dadı



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə4/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   2   3   4   5   6   7   8   9   ...   168

Məsələ 50: 
Qan və sidik kimi eyni nəcisin tökülməsi nəticəsində qoxu, rəng və ya dadı 
dəyişən bir su, əgər kürr və ya axar suya bitişərsə, yaxud üzərinə yağış yağsa və ya külək 
yağışı ona çiləyərsə və yaxud yağış suyu yağış yağa-yağa navalçadan onun üzərinə 
tökülərsə və bu halların hamısında onun dəyişikliyi yox olarsa, həmən su pak olar. Amma 
gərək, yağış suyu kürr və ya axar su ilə qarışsın. 
 
Məsələ 51: 
Nəcis bir şeyi kürr və ya axar su içərisində paklasalar, onun pak olduğu 
yuyulmadan sonra ondan tökülən su pakdır. 
 
Məsələ 52: 
Pak olan bir suyun, sonra nəcis olub-olmadığı bilinməzsə, pakdır. Nəcis olan bir 
suyun da pak olub-olmadığı bilinməzsə, nəcisdir. 
 
TƏXƏLLİNİN (AYAQYOLUNA GETMƏYİN) HÖKMLƏRİ 
 
Məsələ 53:
 Təxəlli və digər vaxtlarda insana vacibdir ki, öz övrətini yetkinlik yaşına çatmış 
adamlardan, ona məhrəm olan ana və bacısından, hər hansı divanədən, yaxşını pisdən 
seçən uşaqdan gizlətsin. Lakin ər və arvada öz övrətlərini bir-birindən gizlətmək vacib 
deyil. 
 
Məsələ 54:
 İnsanın övrətini xüsusi bir şeylə örtməsi vacib deyil, məsələn, öz əli ilə də örtsə 
kifayətdir. 
 
Məsələ 55:
 Təxəlli zamanı bədənin ön tərəfini, yə’ni qarın və sinəni, lazım ehtiyata əsasən 
qibləyə tərəf yaxud arxası qibləyə tutmaq olmaz. 
 
Məsələ 56:
 Təxəlli vaxtında bədəninin ön tərəfi və ya arxa tərəfi qibləyə tərəf olan bir 
kimsə, yalnız övrətini qiblədən döndərərsə, kifayət etməz. Vacib ehtiyat odur ki, təxəlli 
vaxtında övrətini də üzü və arxası qibləyə çevirməsin. 
 
Məsələ 57:
 Müstəhəbb ehtiyat odur ki, bədənin qabaq tərəfi (hökmləri sonradan açıqlanan) 
istibrada, həmçinin bövlün və ğaitin məxrəci paklanarkən üz və arxa, qibləyə sarı olmasın. 
 
Məsələ 58:
 Əgər insan, naməhrəm bir adamın onu görməməsi üçün, ön və ya arxa tərəfini 
qibləyə çevirəcək şəkildə oturmağa məcburdursa lazım ehtiyat olaraq arxası qibləyə 
oturmalıdır. 
 
Məsələ 59:
 Müstəhəbb ehtiyat odur ki, uşağı da təxəlli zamanı üzü və ya arxası qibləyə sarı 
oturtmasınlar. 
 
Məsələ 60:
 Dörd yerdə təxəlli haramdır: 
 
1. Sahibi icazə verməyən dalanda. Həmçinin yoldan keçənlərə zərər dəyməsinə səbəb 
olduğu təqdirdə ümumi küçələrdə və yollarda; 
 
2. Təxəlliyə icazə verilməyən mülkdə. 
 
3. Xüsusi şəxslər üçün vəqf olan yerlərdə, məsələn, bə’zi mədrəsələrdə. 
 
4. Mö’minin qəbri üzərində ona hörmətsizlik olarsa; Hətta əgər ehtiramsızlıq olmasa da, 
haramdır; amma əgər yer əsli mübah yerlərdən olsa haram olmaz. Həmçinin bir din və 
məzhəb müqəddəsinin hörmətinin aradan getməsinə səbəb olsa, haramdır. 
 


Məsələ 61:
 Üç halda ğaitin çıxış yeri, yalnız su ilə pak edilir: 
 
1-Ğait ilə birlikdə qan kimi ayrı bir nəcasat gəlmişdirsə. 
 
2-Kənardan bir nəcasat ğaitin məxrəcinə dəymişdirsə. Qadınlarda bövlün ğait məxrəcinə 
yetişməsi istisnadır. 
 
3-Məxrəcin ətrafı adi miqdardan artıq bulaşmışdırsa. 
 
Bu üç haldan başqa qalan hallarda, məxrəc su ilə yuyula bildiyi kimi, qarşıda göstəriləcəyi 
qaydada, parça, daş və bunlara bənzər şeylərlə də paklana bilər, amma su ilə yuyulması 
daha yaxşıdır. 
 
Məsələ 62:
 Sidiyin məxrəci sudan başqa bir şeylə paklanmaz. Bir dəfə yumaq kifayətdir. 
Amma iki dəfə yumaq müstəhəbb ehtiyatdır, daha yaxşısı isə üç dəfə yumaqdır. 
 
Məsələ 63:
 Ğaitin məxrəci su ilə yuyulduğu təqdirdə, orada ğait qalmamalıdır. Amma 
rənginin və qoxusunun qalmasında bir maneəçilik yoxdur. Birinci dəfə yuyulduqda onda 
ğaitdən bir zərrə belə qalmasa, ikinci dəfə yuyulmasına ehtiyac yoxdur. 
 
Məsələ 64:
 Ğaitin məxrəci quru və pak olan daş, kəsək, bez parçası və buna bənzər şeylərlə 
paklana bilər, hətta məxrəcə tə’sir etməyəcək şəkildə azacıq rütubətli olsa, maneçiliyi 
yoxdur. 
 
Məsələ 65:
 Ğaitin məxrəcini daş, kəsək və ya bez parçası ilə bir dəfə silməklə tamamilə 
paklanırsa, kifayətdir. Amma üç dəfə silmək daha yaxşıdır. Hətta üç ayrı parça olması 
daha yaxşıdır. Amma əgər üç dəfə silməklə paklanmazsa, məxrəc tamamilə paklanıncaya 
qədər davam etmək gərəkdir. Amma adətən yuyulmadan aradan getməyən zərrələrin 
qalmasının eybi yoxdur. 
 
Məsələ 66:
 Allahın və Peyğəmbərlərin adları yazılmış kağız kimi, ehtiram göstərilməsi 
vacib olan şeylərlə ğaitin məxrəcini paklamaq haramdır. Sümük və təzəklə də ğait 
məxrəcinin paklamağın eybi yoxdur. 
 
Məsələ 67:
 Məxrəcini paklayıb paklamadığında şəkk edən bir şəxs adətən sidik və ğaitdən 
sonra dərhal özünü pak edirmişsə də, yenidən paklaması lazımdır. 
 
Məsələ 68:
 Əgər namazdan sonra bir kimsə namazdan əvvəl övrətinin məxrəcini paklayıb-
paklamadığında şəkk edərsə, qıldığı namaz səhihdir. Amma sonrakı namazlar üçün 
paklaması lazımdır. 
İSTİBRA 
 
Məsələ 69:
 İstibra, kişilərin bövldən (sidikdən) sonra, bövlün məcrada (sidik kanalında) 
qalmamasına əmin olmaları üçün yerinə yetirdikləri müstəhəbb bir əməldir. İstibra bir 
neçə növdür: Onlardan ən yaxşısı odur ki, əgər sidik kəsildikdən sonra, ğaitin məxrəci 
nəcis olmuşdursa, əvvəlcə onu pak etməli, sonra üç dəfə sol əlin orta barmağı ilə ğaitin 
məxrəcindən alətin kökünə qədər çəkməli və daha sonra baş barmağı alətin üzərinə və 
onun yanındakı barmağı da alətin altına qoyaraq, aləti dəllək kəsən yerə qədər üç dəfə 
çəkməlidir. Sonra isə alətin başını üç dəfə sıxmalıdır. 
 
Məsələ 70:
 Bə’zən şəhvət hissinin təhrik olunmasından sonra insandan gələn «məzi» 
adlanan su, pakdır. Həmçinin, mənidən sonra gələn «vəzi» adlanan və bə'zən bövldən 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə