İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


sonra gəlib «vədi» adlanan su da əgər bövl və məni ona qatışmayıbsa pakdır. Belə ki, əgər



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə5/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   2   3   4   5   6   7   8   9   ...   168

sonra gəlib «vədi» adlanan su da əgər bövl və məni ona qatışmayıbsa pakdır. Belə ki, əgər 
insan bövl etdikdən sonra istibra etsə və sonra ondan bir su gəldiyi zaman bövl və ya bu üç 
sudan biri olmasında şəkk edərsə, pakdır. 
 
Məsələ 71:
 Əgər insan istibra edib-etməməsinə dair şəkk edirsə və ondan bir nəm xaric 
olursa, onun pak və ya nəcis olmasını bilmirsə, nəcisdir və dəstəmaz alıbsa batildir. Amma 
etdiyi istibranın səhih olub-olmadığında şəkk edirsə və bu zaman ondan nəm gəlirsə və 
bunun pak olub-olmadığını bilmirsə, pak sayılır və dəstəmazı batil deyil. 
 
Məsələ 72:
 İstibra etməyən şəxs, əgər bövl etdiyi vaxtdan bir müddət keçəndən sonra 
məcrada bövlün qalmamasına arxayın olsa və sonra bir nəm görüb onun pak olub-
olmamasında şəkk edərsə, o nəm pakdır. Dəstəmazı da batil etmir. 
 
Məsələ 73:
 Əgər insan bövldən sonra istibra edib dəstəmaz alsa və dəstəmazdan sonra 
özündə ya sidik, ya da məni olması ona mə’lum olan bir nəmlik müşahidə edərsə, bu halda 
ehtiyat olaraq qüsl edib dəstəmaz alması vacibdir. Amma əgər dəstəmaz almamışdırsa, 
yalnız dəstəmaz alması kifayətdir. 
 
Məsələ 74:
 Qadın üçün bövlün istibrası yoxdur. Əgər özündə nəmlik görərsə və bu 
nəmliyin bövl olub-olmamasına şəkk edərsə, pakdır. Həmin rütubət qüslü və dəstəmazı da 
batil etməz. 
 
TƏXƏLLİNİN MÜSTƏHƏBBATI VƏ MƏKRUHATI 
 
 
Məsələ 75:
 İnsanın təxəlli vaxtında kimsənin görməyəcəyi bir yerdə oturması, təxəlli yerinə 
daxil olduğu zaman əvvəl sol ayağını və çıxanda əvvəl sağ ayağını atması, təxəlli halında 
ikən başını örtməsi və bədəninin ağırlığını sol ayağına salması müstəhəbbdir. 
 
Məsələ 76:
 Təxəlli vaxtında Günəşlə və ya Ayla üzbəüz oturmaq məkruhdur. Amma əgər 
övrətini bir şeylə örtsə məkruh deyildir. Habelə külək qabağında, yolda, xiyabanda, 
küçədə, evin qapısında və meyvə verən ağacın altında təxəlli etmək, təxəlli vaxtı nə isə 
yemək, çox oturmaq, sağ əl ilə paklanmaq məkruhdur. Həmçinin təxəlli vaxtı danışmaq, 
(da məkruhdur) amma əgər məcbur qalarsa və ya zikr edərsə işkalı yoxdur. 
 
Məsələ 77:
 Ayaq üstə bövl etmək, bərk yerə və heyvanların yuvasına bövl etmək, suya, 
xüsusi ilə durğun (axarı olmayan) suya bövl etmək məkruhdur. 
 
Məsələ 78:
 Ğaitdən və bövldən özünü məcburi saxlamaq məkruhdur. Əgər saxlamasından 
bədənə küllü bir zərər yetişsə, haramdır. 
 
Məsələ 79:
 İnsanın namazdan, yatmazdan, cima etməzdən əvvəl və məni gəldikdən sonra 
bövl etməsi müstəhəbbdir. 
 
NƏCASAT 
 
Məsələ 80:
 Nəcasat 10-dur: 1) Bövl (sidik), 2) Ğait (nəcis), 3) Məni, 4) Murdar (murdar 
olmuş heyvan), 5) Qan, 6, 7) İt və donuz, 8) Kafir, 9) Şərab, 10) Nəcis yeyən heyvanın təri. 
1 - 2. Bövl və ğait 
 
Məsələ 81:
 İnsanın, eləcə də damarı kəsildikdə qanı sıçrayan və əti yeyilməsi haram olan 
hər bir heyvanın bövl və ğaiti nəcisdir. Amma əti haram olan bə’zi balıqlar kimi qanı 


sıçramayan heyvanların və ya milçək və ağcaqanad kimi əti olmayan kiçik həşəratların 
ğaiti pakdır. Lakin ehtiyat-lazım olaraq qanı sıçramayan əti haram heyvanların bövlündən 
çəkinmək gərəkdir. 
 
Məsələ 82:
 Əti haram olan quşların bövl və ğaitləri pakdır, amma onlardan çəkinmək daha 
yaxşıdır. 
 
Məsələ 83:
 Nəcasat yeyən heyvanın bövl və ğaiti nəcisdir. Yeməlilərin və içməlilərin 
hökmlərində aydınlaşdırılacağı kimi donuz südü əmən keçi balasının, habelə insanın 
yaxınlıq etdiyi heyvanın bövl və ğaiti də eyni hökmü daşıyır. 
3. Məni 
 
Məsələ 84:
 Kişinin və sıçrayan qanı olan hər heyvanın mənisi, nəcisdir. Qadından şəhvətlə 
xaric olan və onun cənabətli olmasına səbəb olan rütubət, 345-ci məsələdə qeyd olunacağı 
kimi, məni hökmündədir. Ehtiyat vacibə görə, sıçrayıcı qanı olan əti halal erkək 
heyvanında mənisindən çəkinmək lazımdır. 
4. Murdar 
 
Məsələ 85:
 İnsanın, eləcə də istər özü ölmüş olsun, istərsə şər’i qaydalara görə kəsilməmiş 
olsun, sıçrayan qanı olan heyvanın ölüsü nəcisdir. Balığın sıçrayan qanı olmadığından, 
suyun içində belə ölsə, pakdır. 
 
Məsələ 86:
 Murdar olmuş heyvanın yun (qoyun), qıl (keçi), kürk (dəvə), sümük və diş kimi, 
ruhu olmayan hissələri pakdır. 
 
Məsələ 87:
 İnsanın və ya sıçrayan qanı olan bir heyvanın bədənindən diri ikən, ət və ya 
ruhu olan başqa bir şey qoparılsa, o şey nəcisdir. 
 
Məsələ 88:
 Dodaqdan və bədənin ayrı yerlərindən qoparılan azacıq dərilər ruhu olmasa və 
asanlıqla qoparılmış olsa, pakdır. 
 
Məsələ 89:
 Ölən toyuğun qarnından çıxarılan yumurta qabığı bərkiməmiş olsa belə, 
pakdır. Amma gərək zahiri suya çəkilsin. 
 
Məsələ 90:
 Ot yeməyə başlamadan ölən quzu və çəpişin qursağından tutulan pendir mayası 
pakdır, amma adətən maye olması sübut olunmasa murdarın zahirinə ət toxunan 
hissəsinin yuyulması lazımdır. 
 
Məsələ 91:
 İnsan xarici ölkələrdən gətirilən maye dərmanlar, ətir, krem, yağ və sabunun 
nəcis olduğuna əmin olmazsa, pakdır. 
 
Məsələ 92:
 Şəriət qaydalarına əsasən kəsilən heyvandan olduğuna ehtimal verilən ət, piy və 
dəri pakdır. Amma əgər kafirin əlindən alınarsa və ya kafirdən, şər’i üsullara görə kəsilmiş 
olan heyvandan olub-olmadığını araşdırmadan almış olan bir müsəlmanın əlində olarsa, 
bu ət və piyin yeyilməsi haramdır. Amma belə bir dəridə namaz qılmaq caizdir. Bununla 
belə müsəlmanların bazarından və ya kafirdən almış olduğu bilinməyən halda bir 
müsəlmandan alsa, və yaxud kafirdən alınmışsa da, təhqiq edildiyi ehtimal verilərək alınan 
ət və piyin yeyilməsi caizdir. Bu şərtlə ki, o müsəlman, onda halal ətə məxsus olan bir 
təsərrüf etsin, məsələn, yeyilmək üçün satsın. 
5. Qan 
 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə