İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


Məsələ 93:  İnsanın və sıçrayan qanı olan, yə’ni damarı kəsildikdə qanı sıçrayaraq axan hər



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə6/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   2   3   4   5   6   7   8   9   ...   168

Məsələ 93:
 İnsanın və sıçrayan qanı olan, yə’ni damarı kəsildikdə qanı sıçrayaraq axan hər 
bir heyvanın qanı nəcisdir. Buna görə, balıq və ağcaqanad kimi sıçrayan qanı olmayan 
heyvanların qanı pakdır. 
 
Məsələ 94:
 Şəriət qanunlarına görə kəsilən, əti halal heyvanın qanı normal miqdarda 
axdıqdan sonra, bədənində qalan qan pakdır. Amma nəfəs alması və ya heyvanın başının 
yuxarıda olması səbəbilə qan heyvanın bədəninə qayıdarsa, o qan nəcisdir. 
 
Məsələ 95:
 İçərisində qan zərrəsi olan toyuq yumurtasının sarısından çəkinmək ehtiyat 
müstəhəbbdir. 
 
Məsələ 96:
 Bə’zən süd sağılırkən görünən qan nəcisdir və südü də nəcis edər. 
 
Məsələ 97:
 Dişlərin arasından gələn qan, əgər ağızın suyu ilə qarışması nəticəsində aradan 
gedirsə, ağızın suyundan çəkinmək lazım deyil. 
 
Məsələ 98:
 Əzilmə nəticəsində dırnaq və ya dəri altında ölən qan, artıq qan deyilməyəcək 
bir formaya gəlmişdirsə, pakdır. Amma əgər, ona qan deyilirsə, xaricə çıxarsa, nəcisdir. Bu 
halda dırnaq və ya dəri deşilmişdirsə, qan bədənin zahirindən bir hissə hesab olunursa, 
dəstəmaz və ya qüsl almaq üçün, o qanı xaricə çıxararaq oranı paklamaq əziyyətlidirsə, 
təyəmmüm etməlidir. 
 
Məsələ 99:
 Əgər insan, dəri altında ölü qan toplandığını və ya əzilmə nəticəsində ətin o hala 
gəldiyini bilməzsə, pakdır. 
 
Məsələ 100:
 Yemək qaynadığı zaman içərisinə bir zərrə qan düşərsə, yeməyin hamısı və 
onun qabı, ehtiyat lazım olaraq nəcis olur. Qaynamaq, istilik və atəş pakedici deyildir. 
 
Məsələ 101:
 Yaranın sağaldığı zaman, ətrafında meydana gələn irinin qanla qarışdığı 
bilinməzsə, pakdır. 
6 - 7.  İt və donuz. 
 
Məsələ 102:
 Quruda yaşayan it və donuz və hətta onların tükü, sümüyü, pəncəsi, dırnağı və 
rütubəti nəcisdir. 
8. Kafir 
 
Məsələ 103:
 Kafir, yə’ni Allaha və Onun vahidliyinə inanmayan şəxs və ğulat, (yə’ni 
İmamlardan (əleyhimussalam) hər hansı birisinin Allah olduğuna inanan və ya Allahın 
onlarda hülul etdiyini söyləyən kimsə), həmçinin xəvaric və nəvasib, (yə’ni İmamlara 
düşmənlik e’lan edənlər,) nəcisdirlər. Həmçinin nübüvvəti (Allah tərəfindən peyğəmbərlər 
göndərildiyini) və ya dinin zəruri hökmlərindən birini (namaz və oruc kimi), inkar edərsə, 
bu iş hətta ümumi şəkildə olsa belə, Peyğəmbərin (s) təkzib olunmasını lazım tutarsa, 
nəcisdir. Amma kitab əhlinin, (yəhudi, xristian və məcusilər) pak olmasına hökm olunur. 
 
Məsələ 104:
 Kafirin bütün bədəni, hətta dırnaq, tük və rütubəti də nəcisdir. 
 
Məsələ 105:
 Əgər həddi-büluğa çatmamış uşağın atası, anası, babası və nənəsi kafir olarsa, 
nəcisdir. Amma o, ağlıkəsən olub müsəlman olduğunu izhar etsə, pakdır. Əgər öz ata-
anasından üz döndərib müsəlmanlara meyl etsə, yaxud təhqiqat və araşdırma halında olsa, 
onun nəcis olmasına hökm etmək müşküldür. Amma əgər ata, ana, baba, və nənəsindən 
biri müsəlman olarsa 217-ci məsələdə aydınlaşdırıldığına əsasən o uşaq pakdır. 
 


Məsələ 106:
 Müsəlman olub-olmadığı bilinməyən və müsəlman olduğuna dəlil olacaq bir 
nişanə də olmayan kimsə pakdır. Amma müsəlmanların digər hökmlərinə malik deyildir. 
Məsələn, müsəlman bir qadın ilə evlənə bilməz və müsəlmanların qəbiristanlığında dəfn 
olunmamalıdır. 
 
Məsələ 107:
 Əgər bir şəxs, on iki imamdan (ə.s) birini düşmənlik üzündən söyərsə, nəcisdir. 
9. Şərab 
 
Məsələ 108:
 Şərab nəcisdir. Amma insanı məst edən (sərxoş edən) sair şeylər nəcis deyil. 
 
Məsələ 109:
 Texniki spirtin bütün növləri pakdır. 
 
Məsələ 110:
 Üzüm suyu, özü-özünə və ya bişirmək vasitəsilə qaynayarsa pakdır, amma 
içilməsi haramdır. Həmçinin vacib ehtiyata əsasən qaynadılmış üzümün də içilməsi 
haramdır, amma nəcis deyil. 
 
Məsələ 111:
 Xurma, tumlu və tumsuz kişmiş, və onların suyu qaynasa da belə, pak və 
yeyilməsi halaldır. 
 
Məsələ 112:
 Əksər hallarda arpadan çəkilən yüngülvari sərxoşluq gətirən və pivə deyilən 
şeyin içilməsi haramdır. Və vacib ehtiyata görə nəcisdir. Amma heç bir məstliyə səbəb 
olmayan arpa suyu pak və halaldır. 
10. Nəcis yeyən heyvanın təri 
 
Məsələ 113:
 İnsan nəcisini yeməyə adət edən dəvənin təri nəcisdir. Həmçinin, ehtiyat vacibə 
görə, belə olan sair heyvanlar da belədir. 
 
Məsələ 114:
 Haram yolla cünub olanın təri pakdır, onunla namaz qılmaq səhihdir. 
 
 
NƏCASATI SÜBUT ETMƏYİN YOLLARI 
 
Məsələ 115:
 Bir şeyin nəcis olmasını üç yolla sübut etmək olar: 
 
1) Bir şeyin nəcis olduğuna, insanın özünün yəqin etməsi və ya ağıl kəsən yolla əmin 
olmasıyla. Əgər bir şeyin nəcis olduğunu zənn (güman) edərsə, ondan çəkinməsi lazım 
deyildir. Buna görə murdar və paklığa riayət etməyən , bu kimi məsələlərə laqeyd olan 
adamların yemək yediyi çayxana və mehmanxanalarda insan, onun üçün gətirilmiş xörəyin 
nəcis olmasına əmin deyilsə, bunun eybi yoxdur. 
 
2) Yalançılıqla müttəhim olmayan bir şəxsin öz ixtiyarında olan bir şeyin nəcis olmasını 
söyləməsi. Məsələn, arvadı, nökəri, külfəti öz əlindəki şeyin (qab, yaxud başqa bir əşyanın) 
nəcis olduğunu söyləsə, o şey nəcisdir. 
 
3) İki adil kişinin bir şeyin nəcis olmasını xəbər vermələri. Amma bir şərtlə ki, onların 
nəcis olmasının səbəbini desinlər. Məsələn, filan şeyin qan, ya bövlə dəyməsindən nəcis 
olmasını desələr. Əgər bir adil, yaxud e'tibarlı sayılan bir kişi xəbər versə və onun 
sözündən xatircəmlik hasil olmasa, ehtiyat vacib odur ki, o şeydən çəkinsinlər. 
 
Məsələ 116:
 Əgər məsələni, bilmədiyi üçün bir şeyin, məsələn, siçan füzləsinin nəcis olub-
olmadığını bilməzsə, məsələni soruşub öyrənməsi lazımdır. Amma əgər məsələni bildiyi 
halda, bir şeyin nəcis və ya pak olduğunda şəkk edərsə, məsələn, bir şeyin qan olub 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə